Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-580/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırıımışdır ki, o Cavabdeh atası ilə xeyli müddət bir yerdə işləmişdir. Onun atasını mədəni, ziyalı bir insan kimi tanımışdır. Cavabdeh 2020-ci ilin fevral ayında ondan borc pul istədi və bildirdi ki, ticarətlə məşğul olmaq istəyir, onun atasını və ailə üzvlərini tanıdığı üçün tərəddüd etmədi. 26 fevral 2020-ci il tarixdə ona 3600 (üç min altı yüz) manat pul verdi. Cavabdeh ona borc müqaviləsi adlı yazılı qəbz verərək həmin məbləği ondan götürdüyünü və maaş kartından hər ay borcunun silinməsinə razılıq verdiyini, 3600 manatı üç ay müddətində verəcəyini qeyd etdi. Razılaşdığı kimi ona maaş kartını verdi. Lakin o cavabdehin maaş kartını bankomata salıb yoxladıqda kartın aktiv olmadığını gördü. Bundan sonra cavabdeh ona maaş kartını qaytardığı və əvəzinə təzə kartı verəcəyi barədə 15.06.2020-ci il tarixdə yazılı iltizam verdi. Lakin o sonradan vədinə əməl etmədi. O bundan sonra pulunun qaytarılması üçün ona müraciət etdi. Lakin cavabdeh onun telefonlarına cavab vermədi və o, başa düşdü ki, cavabdeh pulu qaytarmaq istəmir.Bu barədə onun atasına bildirdikdə atası da əsəbi halda bildirdi ki,”oğlu onu təngə gətirib evə də gəlib getmir, polisə müraciət edin pulunuzu tələb edin.” Bütün bunlardan sonra o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Belə ki, borclu Cavabdeh onun qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh ondan aldığı borcu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Bundan başqa cavabdeh onun xeyli miqdarda pulunu qaytarmadığından ona mənəvi ziyan da vurmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh 3600 (üç min alti yüz) manat borcun, məhkəməyə müraciət edilməsi üçün vəkil xidmətinə görə ödənilən 150 (yüz əlli) manat pulun, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun, cəmi 3780 (üç min yeddi yüz səksən) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, bəli o, borcu götürmüşdür. Lakin borcun çox hissəsini qaytarmışdır. Dəfələrlə o ödənişi “fujifilm” dükanına təhvil vermiş, iddiaçı özü bunu ona bildirmiş və o da ödənişi etmişdir.İddianın qismən təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 26.02.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 3600 manat pul götürmüşdür. Maaş kartından hər ay borcundan silinməsinə razılıq verdiyini, 3600 manatı üç ay müddətində qaytaracağını qeyd etmişdir. İş materiallarında olan 15.05.2020-ci il tarixli iltizamdan görünür ki, cavabdeh İddiaçı maaş kartını aldığını və əvəzinə təzə kartı verəcəyi vəd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh 2020-ci ilin fevral ayında ondan 3600 (üç min altı yüz) manat pul almış, cavabdeh iddiaçıya borc müqaviləsi adlı yazılı qəbz verərək həmin məbləği ondan götürdüyünü və maaş kartından hər ay borcunun silinməsinə razılıq verdiyini, 3600 manatı üç ay müddətində verəcəyini qeyd etmişdir. Razılaşdıqları kimi cavabdeh ona maaş kartını vermişdir. Lakin cavabdehin maaş kartı aktiv olmamışdır. Cavabdeh İddiaçı maaş kartını qaytarmağı və əvəzinə yeni kartı verəcəyi barədə 15.06.2020-ci il tarixdə yazılı iltizam vermişdir. Lakin cavabdeh bu günə qədər aldığı pulu geri qaytarmamışdır. Məhkəmə xərclərinin tələb olunması hissəsində də iddia əsaslıdır. Belə olan halda iddia tələbi əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3600 manat borc, vəkil xidmətinə görə ödənilən 150 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3780 manat pul İddiaçınin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3600 manat borc, vəkil xidmətinə görə ödənilən 150 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3780 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-580/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-580/2021
02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver