Məhkəmə qərarları › İş №2(007)-590/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-590/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-590/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-2820/2018 sayli qətnaməsi ilə iddia qismən temin edilərək X9 ilə Cavabdeh arasında 1 saylı Bakı "ASAN Xidmət” X8 08 oktyabr 2014-cü il tarixda bağlanmış və 2331 №-si ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 16 iyul 2015-ci il təvəllüdlü X4 və 18 iyun 2017-ci il təvəllüdlü X6 anaları X5 himayəsində saxlanılması, X2 16 iyul 2015-ci il təvəllüdlü X4 və 18 iyun 2017-ci il tavallüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08 iyun 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz sakkiz) manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması hissədə təmin edilməsi, iddia qalan hissədə rədd olunması qət olunmuşdur. Qətnamədən göründüyü kimi, Cavabdeh ilə oğlu X9 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur və hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev küçəsi ,ev 13/8B-yə gəlin köçmüşdür. Cavabdeh xx.xx.2018-ci il tarixdə atası X3 evdən çıxıb getmişdir. Nikahları pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamağı üçün Nizami Rayonu Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddiaya heç bir etiraz etmeden gəlib yaşamağı üçün evdə qeydiyyatda olan hərkəs razılıq vermişdir və məhkəmə Cavabdeh xeyrinə qətnamə qəbul etmişdir. Yalnız qətnamə qəbul edildikdən 2 ay sonra (xx.xx.2019) icra məmursuz gəlib könüllü şəkildə bütün cehizlərini aparıb qalmağı ilə bağlı nə qədər təkid etsələr də, cavabdeh burada qalmayacağını deyerek öz cehizlərini aparmışdır (102 xidmətinin polis əməkdaşlarının şahidliyi altında). Cavabdeh xx.xx.2018-ci ildən bu evdə yaşamır, yaşamağı üçün qətnamə qəbul edilməyinə baxmayaraq o, burada yaşamamışdır. Bununla bağlı Nizami rayon İcra şöbəsinə iş üzrə Gültac xanıma nə qədər ərizə ilə müraciət etsələr də, cavab olaraq gəlib yaşamayacağını demişdir. Hazırda Cavabdeh başqa biri ilə iki ildir ki, evlidir, yeni övladı dünyaya gelmiş və Sumqayıt şəhərində Dəmiryol vağzalının yaxınlığındə qalır. Cavabdeh artıq 5 ildir qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün və başqa biri ilə yenidən nikaha daxil olub övlad sahibi olduğu üçün yaşayış sahəsində istifafə hüququna xitam verilməsini, qeydiyyatdan çıxarılmasını xahiş edir. Hazırda sözügedən mənzil dövlət manzil fonduna aiddir (hüquqi rejimi). Qeyd edilənlərə əsasən Nizami Rayon Məhkəməsinin 20 .08.2019cu il tarixli, 2(007)-1619/2019 saylı qətnaməsinə xitam verərək, Cavabdeh qınının Nizami rayonu, Mətləb Ağayev 13/8b ünvanındakı yaşayış sahəsində istifadə hüququna xitam vererek, qeydiyyatdan çıxarılmağı ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, gəlini Cavabdeh yaşayış sahəsində istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının dəlillərini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, mübahisə predmeti olan evdə yaşamır və özünə məxsus cehiz əşyalarını da evdən aparmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X10 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçıya məxsusdur. Onda olan məlumata əsasən cavabdeh həmin ünvanda yaşamır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 330 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. Sahibi İddiaçıdur. Mənzildə X7, X11, X12, gəlinin Cavabdeh, nəvələri İddiaçı Orxan oğlu və X14 qeydiyyatdadırlar. - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev sakinləri olan Ələkbərov Əkbər, Əsgərov Zülfüqar və Aslanov Bayram tərəfindən tərtib edilmiş izahatdan görünür ki, onlar qonşular olaraq Cavabdeh xx.xx.2018-ci ildən hazırkı vaxta qədər burada yaşamadığına və xx.xx.2019-cu ildən cehizlərini apardığının şahidirlər. - 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 329 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 saylı evdə qeydiyyatdadır. Cavabdeh xx.xx.2019cu il tarixdən hazırkı vaxta kimi qonşuların aktına əsasən göstərilən ünvanda yaşamır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1853/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X1 hərəkəti qanunsuz hesab edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, keşlə qəsəbəsi, M.Ağayev küçsəi, 13/8b saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1619/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X5 uşaqları 16 iyul 2015-ci il təvəllüdlü X15 və 18 iyun 2017-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 4 ünvanında yerləşən evə köçürülmələri qət edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin xx.xx.2023-cü il tarixli 3-13-18/2-4617/23 saylı məlumatından görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdən ünvan 5 ünvanında, xx.xx.2019-cu il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 6 ünvanında yerləşən yaşayış evi 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. Həmin ev İddiaçı sahibliyindədir. İddiaçının keçmiş gəlini olan Cavabdeh iddiası əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə onun mübahisəli evə köçülməsi qət edilmişdir. Bundan sonra isə cavabdeh həmin evə qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli evdə yaşamadığından iddiaçı cavabdehin evdən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə məhkləməyöə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 7 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar