Məhkəmə qərarları › İş №2(007)-710/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-710/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-710/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ** OT *** nömrəli “HYUNDAİ İ 35” markalı minik maşını mülkiyyət hüquqları ilə ona məxsusdur. Lakin noyabrın əvəllərində Cavabdeh, onun oğlu Elşən Rüstəmov ilə həmin avtomabilə dair alqı-satqı şərtlərini müəyyən etmiş, sonradan ustaya göstərmək adı ilə maşını aparmış və geri qaytarmamışdır. Hal-hazırda ona məxsus əmlak Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq saxlanılır. Bu barədə dəfələrlə müvafiq hüquq-mühafizə orqanlarına məlumat versə də heç bir nəticə əldə olunmayıb. Buna görə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Mülkiyyətində olan ** OT *** nömrəli “HYUNDAİ İ” 35 markalı minik maşının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 üçün avtomobil almaq məqsədi ilə Turbo.az saytına xx.xx.2022-ci il tarixində yerləşdirilən avtomobil elanı ilə bağlı qeyd olunan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və avtomobilə baxmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində axşam saat 19:15 radələrində H.Əliyev prospektində yerləşən Bravo hiper marketin həyətində görüşmüşdür. **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX35” markalı avtomobili gətirən və elanda nömrəsi qeyd olunan şəxs X6 özünü Bakı şəhər Baş Polis idarəsinin tətqiqatçısı polis baş leytenantı kimi təqdim etmiş və avtomobilin anası İddiaçı aid olduğunu bildirmişdir. Bu zaman avtomobildə səliqəli şəkildə asılmış polis baş leytenantı forması və baş geyimi diqqətini çəkmişdir. Avtomobili satmaqda məqsədlərinin qardaşının şəhid olması, bu səbəbdən anası İddiaçı sarsıntı keçirdikdən sonra avtomobil idarə edə bilməməsi və X2 iş yerinin Şuşa şəhərində yerləşən polis xidmətinə dəyişməsi üçün 30.100 AZN məbləği rəhbərliyə çatdırmalı olmasını bildirmişdir. Onu da qeyd edir ki, Elşən Rüstəmov anası İddiaçı həkim olduğunu və X8 işlədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində X6 ilə yenidən əlaqə saxlayaraq X1 ilə birgə avtomobilə baxmaq istədiyini bildirmişdir. Avtomobilə baxmaq üçün ünvan soruşan zaman yenə də işdə (idarədə) olduğunu və H.Əliyev prospektində yerləşən Bravo hiper marketin həyətinə gələcəyini bildirmişdir. Axşam saat 20:18-də Bravo hiper marketin həyətində görüşmüşlər. X1 avtomobilə baxmış və bəyəndikdən sonra qiymətin baha olduğunu və pullarının 28.000 AZN olduğunu bildirmişlər. X6 bununla razılaşmışdır. Sonra ona avtomobili saxlaması üçün 100 AZN beh kimi ödəniş etmişlər. Onu da qeyd edir ki, X6 ona özünü polis baş leytenantı kimi təqdim etmiş və yenə də avtomobildə səliqəli şəkildə asılmış polis baş leş leytenantı forması və baş geyimi olmuşdur. xx.xx.2022-ci il tarixində axşam saat 18:57 də onunla və anası ilə əlaqə saxlayaraq rəisinin pulu ondan tələb etdiyini və sabah saat 08:00-a kimi çatdırmalı olduğunu və danışılmış məbləği götürmək istədiyini, bunun müqabilində avtomobili verəcəyini bildirmişdir. Həmin gün o, işdə, anası isə Bakı şəhərində olmadığı üçün avtomobilin alqı-satqısı xx.xx.2022-də edə biləcəyini ona bildirmişdir. O, ödənişi etmək üçün alacağı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobilə əyləşərək pulun yerdə qalan hissəsini 27.900 AZN-i X3 təqdim etmişdir. Pulu sayaraq ondan təhvil götürərək avtomobilin texniki pasportunu ona vermişdir. Sonra onu polis idarəsinə və ya yaşadığı ünvana aparmağı təklif etmiş, lakin o, arxası ilə gələn olduğunu, onu sadəcə yaxınlıqda yerləşən Romance Palace şadlıq sarayının qarşısında düşürməyini xahiş etmişdir. Onlar şadlıq sarayının həyətinə çatdıqdan sonra X2 arxası ilə Hyundai Sonata markalı avtomobildə hərbi formada qazi geyimində sinələrində medallar asılmış 2 nəfər gəlmiş və X6 onları polisin şəbəkəsinə daxil olan adamlar kimi təqdim etmişdir. Daha sonra X6 ona 28.000 AZN-ə satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobilində olan şəxsi əşyalarını ve səliqəli şəkildə asılmış polis baş leytenantı formasını, baş geyimini və ayaqqabılarını arxasınca gələn Hyundai Sonata markalı avtomobilə yerləşdirmişdir. Noyabr ayının 9-da qeyri iş günü olması səbəbindən xx.xx.2022-ci il tarixində o, X3 birinci saat 10:24-də zəng vuraraq etibarnaməni bugün verməyini tələb etmiş, daha sonra saat 13:20-də nə vaxt görüşə biləcəklərini soruşduqda o, anasının əməliyyatda olduğunu, bu gün imkanı olmayacağını bildirdi. Etibarnamənin sabah hökmən verilməsini tələb edəndə ona anası İddiaçı işi olsa belə ondan özü etibarnamə alaraq ona etibarnamə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində X6 onunla saat 16:30-da 5 saylı asan xidmətdə görüşərək ona etibarnamə verdi. xx.xx.2022ci il tarixində günorta saat 15:00-da vhatsapp vasitəsilə ona mesaj yazaraq axşam işdən çıxanda onunla əlaqə saxlamağını istəmişdir. Axşam saat 18:35 də o, Rüstəmov Elşənlə əlaqə saxlayan zaman rayondan gəldiyini ve axşam ona sözü olduğunu, evdə olubolmayacağını soruşmuşdur. O da evdə olacağını bildirdikdən sonra axsam saat 23:00 da ona zəng vuraraq yaşadığı həyətdə (Nizami rayonu, Özbəkistan küç. 9 bina 5) olduğunu aşağı düşməyini xahiş etmişdir. O, həyətə düşən zaman X2 gəldiyi Hyundai Elantra markalı avtomobildə qabaq sərnişin oturacağında orta yaşlı bir qadın əyləşmişdi və X6 ona, o qadını anası kimi təqdim etdi. Rayondan gəldiklərini, işinin alındığını, onun təyinatının Laçın rayonundakı polis şöbəsinə verdiklərini və buna görə də təşəkkür etdiyini bildirdi. Daha sonra bir xahişinin olduğunu deyərək bildirdi ki, anasının oğlunun işi üçün dediyi qurbanı olduğu üçün və gəldiyi Hyundai Elantra-nın xidməti avtomobil olduğu və geri qaytaracağını deyərək avtomobilsiz qaldığını, bu səbəbdən ona satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobili bir günlük ona verməyi xahiş etmişdir. O da Rüstəmov Elşənə sabah avtomobillə işi olduğunu, ancaq birisi gün xx.xx.2022-ci il tarixində verə biləcəyini demişdir. Bu hərəkət onda şübhə yaratmağa başlamışdır. Ona bir daha təkidlə sabah avtomobili verməyini xahiş edən zaman o, düşünəcəyini, alınsa ona bir saat ərzində xəbər edəcəyini bildirmişdir. Ona zəng etdiyi ***- ***-**-** nömrəsinin kimin olduğunu soruşan zaman şəxsi nömrəsinin olduğunu bildirdi. Saat 22:55-də X3 vatsapp vasitəsilə mesaj yazaraq avtomobilin sabah ona verməyinin alınmadığını bildirmiş, daha sonra Rüstəmov Elşən ona saat 22:59-da ***-***-**-** mobil nömrəsindən zəng edərək birinci günü yəni xx.xx.2022 ci il tarixində avtomobili verməyi xahiş etdi. xx.xx.2022-ci il tarixində avtomobili X1na etibarnamə vermək üçün 3 saylı asan xidmətə yaxınlaşan zaman onlara verilən etibarnamənin İddiaçı tərəfindən ləğv olunduğunu bildirmişlər. Daha sonra X6 ilə əlaqə saxlamaq istədikdə heç bir mobil nömrəsinə zəng çatmadığını görmüşdür. Daha sonra eyni gün X1 ilə birlikdə avtomobilin texniki pasportunda yazılan, X2 yaşadığı və qeydiyyatda olduğu ünvana getmişlər. Orada valideynləri oğlunun problemləri olduğunu bildirdilər və onu görmədiklərini dedilər, lakin qısa müddətdə bu məsələni həll etməyə çalışacağını bildirdilər. Sonradan məlum oldu ki, Rüstəmov Elşən qaçaraq Türkiyə Cümhuriyyətinə gedib. Belə ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan Hyundai İX35 minik markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh etibar etmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməni də İddiaçı nümayəndəsi və oğlu X7 imzalamışdır. X15 anası İddiaçı təmsilçisi olaraq onun tapşırığı (maşını satmağı) yerinə yetirib. Hazırki durumda İddiaçı 42 saatdan sonra etibarnaməni ləğv etməyi, onun oğlunun hazırda ölkədən qaçdığını, guya onunla heç bir qaydada əlaqə saxlaya bilmədiklərini qeyd etməkləri burda yalnız onların məni aldatmaq niyyətini üzə çıxarır. Kim pulu almamış maşını, maşının qeydiyyat şəhadətnaməsinin əslini təhvil verir? Kim pulu almamış etibarnamə verir? Göstərilənləri nəzərə alaraq, İddiaçı 28 000 (iyirmi səkkiz min) manat alınaraq ona verilməsi, ilkin iddia təmin edildiyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın icrasının eyni anda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun Cavabdeh ilə heç bir əlaqəsi yoxdur, avtomobili Turbo.az saytına satış üçün yerləşdirmişlər. Satmağının məqsədi qızı üçün ipoteka ilə ev alacağına görə ilkin ödəniş etmək olub. Bir neçə dəfə maşınla bağlı bir neçə şəxslə görüşmüşlər, amma razılaşma olmadığı üçün sata bilməmişlər. Daha sonra oğlu ona Orxan adlı br şəxslə danışdığını, onun maşını Turbo.az saytında görüb bəyəndiyini, pulun bir qismini indi ödəyəcəyini, qalan hissəini isə 3-cü gün gətirəcəyini dedi. Hətta oğlu Orxanın çox yaxşı biri olduğunu, sürməsi üçün etibarnamə verməyini, 1-ci gün onun alqısatqını notarial qaydada etməyini xahiş etmişdir. O da etibarnamə vermişdir. Oğlu isə rəngi qapqara formada evə gəlib demişdir ki, “Orxana etibarnamə versə də, Orxan onu aldadıb maşının pulunu verməmişdir”. Buna görə də o, notariusa gedib etibarnaməni ləğv etmişdir. Oğlunun taksi sürücüsü işləməsi səbəbindən gəliri olub, buna görə də şəxsi problemi olmayıb. Oğlunun hal-hazırda harada olduğunu bilmir. Yaşayıb-yaşamadığından belə xəbəri yoxdur. xx.xx.2022-ci ildə şənbə günü gecə saat 00:00-dan sonra yoxa çıxıb. Alqısatqını edəndən sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iş yerindən ona zəng edib bildirdilər ki, oğlu Türkiyəyə gedib. Baş etibarnamənin nə olduğunu bilməmişdir. Oğlu ona Orxana sürməsi üçün etibarnəmə verməyini, maşını isə alqısatqıdan sonra Orxanın adına keçirməyini söyləmişdir. O, Cavabdeh yalnız evinə gəldikdən sonra ilk dəfə görmüşdür. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib bildirmişdir ki, avtomobil ilkin iddia üzrə İddiaçı məxsus olub. Bununla bağlı DYP-dən çıxarışı olub. Avtomobilin alqı-satqısı ilə Gülnaz xanımın oğlu məşğul olub. Belə ki, avtomobil İddiaçı qızına ipoteka ilə ev almaq üçün satılıb. İlkin iddia üzrə iddiaçının oğlu avtomobili Turbo.az saytında satmaq üçün yerləşdirilib. Oğlu sayt vasitəsilə maşına alıcı tapıb. Bunu anasına bildirib. Belə ki, oğlu alıcının pulu bir hissəsini verəcəyini, qalan hissəsini sonra ödəyəcəyini, şənbə günü olduğu üçün rəsmi qaydada alqı-satqı müqaviləsi bağlaya bilmədiklərini söyləyib. Gülnaz xanım evlərinə yaxın yerdə oğluna baş etibarnamə verib. Oğlu anasına bildirib ki, alıcı Cavabdeh pulun qalan hissəsini 1-ci gün ödəyəcək, bundan sonra alqı-satqı edəcəklər. Şənbə günü axşam saatlarında oğlu alqı-satqını edəndən sonra evə qayıtmır və ondan xəbər alına bilmir. Bundan sonra Gülnaz xanım oğluna verdiyi etibarnaməni ləğv edir. Bundan əlavə, o, qarşı tərəfin guya sübut qismində təqdim etdiyi diskdə olan səs yazıları tanış olmuşdur, bununla bağlı etirazını məhkəməyə təqdim etmişdir, habelə bu barədə aidiyyəti üzrə sorğu ünvanlamış və sorğuya cavab iş materiallarında var, belə ki, sorğuya cavab zamanı Elşənin atasının səs yazısının qeydə alınmadığı göstərilmişdir. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarda qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, ona etibarnamə xx.xx.2022-ci il tarixdə verilib, xx.xx.2022-ci ildə isə şənbə günü o, xidmətdə olduğu üçün işdən çıxıb qeydiyyata gedə bilməmişdir. Bir müddət sonra Gülnazın oğlu bir qadınla gələrək, ona demişdir ki, həmin qadın onun anasıdır, xahiş etmişdir ki, qurban kəsmək üçün avtomobili ona versin, qurban kəsdikdən sonra avtomobili qaytaracaqlar. O, şübhələndiyi üçün həmin vaxt avtomobili verməmişdir. Sonradan o, Gülnazgilin evinə gəlib oğlunun bir qadınla gəldiyini deyəndə, Gülnaz ona fotoşəkil göstərmiş və o, həmin qadını tanımışdır, Gülnaz həmin qadının oğlunun yaşadığı qadın olduğunu demişdir. Bundan əlavə, 8 noyabr 2022-ci il tarixində avtomobili ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlundan alıb. 8 noyabr 2022-ci il tarixindən təxminən 1 həftə əvvəl demişdir ki, maşını gedək görüm, sürüm yoxlayım. Görüşəndə ona polis əməkdaşını, adının da Rüstəmov Elşən olduğunu bildirdi. Elşən ona bir polis əməkdaşının adını çəkdi, onları tanıdığını bildirdi. Hətta yanında onunla mobil nömrə ilə əlaqə saxladı. Daha sonra Elşənlə əlaqə yaradanda Koroğlu metrostansiyası yaxınlığında yerləşən “Bravo Supermarketi”nin həyətinə gəlməyini söylədi. O da anası ilə birlikdə maşına baxmağa getdik. Anası da maşını bəyəndi. Maşın çox səliqəli maşın idi. O zaman onda 28000 manat pul var idi, o, Elşəndən xahiş etmişdir ki, gözləsin, məzuniyyət pulunu, anası da maaşını alandan sonra qalan pulu ona versinlər. Elşən isə maşının anasının maşını olduğunu, qardaşının da şəhid olduğunu bildirdi. Guya ki, qardaşı şəhid olub deyə anası maşını sürə bilmir, buna görə maşını satır və əldə etdiyi pulu tağım komandiri rütbəsi almaq üçün istifadə edəcək. Bundan 5 gün sonra zəng vurdu və maşını almağını soruşdu. Elşən ona bildirdi ki, Keşlə qəsəbəsində xəstəxananın yanında evlərinin qabağına gəlsin. Xüsusilə bildirir ki, pul anasında idi deyə anası ilə birlikdə getmişdi. Elşən ona qeyri-iş günü olduğu üçün notariusun işləmədiyini, buna görə maşını sürmək üçün anasından etibarnamə alacağını söylədi. 8 noyabr 2022-ci il tarixində ona maşını verəcəyini, alqısatqını notarius açıldıqdan sonra edəcəyini söylədi. Elşənin nömrəsini “Getcontact” tətbiqində yazanda adının polis əməkdaşı olaraq yazıldığını görmüşdür. Noyabrın 8-i Elşənə evin həyətinə getməyi, pulu ona orada verəcəyini söyləmişdir. 10 noyabr 2022-ci il tarixində işlərilə əlaqədar işdən çıxa bilməmişdir. Elşən anasının Mərkəzi Klinikada həkim olduğunu, buna görə onun da gələ bilmədiyini söylədi. 11 noyabr 2022-ci il tarixində günorta saatlarında anasının gələ bilmədiyini, etibarnaməni öz adına alaraq verəcəyini söylədi. Guya ki, şəhid ailəsidir deyə o, razılaşmışdır. Ondan texniki pasportu götürüb, ayın 11-i anasından etibarnamə alaraq ona vermişdir. Asan Xidmətə gedəndə məlum oldu ki, etibarnamə ləğv edilib. Noyabr ayının 13-ü “Asan Xidmət”dən çıxıb birbaşa ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 evinə getmişlər. Gülnaz xanım oğlundan xəbər almadığını və narahat olduğunu bildirdi. Onlara oğullarını tapmaq üçün 2 gün vaxt verməyini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun üçün əsas oğludur, maşın vacib deyil. Ona bank kartından verməli olduğu pulu birlikdə çıxarmağı, hətta lazım olarsa ipoteka kreditini götürmələri üçün banka belə maşını ilə aparcağını bildirmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia edir ki, oğlunu axırıncı dəfə şənbə günü gecə görüb, lakin şənbə günü onların evinə gedəndə oğlundan xəbər ala bilmədiyini dedi. O, avtomobildə bir qadının olduğunu, oğlu Elşənin onu anası olaraq tanıtdığını söyləmişdir. Lakin orada məlum oldu ki, həmin qadın onun anası deyil, münasibətdə olduğu qadın imiş. Daha sonra polis bölməsindən ona zənglər gəlməyə başladı və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlu barəsində suallar verilməyə başlandı. Gülnaz xanım oğlunun itkin düşməsi ilə bağlı Nizami Rayon 23-cü Polis Bölməsinə deyil, 25-ci Polis Bölməsinə müraciət edib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ondan polis bölməsinə şikayət ərizəsi yazıb ki, guya o, vəzifəsindən sui-istifadə etmiş və maşını onların əlindən almışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, maşın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibar edilib. Sərəncam vermə ilə bağlı etibarnamədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adı yazılıb. Etibarnamə notarial qaydada təsdiq edilib, lakin daha sonra ləğv edilib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlu Rüstəmov Elşənin qaçması şübhə doğurur. İddiaçı oğlundan xəbərsiz olduğunu deyir, lakin oğlu “Whatsapp” sosial şəbəkəsində statuslar, şəkillər, videolar paylaşır. Dələduzluq faktı ilə bağlı cinayət işi açılıb və və istintaq davam edir. Cavabdeh texniki pasport və etibarnəmə belə verilib. Əmindir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı öz maşınını da versəydi, Elşən onu da aparardı. İş materiallarında pulun verilməsi ilə bağlı videogörüntülər var. Bildirməlidir ki, avtomobillə bağlı alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmir, DYP-də təsdiq edilir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlunun ölkədən giriş-çıxışını əks etdirən bütün məlumatlar sistemdə yerləşdirilib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin həyat yoldaşının səs yazıları da mövcuddur. Bundan başqa, iş materiallarında pulun verilməsi ilə bağlı kamera görüntüləri var. Habelə pulun verilməsi ilə bağlı digər sübutlar da var. Ehtimal ki, Gülnaz xanımın oğlu pulu çatdırmayıb. Baş etibarnamə isə Orxana Gülnaz xanım tərəfindən verilib. Gülnaz xanım birbaşa Orxana etibarnamə verib. İmzanı isə oğlu çəkib. Nəqliyyat vasitəsinə sərəncam vermək üçün verilən etibarnamə iş materiallarında var. Gülnaz xanım əgər oğluna sürmək üçün əvvəlcə etibarnamə veribsə, yenidən niyə etibarnamə versin ki? Elşən ölkəyə daxil olan zaman saxlanılacaq. Fikrincə, bu məsələdən Gülnaz xanımın əvvəldən xəbəri olub. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X9 ifadəsində göstərmişdir ki, o, Mənsimov Orxanın anasıdır. Avtomobil onun üçün alınırdı, oğlundan xahiş etmişdir ki, ona maşın axtarsın. Oğlu da maşını Turbo.az saytında görmüşdü. Maşın 31500 manata qoyulmuşdu. Demişdir ki, bir az bahadır, münasib qiymətə maşın tapaq. Elə alındı ki, həmin maşına baxası oldular. Noyabr ayı idi, o, oğlu ilə maşına baxmağa getmiş, maşının içərisi doğurdan da təmiz, səliqəli olmuşdur, heç bir problemi görünmürdü, maşının arxa oturacağını oğlan özü göstərdi, arxa oturacaqda polis forması, ayaqqabısı var idi. Formanın ölçüsünə baxmış, oğlanın ölçüsünə uyğun gəlmişdir. Elşən adlı həmin oğlan özünü polis əməkdaşı kimi təqdim etdi, maşının arxa hissəsini də açıb göstərdi, baqajda da polis ayaqqabısı, şəxsi əşyaları olan çanta var idi, zabit, başleytenant forması idi, üç ulduzlu idi. Oğlan hətta polis əməkdaşılarının da adını çəkdi. O demişdir ki, 31500 manatı yoxdur, 30000 verə bilər, 28000 manatını indi verə bilər, qalan isə 2 ay müddətinə pensiyasını, maaşını filan alıb verə bilər, elə ordaca 100 manat beh vermişdir. O, demişdir ki, Zəfər bayramı qarşıdan gəlir, rayona gedəsi idi deyə bu alqısatqı prosedurlarını bayramdan sonra rayondan qayıdıb edək. O, maşını etibarnamə ilə almaq istəmirdi, alqı-satqı ilə almaq istəyirdi. Oğlan isə dedi ki, o, Şuşaya polis gedəcək, rəis ilə danışıb, maşının pulunu rüşvət kimi ora verəcək, həm də qardaşı guya şəhid olub deyə buradan uzaqlaşmaq istəyir. Oğlan ona dedi ki, 28000 manat indi verərsən. Noyabrı 9-u ya da 10-u idi, oğluna demişdir ki, “bir etibarnamə al, sonra mən gəlim bazar günü maşını öz adımıza keçirərik”. Pul onun özündə olmuşdur. Elşən gecə maşını gətirdi, həyətdə saxladı. Pulu əlbəəl sayıb, oğluna vermişdir ki, Elşənə versin. Hələ onda etibarnamə verilməmişdi. Oğlu aşağı düşdü, pulu əlbəəl verdi, binanın kamera görüntülərinə də düşüb. Pulu qabaq oturacaqda oturub sayıb götürdü. Bazar günü maşını ada keçirmək istəyəndə məlum oldu ki, etibarnamə ləğv olunub. Gülnaz xanımgilə getdikdə, o, Gülnaz xanımla danışmış, sonuncu evə dəvət etmişdir. Evdə Gülnaz xanım, qızı və yoldaşı var idi. Gülnaz xanım ona dedi ki, “maşını alanda bir sahibindən halallıq almazlarmı”. Gülnaz xanımın qızı o da ev almalı imiş deyə əsəbləşmişdir. Gülnaz xanım ona dedi ki, “mən oğlumu o gündən görməmişəm, mənə də pul verməyib, mən maşını satmıram”. Xanımın yoldaşı da dedi ki, “bunlar oğlumun aldatdığı ilk adam deyillər”. Maşını satan oğlan demişdi ki, “maşının 2 açarı var, birini indi gətirmişəm, digərini də gətirəcəm”. O, Gülnaz xanımgilə gedəndə qızı demişdi ki, “maşının 1 açarı məndədir, açarı vermirəm, maşın mənimdir”. Xanımın özünün də, yoldaşının da hamısının bu məsələdən xəbəri var idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 996952 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək X3 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 14:41) çıxarışın və eyni tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək X3 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 16:47) çıxarışın və eyni tarixli etibarnamənin surətindən görünür ki, 5 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində X6 “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin 21 dekabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından görünür ki, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyatdadır, sonuncu dəfə həmin nəqliyyat vasitəsi etibarnamə əsasında xx.xx.2022-ci ildə Cavabdeh etibar edilmişdir. - İddiaçı ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********597 nömrəli ərizədən görünür ki, o, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək X3 verilmiş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. - Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh onun 28.000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə müracəti əsasında araşdırma aparılaraq müvafiq qərar qəbul edilmişdir, araşdırma zamanı X2 izahatının alınması üçün istifadəsində olan mobil nömrəsinə zəng çatmadığından, atası Elsevər Rüstəmovla əlaqə saxlanılaraq E.Rüstəmovun rayon polis idarəsinə gəlməsi bildirilmişdir. Həmin danışıq zamanı zərurət olmadığından Elsevər Rüstəmovun səsi qeydə alınmamışdır. Elsevər Rüstəmovun səsinin hansı şəraitdə yazılması barədə məlumat yoxdur. - xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. - 17 fevral 2023-cü il tarixli, 17005 nömrəli qəbzdən görünür ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 174 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. Qeyd olunan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə mülkiyyətçi İddiaçı, oğlu X3 həmin nəqliyyat vasitəsini satması və əldə olunmuş pul vəsaiti hesabına ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə, sonuncuya həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. İlkin iddia üzrə iddiaçının oğlu, E.E.Rüstəmov həmin tarixdə, hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd olunan nəqliyyat vasitəsini satması və əldə olunmuş pul vəsaiti hesabına ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə, sonuncuya həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. xx.xx.2022-ci il tarixdə “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı Cavabdeh verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmiş və notarial qaydada etibarnamə ləğv edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətində olmasına və yuxarıda qeyd olunan etibarnamənin ləğv edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehin qanunsuz sahibliyində olmasını və nəqliyyat vasitəsinin sonuncudan alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 181.4-ci maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 366.3-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. İlkin iddia üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, o, oğluna nəqliyyat vasitəsini satması üçün etibarnamə vermiş, sonuncu nəqliyyat vasitəsinə dair etibarnaməni qarşılıqlı iddiaçıya versə də, bunun müqabilində qarşılıqlı iddiaçının ona pul verməməsini bildirməsi səbəbindən etibarnaməni ləğv etməsinə baxmayaraq, nəqliyyat vasitəsi ona geri qaytarılmamışdır. Məhkəmə ilkin iddianın dəlillərini və ilkin iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsinin satılması üçün oğlu X3 etibarnamə vermiş, sonuncu həmin etibarnamə əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nəqliyyat vasitəsinə dair yuxarıda qeyd olunan qaydada etibarnamə vermiş, ilkin iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. İlkin iddia tələbinə aid hissədə qeyd edilməlidir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin qarşılıqlı iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Buna görə də, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi olan ilkin iddia üzrə iddiaçıya qaytarılmalıdır. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında nəqliyyat vasitəsinin alqı-satqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni oğlu E.Rüstəmovun nəqliyyat vasitəsini almaq istəyən şəxsin pul ödəməməsini bildirməsi səbəbindən notarial qaydada həmin etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinin dəyəri kimi 28000 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı tələbinə münasibətdə qeyd edilməlidir ki, həmin pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı da həmin pul vəsaitini İddiaçı oğluna verdiyini, ona notarial qaydada verilmiş etibarnamənin də sonuncunun əvəzindən oğlu E.E.Rüstəmovun verdiyini qeyd etmişdir. Qanunvericiliyin mənasına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi disk, o cümlədən şahid ifadəsinə münasibətdə isə qeyd etməyi zəruri bilir ki, məhkəmə araşdırması şahid ifadəsində, o cümlədən diskə baxış zamanı mötəbər sübut qismində qəbul edilərək qiymətləndirilə biləcək hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq, İddiaçı verilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı yuxarıda irəli sürdüyü iddia tələblə yanaşı, X6 və anası İddiaçı hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar olunduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla Bakı şəhəri Nizami rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər mübahisənin mülki mühakimə üsulu qaydasında araşdırılması üsulunu seçmişlər, həmin icraatda işə baxılarkən isə həmin şəxslərin hərəkətlərində cinayətin törədilməsi halı müəyyən edilməmişdir, ona görə qarşılıqlı iddiaçının həmin xahişinin təmin olunması üçün əsaslar yoxdur, buna dəlalət edəcək hər hansı bir hal da məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar