Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-545/2020 27.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızının, onun vəkili və nümayəndəsi Abışov İsmayıl Abış oğlunun iştirakları ilə, Ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızının maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızı maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək,11.12.1986-cı iltarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsitərəfindən 496 saylı doğumaktı qeydi əsasında verilmiş “Doğum haqqında Şəhadətnamə”də (“X2 - XX.XX. 1955-ciildə Kürdəmir rayonunun Quşlar kəndində anadan olmuşdur. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı”) aparılmış vətəndaşlıq vəziyyəti aktının düzgün olmamasının, yəni doğum tarixinin“XX.XX.1955-ci il” deyil, “17 dekabr 1958-ci il” olmasının müəyyən edilməsi; onun adına yeni “Doğum haqqında şəhadətnamə” verilərkən doğum tarixinin “17 dekabr 1958-ci il”kimi qeyd olunması, digər məlumatların (anadan olduğu yer: Kürdəmir rayonunun Quşlar kəndi. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı) dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Musayeva (Zərbaliyeva) Firəngiz İsgəndər qızı 17 dekabr 1958-ci ildə Kürdəmir rayonunun Quşlar kəndində anadan olmuşdur. Onun qızlıq soyadı “Zərbaliyeva” olmuş, lakin 26 oktyabr 1995-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olduğu üçün soyadı “Musayeva” olmuşdur. Anadan olandan sonra valideynləri tərəfindən ona “Doğum haqqında şəhadətnamə” alınmamışdır. Uşaq olduğundan bu barədə dəqiq məlumatı olmamışdır. Kürdəmir rayonunda yaşadığı sovetlər dövründə işləmək üçün Bakı şəhərinə gəlmək istəyirdi, lakin pasportu olmadığından bu mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrdə X1 tərəfindən onun adına pasport alınmışdır. Həmin pasportda olan məlumatlar atası İsgəndərin sözlərindən yazılmış, təvəllüdü gün, ay göstərilmədən (XX. XX) yalnız1955-ci il, doğulduğu yer isə Kürdəmir rayonu, Quşlar kəndi qeyd olunmuşdur. Atası tərəfindən alınmış həmin pasportla işləmək üçün Kürdəmir rayonundan Bakı şəhərinə gəlmiş və zavodda işə düzəlmişdir. Bakıda işlədiyi vaxtlarda ona doğum haqqında şəhadətnamə lazım olduğundan yaşadığı ərazi üzrə maraqlı şəxsə - Bakı şəhəri, Nizami rayonu VVADQ Şöbəsinə müraciət etmiş və ona həmin pasport əsasında 11.12.1986-cı il tarixdə “Doğum haqqında şəhadətnamə yazılmışdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 496-cı sayla qeydiyyat aparılmışdır. Həmin vaxtlarda da təvəllüdünün düzgün yazılmadığını Maraqlı şəxsə bildirsə də, heç bir əhəmiyyəti olmamışdır. Doğum haqqında şəhadətnasi pasportu əsasında yazıldığından yenə də təvəllüdü düzgün qeyd olunmamış və doğum günü və ayı göstərilməmiş (XX.XX.) doğulduğu il isə “1958-ci il” əvəzinə, “1955-ci il” qeyd olunmuşdur. Şəhadətnamənin ata qrafasında X4, ana qrafasında isə X8, hər ikisinin milliyyəti azərbaycanlı qeyd olunmuşdur. Hal-hazırda da şəxsiyyət vəsiqəsində eyni məlumatlar qeyd olunmuşdur. Ailə üzvləri, yaxınları hamısı bilirlər ki, o, 1958-ci ildə anadan olmuşdur. Bacısı Nazilə ondan 6-7 yaş böyükdür. Ailələrində ad günü həmişə 17.12.1958-ci ildən hesablanaraq qeyd olunmuşdur. Ailə üzvləri ilə birlikdə yubiley yaşları (əlli və altmış) da həmin tarixlə qeyd edilmişdir. Ərizəsində qeyd olunan faktları yaxın qohumları və qonşuları da təsdiq edə bilərlər. 11.12.1986-cı il tarixdə Maraqlı şəxs tərəfindən onun adına verilmiş “Doğum haqqında şəhadətnaməsində olan olan yanlışlığı düzəltmək və əsl həqiqəti müəyyən etmək məqsədilə doğulduğu ərazi üzrə Kürdəmir rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.11.2019-cu il tarixli Arayışdan məlum oldu ki, arxivdə saxlanılan 1953-1960-cı ilədək olan dövrə aid yoxlama aparılmış və bu barədə doğum haqqında akt qeydi aşkar edilməmişdir, onlarda heç bir ilkin qeydiyyat aparılmamışdır. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə də eyni xahişlə müraciət etmiş və 27.11.2019-cu il tarixli Arayışla bundan imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızı ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçini o bildirdi ki, onun yaşının səhv göstərilməsi onun yaşının çox olmaması səbəbindən vaxtından tez təqaüdə çıxarılmasına səsəb olur. Ərizə verməkdə məqsədi qeydiyyat sənədlərində düzəliş edilməsi, işləmək istəməsi və vaxtında təqaüdə çıxmaq istəməsidir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Abışov İsmayıl Abış oğlu ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında X9 şahid qismində ifadə verərək göstərmişdir ki, Ərizəçinin əmisidir. Rusiyada uzun illər işləmiş və yaşamış, həmişə Azərbaycana rayonlarına gəlib-gedirmiş. 1957-ci ildə Kalininqrada getmişdir. Onun qardaşının ərizəçi ilə birlikdə 3 qızı olmuşdur. Onlara ata nənələri baxırdı. Böyük qız 1952-ci ildə dünyaya gəlmişdir. O, 1958-ci il tarixdə oğlu olanda rayona gələnədə eyni vaxta ona demişlər ki, qardaşının da qızı olub. Həmçinin o bildirmişdir ki, ona məlum idi ki, qardaşının başqa qızı daha var və o,1955-ci ildə anadan olmuşdur. O uşaqda da ərizəçiyə oxşayırdı, uşaqlara nənəsi baxdığından qardaşının ikinci və ya üçüncü qızının rəhmətə getməsini dəqiq bilmir. Amma rəhmətə gedən qız öləndə yaş yarım olardı, lakin adını dəqiq xatırlamır. Məhkəmənin əvvəlki iclaslarında X10 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin böyük bacısıdır. Ərizəçi üçüncü bacısıdır. Ataları başqa qadınla ailə qurmuş, onlara isə əmiləri baxmışdır. Bir bacıları ölmüşdür. Uşaq olanda bilmirdilər, lakin sonra onlara hər şeyi danışmışlar. O, özü 1952-ci il tarixdə andan olmuşdur. O, da bilmirdi ki, nə vaxt anandan olmuşdur, amma hər ilin mayın 23-də ad gününü qeyd etmişlər. Ölən bacısı ərizəçi olmamışdır. İkinci bacısı olmuş, onun ərizəçi ilə üç yaş fərqləri olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xİİ-ЖГ Seriyalı 305902 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 --.--.1955-ci il tarixdə andan olmuşdur. X1, anası X5r. - Vİ-ЖГ Seriyalı 433226 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X3 26 oktyabr 1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir; - Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 noyabr 2019-cu il tarixli, 3/957 nömrəli arayışdan görünür ki, 1955-ci il tarixdə anadan olmuş Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Kürdəmir rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 1953-cü ildən 1960cı ilədək olan dövrə aid bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 339.1-cimaddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyənedilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri qiymətləndirərək qeyd edir ki,ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızı ərizəsində doğum haqqında şəhadətnamədə onun duğulduğu tarixin düzgün olmamasını göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmənin əvvəlki iclaslarında ifadə vermiş şahidlər ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızının doğum haqqında şəhadətnaməsində onun doğum tarixinin səhv göstərilməsi ilə bağlı konkret ifadələr verməmişlər. Məhkəmə hesab edir ki iş üzrə şahidlərin ifadələri hazırki iş üzrə səhih sübut kimi qəbul edilə bilməz. Belə ki, X9 ərizəçi və onun bacıları ilə birlikdə yaşamamış, uzun müddət Azərbaycanda olmamış, arada bir rayona gəlib-getmişdir. Uşaqlara ata nənələri baxdığından rəhmətə gedən uşağın dəqiqliklə kim olmasını xatırlamamış, eyni zamanda onun ifadəsində qeyd etdiyi məsələlərin əksəriyyəti bilavasitə onun tərəfindən deyil, ona bu barədə digər qohumları tərəfindən bildirilmiş məlumatlara əsaslanmışdır. Bundan əlavə iş üzrə ifadə vermiş digər şahid ərizəçinin bacısı X10 isə hadisələrin baş verdiyi vaxtı körpə uşaq olduğundan və hadisələri dəqiqliklə qavrayaraq dərk etmək iqtidarında olmadığından onun hazırki iş üzrə verdiyi məlimatlar məhkəmədə onların həqiqiliyinə dair qənaət yaratmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızının ərizəsində göstərdiyi hallar məhkəmə iclasında tədqiq edilən sübutlar və şahid ifadələri ilə təsdiq olunmadığından ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızı maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “11.12.1986-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 496 saylı doğum aktı qeydi əsasında verilmiş “Doğum haqqında Şəhadətnamə”də (“X2 - XX.XX. 1955-ci ildə Kürdəmir rayonunun Quşlar kəndində anadan olmuşdur. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı”) aparılmış vətəndaşlıq vəziyyəti aktının düzgün olmamasının, yəni doğum tarixinin“XX.XX.1955-ci il” deyil, “17 dekabr 1958-ci il” olmasının müəyyən edilməsi; onun adına yeni “Doğum haqqında şəhadətnamə” verilərkən doğum tarixinin “17 dekabr 1958-ci il”kimi qeyd olunması, digər məlumatların (anadan olduğu yer: Kürdəmir rayonunun Quşlar kəndi. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı) dəyişdirilmədən saxlanılması” tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızı maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “11.12.1986-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 496 saylı doğum aktı qeydi əsasında verilmiş “Doğum haqqında Şəhadətnamə”də (“X2 - XX.XX. 1955-ci ildə Kürdəmir rayonunun Quşlar kəndində anadan olmuşdur. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı”) aparılmış vətəndaşlıq vəziyyəti aktının düzgün olmamasının, yəni doğum tarixinin“XX.XX.1955-ci il” deyil, “17 dekabr 1958-ci il” olmasının müəyyən edilməsi; onun adına yeni “Doğum haqqında şəhadətnamə” verilərkən doğum tarixinin “17 dekabr 1958-ci il”kimi qeyd olunması, digər məlumatların (anadan olduğu yer: Kürdəmir rayonunun Quşlar kəndi. Atası: X4, milliyyəti: azərbaycanlı. Anası: X8, milliyyəti: azərbaycanlı) dəyişdirilmədən saxlanılması” tələbinə dair ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Musayeva (Zərbalıyeva) Firəngiz İsgəndər qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-545/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-545/2020
27.01.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver