Məhkəmə qərarları › İş №2(007)-583/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-583/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-583/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departapenti 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı "mənzilə istifadə hüququnun tanınması, icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departapenti 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı "mənzilə istifadə hüququnun tanınması, icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququm tanınaraq, cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-cu ildən ünvan 1 üvanında qeydiyyatsız yaşamışdır. Onun başqa yaşayış yeri olmadığı üçün burada yaşamaq məcburiyyətində olmuşdur. Bina əvvəllər Sosial İnkişaf İdarəsinin, hazırda isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Onun dəfələrlə yaşadığı mənzilə qeydiyyata alınmağı barədə müvafiq sənədlərin verilməsi barədə müraciətinə cavabdeh etinasız yanaşmış və ya ona imtina etmişdir. Ona yaşadığı mənzilə ancaq məhkəmə yolu ilə düşə biləcəyini bildirmişlər. Mənzilin kommunal xərclərini özü ödəyir. Bundan əlavə mənzilə elektrik enerjisi, qaz və su sayğacları qoyulmuşdur ki, onlar da onun adınadır. Yəni 2008-ci ildən mənzilə sahiblik və istifadə hüququnu həyata keçirir. Uzun müddətdir ki, yaşadığı mənzilin bütün kommunal xərclərinin ödəmişdir. Mənzil kommunal şəraitlidir, arxitektura və memarlıq qaydalarının tələblərinə tam cavab verir. Yaşadığı müddət ərzində yaşayış sahəsini cari və əsaslı təmir etdirmiş, oranın kommunal xidmətlər haqqını vaxtı-vaxtında ödəməklə, yaşayış sahəsindən açıq, fasiləsiz və vicdanla istifadə etmişdir. Həmin ev memarlıq baxımından mümkündür, digər binalara, qurğulara və kommunikasiya maneçilik törətmir. Başqa yaşayış yeri yoxdur və hesab edir ki, uzun müddət yaşayıb istifadə etdiyi tarixdən ildən ünvan 1 mənzilinə pasport qeydiyyatına alınmalı və onunla icarə müqaviləsi bağlanmalıdır. Hazırda qeydiyyatı olmadığı üçün yaşadığı mənzilə dair hüquq və vəzifələrinin yerinə yetirməyinə bir sıra çətinliklər yaranır. Bir vətəndaş kimi ölkədə keçiriləcək seçkilərdə iştirak etmək istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Birliyin balansında olan Ş.Mirzəyev küçəsi, 79 saylı binanın mənzil 26A ünvanında istifadə hüququnun tanınması və icarə müqaviləsi üzrə iddiasını tam qəbul edir və qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 141 saylı MKİS-in 18.09.2020-ci il tarixli 714 saylı arayışından görünür ki, İddiaçı Ş.Mİrəzyev küçəsi, ev 79, mənzil 26A ünvanında uzun müddətdir ki, qeydiyyatsız yaşayır. - Mənzil-Kommunal Təsərrüfat Departapenti 1 saylı Xüsusi təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin 15.02.2021-ci il tarixli 11/ç saylı məktubundan görünür ki, Şirin Mirzəyev küçəsi 79 saylı yaşayış binası Birliyin balansında olmaqla 141 saylı Mənzil- Kommunal İstismar sahəsinin istismarındadır. - “xxxx” ASC-nin 09.10.2020-ci il tarixli 01/4/01-7/6/14586 saylı məktubundan görünür ki, İddiaçı cəmiyyətin elektron bazasında Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, mənzil 26/A (kod: **********261) ünvanında qeydiyyatdan keçmişdir. - “Azəriqaz” istehsalat Birliyinin 25.09.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanı Birliyin abonentlərin uçotu bazasında İddiaçı (abonent kodu: **********00261, sayğac nömrəsi 1702AZ**********86) adınadır. - “xxxx” ASC-nin 14.10.2020-ci il tarixli 7-01/08-08/2610 saylı məktubundan görünür ki, “xxxx” ASC-nin informasiya bazasında İddiaçı ilə birə-bir uyğunluq təşkil edən bir abonent (abonent kodu: **********9026A, kodlaşmadakı ünvan: Nizami rayonu, Ş.Mirəzyev, ev: 0079, mənzil: 026A) aşkarlanmışdır. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mənzildə yaşayır və həmin mənzilin komunal xərclərini ödəyir. Hazırda cavabdeh tərəf isə iddia tələbinə etiraz etməyərək iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 26A.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 26A.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi X1 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 126A.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 126A.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 126A.3-cü maddəsinə əsasən-istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, İddiaçınun ünvan 5 ünvanında yerləşən mənzildə yaşadığından İddiaçınİn həmin məznildə istifadə hüququ tanınmalıdır. Qeyd olunan qətnamə iddiaçının həmin ünvana qeydiyyata alınması, cavabdeh Bakı şəhər Mənzil- Kommunal Təsərrüfat departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən onunla icarə müqaviləsi bağlanması üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən istifadə hüququ tanınsın. Qeyd olunan qətnamə İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə qeydiyyata alınması, cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departapenti 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanması üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar