Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-615/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “istifadədə olan obyektə qanunsuz müdaxilənin qarşısının alınması və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “istifadədə olan obyektə qanunsuz müdaxilənin qarşısının alınması və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı sahəsi 105.4 kv.m olan mağaza onun həyat yoldaşı X5 tərəfındən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsindədir. Qeyd olunan mağazaya dair mülkiyyət sənədi alınmasa da, istifadəsində olan həmin obyekt "xxxx" MMC tərəfindən həmin mağazanın yerləşdiyi ərazinin və sahəsinin plan-sxemi çəkilərək inventarlaşdırılmış və 75.500 manat dəyərində qiymətləndirilmişdir. Həmin mağazaya dair heç bir hüququ olmayan cavabdeh olan onun qaynı Cavabdeh heç bir əsas olmadan ondan mağazanın ona təhlil verilməsini və mağazadan çıxmağını tələb edir. Artıq cavabdehin obyektə qanunsuz müdaxuləsi müntəzəm xarakter aldığından mağazanı normal şəkildə işlətməyində böyük problemlər yaranmışdır. Cavabdeh qeyd olunan obyektə dair ona qarşı qanunsuz tələblərindən və müdaxilələrindən əl çəkmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, mübahisənin həll olunması üçün məhkəmə qaydasında ünvan 1 ünvandakı sahəsi 105,4 kv.m olan mağazaya cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısı alınmalı və ona qanunsuz müdaxilə qadağan edilməlidir. İddia ərizəsinə əlavə edilən 11 nəfər qonşuları tərəfindən tərtib edilərək imzalanmış aktdan da görünür ki, qeyd olunan obyekt 1999-cu il tarixdə onun həyat yoldaşı X5 tərəfindən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsindədir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə dair etriaz, ərizə və yazılı məhkəmə çıxışı ünvanlayaraq iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən bildirilmişdir ki, iddiaçının iddia etdiyi ünvan 1 ünvandakı sahəsi 105,4 kv.m olan mağaza cavabdeh tərəfindən 1999-cu il tarixdə inşa edilmiş, həmin mağazanın yerləşdiyi torpaq sahəsi cavabdehə Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə verilmişdir. Cavabdeh həmin sahədə fərdi yaşayış evi, bir otaqdan ibarət mağaza və bir neçə kiçik otaq inşa etmişdir. Mağazanı əvvəllər kiçik qardaşı X6, sonra isə digər qardaşı X3 müvəqqəti olaraq verilmişdir. X3 qardaşının müəyyən ehtiyaclarını ödəməsi üçün verilmiş və bunun müqabilində cavabdeh heç bir haqq almamışdır. Hazırki mübahisə iddiaçının həyat yoldaşı X1 qanunsuz müdaxiləsindən sonra başlanılmışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli hesabat cədvəli Keşlə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Keşlə qəsəbə sakinləri tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt isə həmin şəxslər tərəfindən ləğv edilmiş və kommunal xidmətlərə dair müqavilə də cavabdehin adına qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli aktı imzalamış Keşlə qəsəbə sakinləri X5 tərəfindən başqa sənəd yığmaq adı ilə yanlış məlumat verildiyi üçün imza etdiklərini bildirmişlər. Həmin şəxslərin xx.xx.2022-ci il tarixdə tərtib edərək imzaladığı aktda mübahisəli mağazanın Cavabdeh tərəfindən tikildiyi və ona məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. İddiaçı məhkəməyə başqa heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə mübahisəni aydınlaşdırmaq üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertiza rəyində qeyd olunan üünvanda yerləşən faktiki sahəsi 24.96 kv.metr olan mağazanın arxa hissəsinin Cavabdeh hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilmişdir. Buna baxmayaraq məhkəmə mübahisəm aydınlaşdırmaq üçün tərəflərin iştirakı ilə yerində baxış keçirmişdir. Mübahisəli mağazaya vizual baxdıqda aydın şəkildə görünür ki, mağaza Cavabdeh Nizami rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ayrılmış və onun tikdiyi fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, həmin yer 1997-1998-ci ildə zibilxana olmuş, o vaxtlar yoldaşı oranın zibilini təmizlətmiş və mağazalar tikdirmişdir. Həmin yer tikiləndə yoldaşı pul vermiş, kiçik qaynı da tikdirmişdir. Amma oranı kiçik qaynı Faiq işlədirdi, Faiq oranı 15 il işlətmişdir, Faiq anası ilə qalırdı, imkanı yox idi, oradan dolanırdı. Sonra həmin kiçik qaynı müflisləşmiş, mağazanı işlədə bilməmiş və yoldaşı ona borclarına görə evini satmaması üçün 10 il əvvəl 34000 ABŞ dolları məbləği vermişdir. Bundan sonra Abuzər oranı təmir etdirdi. Cavabdeh Faiqə 4000 dollar pul vermiş, həmin pulu da Faiq qaytarmışdır. Oranın layihəsini kiçik qaynı vermiş, arxaya pəncərə və qapı qoymuşdur ki, hava axını olsun. Sonra kiçik qaynını yoldaşı çıxarandan sonra Eldarın yoldaşı gəlib pəncərəni bağlamasını demiş, onlar da pəncərəni bağlamışlar. Eldar sonra bunlara qapını da bağlamağı demiş, o da bu barədə yoldaşına söyləmiş, yoldaşı da qardaşı gəlib desə qapını bağlayacağını bildirmişdir. O, qızına nişan taxandan sonra cavabdehlərin halları dəyişmiş, Eldar nişana gəlməmişdir. Onun yoldaşı Eldarı oxutdurub, Eldar yediyi çörəyə kimi yoldaşına borcludur. Orada dərzi, gözəllik salonu, ərzaq və meyvə-tərəvəz mağazası var və hamısı da onlarındır. Ora əvvələr bir dükan olmuş, sonradan da bölünmüşdür. Eldarın evi 4 sotdadır, mağazasına qədər olan torpağı cavabdeh qanunsuz zəbt etmişdir. O, həmçinin bildirdi ki, əvvəl onlar orada, mağazanın 20 metrliyində yaşamış, sonra oranı satmış və indi də Keşlədə bir az aralıda yaşayırlar. Əvvəllər işığın kodu onun adına olmuş, sonradan qanunsuz heç bir sənədi olmadan Eldar “ASAN” xidmətdə işığı adına keçirmişdir. Tikinti onlara məxsusdur və cavabdeh ərzaq mağazasını işlədən şəxsə hədə-qorxu gəldiyi üçün həmin şəxs mağazanı tərk etmişdir. Cavabdehin hədə-qorxularının ucbatından meyvə və ərzaq mağazasını heç kəs icarəyə götürmək istəmir. Dərzi və gözəllik salonu uzun müddətdir ki, işləyir və icarə haqqını ona verirlər. Tikilini rəngləyəndə həmişə ağ rəngləmişlər, bu zaman Eldarın hasarını da rəngləyirdilər, burada kamera sonuncu icarə götürənin olmuş və o da gedəndə çıxartmışdır. Ümumi 105,4 kv.m-dir. Dərzi və gözəllik salonunda işləyənlərə də Eldar qaziləri çağırmış və həddə-qorxu gəlmişdir . O, həmçinin bildirdi ki, cavabdeh iş məhkəməyə düşənədək onlara 30 min manat pul təklif etmişdir. O, mağazaya qiymət qoymuş, həmin qiyməti cavabdeh versə idi, mağazanı ona satardı. Əgər obyekt onun deyilsə niyə cavabdeh ona pul təklif edirdi, ona maşınını satıb pul verməyi deyirdi. Oranın axırıncı təmirini oranı işlədən kirayəçi edibdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq qeyd etdi ki, həmin tikili iddiaçının yoldaşı tərəfindən tikilmiş və ekspertiza rəyində də qeyd edilmişdir ki, tikili hasarın hüdudlarında deyil. Cavabdehin həmin mağazaya dair heç bir hüquqi sənədi yoxdur. Sərəncam 4 sota verilmiş və orada da cavabdeh özünə ev tikmişdir. Oradakı tikili qanunsuzdur, heç kəsə aid deyil, qarşı tərəfin də bununla bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O bildirdi ki, iddiaçı obyektə dair Bələdiyyə sənədi düzəldəndə onun məlumatı olmamışdır. İddiaçının heç bir sənədi yoxdur, onun 4 sot sahəyə sənədi var, həmin 4 sot bu tikililərin yeridir. O, zəbt etdiyi torpaqda ev tikmiş, sənədi olan torpaqda isə mağazaları tikmişdir. Birinci olaraq mağazalar, sonra isə ev tikilmişdir. Göründüyü kimi tikililər onun həyətindədir, evinin tikintisi ilə eyni normalardadır, evin mağazanın hasarı eynidir, hətta tikili ilə evinin üz rəngləri də eyni idi, sonradan bu məsələ ortaya çıxdıqda iddiaçı tərəfindən ona aid olan tikili rənglənmişdir. Evin sonradan rənglənməsi tikilinin divarından çıxarılmış kameranın yerindən görünür. Həmin evi tikən ustalar Göyçay rayonundan bir briqada idilər. Tikiliyə gedən işıq və kanalizasiya xətləri onun həyətindən gedir. Onun evinin layihəsi var və orada görünür ki, mağaza da onun layihəsinin daxilindədir. İcra hakimiyyəti 2007-ci ildə layihə vermiş və həmin layihə hazırda qüvvədədir. Rəna gözəllik salonundakı qızla yaxın idi, səs getməsin deyə oranı bağlatdırdılar, dükanda alıcılar və satıcılar olduğu üçün qapını bağlamışlar. Oranın adı köşk gedir, su onun adınadır, lakin işıq heç kəsin adına olmamışdır. O, rayonda xəstə olan dəllal (makler) ona zəng etmişdir ki, qardaşı buranı satır, gəlib üstünə satılır elanının yazıldığını görmüşdür. O da həmin elanı cırıb atmışdır. Tikilinin açarı Rənagildədirlər, amma arxanın açarı onlarda idi. O, onlara oranı qardaş kimi vermişdir, indi də satdıqları üçün əllərindən alır. O vaxt anası ona Faiqə oranı tikdirməsi üçün 4000 dollar verməsini demiş, o da vermişdir. Faiq hazırda həmin pulu ona qaytarmamışdır. O da məhkəməyə iddia vermək istəmiş, lakin yoldaşı qoymamışdır. İddiaçı ondan təmirə görə 70 min manat pul istəmiş, o da təmirə görə maşınını satıb 30 min manat verə biləcəyini demişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 etirazın və məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, rəydən görünür ki, tikili cavabdehin torpaq sahəsindədir. ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan mağaza cavabdeh tərəfindən 1999-cu ildə inşa edilmişdir. Həmin mağazanın yerləşdiyi torpaq sahəsi cavadehə Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə verilmişdir. Həmin sərəncamla torpaq sahəsinin qeyri-yaşayış sahəsinin, yəni mağazanın altına, yaxud evin altına düşməsi məlum deyil. Eldar İcra başçısının ona verdiyi sərəncam əsasında torpaq sahəsində fərdi yaşayış evi, bir otaqdan ibarət mağaza və bir neçə kiçik otaq inşa etmişdir. Mağazanın arxa qapısı Eldarın həyətinə baxır. Eldarın yaşadığı evlə iddiaçının evi uzaq məsafələrdə yerləşir. Cavabdeh həmin sahədə mağazanı istifadə üçün əvvəllər kiçik qardaşı Faiqə və sonra isə digər qardaşı Abuzərə müvəqqəti olaraq verilmişdir. Abuzərə qardaşının müəyyən ehtiyaclarını ödəməsi üçün verilmiş və bunun müqabilində cavabdeh heç bir haqq almamışdır. İddiaçının məhkəməyə təqim etdiyi layihə hüquqmüəyyənedici sənəd deyildir. İddiaçı Bələdiyyənin sənədini təqdim etmiş, onlar da mübahisə olduğu üçün hesabat cədvəlinin ləğv edilməsi ilə bağlı sənəd təqdim etmişlər, yəni iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı təqdim etdiyi qonşuların aktı var və həmin qonşuların 9 nəfəri onlara yenidən akt tərtib edib vermişdir ki, onlar yanlış bilmişlər, yəni iddiaçı qonşuları aldatmışdır. Burada iddiaçının heç bir hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh qardaşı X10 məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq, teleqramda bildirmişdir ki, iddianın predmeti olan Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsi 20-də yerləşən mağaza qardaşı X1 şəxsi vəsaiti hesabına tərəfindən həmən ərazidə yerləşən zibilxana təmizlənərək tikilmiş və qardaşı Abuzər Məmmədovun həyatyoldaşı İddiaçı istifadəsinə verilmişdir. Həmin obyektlər qardaşi Abuzər tərəfindən tikdirilərək həyat yoldaşının istifadəsinə verilmiş, mağaza İddiaçı 24-25 ildir ki istifadəsindədir və onun tərəfindən vergilər ödənilmişdir. İddianin predmeti olan obyektin qardaşı Cavabdeh heç bir aidiyyəti yoxdur. O, xəstəliyi ilə əlaqədar olaraq şahid qismində məhkəməyə gələ bilməyəcəyi üçün üzrlü sayılmasını xahiş etmişdir. Daha sonra onun tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqramda yazılmış sözlərin onun fikrini ifadə etmədiyini bildirmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, oradakı zibilliyi təmizləmiş və mağazanı tikdirmişdir. 1998-1999-cu ildə tikinti materialı göndərmiş, oranı qardaşı Faiq tikib düzəltmişdir. O, tikdirdiyi mağazanı işlətmək üçün yoldaşına vermiş, sonra yoldaşı da onun qardaşı Faiqə icarəyə vermişdir. Bir müddətdən sonra qardaşı Faiq oranı işlədə bilməmiş və o da başqa ünvanda olan evini 2012-2013-cü ildə sataraq qardaşına borcunu qaytarması üçün 30.000 ABŞ dolları vermiş, qardaşını da oradan çıxartdırmışdır. O, heç Faiqdən icarə də almamışdır. Onların bələdiyyədən icazələri var. Mağazanın ünvanı Ə.Əzimzadə küçəsi 20 gedir. Qardaşı Eldarın evinin ünvanı isə köhnə Tranvay küçəsi, hazırki Ə.Əzimzadə küçəsi 11/1 E gedir. Tranvay küçəsi 10 ildir ki, ləğv edilmişdir. Eldarın 4 sot torpağına sərəncamı olmuşdur, həmin sahə evin yerləşdiyi torpaq sahəsindən aralıdır. Orada işiq onun adına, vergi də yoldaşının adına olmuş, o, 22 il işıq pulu vermişdir. Arxadan qapı var idi, mağazaya hava gəlsin deyə qoymuşdur. Mağaza üçün 300 manat, balaca yer üçün 100 manat icarəyə vermişlər, meyvə yerini də Eldar işlətməyə imkan verməmişdir O, həmin yeri sonrdan Ülvü adında şəxsə kirayə vermiş, lakin Eldar imkan vermədiyi üçün Ülvi də işlədə bilməmişdir. O, həmin vaxt Eldara da demişdir ki, pulu yoxdursa oranı satıb 5000-6000 manat məbləği xərcləməyə verə bilər. İddiaçı müəyyən təmir xərcini qoymuş və o təmir xərcini hazırda istəyir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X7 ifadəsində göstərmişdir ki, bu iki qardaş onun məhəllə uşaqları və qonşularıdır. Hər ikisinə də hörməti var. O mağaza Abuzərin idi, ora göl, zibillik idi. 20 ildən çox olar ki, oranı Abuzər təmizlətmiş və sonra da mağaza etmişdir. Həmin yerdə əvvələr mağazadan 10-20 metr aralıda Abuzərin evi olmuşdur. Eldar orada sonradan ev tikmişdir. Orada Eldarın hasarı olmamış, Eldar hasar tikdirəndən sonra zibillik qıraqda qalmışdır. Lakin, tikintidə usta kimi kim işlədiyini bilmirdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X4 ifadəsində göstərmişdir ki, Eldarla qonşudur. Eldar orada torpaq almış, ev tikmiş, sonra orada dükan edib işlətmişlər. Orada çoxdan yaşayır. Abuzəri tanıyır, bunlar mehriban qardaşlar olmuşdur. O, birinci evin yoxsa mağazanın tikilməsini tam xatırlamır. O bildiyinə görə onlar oranı birlikdə tikmişlər. Eldarın evi orada olduğu üçün düşünür ki, ora Eldarındır. Mağazada arxaya qapı var. Mağazada ayrıca satıcı olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X8 ifadəsində göstərmişdir ki, orada çoxdandar ki, yaşayır. Orada mağaza bağlı idi, o da Abuzərə nə üçün bağlı olduğunu soruşmuş, qonşular da narazılıq etdiyini demişdir. Buna görə də akta qol çəkmişdir. Əslində aktın nə üçün olduğunu tam olaraq bilməmişdir. Eldarın da, Abuzərin də xətrini istəyir, onlara heç birinə düşmənçiliyi yoxdur. Orada Eldarın evi var, amma mağazanın kimin olduğunu, mağazanın içində qapı olub-olmadığını bilmir. Qardaşların arasında münasibət yaxşı olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi X2 bildirmişdir ki, sərəncam 1998-ci ilin sərəncamıdır, Arxiv haqqında Qanunda sənədlərin saxlama müddəti 5 ildir, tərəf birbaşa arxiv idarəsinə müraciət etsə yaxşı olar. Arxiv sərəncamı çıxarıb vermişdir, sərəncamın arxasında layihə olmalıdır. Əgər onlarda olubsa da halhazırda onlarda deyil arxivə təhvil verilmişdir. Onlarda 2017-ci ilə qədər olan sənədlər arxivə verilmişdir. Akt mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənəd deyil ki, bu torpağın kiməsə aid olub-olmadığı müəyyən olunsun. Rəna xanımın heç bir sənədi yoxdursa, həmin torpaq sahəsində tikilmiş tikiliyə görə bələdiyyənin və dövlətin qarşısında öhdəlik daşıyır, əgər xüsusi mülkiyyətdə olan torpaq sahəsi deyilsə, həmin torpaq sahəsi qanunla qorunan mülkiyyətçinin maraqlarına toxunmursa, həmin mülkiyyətçi iddia qaldıra bilməz ki, niyə tikili tikmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, tikinti üçün ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi Cavabdeh adına qanuniləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti aparatının Layihə- Smeta Bürosu tərəfindən təsdiq edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin eskiz layihəsinin həmin fərdi yaşayış evinin baş planında mübahisələndirilən obyektin, yəni mağazanın arxa hissəsi cavabdehin hasara alınmış həyətyanı sahəsinin hüdudları daxilində əks edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2022-ci il tarixli, 10/2667 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, faktiki sahəsi 24.96 kv.metr olan mağazanın arxa hissəsi Cavabdeh hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mağazanın yerləşdiyi torpaq sahəsinə dair mülki iş materialında hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından, həmin torpaq sahəsinin Cavabdeh ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvandakı sahəsi 105.4 kv.m olan mağaza 1900-cü ilin 90-cı illərində inşa edilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə həmin mağazanın yerləşdiyi ərazinin və sahəsinin plan-sxemi çəkilərək inventarlaşdırılmış və 75.500 manat dəyərində qiymətləndirilmiş, bu barədə İddiaçı adına hesabat cədvəli tərtib edilmişdir. Keşlə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin xx.xx.2021-ci il tarixli hesabat cədvəli həmin qeyri-yaşayış sahəsinin mübahisəli olduğunu nəzərə alaraq ləğv olunmuşdur. Daha sonra 11 nəfər qonşular tərəfindən akt tərtib edilərək mübahisəli obyektin 1999-cu il tarixdə X5 tərəfindən inşa edildiyi və həmin vaxtdan onun həyat yoldaşı İddiaçı istifadəsində olduğu bildirilmişdir. xx.xx.2021-ci il tarixli aktı imzalamış Keşlə qəsəbə sakinləri xx.xx.2022-ci il tarixdə yenidən akt tərtib edərək X5 tərəfindən başqa sənəd yığmaq adı ilə yanlış məlumat verildiyi üçün imza etdiklərini, mübahisəli mağazanın Cavabdeh istifadəsində olduğunu bildirmişlər. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli obyektə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən tikilinin arxa tərəfi cavabdehin həyətyanı torpaq sahəsinə düşür. Həmin ünvanda yerləşən tikili ərzaq satışı mağazasından, dərzi üçün ayrılmış otaqdan, gözəllik salonundan və meyvətərəvəz satışı mağazasından ibarətdir. Baxış zamanı həmçinin mübahisəli obyektdə dərzi və gözəllik salonunun işlək vəziyyətdə, digər ərzaq mağazası və meyvə-tərəvəz mağazasının isə qapılarının bağlı vəziyyətdə olması, ərzaq mağazanın ön qapısının açarlarının iddiaçı tərəfdə, arxa qapısının açarlarının isə cavabdeh tərəfdə olması, obyektin salon hissəsinin əvvəl mövcud olmuş pəncərəsinin sonradan hörülərək bağlanılması, ümumilikdə obyektə qurraşdırılmış kondisionerin və krosnı antenasının cavabdehin həyəti tərəfdə olması, tikiliyə gedən işıq, su xəttlərinin tikilinin arxa hissəsində cavabdehin həyətindən ayrılması, kanalizasiya xəttinin cavabdehin həyətindən keçən xəttlə axıdılması, bundan başqa tikililərin cavabdehə məxsus hasar və digər tikililərinə xas xüsusiyyətlərə malik tikili olması, tikilinin və cavabdehin hasarının əvvəl eyni rəngdə olması, lakin sonradan obyektin rənginin ağ rəngdə rənglənməsi, buna baxmayaraq künc hissələr və əvvəllər mövcud olmuş, sonradan sökülmüş təhlükəsizlik kamerasının yerindən obyektin rənginin ağ rəngə dəyişdirilməsi müəyyən olunmuşdur. Bundan əlavə yerli baxış zamanı özünü dərzi Kəmalə xanım kimi təqdim edən qadın 16 ilə yaxın olar ki, burada işlədiyini və ayda 50 manat icarə haqqını, gözəllik salonundakı özünü Mələk xanım kimi təqdim edən qadın isə 8-9 il müddətdir ki, burada işələdiyini və icarə haqqını Rəna xanıma verdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. X11rşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki,“mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla,bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır Məhkəmə qeyd edir ki, hazırki iş üzrə hər iki tərəf mübahisələndirilən qeyri-yaşayış sahəsinin iddiaçının həyat yoldaşı Abuzər Məmmədovun və Cavabdeh qardaşları Faiq Məmmədov tərəfindən tikilməsini, 15 ilə yaxın müddət ərzində onun tərəfindən işlədilməsini, sonra isə obyekt iddiaçı tərəfindən icarəyə verilərək işlədilməsini öz izahatları ilə təsdiq etmişlər. Lakin iddiaçı tərəf obyektin onun həyat yoldaşının vəsaiti hesabına tikilməsini, uzun müddət ərzində obyekti icarəyə verməsini, icarə haqlarının ona ödənilməsini, vergi ödəyicisi kmi uçotda olmasını, obyektin elektrik və digər xərclərini ödəməsini, cavabdehin onun obyektinə müdaxilə etməsini, cavabdeh tərəf isə obyektin ona ayrılmış torpaq sahəsində yerləşməsini, onu əvvəl qardaşı Faiq Məmmədova sonra isə digər qardaşı Abuzər Məmmədova təmənnasız istifadə etməsi üçün istifadələrinə verməsini, obyektin satılmasına dair iddiaçı tərəfindən elan verildikdən sonra tərəflər arasında hazırki mübahisənin yaranmasını, obyektin təmirinə görə qarşı tərəfə obyektdən çıxması üçün 30 min manat təklif etməsini, iddiaçı tərəfin isə 70 min manat vəsait istəməsini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş obyektin onun istifadəsində olmasına dair sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt və "xxxx" MMC tərəfindən obyektin qiymətləndirilməsi ilə bağlı tərtib edilmiş hesabat cədvəli ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə əvvəlki aktda iştirak etmiş bir qismi Keşlə qəsəbə sakinləri tərəfindən tərtib olunmuş aktda isə mübahisəli obyektin Cavabdeh istifadəsində olması bildirilmişdir. Məkəmə ilki öncə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsi özbaşına tikili olmaqla hazırda iddiaçı tərəfindən müxtəlif şəxslərə icarəyə verilir. İddiaçı məhkəməyə müraciət edərək, həyat yoldaşının vəsaiti hesabına tikildiyi vaxtdan da onun istifadəsində olan özbaşına tikiliyə Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsini xahiş etmişdir. Lakin iddiaçının həmin tikilinin həqiqətən onun həyat yoldaşının vəsaiti hesabına tikilməsi, obyektin tikilən vaxtan da onun istifadəsində olması, həmin obyektə dair onun “Gözlənti hüququ”nun olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının həyat yoldaşı Abuzər Məmmədov istisna olmaqla digər şahidlər öz izahatlarında və Faiq Məmmədov isə məhkəməyə ünvanlanmış teleqramlarında həmin tikilinin kimin vəsaiti hesabına tikilməsi barədə məhkəməyə ziddiyyətli fikirlər bildirmişlər, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı və iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də obyektin həqiqətən idiaçıya aid olması faktı öz təsdiqini tapmamışdır. Əksinə mübahisəli qeyri-yaşayış sahəsinin arxa hissəsinin Cavabdeh hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, köşk kimi qeydiyyta alınmış qeyri-yaşayış sahəsinin elektrik enerjisinin istehlak haqqı həm iddiaçı həm də cavabdeh tərəfindən ödənilmişdir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat məbləğində pul vəsaitinin əvəzi İddiaçı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 50,00 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-615/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-615/2022
10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver