Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-590/2020 18.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi İddiaçı “AGBank” (Cavabdeh) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1064/2012 saylı 08 may 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək məqəsdi ilə, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası üçün, itirilmiş icraatın bərpası üzrə iş başlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsi 08.05.2012ci il tarixli 2(007)- 1064/2012 saylı mülki iş üzrə iddiaçı Cavabdeh ASC-nin ona (İddiaçı) və X2 qarşı pul tələbinə dair iddianı qismən təmin edərək, onlardan 6.583 ABŞ dolları əsas, 8.644,71 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 15.727,71 ABŞ dolları alnacaq gündə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla və ödənilmiş 15 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 08.05.2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsinin mövcud olması barədə, ona 11.12.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə dəvət olunarkən, icra məmuru tərəfindən bildirilmişdir. 18.12.2018-ci il tarixdə özü Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və 24.12.2018-ci il tarixdə məhkəmənin dəftərxanasından qətnamənin surətini almışdır, (ərizə, qəbz və qətnamənin surətləri ələvə olunur) 08.01.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 08.05.2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına, eyni zamanda icra sənədi üzrə icraatın dayandınlmasina dair ərizələrlə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Ünvanına heç bir məhkəmə aktı daxil olmadığına görə, Bakı apellyasiya məhkəməsinə və Bakı şəhəri Nizami rayon məhkəməsinə 15.11.2019-cu il tarixdə ərizələrlə müraciət etmiş, 27.11.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 15.03.2019-cu il tarixli 2(007)-1064/2012 saylı qərardadının surəti rəsmi qaydada ona verilmişdir. Həmin qərardadla Bakı şəhəri Nizami rayon məhkəməsinin 08.05.2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına və icra sənədinin icraatın dayandınlmasina dair ərizələr geri qaytarılmış və itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə mahiyyəti üzrə qətnamə çıxarmış məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsi 15.03.2019-cu il tarixli 2(007)- 1064/2012 saylı qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti və ərizələr daxil olduqdan sonra, öyrənilinəsi və prosessual müddətin bərpası məsələsinə baxılması üçün mülki iş məhkəmənin arxivindən tələb edilmişdir. Məhkəmənin arxiv müdirinin təqdim etdiyi yazılı məlumatdan görünür ki, 2(007)-1064/2012 saylı işin arxivdə müəyyən edilmədiyi üçün müraciətin araşdırılması ilə əlaqədar işin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı məhkəmədə ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. AGBank” (Cavabdeh) ASC-nin nümayəndəsi X3 məhkəmədən hazırki işinin mahiyyətinin araşdırılması üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavənin: 1-ci bəndinə əsasən, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. 6-cı bəndinə əsasən, itirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi göstərilmədikdə, məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir. İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda, məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır. 15-ci bəndinə əsasən, itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bərpa edilməsi xahiş olunan mülki iş, yəni Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsində olmuş, məhkəmənin sorğusu əsasında həmin mülki iş Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bərpa olunması xahiş olunan mülki iş hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsində olduğundan ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş Əlavəni rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-590/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-590/2020
18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver