Məhkəmə qərarları › İş №2(007)-517/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-517/2021

02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-517/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Füzuli rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. Həmin ünvanda qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh “Cavabdeh” İB arasında qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığı müddətdən hal-hazırki vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisində görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin 27 may 2020-ci il tarixdə evə quraşdırılmış qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək, sayğac dəyişdirilmiş və bu barədə 27.05.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyat fərqi müəyyən edilmiş və ona 706 manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, qaz sayğacı çıxarılıb yoxlamaya aparıldıqdan sonra borcun yaranması bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh “Cavabdeh” İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib etdiyi 27.05.2020-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 706 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək, 1205AQ**********5 saylı abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin Nümayəndə2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. “Qazdan istifadə Qaydaları”nın 4.8ci bəndinin tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və suiistifadə hallarının yaranmasına səbəb olur. Belə ki, qaydaların 4.8-ci bəndinə münasibətdə təhlili edilən çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar istehlakçının xüsusi mülkiyyət sayılan mənzilinin balkonunda yeləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davma edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsinin tələb edir ki, bu xərclər tə Tarif Şurası tərəfindən müəyyən edilən təbbi qazın dəyərində nəzərə alınmayıb, ikincisi həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxarıda qeyd edildiyi kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikası Energetika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunan tələbin təhlildən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri ucbatından baş verdikdə qaz sayğacının təmin olunması, texniki baxışdan keçirilməsi, dyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsati hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyənq edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Cavabdeh” İstehsalat Birliyinin funksiyalarına aid deyil. Birlik tərəfindən tərtib olunan aktların və verilən rəylərin mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbbi bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərərçəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar – faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu aşkar surətdə bəllidir.Təsadüfü deyil ki,”Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektirk və istilik enerjisi, su və qaz) inkişafına dair X1” nin Tədbirlər Planının 4.1.4-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Odur ki, qeyd olunanların nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında: olan 88 saylı MKİS tərəfindən verilmiş 07.09.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı yaşayır. Dövrü yoxlama müddəti başa çatmış qaz sayğacının yenisi ilə əvəz edilməsi haqqında 27.05.2020-ci il tarixli 198 nömrəli bildirişdən görünür ki, abonentə “Cavabdeh” İB tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8 bəndindən irəli gələrək, dövrü yoxlama müddəti başa çatmış G-4 markalı qaz sayğacının 1205AQ**********5 nömrəli qaz sayğacı ödənişsiz əsaslarla yeni sayğacla əvəzlənərək dövlət yoxlanılmasına göndərilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində G-6T diafraqma tipli 28026470 nömrıli sayğacda 706 manat borc möcuddur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.05.2018-ci il tarixli ******* nömrəli aktın surətidən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış G-6 markalı itron tipli 1205AQ**********5 nömrəli sayğac yenisi ilə, G-6 markalı mexaniki tipli 28026470 nömrəli sayğacla əvəzlənmişdir. İddiaçı ilə cavabdeh “Cavabdeh” İB arasında bağlanmış 27.05.2020-ci il tarixli 13- 1282 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında yaşadığı evə G-6 markalı itron tipli 28026470 nömrəli sayğac quraşdırılmışdır. Göründüyü kimi,iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış sayğac üzrə onun qaz sərfiyyatından yaranmış 706 manat borcu vardır.Həmin borcun silinməsinin hüquqi əsasları mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar