Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-699/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 25 mart 2020-ci il tarixli SLG-092-0027-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2115 (iki min yüz on beş) AZN əsas kredit borcu, 500 (beş yüz) AZN cərimə olmaqla, cəmi 2615 (iki min altı yüz on beş) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi və “Girov təminatı Aktı”nda qeyd edilmiş Əmlaka (Y/D Vyana D240 bazalı ayaqlı və Gold Matras 160x200) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönədlilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOK T "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 mart 2020-ci il tarixli SLG-OÇ2-0027-20 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 2115 (iki min yüz on beş) AZN məbləğində kredit verilmişdir. 25 mart 2020-ci il tarixli SLG-092-0027-20 saylı Kredit müqaviləsi üzrə Cavabdehin öhdəliklərinin icrasının təminatı qismində həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “Girov təminat Aktı”nda qeyd edilmiş əmlak (Y/D Vyana D240 bazalı ayaqlı və Gold Matras 160x200) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 13 oktyabr 2020-ci il tarixinə 2115 (iki min yüz on beş) AZN əsas kredit borcu, 500 (beş yüz) AZN cərimə olmaqla, cəmi 2615 (iki min altı yüz on beş) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BOKT "xxxx" MMC ilə kredit alan Cavabdeh arasında bağlanmış 25 mart 2020-ci il tarixli SLG-092-0027-20 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə 2115 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; Həmin kredit müqviləsinin təminatı olaraq borcalan sonradan alacağı malları “Girov təminatı AKT”ı vasitəsilə borcverənin xeyrinə yüklü etməlidir. - 25 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə “girov təminatı aktı”ndan görünür ki, Cavabdeh Vyana D240 bazalı ayaqlı yataq dəsti və Gold matras 160X200 əşyaları 25 mart 2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoymuşdur. - BOKT "xxxx"” MMC-nin 13 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2 115 manat əsas borcu, 500 manat dəbbə borcu olmaqla, cəmi 2 615 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə kredit alan Cavabdeh arasında bağlanmış 25 mart 2020-ci il tarixli SLG-092-0027-20 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 12 ay müddətinə 2115 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqviləsinin təminatı olaraq borcalan sonradan alacağı malları “Girov təminatı AKT”ı vasitəsilə borcverənin xeyrinə yüklü etməlidir. 25 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə “girov təminatı aktı”ndan görünür ki, Cavabdeh Vyana D240 bazalı ayaqlı yataq dəsti və Gold matras 160X200 əşyaları 25 mart 2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoymuşdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh BOKT "xxxx" MMC ilə bağladığı 25 mart 2020-ci il tarixli kredit müqaviləsi üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; girov saxlayanın tələblərinin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Bununla da, müəyyən olundu ki, Cavabdeh özünə məxsus Vyana D240 bazalı ayaqlı yataq dəsti və Gold matras 160X200 əşyalarının girov qoyulması yolu ilə təmin etdiyi 25 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən, BOKT "xxxx" MMC-nin tələbləri həmin girov predmetinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25 mart 2020-ci il tarixli SLG-0920027-20 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh BOKT "xxxx" MMC-nin xeyrinə 25 mart 2020-ci il tarixli SLG-0920027- 20 saylı kredit müqaviləsi üzrə 2115 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 2165 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalı, 25 mart 2020-ci il tarixli SLG-0920027-20 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus olan Vyana D240 bazalı ayaqlı yataq dəstinə və Gold matras 160X200 əşyalarına yönəldilsin, həmin əşyalar açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına BOKT "xxxx" MMC-yə olan həmin borc ödənilməli, girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 25 mart 2020ci il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalı, iddi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25 mart 2020-ci il tarixli SLG- 0920027-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh BOKT "xxxx" MMC-nin xeyrinə 25 mart 2020-ci il tarixli SLG-0920027-20 saylı kredit müqaviləsi üzrə 2115 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 2165 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. 25 mart 2020-ci il tarixli SLG-0920027-20 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus olan Vyana D240 bazalı ayaqlı yataq dəstinə və Gold matras 160X200 əşyalarına yönəldilsin, həmin əşyalar açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına BOKT "xxxx" MMC-yə olan həmin borc ödənilsin. Girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 25 mart 2020-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-699/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-699/2021
18.02.2021 · Müqavilələrin ləğv edilməsi - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver