Məhkəmə qərarları › İş №2(007)-596/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-596/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-596/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X24 və İstisman birliyi tərəfindən X5 29 may 2001-ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X8 adına verilmiş ƏMDX DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxanşm və xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan ölçü sənədinin, X8 adına verilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun və ƏMDX DƏDRX tərəfindən xx.xx.2017-cı il tarixli çıxarışın, X19 ilə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 adına dövlət reyestrindən Seriya RX ******* nömrəli verilmiş çıxarışın və xx.xx.2018-ci il tarixli texniki pasportun, X24 və İstismarı birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X24 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən verilmiş Seriya MA ******* nömrəli sahəsi X2 adına çıxarışın və xx.xx.2011-ci il tarixli torpaq sahənin plan ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh2 adına dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X24 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X24 və İstismarı birliyinin xx.xx.2004-cü il tarixli 6858 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, mərhum X10 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (sonuncu) məhkəməyə müraciət edərək, X24 və İstismarı birliyi tərəfindən X5 29 may 2001 ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X8 adına verilmiş ƏMDX DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın və xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan ölçü sənədinin, X8 adına verilmiş xx.xx.2017ci il tarixli texniki pasportun və ƏMDX DƏDRX tərəfindən xx.xx.2017-cı il tarixli çıxarışın, X19 İlə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 ilə X27 arasında 4 saylı Bakı ASAN XİDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və X17 adına olan reyestr tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, X24 və İstismarı birliyi tərəfindən xx.xx.2004 cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X24 və İstismarı birliyinin 08 noyabr 2004cü il tarixli 33527 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən verilmiş Seriya MA ******* nömrəli sahəsi X2 adına çıxarışın və xx.xx.2011-ci il tarixli torpaq sahənin plan Ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh2 adına dövlət reyestrindən verilmiş xx.xx.2019- cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və Ölçüsü sənədinin, X24 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X24 və İstismarı birliyinin 29.10. 2004-cü il tarixli 6858 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, X17, Cavabdeh2 və Cavabdeh3, mərhum X10 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən X17, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə cavabdeh kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə vəfat etmiş anası X4 miraş qalıb. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi ilə müraciəti əsasında Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılıb və vərəsə kimi tanınıb. Cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadə olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilib. Bundan sonra iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmayıb. Belə ki, məhkəmə qərardadında qeyd edib ki, yuxanda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə Cavabdeh1 adına tərtib olunmuş **********59-11301, Cavabdeh2 adına tərtib olunmuş **********89, Cavabdeh3 adına tərtib olunmuş **********26 reyestr nömrəli çıxanşlan onların verilməsinə əsas olmuş hüquqmüəyyəncdici sənədlərlə birlikdə mübahisələndirməli, daha sonra isə 0,14 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. X24 və İstismarı birliyi tərəfindən 29 may 2001-ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 a saylı sahəsi 0.12 ha olan bağ sahəsi Mürşüdova (Əzimova) X36 Nardaran ərazisində ayrılıb. Torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixində çıxarış verilib, sonradan Bağ sahəsində ev inşa edildiyinə görə evlə birgə xx.xx.2017-ci ildə çıxarış verilib, sonradan 30 saylı Notariat ofisində 0.12 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli 4Ə-22 saylı reyestr nömrəsi ilə Cavabdeh1 bağışlanıb, hazırda onun adınadır. X24 və İstisman birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 33527 nömrəli müqavilə ilə 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsi X3 ayrılıb (bu işdə ikinci müqavilədə var, X24 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. xx.xx.2011-ci il tarixli dövlət reyestrindən sahəsi 0.1101 ha torpaq sahəsinə X2 adına çıxarış alınıb. 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixində əqd nömrəsi 1077 olan Bağışlanma müqaviləsi tərtib edilək 0.1102 ha ölçüdə olan torpaq sahəsi Cavabdeh2 bağışlanıb, onun adına xx.xx.2019-cu il tarixində dövlət reyestrindən çıxarış verilib, hazırda adındadır. X24 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004 cü il tarixli 6858 nömrəli müqavilə ilə 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsi Cavabdeh3 ayrılıb (bu işdə ikinci müqavilədə var, X24 və İstismarı birliyinin xx.xx.2004-cü il tarixli 6858 nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış 0.113 ha torpaq sahəsinə verilib. Hazırda da Cavabdeh3 adınadır. Bakı İnzibati Məhkəməsinin icraatında olan vaxt məlum olub ki, onun mərhum anası X10 ayrılmış sahəsi 0.14 ha olan torpaq sahəsinin hər üç bağ sahəsinin ərazisində yerləşən buna dair cavabdeh olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ortofoto təqdim edilib və orada da açıq aydın hansı hissələrdə üst-üstə düşmə halı qeyd edilib. Həmin sənədləri hazırda məhkəməyə təqdim edir. Cavabdehlərə məxsus olan sənədlər və ona əsas olmuş sənədlər X10 məxsus olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdə etibarsız hesab edilməlidir.

Cavabdehin etirazın əsasları və dəlilləri:

5. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona və qeyrilərinə qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Nəzərə çatdırır ki, X24 və İstismarı Birliyinin 29 may 2001-ci il tarixli müqaviləsinə əsasən 644 a saylı sahəsi 0,12 ha olan bağ sahəsi anası X12 ayrılıb. 2001ci ildə valideyinləri həmin torpaq sahəsində ev tikdirib yaşayıblar. 2016-cı ildə anası X19 həmin torpaq sahəsini mülkiyyətində keçirib və çıxarış əldə edib. 2017-ci ildə isə həmin torpaq sahəsində tikdirdiyi evi mülkiyyətinə keçirib və çıxarış əldə edib. 29 mart 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında 492678 saylı müqaviləyə əsasən həmin torpaq sahəsini anası X19 ona bağışlayıb. İddiaçı onlara qarşı iddia qaldıraraq guya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsi vəfat etmiş anası X4 miras qalıb. Onlar 2001-ci ildən həmin bağ sahəsində yaşayırlar, X11 və iddiçıya heç bir dəfə də görməyiblər. Həmin bağ sahəsində onlarla birlikdə qonşular da yaşayır və qonşular bir-birini tanıyır, lakin bu şəxsləri tanımırlar. İddiaçı torpaq sahəsinin harada yerləşdiyini bilmir, lakin onlara qarşı iddia irəli sürərək mülkiyyət hüquqlarını əllərindən almaq istəyir. Qeyd edilənlərə əsasən iddiasını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları:

6. Azəraycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA/2-Ə- 00805/2023 saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1926-cı ilə dair Bakı şəhəri Stalin (Səbail) rayonu uzrə doğum haqqında bərpa kitabında 25 mart 1922-ci ildə doğulan X6 təvəllüdü qeyd olunur. Atası: Useynov Əli- Heydər Mirzə (sənəddə olduğu kimi) oğlu, anası: Useynova Məsmə xanım (sənəddə olduğu kimi) (ata adı qeyd olunmayıb). Milliyyəti qeyd olunmayıb.

7. Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 21 saylı məktubunun surətindən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş X7 (xx.xx.1922-ci il təvəllüdlü FİN-3E2KC88) miras qalmış Bakı şəhəri, Nərdəran qəsəbəsi, 646 saylı torpaq sahəsindən yerləşən 0.14 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X46-bala qızının ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır.

8. AZ-İ seriyalı 198324 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 23 may 2006-cı ildə ölmüşdür.

9. İ-ЖГ seriyalı 493775 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 avqust 1979-cu ildə ölmüşdür.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33906/2024-**********06 saylı məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-15402/2024-**********02 saylı məktubundan görünür ki, faktiki olaraq kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür.

12. X14 və İstismarı Birliyi ilə X21 arasında bağlanmış 11464 saylı xx.xx.1987-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı ümumi sahəsi 0,14 olan bağ sahəsi X16 xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək icarəyə verilmişdir.

13. X24 və İstismarı birliyi ilə X13 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 29 may 2001-ci il tarixli 29943 saylı müqavilədən görünür ki, sahəsi 0.12 ha olan bağ sahəsi xx.xx.2011-ci ilədək X5 icarəyə verilmişdir. Müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə mqaviləsi yeni müddətə uzadıla bilər.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda X22 adına qeydiyyata alınmışdır;

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X22 adına qeydiyyata alınmışdır;

16. Məhkəməyə X25 məxsus olan ünvan 2nin texniki pasportu təqdim edimişdir.

17. X30 ilə Cavabdeh1 arasında bağlanmış 492678 saylı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X30 ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 182.2 kv.m olan bağ evini və 0,12 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 hədiyyə etmişdir.

18. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ni xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır;

19. Məhkəməyə Cavabdeh1 məxsus olan ünvan 2nin texniki pasportu təqdim edimişdir.

20. Cavabdeh1 ilə X27 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 182,2 kv.m və ümumi sahəsi 0,12 ha torpaq sahəsini X1, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 40000 manata satmış, alıcı isə həmin qiymətə almışdır;

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A Yeni qaydalarla: AZ1097, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 182,20 olan bağ sahəsi xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda X17 adına qeydiyyata alınmışdır;

22. Birlik X14 və İstismarı Birliyi ilə istifadəçi X9 arasında bağlanmış 33527 saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardəran ərazisindəki 645a nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.

23. X14 və İstismarı Birliyi ilə istifadəçi X9 arasında bağlanmış “Nardaran ərazisindəki 645a nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” 33527 saylı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan 645a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır (2-ci bəndi)

24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X2 adına qeydiyyata alınmışdır;

25. X9 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X9 ona məxsus olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645a saylı bağ sahəsi ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsi Cavabdeh2 hədiyyə etmişdir.

26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 0,1102 ha olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2 adına qeydiyyata alınmışdır;

27. Birlik X14 və İstismarı Birliyi ilə istifadəçi Cavabdeh3 arasında bağlanmış 6858 saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardəran ərazisindəki 645 nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.

28. X14 və İstismarı Birliyi ilə istifadəçi Cavabdeh3 arasında bağlanmış “Nardaran ərazisindəki 645 nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” 6858 saylı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan 645 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır (2-ci bəndi)

29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sahəsi 0,113 ha olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh3 adına qeydiyyata alınmışdır;

30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12016/2025 saylı məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 29 may 2001-ci il tarixli 29943 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında 05 oktyabr 2016-cı il tarixdə X8 adına ilkin qeydiyyata alınmışdır, 19 yanvar 2017-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 182.2 kv. m olan bağ evi və torpaq sahəsi vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu X42 tərəfəindən təsdiq edilmiş 29 mart 2018-ci il tarixdə 4Ə-22 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı bağ evi 10 aprel 2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində 22 noyabr 2024-cü il tarixdə 4Ə-3205 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 644a saylı bağ evi X26 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 5 ünvanında yerləşən 0.113 hektar torpaq sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 6858 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 02 avqust 2019-cu il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən 0.110166 hektar torpaq sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 33527nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 05 oktyabr 2011-cu il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda 15 avqust 2019-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 645a saylı bağ sahəsi 30 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Arxiv məlumatlarına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 22 aprel 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 11464 nömrəli müqavilə əsasında X32 (X31) qızına icarəyə verilmişdir.

Tərəflərin izahatları:

31. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin dəqiləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anasından miras qalmış əmlakı qəbul etməyi ilə əlaqədar 2022-ci ilin yanvar ayında Notariat Ofisinə müraciət edib. 1646 nömrəli müqaviləyə əsasən Nardaran qəsəbəsində 0.14 hektar torpaq sahəsi anasına məxsus olub. O, vərəsəlik hüquqularını 2023-cü ildə təsdiq etdirib. Həmin vaxta qədər o bağa heç vaxt getməyib. Bu torpaq mərhum atasına 1965-ci ildən məxsus olub. Orada hasar var idi. Daşınmaz əmlakın dövlət reyestrinin arxivində olan sənədlərlə bunlar təsdiq olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə lazımi sənədləri göndərib. Həmin sənədlərdən görünür ki, o torpaq sahəsi onların ailələrinindir. Məhkəmə müqavilənin müddətinin bitdiyini bildirib, amma Azərbaycan Respublikasının Prezidentinin 841 nömrəli Fərmanına görə bağ sahələri Böyük Vətən müharibəsinin iştirakçılarının əvəzsiz mülkiyyətinə verilib. 1995-ci il tarixli qanun da Böyük Vətən müharibəsinin veteranlarına aiddir. 2007-ci ildə torpaq islahatları haqqında qanun qəbul olunub. Ona görə də, müqavilənin müddətinin bitməsi müzakirə edilə bilməz. Hesab edir ki, məhkəmə tərəfindən Prezidentin sərəncamları və torpaq istehsalatları qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında ona izah olunub ki, o, gərək əvvəlcə bu çıxarışları ləğv etsin. Cavabdeh1 oğlu eyni torpağa iki ədəd çıxarış əldə edib. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsinin ağ daşdan, bir metr yarım uzunluğunda hasarı olub.

32. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin dəqiləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildir ki, məhkəməyə kifayət qədər sübut təqdim edilib. İddiaçının atası Böyük Vətən müharibəsinin iştirakçısı olduğu üçün mübahisəli torpaq sahəsi ona uzunmuddətli və əvəzsiz verilib. Dövlət müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti demək olar ki, eyni mövzuda sərəncam imzalayıb. İddia əsaslandırılıb.

33. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyib, etirazın dəlillərinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2001-ci ildə anası həmin torpaq sahəsini başqa bir mülkiyyətçidən alaraq adına rəsmiləşdirib. 2001-ci ildən orada ev tikilib. Həmin vaxt orada yaşayan qonşuları da bunu sübut edə bilər. 2001-ci ildə mübahisə premeti olan torpaq sahəsində ev tikiləndən sonra anası əri ilə oraya köçərək, yaşayıblar. Yavaş-yavaş ev tikilərək yekunlaşıb. O, həmin ərazidə yaşamır. Torpaq sahələrinin üst-üstə düşməsindən heç bir məlumatları yoxdur. İddiaçını 24 il ərzində bir dəfə də görməyiblər. Keçən il iddiaçı cəmi bir dəfə gəlib, bir kəlmə deyib ki, “bilmirəm torpağım o tərəfdə idi, yoxsa bu tərəfdə idi, mən öz yerimi axtarıram”. Torpaq sahəsi anası tərəfindən ona bağışlanıb. Sonradan valideynlərinindən biri vəfat etdiyi və anası bağ evindən tək qala bilmədiyindən torpaq sahəsini satıb. Əmlak 2001-ci ildən alınsa da, 2017-ci ildə çıxarış əldə edilib. 2001-ci ildə torpaq sahəsini alan kimi valideynləri ev tikib və orada yaşamağa başlayıblar. Çıxarışlardan biri torpaq sahəsi, biri isə bağ sahəsi ilə bağlıdır.

34. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyib, izahat verərək bildirmişdir ki, 2005-ci ildən bağ idarəsinin müqaviləsi əsasında torpaq sahəsini özəlləşdirib, ev tikib, orada yaşayıblar. İndiyə kimi orada bağ var. Onlar orada ev tikəndə boş sahə idi.

35. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh X17 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirmişdir.

36. Məhkəmə baxış iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər X27, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndələri məhkəmə iclasında gəlməmiş, Bakı şəhəri 30 saylı Notariat Ofisinin nümayəndəsi işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

37. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 22 aprel 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 11464 nömrəli müqavilə əsasında X31 (X31) qızına icarəyə verilmişdir. X18 xx.xx.2006-cı il tarixdə vəfat etmişdi. Bakı şəhəri 31 saylı notariat ofisinin məlumatına əsasən X7 miras qalmış Bakı şəhəri, Nərdəran qəsəbəsi, 646 saylı torpaq sahəsindən yerləşən 0.14 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X46-bala qızının ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən faktiki olaraq kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür. Bu səbəbdən iddiaçı Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Hazırda iddaçı cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3 məxsus çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə baxışının hədləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmənin mövqeyi:

42. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

43. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, anasından miras qalmış əmlak cavabdehlər tərəfindən adlarına rəsmiləşdirilmişdir.

44. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 29 may 2001-ci il tarixli 29943 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında 05 oktyabr 2016-cı il tarixdə X8 adına ilkin qeydiyyata alınmışdır, 19 yanvar 2017-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 182.2 kv.m olan bağ evi və torpaq sahəsi vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu X42 tərəfəindən təsdiq edilmiş 29 mart 2018-ci il tarixdə 4Ə-22 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı bağ evi 10 aprel 2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində 22 noyabr 2024-cü il tarixdə 4Ə-3205 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 644a saylı bağ evi X26 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 5 ünvanında yerləşən 0.113 hektar torpaq sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 6858 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 02 avqust 2019-cu il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən 0.110166 hektar torpaq sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 33527nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 05 oktyabr 2011-cu il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda 15 avqust 2019-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 645a saylı bağ sahəsi 30 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

45. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi, ünvan 5 və ünvan 4 hazırda uyğun olaraq, X26, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi “X24 və İstismarı birliyi tərəfindən X5 29 may 2001 ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X19 illə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 ilə X27 arasında 4 saylı Bakı ASAN XİDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və X24 və İstismarı birliyi tərəfindən xx.xx.2004 cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X24 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilənin, xx.xx.2011-ci il tarixli torpaq sahənin plan Ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, X24 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin” etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. MM-in: 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. … Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı: “Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. ... Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.” Belə ki, iddiaçı qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə Konstitusiya məhkəməsinin yuxarıdakı qərarlarda qeyd edilən mövqeyinə əsasən, belə qənaətə gəlir ki, əmlakı vicdanlı əldə edən, hazırki mülkiyyətçilər X26, Cavabdeh3 və Cavabdeh2 hüquqları pozulmamalıdır. Beləliklə, cavabdehlər, hazırki mülkiyyətçilər X34, Cavabdeh3 və Cavabdeh2 mübahisəli bağ sahələrinin vicdanlı alıcısı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehlərə məxsus çıxarışların və s. sənədlərin etibarsız sayılmasını xahiş etsə də, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə iddia tələbinin “X17, Cavabdeh2 və Cavabdeh3, mərhum X10 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən X17, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması” hissəsinə münasibətdə qeyd edir ki, hazırda cavabdehlərə məxsus bağ sahələri ilə iddiaçıya anasından qalmış bağ sahəsini üst-üstə düşüb-düşməməsi məlum deyil. İddiaçı bununla bağlı məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun vəsatəti təmin edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsi keçmiş X14 və İstismarı Birliyi ilə bağlanılmış 22 aprel 1987ci il tarixli bağın icarəyə verilməsi haqqında 11464 nömrəli müqavilə əsasında iddiaçının anası X10 icarəyə verilmişdir. Bağ sahəsi Əminə Useynovaya xx.xx.1987-ci ildən xx.xx.1997-ci ildək icarəyə verilmişdir. Həmin müddət bitdikdən sonra icarə müqaviləsinin müddəti uzadılmamış, torpaq sahəsi həmin müddətdən sonra iddiaçının və ya onun anasının istifadəsində və sahibliyində olmamış, buna dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ünvan 2nin X26, ünvan 5nin Cavabdeh3 və ünvan 4nin X2 mülkiyyətlərində olmasını nəzərə alaraq, iddia tələbini mübahisələndirilən hissədə də əsassız hesab edir.

Nəticə:

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

38. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar