Məhkəmə qərarları › İş №2(007)-541/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-541/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-541/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1nə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 aprel 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1ni miras əmlakdan tam hissədə pay almışdır. Sonra həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh onun qardaşıdır. Cavabdeh artıq 10 ildir ki, onun mülkiyyətində olan mənzildə yaşamır. Qardaşı müxtəlif insanlardan borc alaraq pulları qaytarmır. Bir sözlə, dələduzluqla məşğul olur. Tanımadığı insanlar qapını döyüb onu narahat edirlər. Polis İdarəsindən isə evinə zəng gələrək bildirmişlər ki, Cavabdeh şəhərdən çıxmasına qadağa qoyulmuşdur. Cavabdehə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmənin 29 mart 2023-cü il tarixli iclasında cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, Aygün onun bacısıdır. Bacısı onun uşaqlarına qulluq edib, onların əziyyətini çəkib. O, necə istəyirsə elə də olsun. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, bildirdi ki, qardaşı 10 ildən artıqdır ki, ona məxsus mənzildə yaşamır. İkinci ailəsi ilə birlikdə Binəqədi rayonunda yaşayır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh idda tələbini qəbul etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq edilmiş 06 aprel 2022-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 vərəsəsi qızı-ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2012-ci il tarixdə X3 verilmiş **********65-05101-093032 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.7 kv/m, yaşayış sahəsi 31.4 kv/m, yardımçı sahəsi 14.3 kv/m, 2 otaqlı mənzildən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********65-05101- 093032 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 08 aprel 2022ci il tarixdə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1ndə qeydiyyatdadır. - Bakı şəhəri 76 saylı MKİS-nin 03 dekabr 2022-ci il tarixli 540 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1ndə qeydiyyatda olsa da həmin mənzildə yaşamır. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 06 aprel 2022-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı anası X1 miras qalmışdır. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ 08 aprel 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq bu hüquq barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh iddiaçının qardaşıdır, 10 ildir ki, həmin mənzildə yaşamır. O, özünə yeni yaşayış yeri seçərək ailəsi ilə birlikdə yaşayır, lakin cavabdehin iddiaçıya məxsus mənzildə formal qeydiyyatı qalmışdır, cavabdeh qeydiyyatdan çıxmamışdır. Cavabdeh iddia tələbini etiraf edir, iddianın təmin olunmasına razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddianı etiraf edir və mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1nə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1nə olan istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar