Məhkəmə qərarları › İş №2(007)-688/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-688/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-688/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. Həmin ünvanda qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh "Cavabdeh" İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə “Smart” tipli qaz sayğacı quraşdırılmışdır. Orada yaşadığı müddət ərzində hal-hazırkı vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisinə görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin 09 iyun 2020-ci il tarixdə onun evinə quraşdırılmış qaz sayğacının istismar vaxtının qurtarması bildirilərək, qaz sayğacı dəyişdirilmiş və həmin vaxtdna 1 ay sonra 2020-ci ilin iyul ayında ona guya qaz xəttindən kənar qaz istifadə etməsi bildirilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və ona 807.71 manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, qaz sayğacı çıxarılıb yoxlamaya aparıldıqdan sonra borcun yaranması bildirilmişdir. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya 21.01.2019-cu il tarixdən onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də ona 807.71 manat borc cərimə hesablanmışdır. O, Qaz istismar idarəsinin əməkdaşlarına onların bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirdi. Həmin akt tərtib edilərkən ona heç bir məlumat verilməmişdir. Cavabdeh "Cavabdeh" İBnin əməkdaşları ona "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 21.01.2019cu il tarixli ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat cərimə məbləği ödəməyini tələb etdilər. “Cavabdeh” İB-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqları kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda sadalanan əsaslara görə «Cavabdeh» İB-nin 21.01.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsassız hesab edilərək ləğv edilməli və həmin akta əsasən hesablanmış 807.71 ( səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat cərimə məbləği silinməlidir. 1.Yuxarıda qeyd olunduğu kimi "Cavabdeh" İB-nin əməkdaşları "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 21.01.2019-cu il tarixli ******* nömrəli aktı onun iştirakı olmadan tərtib etmiş və birtərəfli qaydada təsdiq etmişlər ki, bu da sözügedən aktın qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. Belə ki, əgər onun iştirakı təmin edilsəydi eviin daxilinə də baxış keçirilməklə sayğacdan kənar xəttin onun evinndə istifadə olunmadığı müəyyən edilmiş olacaqdı. 2.Onun abonent saldosundan da görünür ki, evində sərf olunan qazın sərfiyyatında heç bir dəyişiklik baş verməmişdir. Belə ki, saldodan görünür ki, sayğacdan kənar qaz xətti ləğv edildikdən sonra evinin qaz sərfiyyatı keçən ilin sərfiyyatı ilə eyni olmuşdur. Bu hal da bir daha təsdiq edir ki, onun evində saycdan kənar qazdan istifadə olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh "Cavabdeh" İB tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə əlaqədar tərtib edilmiş 21.01.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********00160 saylı abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutub işə cavabdehin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, subaydır, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında abonentin mənzilinə baxış keçirən zaman aşkar olundu ki, təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edilir. İş materiallarında olan **********00160 saylı abonentin saldosundan görünür ki, onun 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 1.2*6*180=1296m3; 1.5*8*180=2160m3; 1.4*18*180=4536 m3. dəymiş ziyan 7992m3 təşkil edir. İş materiallarında olan İddiaçı müraciətnə cavab məktubunda qeyd olunur ki, 23.09.2020-ci il tarixinə göstərilən ünvanın abonent hesabında mövcud olan 800.90 manat borc məbləği tərəfinizdən ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb,iş üzrə toplanmış sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki,iddia əsaslıdır. Belə ki, akt tərtib edərkən,iddiaçıya və ya mənzildə yaşayan başqa sakinlərə məlumat verilməmiş, tərtib olunmuş aktla mənzildə yaşayan şəxslər tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.Ona görə də cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Ona görə də iddia təmin edilməli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat borc məbləği qanunsuz hesab edilərək **********00160 saylı abonent hesabından (saldo) silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 807.71 (səkkiz yüz yeddi manat yetmiş bir qəpik) manat borc məbləği qanunsuz hesab edilərək **********00160 saylı abonent hesabından (saldo) silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar