Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-698/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Nissan Patrul” markalı, M294MM34 dövlət qeydiyyat nişanlı avtomobil AE 639753 nömrəli şəhadətnamə ilə 07.08.2016-cı il tarixdən 06.09.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh “Nissan Patrul” markalı, M294MM34 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 14.08.2016-cı il tarixdə saat 12:20 radələrində yol nəqliyyat hadisəsi törədərək, “Mersedez Benz” markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mersedes Benz” markalı avtomobilə maddi ziyan dəymişdir. Hadisə Bakı şəhər DYP tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş KYP 544047 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, 40 manat məbləğində cərimə olunmuşdur. “Mersedes Benz” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər 165 manat məbləğində müəyyən edilmiş və həmin məbləği “xxxx” ASC 05 sentyabr 2016-cı iltarixli 5223 nömrəli ödəniş tapşırığı ilə ilə avtomobilin sahibinə ödənilmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. 10.02.2021-ci il tarixdə iddiaçı “xxxx” ASC işə onların iştirakı olmadan baxılıb, təqdim olunmuş sənədlər əsasında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışına əsasən xx xxxx 1971-ci ildə anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 05 sentyabr 2016-cı il tarixli sığorta aktının və 5223 №-li ödəniş tapşırığının surətlərinə əsasən baş vermiş avtomobil qəzası nəticəsində zərərə uğramış avtomobil olan “Mercedes Benz” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün “xxxx” ASC tərəfindən 165.20 (yüz altmış beş manat iyirmi qəpik) manat sığorta ödənişi “xxxx” MMC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı “xxxx” ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 165 manat sığorta ödənişi və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 185 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 165 manat sığorta ödənişi və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 185 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-698/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-698/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver