Məhkəmə qərarları › İş №2(007)-646/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-646/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-646/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil firusin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi onunla əsaslandırdı ki,iddiaçının qonşusu hazırki cavabdeh İ.Həbibov küçəsi 55, mənzil 22 ünvanında yaşayan CavabdehTelman qızına borc olaraq 5500 manat pul verib. Cavabdeh Nuridə Əlibabayeva borc istəyərkən bildirib kı, banka olan kredit borcunu ödəmək üçün pula ehtiyacı var. Aralarındakı şifahi razılaşmaya əsasən Cavabdeh kredit borcunu ödədikdən sonra yenidən kredit götürüb ona olan borcunu ödəyəcəyini bildirmişdir. Onun cavabdehə rəhmi gəlib və borc verməyə razılıq verib. Beləliklə, o,Cavabdeh qısa müddət üçün 5500 manat məbləğində borc verib. Lakin o, vaxtdan bu günə qədər hələ də cavabdeh borcunu ödəməyib və dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə yoxdur. Hesab edir ki, Cavabdeh onun qocalığından istifadə edərək özünü yazıq kimi göstərib onu aldadıb. O, şahidlərin iştirakı ilə borc verib və həmin şəxslər məhkəmə iclasında şahid kimi iştirak elməyə razıdırlar. Eyni zamanda, tərəflərin iştirakı ilə videoçəkiliş aparılıb və cavabdeh borcu qaytaracağını bildirib. O, dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabdeh götürdüyü borcu qaytarmaqdan yayınır, müxtəlif bəhanələr gətirməklə əlavə müddət istəyir. Nəticə etibarilə onda cavabdehin borcu könüllü şəkildə qaytaracağına dair əsaslı şübhələr yaranıb. İddiaçı bu barədə Nizami rayon Prokurorluğuna və Nizami rayon Polis idarəsinə ərizə ilə müraciət edib, lakin, ona mülki iddia ilə məhkəməyə müraciət etməli olduğu bildiriblər. Ona görə də, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib.Cavabdeh borcu könüllü sürətdə vəd edilən vaxtda qaytarmadığı üçün iddiaçı bir sıra problemlərlə üzləşib və məhkəmədə iddia qaldırmaq üçün əlavə xərclər çəkib. Belə ki, o, iddianın məhkəməyə verilməsi üçün 75 manat dövlət rüsumu ödəyib.Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh onun xeyrinə 5500 manat borcun və 75 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəməyə ünvanladığı etiraz ərizəsində iddianı qəbul etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, o,həm iddiaçı,həm də cavabdehlə qonşudur. O, həmin şəxslərin aralarında olan borc söhbətinin müzakirəsində iştirak etmişdir.İddiaçı dəffələrlə verdiyi pulu tələb edib, lakin cavabdeh borcu qaytarmaqdan imtina edir.Lakin pulun verildiyi vaxt onların yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, o, İddiaçı nəvəsidir. Nuridə onun nənəsi ilə qonşu olub. Bir gün Nuridə qəlib nənəsindən borca pul istədi, nənəsi də ona 5500 manat pul verdi. Sonra nənəsi dəfələrlə pulu geri tələb etsə də, Nuridə pulu qaytarmadı. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçının izahatını və iş üzrə dindirilmiş şahidlərin ifadələrini dinləyib hesab edir ki,iddia əsasız olduğuna görə təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehə 5500 manat borc pul verdiyini iddia etsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinın tələblərinə əməl etməmiş, cavabdehlə yazılı borc müqaviləsi bağlamamışdır. Məhkəmə şahidlərin ifadələrinə qiymət verərkən hesab edir ki, həmin ifadələr iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Belə ki, Şahid1 pulun verilməsində iştirak etməmişdir və borcun mövcudluğu barədə iddaçıdan eşitdiyini bildirmişdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi videodiskə məhkəmə iclasında baxış keçirilərkən məlum oldu ki,hazırkı işdə şahid qismində dindirilən Şahid1 iddaçı tərəfin Nuridə kimi təqdim etdiyi qadından aqressiv şəkildə pul tələb edir.Lakin həmin şəxslər arasında olan söhbət zamanı pulun kimə məxsus olmasını və söhbətin hansı məbləğdə puldan getdiyini müəyyənləşdirmək mümkün deyil. Digər şahid isə iddiaçının nəvəsi olduğundan və onun verdiyi ifadə başqa sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar