Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-622/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada ayrılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə payların naturada müəyyən edilərək bölgünün tanınması və qeyri-yaşayış sahəsinin ona aid olan hissəsinə dair müvafiq çıxarışın və mövcud vəziyyətinə uyğun texniki pasportun verilməsi vəzifəsinin maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyətdədir və həmin qeyri-yaşayış sahəsinin üçdə bir hissəsi ona, digər üçdə bir hissələr Cavabdeh2 Ramız qızına və Cavabdeh1 məxsusdur. 08 fevral 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarış təqdim edilmişdir. Lakin hazırda həmin sahəyə dair digər hüquq sahiblərinin adlarının qeyd olunmadığı yeni çıxarışın verilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi paylı mülkiyyət olduğundan ona məxsus sahəyə dair hər hansı proses zamanı digər hüquq sahiblərinin razılığı tələb olunur və bu da onun hüquqlarının məhdudlaşdırılması və pozulması deməkdir. Belə ki, tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ona aid olan hissəsinə dair müvafiq çıxarışın və mövcud vəziyyətinə uyğun texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin, inzibati orqan tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunanlara əsasən, ərizənin icrası mümkün olmamışdır. Daha sonra tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il ratixli, 2-1(112)-13633/2023 saylı qərardadı ilə digər paylı mülkiyyətçilər olan üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qeyri-yaşayış sahəsinə dair dair payların naturada bölünməsi barədə iddiaçı ilə razılığı olmadığı səbəbindən iddia mümkün sayılmamışdır. Ümumi paylı mülkiyyət hüququ əsasında (paylı mülkiyyətçilərə) məxsus olan sahə ümumi paylı olsa da, faktiki olaraq bir-birindən təcrid olunmuş, payçıların sahələri ilə texniki cəhətlə bir-biri ilə bitişik deyildir. Həmin ümumi paylı mülkiyyətin tərkibində olan hər bir qeyri-yaşayış sahəsinə girmək üçün ayrıca giriş-çıxışı olan qapılardan istifadə olunur. Hesab edir ki, qeyd olunan sahəyə dair digər hüquq sahiblərinin adlarının qeyd olunmadığı çıxarışın olmaması onun hüquqlarını məhdudlaşdırdığından ona həmin sahəyə dair müvafiq çıxarış verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, istəyi odur ki, ona və cavabdehlərə məxsus olan əmlak üzrə 2 payın bir, 1 payın bir hissə olaraq ayrılmasıdır. Tərəflərin ikisinin bir-biri ilə münasibəti var, amma həmin şəxslərin onunla münasibətləri yoxdur. Həmin obyekt işlək vəziyyətdədir. Yerli baxışda da göründü ki, ora təxminən o, dediyi formada ayrılıb. O, öz hüquqlarını sərbəst həyata keçirmək istəyir. Buna görə də ona aid payın naturada ayrılmasını istəyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, iddiaçının fikri yalnız oranı satmaqdır. Onlar bölgüyə etiraz edir. Ora atalarından miras qalıb. İddiaçı atasına aid hər bir əmlakı satıb. Lakin bu əmlakın da satılmasını istəmir. Bacısı və ona iki pay məxsusdur. Onlar ikisi də əmlakın naturada bölünməsinə narazıdır. Hesab edir ki, üstünlük onlarda olduğundan əmlak bölünməməlidir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, o, bölgüyə etiraz edir. Bölünmə olarsa, xərclər olacaq. Arendaya götürən şəxs oradan çıxacaq. Bu səbəbdən razı deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında gəlməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ümumi sahəsi 12,90 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyriyaşayış sahəsi 1/3 hissədə İddiaçı adına, 1/3 hissədə Cavabdeh2 adına və 1/3 hissədə Cavabdeh1 adına müvafiq olaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Ümumi sahəsi 12,90 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tərəflərin paylarına uyğun bölgüplan sxemindən görünür ki, 1/3 hissədə tərəflərin hər birinin payına uyğun sahə 4.3 kv.m təşkil edir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/924 nömrəli rəyindən görünür ki, 1-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********52-06301-083002 reyestr nömrəli Çıxarış sənədinə əsasən, tədqiq olunan ümumi sahəsi 12,9 kv.m olan qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə İddiaçı verildiyini, qeyri-yaşayış sahəsinin faktiki olaraq alçıpan təbəqəsi ilə sahəsi 5.5 və 7.4 kv.m olmaqla iki hissəyə ayrıldığını nəzərə alaraq, qeyri-yaşayış sahəsinin mövcud olan istifadə qaydasına uyğun olaraq paylar üzrə bölünməsinin Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ideal paylar üzrə bölünməsinin Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli “X3”ndan görünür ki, qeyd olunan tarixdə məhkəmənin hakimi və məhkəmə iclasının katibinin, iddiaçı və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (obyektə) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, obyektin iki qapısı var, obyekt yüngül konstruksiya ilə (alçipanla) arakəsmə vasitəsilə iki yerə bölünmüşdür. Bir hissəsinin sahəsi təxminən 5.5 kv.m, digərinin sahəsi təxminən 7.4 kv.m-dir. Faktiki olaraq iki obyekt işlək vəziyyətdədir. Müayinə aktı, iştirakçılar tərəfindən aktla tanış olduqdan sonra imzalanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 12,90 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə İddiaçı adına, 1/3 hissədə Cavabdeh2 adına və 1/3 hissədə Cavabdeh1 adına müvafiq olaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə payların naturada müəyyən edilərək bölgünün tanınması və qeyri-yaşayış sahəsinin ona aid olan hissəsinə dair müvafiq çıxarışın və mövcud vəziyyətinə uyğun texniki pasportun verilməsi vəzifəsinin maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. MM-nin 220.2-ci və 220.3-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə, iddiaçının payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/924 nömrəli rəyindən görünür ki, 1-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********52-06301-083002 reyestr nömrəli Çıxarış sənədinə əsasən, tədqiq olunan ümumi sahəsi 12,9 kv.m olan qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə İddiaçı verildiyini, qeyri-yaşayış sahəsinin faktiki olaraq alçıpan təbəqəsi ilə sahəsi 5.5 və 7.4 kv.m olmaqla iki hissəyə ayrıldığını nəzərə alaraq, qeyri-yaşayış sahəsinin mövcud olan istifadə qaydasına uyğun olaraq paylar üzrə bölünməsinin Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ideal paylar üzrə bölünməsinin Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda, məhkəməyə tərəfindən X3 tərtib edilmiş və qeyri-yaşayış obyektinə baxış keçirilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünməsi mümkün olduğundan, iddiaçının payının naturada ayrılması tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun məhkəmənin qərardadı ilə iddiaçıya qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 12.90 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə İddiaçı payı kimi qeydə alınmış, sahəsi 4,3 kv.m olan (1/3 hissədə) hissə naturada ayrılmalı, bundan başqa iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 12.90 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə İddiaçı payı kimi qeydə alınmış, sahəsi 4,3 kv.m olan (1/3 hissədə) hissə naturada ayrılsın və qeyri-yaşayış sahəsinin İddiaçı aid olan hissəsinə dair müvafiq çıxarışın və mövcud vəziyyətinə uyğun texniki pasportun verilməsi vəzifəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-622/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-622/2024
21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver