Məhkəmə qərarları › İş №2(007)-584/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-584/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-584/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüququnun tanınması, icarə müqaviləsinin bağlanması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o 2008-ci ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır. Onun başqa yaşayış yeri olmadığı üçün burada yaşamaq məcburiyyətində olmuşdur. Bina əvvəllər Sosial İnkişaf İdarəsinin hazırda isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Onun dəfələrlə yaşadığı mənzilə qeydiyyata alınmaq barədə müvafiq sənədlərin verilməsinə dair müraciətinə cavabdeh etinasız yanaşmış və ya imtina etmişdir. Ona yaşadığı mənzilə ancaq məhkəmə yolu ilə düşə biləcəyini bildirmişlər. Mənzilin kommunal xərclərini özü ödəyir. Bundan əlavə mənzilə elektrik enerjisi, qaz və su sayğacları qoyulmuşdur ki, onlar da onun adınadır. Yəni, 2008-ci ildən mənzilə sahiblik və istifadə hüququnu həyata keçirir. Uzun müddətdir ki, yaşadığı mənzilin bütün kommunal xərclərinin ödəmişdir. Mənzil kommunal şəraitlidir, arxitektura və memarlıq qaydalarının tələblərinə tam cavab verir. Yaşadığı müddət ərzində yaşayış sahəsini cari və əsaslı təmir etdirmiş, oranın kommunal xidmətlər haqqını vaxtı-vaxtında ödəməklə, yaşayış sahəsindən açıq, fasiləsiz və vicdanla istifadə etmişdir. Həmin ev memarlıq baxımından mümkündür, digər binalara, qurğulara və kommunikasiya xətlərinə heç bir maneçilik törətmir. Başqa yaşayış yeri yoxdur və uzun müddət yaşayıb istifadə etdiyi tarixdən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 79, 34 A saylı mənzilinə pasport qeydiyyatına alınmalıdır və onunla icarə müqaviləsi bağlanmalıdır. Hazırda qeydiyyatı olmadığı üçün yaşadığı mənzilə dair hüquq və vəzifələrimin yerinə yetirməyinə bir sıra çətinliklər yaranır. Bir vətəndaş kimi ölkədə keçiriləcək seçkilərdə iştirak etmək istəyir. Qeyd olunanlara əsasən onun ünvan 1 ünvanına istifadə hüququnun tanınaraq, həmin ünvana qeydiyyata alınması, cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən onunla icarə müqaviləsinin bağlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəmdəsi Nümayəndə iddiaçının mənzilə istifadə hüquqnun tanınmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Naxçıvan ŞPİ tərəfindən 25.04.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1968-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 15.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 79 saylı yaşayış binası Birliyin balansında olmaqla 141 saylı MKİS-nin istismarındadır. İş materiallarında olan AR “xxxx” ASC-nin 09.10.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “xxxx” ASC-nin elektron bazasında İddiaçı adına ünvan 4 ünvanında **********341 saylı abonent kodu aşkarlanmışdır. 141 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 679 №li, 15.09.2020-ci il tarixli arayışına əsasən X1 Mirzəyev küçəsi, ev 79, 34A ünvanında uzun müddətdir ki, qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin faktiki hallarını, iş üzrə toplanmış sübutları araşdırıb, cavabdehin nümayəndəsinin iddianı istifadə hüququnun tanınması hissəsində etiraf etdiyini,eləcə də qeydiyyata alınma və tərəflər arasında icarə müqaviləsinin bağlanması barədə tələblərin məhkəmədə baxılmalı olan tələblərə aid edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ünvan 5 ünvanına istifadə hüququ tanınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Qə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ünvan 6 evin 34A saylı ünvanına istifadə hüququ tanınsın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar