Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-58/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “servitut yüklülüyünün qoyulması” və iddiaçı Cavabdeh İddiaçınə qarşı “cavabdehə aid tikilinin pəncərəsindən qanunsuz açılan qapıların texniki normaya uyğun bağlanması və binanın uçma ehtimalının, qəzalı vəziyyətdə olmasının yoxlanılması” tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “servitut yüklülüyünün qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3993 ha torpaq sahəsindən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının girişinə optimal yolun müəyyən edilərək, həmin yola İddiaçı ixtiyarlı şəxs olmaqla servitut yüklülüyünün qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan sahəyə baxan və cavabdeh İddiaçınə aid tikilinin pəncərəsindən qanunsuz açılan qapıların texniki normaya uyğun bağlanması və binanın uçma ehtimalının, qəzalı vəziyyətdə olmasının yoxlanılması, ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçındən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarından görünür ki, məhkəmənin baxış iclası xx.xx.2022-ci il tarixə saat 09:50-yə təyin edilmiş, tərəflərin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi, o cümlədən SMS xəbərdarlıq göndərilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırkı halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə tərəflərə məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “servitut yüklülüyünün qoyulması” və iddiaçı Cavabdeh İddiaçınə qarşı “cavabdehə aid tikilinin pəncərəsindən qanunsuz açılan qapıların texniki normaya uyğun bağlanması və binanın uçma ehtimalının, qəzalı vəziyyətdə olmasının yoxlanılması” tələblərinə dair iddia ərizələri baxılmamış saxlanılsın və iddia ərizələri və onlara əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-58/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-58/2022
11.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver