Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-653/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X9 iştirakı ilə, İddiaçı X9 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun cavabdeh X4 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin avqust ayında o, əvvəldən tanıdığı Quliyeva Leyla Cəmiyyət qızına işdən çıxdığını və işə düzəltmək üçün kömək edə biləcək adam axtardığını bildirmişdir. Quliyeva Leyla Cəmiyyət qızı isə öz növbəsində əvvəldən tanıdığı cavebdeh Cavabdeh Səxavət oğlunun Pirallahı rayonu ərazisində geniş əlaqələrinin olduğunu bildiyindən onun işə düzəlməsində kömək edə biləcəyini düşünmüşdür. Belə ki, o, Pirallahı Rayon İcra Hakimiyyətində işlədiyini, eyni zamanda dayısının həmin rayonun icra başçısı olduğunu bildirmişdir. Beləliklə, Quliyeva Leyla Cəmiyyət qızı Cavabdeh Səxavət oğluna tanışı X9 işdən çıxdığını və hazırda klinikaların birində massajist kimi işlə təmin olunmaq istəyini deyərək, ondan münasib iş olduğu təqdirdə məlumat verməsini xahiş etmiş, Abasov X12 Elnur Elşən oğlunu Artyom klinikasında 1500 manata işə düzəldə biləcəyini demiş, o bu barədə Elnur Cəfərova məlumat verdikdə o, Cavabdeh təklifi ilə razılaşmışdır. Bundan sonra o, Quliyeva Leyla Cəmiyyət qızının iştirakı ilə Cavabdehla görüşmüş və 1500 manat pulu ona vermişdir. Bir müddət keçdikdən sonra Quliyeva Leyla Cəmiyyət qızı Cavabdeh işin nəticəsi barədə soruşduqda o, əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. Quliyeva Leyla Cəmiyyət qızı Cavabdeh bu təklifi ilə razılaşmamış, belə olan halda pulun qaytarılmasını tələb etsə də, o, təklifini Elnur Cəfərova çatdırmağını xahiş etmiş və onun razılaşmayacağı təqdirdə pulu qaytaracağını bildirmişdir. Quliyeva Leyla Cəmiyyət qızı ona Cavabdeh əlavə olaraq 1000 manat tələb etdiyini bildirdikdə o, bu təkliflə razılaşmış və 1000 manatı Quliyeva Leyla Cəmiyyət qızının iştirakı olmadan sonuncuya vermişdir. Lakin Cavabdeh vəd etdiyi müddətdə işə düzəlmə barədə hər hansı məlumat vermədiyindən o, onu Cavabdehla Quliyeva Leyla Cəmiyyət qızı tanış etdiyindən danışmağını və məsələni həll etməyini xahiş etmiş, Quliyeva Leyla Cəmiyyət qızı Cavabdehla danışıqlarında isə o, ilk vaxtlar işi həll edəcəyini, sonradan isə işin alınmadığını və 2500 manatı qaytaracağını bildirmişdir. Bir müddətdən sonra isə, telefon zənglərinə cavab vermədiyindən Cavabdeh onlara qarşı dələduzluq etdiyi məlum olmuşdur. Belə olan halda Elnur Cəfərov işə düzəltmə adı ilə Cavabdeh verilmiş pulu borc götürdüyünü deyərək pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh pulu qaytarmadıqda isə o, bu barədə DİN-nin 102 Xidmətinə məlumat vermişdir. Belə olan halda onu cavabdehlə Quliyeva Leyla Cəmiyyət qızı tanış etdiyindən 2500 manat məbləğində pulu ona ödəmişdir. Bundan sonra onlar eyni vaxtda şikayətçi qismində Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh Səxavət oğlunun onlara qarşı dələduzluq hərəkətləri barədə məlumat vermişlər. Lakin Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Nazim Əzizovun Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, vətəndaş Quliyeva Leyla Cəmiyyət qızına tələbi ilə bağlı mülki qaydada məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Binəqədi RPİ-nin 40-cı PBdə aparılan araşdırma zamanı X18 hazırkı iş üzrə iddia ərizəsinin mahiyyətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş məsələsi alınmadığından DİN-nin 102 Xidmətinə məlumat vermişdir. O, məlumat verəndən sonra Leyla adlı qadın zamin durduğu üçün ona 2500 manat pulunu qaytarmışdır. Araşdırma zamanı Cavabdeh Səxavət oğlu (Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda X1 qeyd edilmişdir) verdiyi izahatında göstərmişdir ki, Leyla Quliyeva ona zəng vuraraq bir nəfər tanışını massajist kimi işə düzəltmək istədiyini və ona bu işdə kömək etməyini xahiş etdi. O, Leyla Quliyevaya məsələni həll edə biləcəyinə söz verərək sonradan tanış olduğu X7 iki dəfəyə olmaqla ümumilikdə 2500 manat pul almış, lakin şəxsi ehtiyacları olduğundan pulu xərcləmişdir. Beləliklə, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X18 işə düzəlmək məqsədilə 2021-ci ilin avqust ayında tanışı Leyla Quliyevanın vasitəsilə tanış olduğu Cavabdeh Səxavət oğluna 2500 manat pul vermiş, lakin iş alınmadığından Leyla Quliyeva həmin pulu qarşı tərəfə qaytarsa da, pul iddiası ilə bağlı Cavabdeh şikayətçi olmuşdur, lakin dələduzluq cinayətində zərər çəkən Elnur Cəfərovun pulu qaytarıldığı üçün Cavabdeh Səxavət oğlunun əməlinə mülki qaydada hüquqi qiymət verilməlidir. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh Səxavət oğlunun işə düzəltmək adı ilə aldığı 2500 manatı şəxsi ehtiyacları üçün xərclədiyi, eyni zamanda iş alınmadığından həmin məbləğin X15 Quliyeva Leyla Cəmiyyət qızı tərəfindən qaytarıldığı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Nazim Əzizovun Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli qərarı ilə sübuta yetirilmişdir. Lakin, Cavabdeh Səxavət oğlu mənimsədiyi 2500 manat pulu dəfələrlə qaytaracağını bildirsə də, bu günədək hər hansı pul vəsaiti qaytarılmamışdır. Həmçinin o, məhkəmə iclasında şahid qismində ifadə verməklə onun tərəfindən işə düzəltmə adı ilə X8 verilmiş 2500 manat məbləğində pulun ona tərəfindən qaytarıldığını təsdiq edə bilər. Məhkəmə iclasında iddiaçı X18 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, masajistdir, Leyla xanım onun xəstəsi olmuş, sonradan Leyla xanım reklam işlərni görmüş və onunla dostluqları olmuşdur. Andromed klinikasından işdən çıxdıqdan sonra Leyla xanıma iş axtardığını bildirmiş, o da tanışı Cavabdeh ona Pirallahı rayonunda geniş əlaqələrinin olduğunu bildirdiyini demiş və ona kömək edəyəcəyini bildirmişdir. Cavabdeh Leyla xanıma dayısının Artyomun İcra başçısı olduğunu və orada geniş əlaqələrinin olduğunu demişdir. Leyla Mösümlə danışdıqdan sonra ona bildirmişdir ki, Möhsüm onu işə düzəldə bilər və sənədlərilə birlikdə 1500 manat pul verilməlidir. O, Babək prospekti Azpetrolun yanında Leyla və Mösümlə görüşmüş, 1500 manat pulu və sənədləri vermir və orada Möhsüm gülümsəyərək sənədlərin surətini burada foto yeri olduğunu, qardaşı şəhid olanda onun da səndlərini burada çıxardığını, gedib orada çıxardıqlarını demişdir. Möhsüm şəhid qardaşı haqqında o, cür gülümsəyərək danışdığı üçün ona inamı qalmamışdır. Sonradan müddət uzandı və Möhsüm ona demişdir ki, o pulun üzərinə yenə 1000 manat verilməli və təcili olaraq pul çatmalıdır ki, onun sənədləri təsdiqlənsin. O da həmin 1000 manatı ona vermişdir. Mösüm ona işə düzəltməyə görə pul almadığını, sadəcə bunu şirinlik kimi aldığını demişdir. Sonra yenə müddət uzandı və Mösüm onun telefonlarını açmadı. O, Leyla xanıma Mösümün onun telefonunu açmadığını və başqa bir klinikadan iş təklifi aldığını, amma özəl kliniklada işləmək istəmədiyini və Mösümdən cavab gözlədiyini məlumat vermişdir. Mösüm onun telefonunu açmadığı üçün Leyla xanımla onun evinə getmişlər və Mösümün yoldaşı qapını açaraq evdə heç kəsin olmadığını bildirmişdir. Sonra yenə Mösümdən xəbər çıxmadığı üçün onlar Leyla xanımla ikinci dəfə onların evinə getmiş və evinin qapısını anası atası açdı və atası Leyla xanımın üstünə gəldi ki nə üçün gəlibsən və onlara bir dəfə də gəldiklərini demiş, bu dəfə Mösümün atası gəlinin üstünə gedərək niyə bildirmədiyini soruşmuşdur. Bundan da görünürdü ki, gəlinlə Mösüm bir olub, evdəkilərə heç nə deməmişdir. Mösümün atası anası elə bir vəziyyət yaratmışdır ki, az qala Leyla xanıma əl qaldırırdılar. Mösümün atası və anası Leyla xanıma harada oğlunu tanıyıbsa, harada pul veribsə gedib orada pulunu almasını, onların İcra Hakimiyyətində işləyən bir qohumları olmadığını və Mösümun də heç yerdə işləmədiyini, bir də onun qapısına gəlməmələrini bildirmişlər. Onlar da polisə gedib verəcəklərini dedikdə hara şikayət edirlərsə etsinlər demişdir. Sonra onlar polisə müraciət etmiş, polis Mösümü çağırmış və izahatlarını almış və o, izahatlarında pulu aldığını və özü məqsədinə istifadə etdiyini demişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X11 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18.10.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 Mövsüm Saxəvət oğluna işə düzəlmək üçün 2500 manat verdiyini bildirmiş, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi Cinayət işinin başlanmasının rədd edilməsini, Quliyeva Leyla Cəmiyyət qızına tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, X18 2021-ci ilin avqust ayında əvvəldən tanıdığı Quliyeva Leyla Cəmiyyət qızına işdən çıxdığını və işə düzəltmək üçün kömək edə biləcək adam axtardığını bildirmiş, Quliyeva Leyla Cəmiyyət qızı isə öz növbəsində əvvəldən tanıdığı cavebdeh Cavabdeh Pirallahı rayonu ərazisində geniş əlaqələrinin olduğunu bildiyindən onun işə düzəlməsində kömək edə biləcəyini düşünərək ona müraciət etmişdir. Abasov X13 Elnur Elşən oğlunu işə düzəldəcəyini bildirmiş, 1500 manat və 1000 manat olmaqla 2500 manat istəmiş və X18 həmin məbləğləri ona vermişdir. Cavabdeh iddiaçını işə düzəltməmiş, eyni zamanda 2500 manatı da qaytarmamışdır. Daha sonra Quliyeva Leyla Cəmiyyət qızı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə müraciət etmiş və X3 Mösüm Saxəvət oğluna işə düzəlmək üçün 2500 manat verdiyini bildirmişdir. 18.10.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi Cinayət işinin başlanmasının rədd edilməsini, Quliyeva Leyla Cəmiyyət qızına tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən 2500 manat ödəniləcəyi bildirilsə də, həmin məbləğ ödənilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, X18 tərəfindən işə düzəlmək üçün iki dəfə olmaqla 1500 manat və 1000 manat Cavabdeh ödənilmiş, lakin Cavabdeh iddiaçını işə düzəltməmiş, eyni zamanda iddiaçıdan aldığı 2500 manatı qaytarmamışdır. Daha sonra Quliyeva Leyla Cəmiyyət qızı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə müraciət etmiş və X2 Mövsüm Səxavət oğluna işə düzəlmək üçün 2500 manat verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 18.10.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, 2021-ci ilin avqust ayından Leyla Quliyevanı tanıyır və həmin ayda L.Quliyeva ona zəng vuraraq bir nəfər tanışını masajist kimi işə düzəltmək istədiyini və ona bu işdə kömək etməyini xahiş etmişdir. O, Leyla Quliyevaya məsələni həll edə biləcəyinə söz verərək sonradan tanış olduğu X7 iki dəfə olmaqla ümumilikdə 2500 manat pul almış, lakin şəxsi ehtiyacları olduğundan pulu xərcləmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 2500 manat məbləğində maddi ziyan vurduğu bilavasitə Cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X9 xeyrinə 2500 manat vəsait və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat və dövlət rüsumuna görə ödənilmiş 45 manat tutularaq X15 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-653/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-653/2022
13.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver