Məhkəmə qərarları › İş №2(007)-64/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-64/2022

01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-64/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri X5, Cavabdeh və digər cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi Şı̇ rı̇ nov Allahverən Kamı̇ l oğlunun iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti cəlb edilməklə “mənzilin və yardımçı sahələrin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə iddia icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayonu İcra hakimiyyəti cəlb edilməklə “mənzilin və yardımçı sahələrin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahverən qızının, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə paylı mülkiyyətlərindəki ünvan 1 ünvanda yerləşən 4, 5 saylı söküləcək mənzilin əvəzinə İddiaçı MTK-nın həmin ünvanda inşa etdiyi binadan cavabdehlərə hər birinin sahəsi 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil və sahəsi 119,05 kv.m olan 1 ədəd üçotaqlı təmirsiz mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehələrə hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdtrılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Cavabdehin ünvan 1 ünvanındakı iki mərtəbəli, 12 mənzilli binada 3 otaqlı ümumi sahəsi 64,2 kv.m. sahəsi olan 4, 5 saylı mənzili də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçı “Orbita" MTK- ayrılmış torpaq sahəsində yerləşir. Bundan başqa cavabdeh həmin ünvanda 320,2 kv.m sahəni qanunsuz əsaslarla öz adına rəsmiləşdirdirib və orada qanunsuz yardımçı sahə quraşdırmışdır. “Orbita" MTK-nın qeyd edilən sərəncamın icrası ilə bağlı ünvan 1 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. ünvan 1 ünvanda yerləşən on iki mənzilli yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə xx.xx.2016-cı il tarixli akt tərtib edilmişdir. Binanın digər 8 sakini ilə qəzalı vəziyyətdə olan evdən köçrülmələri barədə razılığa gəlinib. Lakin cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edir. İddiaçı cavabdehə 64.2 kv.m sahəsi olan üçotaqlı mənzilinin və 320.2 kv.m. yardımçı sahəsinin əvəzinə həmin ünvanda yeni tikilən binada iki ədəd 74,51 kv.m. sahəsi olan ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini və mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilməsini təklif etmiş, cavabdeh isə əsassız varlanmaq məqsədilə həmin yaşayış sahəsinin əvəzinə ümumi sahəsi 420 kv.m. təşkil edən yaşayış sahəsi tələb etmiş, cavabdeh bu qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olmuş müxtəlif internet saytlarına və dövlət qurumlarına İddiaçı MTK-nın guya göstərilən ünvanda sakinlərin hüquqlarını pozması, qanunsuz ağacları kəsməsi barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar vermişdir. Nəticədə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmamış, tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış ailələrin haqlı etiraz və narazılığına səbəb olmuşdur. İş üzrə təyin edilmiş mənzilin qiymətləndirilməsinə dair "Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş YDQM 007-049/2022 nömrəli 14 İyun 2022-ci il tarixli rəylə cavabdehə məxsus olan 4, 5 saylı mənzilin qiymətləndirmə tarixinə bazar qiyməti 310 350 (üç yüz on min üç yüz əlli) manat müəyyən edilmişdir. Bundan başqa "xxxx" MTK ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli tarixli İlkin Müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən cavabdehin söküləcək 4, 5 saylı mənzildən küçürülməsi, ona veriləcək mənzilin təmiri üçün ayrılacaq puldan 5 000 manat ödənilməsi və cavabdehin 1 (bir) ay ərzində MTK ilə köçürülmə müqaviləsi bağlanması nəzərdə tutulmuşdur. Həmçinin, MTK tərəfindən cavabdehə 5000 manat pul vəsaiti ödənilmişdir. ünvan 2 ünvanda yerləşən 4, 5 saylı mənzilin bazar qiymətinə uyğun olaraq onun mənzilinin əvəzinə sahəsi 74.54 kv.m olan iki ədəd ikiotaqlı təmirli və sahəsi 106.54 kv.m olan bir ədəd üçotaqlı təmirsiz mənzillər təklif edir. Təklif olunan mənzillərin ümumi dəyəri 104350 manat + 15 000 manat təmir xərci + 104350 manat + 15 000 manat təmir xərci + 149150 manat təmir xərcləri də nəzərə alınmaqla 387.850 manat təşkil edir. Cavabdeh1 aldığı həmin 5000 manat da nəzərə alınmaqla cavabdehlərə təklif olunan yaşayış sahələrinin ümumi dəyəri 392850 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, həmin binada 12 mənzil olmuş, oradakı ailələrlə razılaşılmış və 3 nəfər qalmışdır. Orada cavabdehin 320 kv.m yardımçı sahəsi vardır. Yardımçı sahənin əsas hissəsi talvardan ibarətdir. Hazırki vaxtda cavabdeh onlardan 400.000 manatlıq əmlak istəyir, buna da MTK-nın imkanı çatmır. Bundan başqa cavabdehin evinin yerində ev tikilməyəcək həyət olacağını və MTK tərəfindən hazırda son cavabdehlərə sahəsi 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil və sahəsi 119,05 kv.m. olan 1 ədəd üçotaqlı təmirsiz mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 400 manat məbləğində kirayə haqqı ödənilməsinin təklif olunmasını bildirmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi Şı̇ rı̇ nov Allahverən Kamı̇ l oğlu iddia tələbini qəbul etmədiyini, qiymətləndirmə rəyi ilə razı olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, evini 2 il ərzində yüksək səviyyəli təmir etdirmiş, bahalı parket vurdurmuş, çox xərci çıxmışdır. Onun mənzilində bir böyük zal, dörd yataq otağı və mətbəx var. Burada onlar oğlunun ailəsi, qızının ailəsi və baldızının ailəsi ilə birlikdə yaşayırlar və 2 mənzili birləşdirmişlər. O, mənzilin və yardımçı sahənin yerinə evinin çıxarışda qeyd olunan 384 kv.m-ə uyğun 20 faizdə əlavə olmaqla təmirli 2 ədəd 120 kv.m və üç ədəd 75 kv.m mənzil verilməsini istəyir. Əks təqirdə MTK-ya əmlakını vermir. O həmçinin bildirdi ki, iddiaçı tərəfindən həqiqətən də ona 5000 manat təqim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MTK-ya həvalə olunmuşdur. - ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil- Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixi 161 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1960-cı ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edlmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, xx.xx.2014-cü il tarixli, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 64,2 kv.m yaşayış sahəsi, 320,2 kv.m yardımçı sahəsi olmaqla, ümumilikdə 384,4 kv.m ümumi sahədən ibarət 4, 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Şı̇ rı̇ nov Allahverən Kamı̇ l oğlunun adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mənzil ümumi birgə mülkiyyət kimi sahibləri X4, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1dur. - Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş xx.xx.2014-cü il tarixli 14\86 saylı ayrıcı aktdan görünür ki, İddiaçı MTK-ya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Cəncəvi və Nəsimi küçələrinin kəsişməsində 2532-ci məhəllədə yerləşən 3.4771 hektar ərazidə yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - “X8 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 64 kv.metr yaşayış sahəsindən ibarət 4, 5 saylı mənzilin bazar dəyəri 93.900 manat, likvid dəyəri isə 86.400 manat, həmin mənzilə bitişik tikilmiş yardımçı sahənin bazar dəyəri 216,450 manat, likvid dəyəri isə 198,000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı sərəncamına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair qərarın müddəlarına uyun olaraq həyata keçirir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə sahəsi 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil və sahəsi 119,05 kv.m. olan 1 ədəd üçotaqlı təmirsiz mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 400 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktdan da görünür ki, bütövlükdə həmin binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər tərəfin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MTK-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, sahəsi 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil və sahəsi 119,05 kv.m. olan 1 ədəd üçotaqlı təmirsiz mənzil, habelə mənzillərin hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqqının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillə və yardımçı sahəsinə görə MTK-dan əsassız olaraq real olmayan sahə tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Göründüyü kimi, iddiaçı “Orbita MTK” tərəfindən cavabdehlərə 384,4 kv.m ümumi sahəsi olan üçotaqlı mənzilin 64,2 kv.m yaşayış sahəsinə və 320,2 kv.m yardımçı sahəsinə mütənasib olaraq 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz və sahəsi 119,05 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil verilməsi barədə iddia irəli sürmüşdür. Belə ki, cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən 64 kv.metr yaşayış sahəsindən ibarət 4, 5 saylı mənzilin bazar dəyəri 93.900 manat, həmin mənzilə bitişik tikilmiş yardımçı sahənin bazar dəyəri isə 216,450 manat, olmaqla ümumilikdə əmlakın bazar dəyərinin 310350 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdehlərə iddiaçı tərəfindən həmin ərazidə iddiaçının və digər oxşar MTK-ların təqdim etdiyi təmirsiz mənzillərin hər kvadrat metri üçün 1500 manat olması faktı nəzərə alınmaqla təklif olunan mənzillərin ümumi dəyəri 450195 manat təşkil edir ki, bu da cavabdehlərin əmlakının bazar dəyərindən 139845 manat artıqdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdeh tərəfə məhkəmə icraatı mərhələsində əlavə 5000 manat da təqdim edilməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahverən qızı, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə paylı mülkiyyətlərindəki ünvan 4 ünvanda yerləşən 4, 5 saylı 64,2 kv.m yaşayış sahəsi, 320,2 kv.m yardımçı sahəsi olmaqla, ümumilikdə 384,4 kv.m ümumi sahəsi olan üçotaqlı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada cavabdehlərə 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz sahəsi 119,05 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil verilməli, yeni mənzillər tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacaqları mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu ona aid edilməli, əmlakın qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği İddiaçı MTKdan tutularaq "X8 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edisin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahverən qızı, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə paylı mülkiyyətlərindəki ünvan 4 ünvanda yerləşən 4, 5 saylı 64,2 kv.m yaşayış sahəsi, 320,2 kv.m yardımçı sahəsi olmaqla, ümumilikdə 384,4 kv.m ümumi sahəsi olan üçotaqlı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada cavabdehlərə 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz sahəsi 119,05 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzil verilsin, yeni mənzillər tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacaqları mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği İddiaçı MTK-dan tutularaq "X8 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT**********0019299007 SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar