Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-60/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Açar sözlər: “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi” və “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbləri) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil4, Qarşılıqlı iddia üzrə iddiaçı X3, İddiaçı Cavabdeh1, Cavabdeh1 və X3 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 qarşı “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələblər:
1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3500 manat kompensasiya ödənilməklə, Cavabdeh2 isə kompensasiya ödənilmədən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102, 2 nömrəli mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 3500 manat, Cavabdeh2 3500 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102, 2 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cəmi 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 102, 2 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı, 2 saylı mənzilə dair kompensasiya verilməməklə istifadə hüququna xitam verilməsinə dair iddianın rədd edilməsi, həmin mənzilə istifadə hüququnun tanınması, qarşılıqlı iddia ərizəsi verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-884/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan iddiaçı X2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(007)-1059/2023 nömrəli mülki iş, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı "mənzilə olan istifadə hüquqlarının itirilməsi" tələbinə dair 2(007)-884/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
6. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı, 2 saylı mənzilin ½ hissədə Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(007)- 60/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.
İddia ərizələrinin əsaslandırıldığı hallar:
8. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 1, mənzil 19 satılaraq əldə olunan 54000 manat 2 hissəyə bölünsə də, iddiaçı əlavə öz payına düşən hissədən 5000 manat cavabdehlərə hədiyyə etmişdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin 2 saylı mənzil təxminən 1992-ci ildə X15 tərəfindən iddiaçıya əvəzsiz olaraq verilmiş, hədiyyə edilmişdir. Mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 1, 19 nömrəli mənzilin satışından kompensasiya verilməsinə baxmayaraq, bu mənzilə dair istifadə hüququnun itirilməsi qarşılığında 3500 manat kompensasiya ödəmək istəyir. Digər Cavabdeh2 bu yaxınlarda nikaha daxil olmuş, ər evinə köçmüşdür. Buna görə də Cavabdeh2 istifadə hüququna kompensasiya vermədən xitam verilməsi mümkündür.
9. Cavabdeh1 iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə nikahlarına 2022-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. İddiaçı 1992-ci ildə işlədiyi X15 tərəfindən mənzil növbəsinə durarkən həyat yoldaşı Cavabdeh1 və 24 noyabr 1990-cı ildə anadan olmuş qızı Məmmədova Xədicənin də olması nəzərə alınaraq orderlə 3 otaqlı, sahəsi 39,60 kv.m olan mənzil ayrılmışdır. Həmin mənzil əldə edildiyi vaxtdan hər üçü pasport qeydiyyatındadır və hazırda da mənzildə qızı ilə birlikdə Cavabdeh1 yaşayır. Əfsər Məmmədov işi ilə əlaqədar mənzildə faktiki olaraq yaşamır. Mənzilin kommunal xidmətləri də Cavabdeh1 tərəfindən ödənilir. Həmin mənzilə Əfsər Məmmədovun mülkiyyət hüququ Cavabdeh1 razılıq ərizəsi ilə tanınmış və Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 167071 nömrəli, 16 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan həmin qeydiyyat vəsiqəsi xx.xx.2022-ci il tarixli ********** nömrəli Çıxarışla əvəz olunmuşdur. Qeyd etdiyi kimi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 102-də yerləşən sahəsi 39,60 kv.m olan 3 otaqlı, 2 saylı mənzil İddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Ona görə də həmin mənzilə ½ hissədə Cavabdeh1 mülkiyyət hüququ qanunla tanınmalı hüquqdur.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil4 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. O, bildirdi ki, iddiaçı əslində kompensasiya ödəməyə də bilərdi. Həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz, çünki məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, mənzil İddiaçı X15 tərəfindən əvəzsiz olaraq verilib. İddiaçı 20000 manat kompensasiya məbləği təklif edir. Məhkəmənin müəyyən etdiyi 40000 manat kompensasiya məbləğini qəbul etmir. Cavabdehlər iddia edirlər ki, təmir üçün xərclər çəkiblər. Buna dair sübutları təqdim etməmişlər. İddiaçı vəkili və nümayəndəsi ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin və Cavabdeh1 iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin və Cavabdeh1 iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 Əsvər Əkbər oğlunun iddiasını qəbul etmədiyini bildirdi. O, “Xəzər” televiziyasında reklam şöbəsində işləmiş, əmək haqqı ilə evi təmir etdirmiş və artırmalar etmişdir. Atası 5000 manat pulu ona hədiyyə etmişdir. O, atasının təklif etdiyi 20000 manat kompensasiya məbləğini qəbul etmir. Hesab edir ki, bu məbləğ azdır. Əgər cəmi 50000 manat kompensasiya versə razı olar. O, məhkəmənin müəyyən etdiyi 40000 manat kompensasiya məbləğini də qəbul etmədiyini bildirdi. İlk iddia üzrə İddiaçı iddiasının rədd edilməsini, qarşılıqlı iddia tələbinin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 İddiaçı iddiasını qəbul etməyərək, öz iddiasını və qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, həmin mənzil verildiyi vaxtdan ailə üzvü olaraq o və qızı qeydiyyata düşməklə orada yaşayırlar. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatadək vəsait xərcləmişlər. Bütün kommunal xidmət haqları da onlar tərəfindən ödənilir. Ailə üzvü kimi onlar nəzərə alınmasa idi, İddiaçı 1 otaqlı mənzil verərdilər. İddiaçı onlara 20000 kompensasiya məbləği təklif edir. Bu məbləğlə razı deyil. Hesab edir ki, iddiaçı onlara 50000 manat kompensasiya məbləği verməlidir. Məhkəmə tərəfindən müəyyən edilən 40000 manat kompensasiya məbləği ilə də razı deyil. Məhkəmədən İddiaçı iddiasının rədd edilməsini, onun və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və X3 vəkili və nümayəndəsi Vəkil3 İddiaçı iddiasını qəbul etməyərək bildirdi ki, Cavabdeh1 iddia tələbi əsaslıdır. Bu evi cavabdehlər 16.37 kv.m artırma işləri aparmışdır. İddiaçı mənzili vermək istəmirlər. Artırmanın altında qaraj inşa edilmişdi. Bunun qarşılığında mənzili ona verə bilməzlər. Mənzil artıq 3 otaq deyildir. Otaqların sayı artmışdır. O mənzil indi çox yaxşı vəziyyətdədir. O artırmaları evdən ayırmaq olmaz. Məhəbbət xanımın orda hüquqları var. Orda qeydiyyatdadır. Bu 2 nəfərin hüquqlarının pozulması deməkdir. Artırmanı ora hesaba qatmayacaqlar. Artırmaya ayrıca giriş var. Artırmadan kənar hər birinə 25000 və ya başqa məbləğ təklif olunsa, dəyərləndirə bilərlər. İndi iddiaçı kompensasiya verib cavabdehləri çıxarmaq istəyir. Lakin cavabdehlər verilən kompensasiya məbləği ilə razı deyillər. Onlar 50000 manat kompensasiya məbləği tələb edirlər. Əks halda, İddiaçı iddiasının rədd edilməsini, Cavabdeh1 və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları:
15. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar.
16. X16 Deputatları İcraiyyə Komitəsinin qərarı əsasında verilmiş 007530 saylı xx.xx.1993-cü il tarixli orderdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzili X10 işləyən İddiaçı ailə üzvləri Cavabdeh1F (həyat yoldaşı) və Cavabdeh2Ə (qızı) ilə birlikdə verilmişdir.
17. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventsarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzili İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə, 1305 nömrəli rüyüstr kitabında 196009 səhifədə qeydə alınmışdır.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05101-093021 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2022-ci il tarixdə **********7 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzilində qeydiyyatdadırlar.
20. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikaha 21 dekabr 2022-ci ildə, 378 nömrəli akt qeydi ilə xitam verilmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, **********76 nömrəli məktubdan görünür ki, İddiaçı adına Səbail Rayon İcra Hakimiyyətinin 007530 nömrəli, xx.xx.1993-cü il tarixli orderinə Cavabdeh1 razılıq ərizəsinə və 2 saylı MİŞ-in 1/102 nömrəli xx.xx.2023-cü il tarixli forma-2 arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzili xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
22. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər mübahisənin məhkəmədən kənar həllinə nail ola bilməmişlər.
23. Cavabdeh1 xx.xx.2003-cü il tarixli razılıq ərizəsi verməklə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzilinin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/168 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh1 adından olan xx.xx.2003-cü il tarixli ərizə razılıqdakı yazılar və “Məmmədova”, Cavabdeh1 Fərəç qızı” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1223 nömrəli təkrar məhkəmə xətşünaslıq ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh1 adından olan xx.xx.2003-cü il tarixli ərizə razılıqdakı yazılar və “Məmmədova”, Cavabdeh1 Fərəç qızı” qrafalarındakı imzalar, həmin ərizəyə dair Bakı şəhəri 30 saylı notariat ofisinin 7E-49 saylı (xx.xx.2003xx.xx.2003) reyestr jurnalında 17746 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Məmmədova” yazısı və həmin yazının üst hissəsindəki imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur.
26. “X12 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzilin bazar dəyəri və kirayə haqqı qiymətləndirilmiş, mənzil 3 otaqlı qeyd edilsə də, faktiki olaraq 4 otaqlıdır, ümumi sahəsi 86.90 kv.m-dir. Texniki pasportda 68.90 kv.m qeyd edilmişdir. 39.60 kv.m sahəyə görə bazar dəyəri - 69300 manat və aylıq kirayə haqqı – 250 manat; 68.90 kv.m sahəyə görə bazar dəyəri 120575 manat və aylıq kirayə haqqı – 430 manat; 86.90 kv.m sahəyə görə bazar dəyəri 152075 manat və aylıq kirayə haqqı – 540 manat təşkil edir.
27. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatlarında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzilin bazar dəyəri 124600 manat, artırmalar ilə bilirlikdə isə bazar dəyəri 149600 manat olduğu qeyd edilmişdir.
28. Bakı şəhəri 142 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubundan və plandan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzilin istismarı haqqı, məişət tullantılarının yığılması və daşınmazı üçün olan ümumi borc 67.32 manatdır. Son illər evin ödənişlərini evin xanımı, yəni Cavabdeh1 etmişdir. Mənzildə 2 mərtəbəli artırma var. 16 kv.m artırılmış yaşayış sahəsi, 16 kv.m artırılmış qaraj sahəsi var.
İşin faktiki halları:
29. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 keçmiş əri və Cavabdeh2 atasıdır. İddiaçı ilə Cavabdeh1 1987-ci ildə nikaha daxil olmuşlar. X11 işçisi kimi İddiaçı ailə üzvləri ilə birlikdə xx.xx.1993-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 102 saylı evin, 2 saylı mənzili verilmişdir. Evə dair mülkiyyət hüququ xx.xx.2004-cü ildə mənzil özəlləşdirilərək qeydə alınmışdır. Mənzil özəlləşdirilərkən Cavabdeh1 xx.xx.2003-cü il tarixli razılıq ərizəsi verməklə mənzilin İddiaçı mülkiyyətinə verilməsinə etiraz etməmişdir. İddiaçı ilə Cavabdeh1 nikahlarına 2022-ci ildə xitam verilmişdir. Hazırda İddiaçı mülkiyyətçi kimi cavabdehlərə cəmi 20000 manat kompensasiya ödənilməklə mülkiyyətçisi olduğu mənzildən istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş edir. Lakin Cavabdeh1 və Cavabdeh2 onlara təklif edilən 20000 manat və məhkəmənin müəyyən etdiyi 40000 manat kompensasiya məbləğini qəbul etmirlər. Onlar iddiaçıdan 50000 manat kompensasiya məbləği tələb edirlər. Həmçinin İddiaçı məhkəmənin müəyyən etdiyi 40000 manat və cavabdehlərin təklif etdiyi 50000 manat kompensasiya məbləği ilə razı deyil. Cavabdehlər Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun tanınmasını tələb etmiş, Cavabdeh1 isə birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etmişdir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
32. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
34. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
35. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı:
4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı:
Qərarda qeyd olunur: .... qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
38. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi: Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
39. Avropa Konvensiyasının 1 saylı protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.
40. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
Məhkəmənin mövqeyi:
42. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və Cavabdeh1 iddia tələbləri rədd edilməlidır.
43. Belə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı, 2 saylı mənzilin İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə olan zaman X15 tərəfindən İddiaçı ailə üzvləri nəzərə alınmaqla xx.xx.1993-cü il tarixdə verilməsi işin mübahisəsiz halıdır.
44. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
45. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
46. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.
47. Göründüyü kimi mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
48. Məhkəmə sübutlara və işin hallarına hərtərəfli qiymət verərək belə nəticəyə gəlir ki, mülkiyyətçi İddiaçı mənzildən istifadə hüququ olan hər iki şəxsə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini, mənzildən onların çıxarılmasını tələb edə bilər.
49. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
50. İddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini özünün mülkiyyət, cavabdehlərin isə istifadə hüququnu nəzərə alaraq 20000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin və aylıq kirayə haqqının müəyyən olunması nəzərə alınaraq, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 20000 manat məbləğində olması müəyyən edilmişdir.
51. Cavabdehlər məhkəmə iclasında iddiaçı tərəfindən kompensasiyanın məbləğinin onlara 50000 manat verilməsini ədalətli hesab etmiş və razılığa gələ biləcəklərini bildirmişlər. Məhkəmə isə tərəflərin mənafeyini nəzərə alaraq, İddiaçı təklif etdiyi kompensasiya məbləği ilə razı olmadığını, faktiki olaraq mənzilin artırılmasını və gələcəkdə mülkiyyətçi tərəfindən satılan zaman artırmaya uyğun daha baha qiymətə satılmasını, cavabdehlərin mənzildə yaxşılaşdırma işlərinin görməsini və mənzilə qulluq etmələrini, həmçinin yuxarıda qeyd edilən Plenum Qərarını nəzərə alaraq kompensasiya məbləğini ədalətli olaraq 40000 manat müəyyən etmişdir.
52. Göründüyü kimi cavabdehlər İddiaçı təklif etdiyi 20000 manat və məhkəmənin müəyyən etdiyi 40000 manat kompensasiya məbləğini qəbul etmirlər. İddiaçı isə cavabdehlərin tələb etdiyi 50000 manat və məhkəmənin müəyyən etdiyi 40000 manat kompensasiya məbləği ilə razı deyil. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına əsasən məhkəmə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Hazırki halda mülkiyyətçi İddiaçı məhkəmə tərəfindən müəyyən edilən 40000 manat kompensasiya məbləği ilə razı deyil. Odur ki, tərəflər arasında kompensasiya məbləği ilə bağlı razılıq olmadığından məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi rədd edilməlidir.
53. Məhkəmə, Cavabdeh1 iddia tələbinə münasibətdə bildirir ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə birgə nikah dövründə dövlət tərəfindən qulluq illəri və ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər. Hazırki halda mübahisəli mənzil birgə əmlak hesab edilə bilərdi.
54. Lakin, mənzil özəlləşdirilərkən Cavabdeh1 mənzilə dair mülkiyyət hüququndan razılıq ərizəsi verməklə imtina etmişdir. Məhz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına əsasən Cavabdeh1 mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanını könüllü razılıq ərizəsi verməklə etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 ərizədəki yazı və imzanın ona məxsus olmadığını bildirib münahisələndirsə də iş üzrə alınan xx.xx.2024-cü il tarixli, 4/168 nömrəli və xx.xx.2024-cü il tarixli, 4/1223 nömrəli rəyləri ilə bu təkzib olunmuş, ərizənin onun tərəfindən yazılıb imzalanması təsdiqlənmişdir. Belə olan halda, həmin mənzil birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Sözügedən mənzil rəsmi olaraq İddiaçı mülkiyyətindədir.
55. Cavabdehlər məhkəmə iclası zamanı evə müəyyən təmir, yaxşılaşdırma üçün xərclərin onların tərəfindən çəkilməsini iddia etsələr də buna dair hər hansı bir sübut təqdim edilməmişlər.
56. Lakin, “X12 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından, "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli hesabatlarından, Bakı şəhəri 142 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubundan və plandan görünür ki, mübahisəli mənzildə faktiki olaraq 16 kv.m yaşayış sahəsi və 16 kv.m qaraj sahəsi artırılmışdır.
57. Yuxarıda qeyd olunan işin faktiki hallarına və məhkəmənin hüquq mövqeyinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiası əsassız olduğundan rədd edilməldir.
Məhkəmə baxışının hədləri:
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə:
59. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiaları rədd edilməlidir.
60. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığından məhkəmə xərci olan dövlət rüsumu tərəflərə aid edilməlidir.
61. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova