Məhkəmə qərarları › İş №2(007)-660/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-660/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-660/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat borcun Cavabdeh maaşından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2015-ci ildən tanıyır, eyni qəsəbədə yaşayırlar. Bir gün Cavabdeh onlara gələrək qardaşının tutulduğunu və ona pul lazım olduğunu demişdir. O, məktəbdə lotereya oynamış, 2000 (iki min) manat pul almışdır. Yalvarıb ona demişdir ki, o pulu ona versin, tez qaytaracaq. O, 2000 (iki min) manatı cavabdehə vermişdir. Onun etibarından sui-stifadə edərək pulu aparmışdır. Neçə illərdir ki, onu süründürür. Ondan cəmi 700 manat pul ala bilmişdir. M.Lətifənin 1300 (min üç yüz) manat borcu qalmışdır, o pulu cavabdehdən geri ala bilmir. Cavabdeh neft şirkətində işləyir maddi imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o bildirdi ki, cavabeh ilə uzun müddətdir tanışdır. Ondan dəfələrlə qızıl alveri də etmişdir. Özü məcburi köçkündür, hazırda qəzalı vəziyyətdə olan binada yaşayır. Cavabdeh 2015-ci ildə ondan qardaşının tutulmasına görə 2000 manat borc pul istəmiş, o da lotereya pulundan 2000 manat ona borca vermişdir. İllərdir onun pulunu ödəmir. Hər ilə 100 manat pul ödəmişdir. İllərdir onu süründürür. Borcundan 700 manat ödəmiş, 1300 manat isə borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, 2015-ci il tarixində iddiaçıdan 8%-lə 2000 (iki min) manat məbləğibdə borc pul almışdır. Maaş kartı da iddiaçıda olmuşdur. 2 il müddətində hər ay maaş kartından pul çıxarmışdır. Bu müddət ərzində ayda 160 manat olmaqla 2 il ərzində iddiaçıya cəmi 3200 manat faiz borcu ödəmişdir. 2017-ci il tarixində faizin hesablanmasının saxlanılması barədə razılığa gəlmişlər. Sonradan 2000 manat borcunun qalması barədə əlyazma yazmış və pulu hissə-hissə ödəməyə davam etmişdir. Bundan sonra pandemiya zamanı xəstələnmiş və başqa bir şəxs üçün zamin olaraq 7000 manat borc pulu onun əvəzinə ödəməli olmuşdur. Bu səbəblərdən ödəməni yubatmışdır. Buna görə iddiaçıya zəng edib aprelə qədər həmin şəxsin borcunu ödəyib bitirəcəyini, bundan sonra da 2 ay ərzində onun borcunu ödəyəcəyini demişdir. Sonuncu dəfə 11 noyabr tarixində iddiaçının oğlu vasitəsilə ona 50 manat pul ödəmişdir. Adətən pulları evində iddiaçıya ödəmiş, bir neçə dəfə isə iddiaçının oğlunun vasitəsilə borcu ona göndərmişdir. Hazırda iddiaçıya 680 manat borcu qalmışdır. 1300 manat məbləğində borcu olduğunu qəbul etmir, bu iddiaçı tərəfindən şişirdirilmiş məbləğdir. İddiaçıya hansı tarixdə ödənişlər etdiyini özü qeyd etmiş, iddiaçıya bu qeydləri təsdiq etdirməmiş və bunu məhkəməyə təqdim edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13.09.2015-ci ildə yazılmış və Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı 2000 (iki min) manat pul borclu olduğunu və 10.10.2015-ci il tarixinədək pul vəsaitini geri qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pul vermiş, daha sonra cavabdeh yazılı qəbz imzalayaraq borcu ödəyəcəyini bildirsə də borc məbləğini iddiaçıya tam məbləğdə ödəməmiş, 700 manat borcu ödəmiş, 1300 manat borcunu isə ödəməmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsasları yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçıdan aldığı borcunu vaxtında qaytarmamış, bununla da aralarında bağlanmış razılaşmanın şərtlərini pozmuşdur. Məhkəmə eyni zamanda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan borc məbləğini ödəməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh götürülmüş borc məbləğindən İddiaçı 680 manat borcu olduğunu qalan məbləğin qaytarılmasını qeyd etmiş, lakin həmin məbləğin qaytarılmasını məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə Cavabdeh qalıq borcunun 620 manat hissəsinin ödənilməsi iddiaçıya 680 manat borcunun qalması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya hansı tarixdə ödənişlər etdiyini özü qeyd etməsini bildirsə də bu qeydlər tələbkar tərəfindən təsdiq edilməmişdir. Onun tərəfindən ödənişlərlə bağlı sənədlər məhəkməyə təqdim edilmiş olsa belə yalnız onun özü tərəfindən aparılmış qeydlər həmin vəsaitin həqiqətən iddiaçıya qaytarılması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh İddiaçı icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməsini tələb etməmiş və ya iddiaçıya borcun təsdiq edilməsi üçün sənəd təqdim etməmişdir. Məhkəmə eyni zamandaiddia tələbinin “borcun cavabdehin maaşından tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada icra qaydasında həll edilməli məsələ olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1300 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçüni iddiaçının ödəməkdən azad olduğu 33 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 33 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar