Məhkəmə qərarları › İş №2(007)-536/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-536/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-536/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “su sızma nəticəsində dəymiş ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, dəymiş mənəzi ziyana görə 300 manat, hüquqi yardıma görə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanından suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh qonşuluqda, üst mərtəbədə yaşayır və mənzilin sahibidir. Qeyd olunan mənzili 2007-ci ildən almış və mənzil alındığı vaxtdan hal-hazırkı vaxtadək cavabdehin mülkiyyətində olan, ünvan 3 ünvanından onun mülkiyyətində olan mənzilin hamam otağının tavanına, divarlarına, sanitar qovşağın tavanına, divarlarına, mətbəxə daimi olaraq su axıtması nəticəsində, mənzili yararsız hala düşmüş, evin divarları isə tamamilə suya batması nəticəsində evi bərbad vəziyyətə qalmışdır. Dəfələrlə cavabdehə müraciət edərək, mənzilinə su axıdılmasının dayandırılmasını, dəymiş maddi ziyanın ödənilməsini tələb etməsinə baxmayaraq, nə özlərinə məxsus mənzili təmir etdirərək, suyun axıdılmasının qarşısını almırlar, nə də dəymiş maddi ziyanı ödəmirlər. Bu barədə 50 saylı MKİS tərəfindən akt tərtib edilmiş, həmin akt və mənzilin fotoşəkilləri ona məxsus mənzilə maddi ziyan dəyməsini sübut edir. Hazırda ona məxsus mənzilin tavan hissəsi, divarları, döşəməsi və avadanlıqları tam yararsız vəziyyətə düşmüşdür. Artıq mənzildə yaşamaqları acınacaqlı hal almışdır. Çox böyük əziyyətə düçar olmuşdur. Bunun nəticəsində həm maddi, həm mənəvi ziyan çəkir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh vurduğu maddi ziyanı ödəmək istəmir.

Cavabdehin etirazı

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hələ 3 il bundan əvvəl eyni məzmunlu iddia ilə onu Suraxanı rayon Məhkəməsinə vermişdir. Ondan əvvəl isə iddiaçı hazırda onun mülkiyyətində olan Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48, mənzil 57 ünvanında yaşamış olan hər kəsi vaxtaşırı olaraq məhkəməyə vermiş, hələ məhkəməyə müraciət etməmişdən əvvəl həmin mənzilin qapısına onun pula ehtiyacı olduğu üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul istəməsi barədə kağızı yazıb mənzilin giriş qapısının müəyyən yerinə bərkitmişdir ki, bununla da o, mənzilinə zərər dəydi-dəymədi məhkəməyə verəcəyi ilə hədələyərək müəyyən məbləğdə pullar qoparmışdır ki, bu məzmunlu müraciətlə 2020-ci ilin əvvəllərində ona da müraciət etmişdir. O, o zaman onun qanunsuz tələbinə əhəmiyyət vermədiyinə görə uzun illər əvvəl müxtəlif vaxtlarda əraziyə xidmət edən mənzil kommunal istismar sahəsinin tərtib etdiyi akta uyğun olaraq mənzilinə guya üst mərtəbədən su axıdılması və nəticədə əmlakına zərər dəyməsini göstərərək pullar tələb etmişdir. Buna misal olaraq hazırki iddiaçının Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə eyni məzmunlu tələblə müraciət edərək lüzumsuz yerə məhkəmə araşdırmalarına səbəb olmuşdur. İndi hazırki etirazına İddiaçı Bakı Apellyasiya Məhkəməsinə vermiş olduğu apellyasiya şikayətinə dair çıxarılmış olan xx.xx.2020-ci il tarixli qətnaməsinin surətini əlavə etməklə iddiaçının iddia tələblərinin nə dərəcədə həqiqətə uyğun olmadığını və onun qonşudan haqq-nahaq nəyisə qoparmaq istədiyi xasiyyətini səciyyələndirir.

İş materialları :

5. Bakı şəhəri 50 saylı Mənzil-Kommunal İstismar Sahəs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Cavabdeh adına olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48, 57 saylı mənzilin sanuzelindən şikayətçinin vanna otağına su sızır.

6. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu,R.Rüstəmov küçəsində istifadədə olan 0.0864 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində 45.62 kv.m ümumi, 31.22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 447 nömrəli reyestr kitabının 41489 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanında yerləşən 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1543 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş ünvan 5 ünvanının texniki pasportu iş materiallarına əlavə edilmişdir.

9. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 50 saylı Mənzil Kommunal İstismar səhəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 258 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanında yerləşən 57 nömrəli mənzilin sahibi Cavabdehdır. Mənzidən kimlərin istifadə etməsini bilmirlər.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri 29 saylı Vəkil Bürosunun hesabına hüquq xidmətinə görə 90 manat məbləğində pul vəsaiti köçürmüşdür.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/288 nömrəli rəydən görünür ki, 1-ci və 3-cü suallar üzrə: iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı mənzilin dəhliz və mətbəx tikililərinin konstruktiv elementlərində (divar və tavan və s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 53 saylı mənzilinə su axıdıldığı müəyyən olunmuşdur. 2-ci sual üzrə: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 57 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 53 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 4-cü sual üzrə: Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu səbəbdəndə qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. 5-ci sual üzrə: Su sızmasının müddətinin müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. 6-cı və 7-ci suallar üzrə: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 53 saylı mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək əlavə olaraq izahatında bildirmişdir ki, iş araşdırılan zaman toplanmış sübutlardan, mütəxəssisin verdiyi rəydən görünür ki, onların heç bir təqsiri yoxdur. Evə baxış keçirilmiş və suyun axıdılması müəyyən edilməmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən 50 saylı MKİS-nin sahənin nəzarətçisi X3 (xx.xx.2024-cü il tarixli aktı tərtib edən) izahatında bildirmişdir ki, İddiaçı şikayəti əsasında onun mənzilinə baxış keçirilmiş, yağış suyunun axdığını görmüşlər. Bundan əlavə 4-cü mərtəbədə kirayəyə qalan şəxs yağış yağan vaxt müraciət etmişdir. 3cü mərtəbədən də su sızıntısı ilə bağlı müraciət olunmuşdur. Şəkillərdə olan vəziyyəti o mənzilə gedəndə görmüşdür, amma bəzi şəkillər köhnə şəkillərdir. Çox axıntı olan şəkillər köhnə şəkillərdir. Hamamın, kolidorun şəkilləridir. Ola bilər saunzerdən axıntı olsun, amma dəqiq deyil. Cavabdehin evi əvvəl başqa şəxsin idi, o şəxs onu çağırmışdır ki, evi təmir elətdirək su sızmasın. Adam çağırıb evi təmir etdirmişlər və ondan sonra elə çox sızıntı olmamışdır.

17. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən 50 saylı MKİS-nin sahənin mühəndisi X2 (xx.xx.2024-cü il tarixli aktı tərtib edən) izahatında bildirmişdir ki, İddiaçı şikayəti əsasında onun mənzilinə baxış keçirilmiş, iddiaçıya məxsus mənzilə su axması aşkar edilmişdir. Cavadehin mənzilinə baxış keçirilməsi üçün müraciət olunsa da, cavabdeh gəlməmişdir. Həmçinin bildirmişdir ki, həmin binada iddiaçıdan başqa digən şəxslər tərəfindən su axma ilə bağlı müraciət daxil olmamışdır.

18. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İsa Eyvazzadə izahatında bildirmişdir ki, cavabdehin evinə baxış keçirəndə ordan axıntının olması aşkara çıxmamışdır. Bundan əlavə bina köhnə binadır və onun özünün texniki vəziyyətinin yaxşı olmaması da su sızmalarına səbəb olur. Birbaşa demək olmaz ki, təqsirkar cavabdehdir. Baxış keçirəndə xətt keçən hissələrdən hər hansı qüsur aşkar etdikdə biz düşünə bilərik ki, cavabdeh təqsirkar olsun, amma bu işdə cavabdehin təqsirkar olmasını birbaşa qeyd etmək mümkün deyildir. Orda müxtəlif izlər, su ləkələri aşkarlamışlar. Yeni sızmalar olarkən nəm izləri olur. Burda elə bir hal yox idi. Müəyyən etdiyikləri hissələrdə yeni və ya köhnəni dəqiq müəyyən etmək mümkün deyil. Düzdür, qüsur var idi, qopmalar və qaraltılar mövcud idi. Çəkilmiş şəkillərdən də görünür ki, oradakı izlər yeni deyil. Ola bilsin sızıntı illər əvvəl olmuş olsun, amma vətəndaş iddia tələbini gec vermişdir. İzlər yeni deyil. Onlar izlərin yaranma vaxtını dəqiq müəyyən edə bilmirlər. İzlər var ki, 3,4,5,6 ay ərzində yaranır. Onda belə izləri müəyyən etmək olur. Çox əvvəl yaranan izlərin vaxtını müəyyən etmək çətin olur. Cavabdehin evində hər hansı təmir işləri aparılmamışdır. Cavabdehin evində hər hansı qüsur aşkar etməmişdir. Çünki qüsur olsa idi orda izlər qalmalı idi. Baxış keçirərkən və şəkilləri çəkərkən hər hansı izlər cavabdehin mənzilində aşkarlanmayıb. Orada başqa mənzillərdən gələn su da ola bilər. Binanın ümumi texniki vəziyyətinə görə də su axıntısı ola bilər.

İşin faktiki halı :

19. Beşmərtəbəli yaşayış binanın 1-ci mərtəbəsində yerləşən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ev 48, 53 nömrəli mənzil İddiaçı, həmin binanın ikinci mərtəbəsində yerləşən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ev 48, 57 nömrəli mənzil Cavabdeh məxsusdur.

20. Bakı şəhəri 50 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Cavabdeh adına olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48, 57 saylı mənzilin sanuzelindən şikayətçinin vanna otağına su sızır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/288 nömrəli rəyindən görünür ki, 1-ci və 3-cü suallar üzrə: iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı mənzilin dəhliz və mətbəx tikililərinin konstruktiv elementlərində (divar və tavan və s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 53 saylı mənzilinə su axıdıldığı müəyyən olunmuşdur. 2-ci sual üzrə: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 57 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 53 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 4-cü sual üzrə: Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu səbəbdəndə qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. 5-ci sual üzrə: Su sızmasının müddətinin müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. 6cı və 7-ci suallar üzrə: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 53 saylı mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111. binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

26. İddiaçı Cavabdeh qarşı olan “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbini onun mənzilinə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəyməsi ilə əsaslandırmışdır

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

28. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. İşin müəyyən edilmiş halı odur ki, ünvan 4 iddiaçı X1 mülkiyyətindədir və həmin mənzilə su sızma nəticəsində ziyan dəymişdir.

31. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

33. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

34. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

35. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

36. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

38. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

39. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

40. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

41. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

42. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, onun mülkiyyətində olan mənzilə 2024-cü ilin oktyabr-noyabr ayında cavabdehin mülkiyyətində olan mənzildən su axması nəticəsində onun mənzilinin hamam otağı, sanitar qovşağı və mətbəxinə ziyan dəymişdir. İddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün sübut qismində məhkəməyə fotoşəkillər və 50 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt təqdim edilmişdir.

43. İddiaçının məhkəməyə bildirdiyi faktiki halları araşdırmaq üçün məhkəmə tərəfindən iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli aktı tərtib etmiş MKİS-nin nümayəndələri məhkəmə iclasında dindirilmişdir.

44. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/288 nömrəli ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan mənzilin dəhliz və mətbəxində qüsurlar aşkar edildiyi və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmiş, lakin cavabdehin mülkiyyətində olan mənzilin sanitar-qovşağı təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.

45. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş müvafiq rəyi vermiş ekspert İsa Eyvazzadənin izahatına əsasən müəyyən edilmişdir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının mənzilinə aktın tərtib edildiyi tarixlərdə cavabdehin mülkiyyətində olan mənzildən su axması nəticəsinə ziyan dəyməsi müəyyən edilməmişdir.

46. Belə ki, ekspert izahatında bildirmişdir ki, cavabdehin mənzilinə baxış keçirilən zaman mənzildə axıntının olması, o cümlədən xətt keçən hissələrdə qüsurların olması aşkar edilməmişdir. Əgər qüsurlar olsa idi izləri qalmalı idi. Cavabdehin mənzilində hər hansı təmir işləri aparılmadığından qüsurlar olsa idi aşkar edilərdi. Həmçinin qeyd etmişdir ki, iddiaçının mənzilində aşkar edilmiş su ləkələri yeni izlər olmamışdır. Ümumiyyətlə bina köhnə bina olduğundan, binanın texniki vəziyyətinin yaxşı olmaması da su sızmaya səbəb ola bilər.

47. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş xx.xx.2024-cü il tarixli aktı tərtib etmiş MKİS-nin nümayəndələrinin izahatına əsasən də cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi nəticəsinə gəlmək mümkün olmamışdır.

48. Belə ki, 50 saylı MKİS-nin sahə nəzarətçisi Qasımov Badal izahatında bildirmişdir ki, həmin aktın tərtib edildiyi zaman ölkədə güclü yağıntıların olduğu vaxt idi. Həmin yağıntılar zaman yalnız iddiaçıya məxsus mənzilə deyil, digər mənzildə, digər binalarda da su sızma halı baş vermişdir. Həmçinin bildirmişdir ki, yağışların olduğu vaxt iddiaçının müraciəti əsasında gedib onun mənzilinə baxmış, lakin axıntının haradan olmasını aşkara çıxara bilməmişdir. Onu da bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən foto şəkillərin bəziləri köhnə, öncədən baş vermiş su sızma halı ilə bağlı olan fotoşəkillərdir.

49. İşin müəyyən edilmiş digər faktiki halı isə ondan ibarətdir ki, tərəflər arasında əvvəl də cavabdehin mülkiyyətində olan mənzildən su axması ilə bağlı məhkəmə mübahisəsi olmuş, 50 saylı MKİS sahəsi tərəfindən 2010-cu il, 2018-ci ildə eyni məzmunlu akt tərtib edilmişdir.

50. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin hüquqazidd, təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyi sübuta yetirilə bilməmişdir.

51. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

55. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

56. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 58 Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin oluna bilməz.

59. Məhkəmə iddia tələbinin “cavabdehdən mənəvi ziyanın əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdehin mülkiyyətində olan mənzildən su axması nəticəsində onun mənəvi ziyan çəkməsi ilə əsasıandırıldığından və iddiaçı tərəfindən cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində onun mənzilindən su axması sübuta yetirilə bilmədiyindən iddia tələbinin hazırki hissəsi də təmin edilə bilməz.

60. İddia tələbinin “ünvan 1 ünvanında suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/288 nömrəli ekspert rəyinə əsasən cavabdehin mülkiyyətində olan mənzildə su sızmaya səbəb olan qüsur aşkar edilmədiyindən, yəni iddiaçı tərəfindən caavbdehin mülkiyyətində olan mənzildə su sızmaya səbəb olan qüsur olduğu sübuta yetirilə bilmədiyindən iddia tələbi hazırki hissədə də təmin edilə bilməz.

Məhkəmə xərcləri.

61. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin dövlət rüsumunun kəsiri olan 60 (altmış) manat məbləğində vəsait İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməlidir.

62. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə :

63. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, dəymiş mənəzi ziyana görə 300 manat, hüquqi yardıma görə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanından suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdehı onun xüsusi mülkiyyətində olan mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, dəymiş mənəzi ziyana görə 300 manat, hüquqi yardıma görə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanından suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət rüsumunun kəsiri olan 60 (altmış) manat məbləğində vəsait İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar