Məhkəmə qərarları › İş №2(007)-720/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-720/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-720/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızına qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızından 24790 (iyimi dörd min yeddi yüz doxsan) ABŞ dolları indiki AZN məzənnəsi ilə 42193 (qırx iki min yüz doxsan üç) vəkilə ödənilmiş 200 man pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə və barəsində Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh onun xalası oğlunun həyat yoldaşı olmuşdur. O, “xxxx” ASC-nin Xətai filialında müştərilərə xidmət şöbəsinin fərdi müştərilərə xidmət qrupunun rəhbəri işləyirmiş. Ona depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə etmək təklif etmişdir. O da cavabdehə inanaraq müxtəlif vaxtlarda 2015-ci ilin mart ayının 3-də “xxxx”-ın 28 May metrostansiyasının yanında yerləşən filialında ilk olaraq 10000 (on min) ABŞ dolları, həmin ilin sentyabr ayının əvvəlində yenə də 10000 (on min) ABŞ dolları vermişdir. Sonuncu dəfə isə bir günlük ondan 10000 (on min) ABŞ dolları istəmişdir. Onda pul olmadığına görə qohumundan 10000 (on min) ABŞ dolları borc götürüb ona vermişdir. O, depozitə qoyulan pulun ən azı 10000 (on min) ABŞ dolları olduğunu deyirmiş. O hətta 2-ci dəfə ona 10000 (on min) ABŞ dolları verərkən özünün 8000 ABŞ dolları olduğuna zörə Bank of Bakudan 1900 ABŞ dolları kredit götürmüş, üstünə də 100 ABŞ dolları əlavə edərək 10000 (on min) ABŞ dolları ona vermişdir. Beləliklə ümumilikdə ona 30000 (otuz min) ABŞ dolları vermişdir. Cavabdeh ondan pul alarkən qoyulan pulun miqdarına görə hər ay 1000 ABŞ dolları və ya manat məzənnəsi ilə faiz alacağına söz vermişdir. Sonradan məlum olmuşdur ki, o, çox saylı şəxslərdən ona verdiyi vədlər kimi vəd verərək külli miqdarda pul almış və verdiy vədləri yerinə yetirməmişdir. Bu şəxslərdən X10 şikayəti əsasında ona Səbail BPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və Səbail rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 1 (009)-156/2018 saylı hökmü ilə həmin maddələrlə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məlum olmuşdur ki, onun depozitə pul qəbul etmək səlahiyyəti olmamışdır. Bunları bildikdən sonra ondan pulun qaytarılmasını tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirmiş, aldığı pulları qaytaracağına söz vermiş və bunun sübutu kimi iltizam verərək imza etmişdir. Bu iltizamı verməkdə məqsədi isə ondan şikayət etməməyini xahiş etmişdir. Həmin iltizamda etiraf edərək yazmışdır ki, “18 yanvar 2016-cı ildə “xxxx”-da işləyən zaman İddiaçı öz təklifi ilə ondan 26 min ABŞ dolları pul alıb işlədiyim “xxxx”-da vəsait kimi qoyaraq hər ay təxminən qoyulan pulun miqdarında 1000 ABŞ dollarına qədər dollar və ya manat faiz verəcəyinə vəd vermişəm, lakin verdiyim vədə əməl edə bilmədiyim üçün mənə verilmiş olduğu 26 min ABŞ dollar pulun əvəzində faizin və ya pulun özünü bu günə ödəyə bilmədiyim üçün onun əsasında mənə məxsus maaş kartımı (rabitə banka məxsus) öz təklifim ilə və heç bir təzyiqlərə və təhqirə məruz qalmadığı üçün könüllü olaraq X12ma (İddiaçı arvadının qohumu) vermişəm ki, hər əmək haqqına (330 man və yeni doğulmuş körpəmə görə 1 il müddətində dövlət tərəfindən ayrılmış 20 man pul) götürərək maaş kartımdan istifadə etsinlər və ona görə də 10 yanvar 2016-cı ildə İddiaçı aldığım pulu bu yolla ödəyim. Maaş kartımdakı əmək haqqından əlavə olaraq, hər ay X7 adına açılmış hesab nömrəsinə 150 manat anam tərəfindən köçürüləcək. İlk verdiyim 150 manatı əl ilə vermişəm. Mən bu iltizami yaşadığım ünvanda ailə üzvlərimin iştirakı ilə kənardan heç bir müdaxilə olmadan bu iltizami dilimdən verdim, əks halda verdiyim iltizama əməl etməsəm, pul alaraq yalan vədimə görə və barəmdə ciddi tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına şikayət olunmağım barədə razılıq verirəm.” Verdiyi iltizamın arxasında 06.12.2017-ci ildə 350 manat nağd və 150 manat hesaba köçürüldüyü, 22.03.2018-ci ildə 500 manat, 01.05.2018-ci ildə 500 manat, 01.06.2018-ci ildə 500 manat, 01.07.2018-ci ildə 510 manat, 02.04.2019-cu ildə 500 manat, 03.05.2019-cu ildə 500 manat, 03.06.2019-cu ildə 500 manat, 03.07.2019-cu ildə 500 manat, 07.08.2019-cu ildə 500 manat, 03.10.2019cu ildə 700 manat, 16.10.2019-cu ildə isə 150 manat ödəmişdir. İndiyə qədər o, aldığı 30000 (otuz min) ABŞ dollarından 8860 manat və ya 5210 ABŞ dolları ödəmişdir. Onu aldadaraq adına bankda depozit açmaq adı ilə aldığı puldan hal-hazırda onun 24790 ABŞ dolları borcu qalmışdır. Bir ildir ki, ödəməkdən imtina edir və borcu olmadığını deyir. Göstərilənlərdən tam aydın olur ki, cavabdeh onu yüksək gəlir əldə etmək adı ilə aldadaraq külli miqdarda əmlakımı ələ keçirmək məqsədilə dələduzluq etmişdir.Bundan əlavə olaraq, cavabdeh onun adından “xxxx” ASC-nin Xətai filialına 01.03.2015-ci il tarixdə ərizə yazaraq imza etmişdir. Həmçinin “xxxx” ASC-nin Xətai filialının imza və möhür nümunələri vərəqəsini əldə edib onun adından tərtib edib imzalamışdır. Bundan da aydın olur ki, görünüş yaratmaq üçün rəsmi hüquqverici sənədləri saxtalaşdırmaqla əvvəlcədən onu aldatmaq məqsədi olmuşdur. Buda Azərbaycan Respublikası CM-nin 178-ci və 320-ci maddələri ilə cinayət işinin başlanılmasına əsasdır. İstinad olunan hallardan aydındır ki, cavabdeh onun pulunu bank depozitinə qoymaqla yüksək faizlə gəlir əldə edəcəyini vəd verməsinə baxmayaraq üzərinə düşən vəzifəni yerinə yetirməmiş və əsassız varlanmışdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, ərizədə göstərilən rəqəmlərdə yalnışlıqlara yol verilmişdir. İş üzrə cavabdehin borclu olduğu 30000 ABŞ dollarından 4000 ABŞ dollarını iltizam verənə qədər müxtəlif vaxtlarda hissə-hissə ödəmişdir. Sonradan borcun qaytarılmasından müxtəlif bəhanələrlə imtina etmişdir. Buna görə də cavabdeh iltizam vermişdir. İltizam verilən anda hər ikisinin razılığı əsasında borcun məbləği (30000- 4000 ABŞ dolları) 26000 ABŞ dolları müəyyən edilmişdir. Bu da Azərbaycan manatı məzənnəsi ilə 44200 manat təşkil edir. İltizam verəndən sonra müxtəlif vaxtlarda ümumilikdə 3447 ABŞ dolları, manatı məzənnəsi ilə 5860 manat ödəmişdir. Beləliklə, cavabdehin ona 22553 ABŞ dolları və ya Azərbaycan manatı məzənnəsi ilə 38400 manat borcu qalmışdır. Belə ki, cavabdehin ödədiyi pulun məbləği 8860 manat yox, 5860 manat təşkil edir. Bu məbləğ isə ABŞ dollarına nisbətdə məzənnə ilə 3447 ABŞ dolları təşkil edir. Beləliklə, iddianı xahiş edirəm hissəsində cavabdehin ödəməli olduğu pul məbləği 22553 ABŞ dolları, Azərbaycan manatı məzənnəsi ilə 38400 manat təşkil edir. Göstərilənlərə əsasən iş üzrə cavabdehdən 38400 manat, vəkilə ödənilmiş 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 38630 manat pulu cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin eidlməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin eidlməsini xahiş etdi. 21 aprel 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı izahat verərək bildirdi ki, edilmiş ödənişlərə dair sənədləri məhkəməyə təqdim edilmişdir. o, iddiaçıdan nə 30000 ABŞ dolları, nə də ki 26000 ABŞ dolları məbləğində pul götürməmişdir. İddiaçıdan hər dəfə 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları məbləğində pul götürmüşdür. İltizama məcburi qol çəkmişdir. Lakin bununla bağlı hüquq mühafizə orqanlarına müraicət etməmişdir. Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən iddiaçıdan 20000 ABŞ dolları məbləğində pul aldığını qeyd etmişdir. Polis bölməsində iddiaçının izahatı alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 1(009)- 156/2018 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzasının əvvəli məhkumun Nizami rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, X5 üzərinə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 7, mənzil 3 ünvamndakı yaşayış yerini hər gün saat 23-00-dən 7-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. - Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı tərəfindən tərtib edilmiş 06.12.2017-ci il tarixli iltizamdan görünür ki, o, 17.11.2017-ci il tarixində bu iltizamı verir ondan ötrü ki, 18 yanvar 2016-cı ildə "xxxx”da o, işləyən zaman İddiaçı öz təklifi ilə ondan 26 min dollar pul alıb işlədiyi "xxxx”da vəsait kimi qoyaraq, hər ay təxmini qoyulan pulun miqdarında 1000nə qədər dollar və ya manat faiz verəcəyinə vəd etmişdir, lakin verdiyi vədə əməl edə bilmədiyi üçün ona verilmiş olduğu 26 min dollar pulun əvəzində faizini və ya pulun özünü bu günə qədər ödəyə bilmədiyi üçün onun əsasında ona məxsus maaş kartını (Rabitə banka məxsus) öz təklifi ilə və heç bir təzyiqlərə və təhqirlərə məruz qalmadığı üçün könüllü olaraq X8 (İddiaçı arvadının qohumu) vermişdir ki, hər ay əmək haqqını (330 manat əmək haqqı və yeni doğulmuş körpəsinə 1 il müddətində dövlət tərəfindən ayrılmış 20 manat pul) götürərək maaş kartından istifadə etsinlər və ona görə ki, 18 yanvar 2016-cı ildə İddiaçı aldığı pulu bu yolla ödəsin. Maaş kartındakı əmək haqqından əlavə olaraq hər ay X7 adına açılmış hesab nömrəsinə 150 manat anası tərəfindən köçürüləcək. İlk verdiyi 150 manatı əl ilə vermişdirş O, bu iltizamı yaşadığı ünvanda ailə üzvlərinin iştirakı ilə kənardan heç bir müdaxilə olmadan bu iltizamı dilindən vermişdir, əks halda verdiyi iltizama əməl etməsə, pul alaraq yalan vədinə görə və barəsində ciddi tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına şikayət olunmağı barədə razılıq verir. Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı borcundan 06.12.2017-ci il tarixdə 350 manat nağd şəkildə, 150 manat isə hesaba oturtmuş, 22.03.2018-ci il tarixdə 500 manat, 01.05.2018-ci il tarixdə 500 manat, 01.06.2018-ci il tarixdə 500 manat, 01.07.2018-ci il tarixdə 510 manat, 01.04.2019-cu il tarixdə 500 manat, 03.05.2019-cu il tarixdə 500 manat, 03.06.2019-cu il tarixdə 500 manat,03.07.2019-ci il tarixdə 500 manat pul verimişdir. - Cavabdeh X9 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, onun tərəfindən İddiaçı olan borcundan 06.12.2017-ci il tarixdə 500 manat (350 nağd, 150 kart vasitəsi ilə), 11.03.2018-ci il tarixdə 500 manat, 01.05.2018-ci il tarixdə 500 manat, 01.06.2018-ci il tarixdə 500 manat, 01.07.2018-ci il tarixdə 510 manat, 31.07.2018-ci il tarixdə 500 manat, 02.09.2018-ci il tarixdə 500 manat, 01.10.2018-ci il tarixdə 500 manat, 04.12.2018-ci il tarixdə 500 manat, 01.01.2019-cu il tarixdə 500 manat, 02.02.2019-cu il tarixdə 500 manat, 05.03.2019-cu il tarixdə 500 manat, 02.04.2019-cu il tarixdə 500 manat, 03.06.2019-cu il tarixdə 500 manat, 03.07.2019-cu il tarixdə 500 manat, 07.08.2019-cu il tarixdə 500 manat (qarşı tərəf imzalamamışdır) və 08.09.2019-cu il tarixdə 500 manat (qarşı tərəf imzalamamışdır) ödəniş edilmişdir. - 06.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidmətinin göstərilməsi üçün İddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı şəhəri 4 saylı Vəkil Bürosuna ödənilmişdir. - 10.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı 06.12.2017-ci il tarixli iltizamla etiraf edərək yazmışdır ki, 18 yanvar 2016-cı ildə “xxxx”-da işləyən zaman İddiaçı öz təklifi ilə ondan 26000 ABŞ dolları pul alıb işlədiyi “xxxx” ASC-də vəsait kimi qoyaraq hər ay təxminən qoyulan pulun miqdarında 1000 ABŞ dollarına qədər dollar və ya manat faiz verəcəyinə vəd vermiş, lakin verdiyi vədə əməl edə bilmədiyi üçün ona İddiaçı tərəfindən verilmiş 26000 ABŞ dollar pulun əvəzində faizin və ya pulun özünü bu günə ödəyə bilməmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilsə, hazırkı vaxta kimi borc tam ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38400 manat, vəkilə ödənilmiş 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 38630 manat pulu cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. MM-nin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, İddiaçı cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızına “xxxx” ASC-də depozitə qoyulması məqsədi ilə 30000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh tərəfində tərtib edilmiş 06.12.2017-ci il tarixli iltizamdan görünür ki, o, 18 yanvar 2016-cı ildə "xxxx” ASC-də işləyən zaman İddiaçı öz təklifi ilə ondan 26000 dollar pul alıb işlədiyi "xxxx”ASC-də vəsait kimi qoyaraq, hər ay təxmini qoyulan pulun miqdarında 1000-nə qədər dollar və ya manat faiz verəcəyinə vəd etmişdir, lakin verdiyi vədə əməl edə bilmədiyi üçün ona verilmiş olduğu 26000 dollar pulun əvəzində ödəyə bilməmişdir. Daha sonra cavabdeh tərəfindən 06.12.2017-ci il tarixdə 350 manat nağd şəkildə, 150 manat isə hesaba oturtmaqla, 22.03.2018-ci il tarixdə 500 manat, 01.05.2018-ci il tarixdə 500 manat, 01.06.2018-ci il tarixdə 500 manat, 01.07.2018-ci il tarixdə 510 manat, 01.04.2019-cu il tarixdə 500 manat, 03.05.2019-cu il tarixdə 500 manat, 03.06.2019-cu il tarixdə 500 manat, 03.07.2019-ci il tarixdə 500 manat iddiaçıya ödənişlər edilmişdir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Məhkəmə iclasında cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı iddiaçıya etmiş olduğu ödənişlərə dair qeydlər təqdim etmişdir. Həmin qeydlərdən görünür ki, İddiaçı olan borcundan 06.12.2017ci il tarixdə 500 manat (350 nağd, 150 kart vasitəsi ilə), 11.03.2018-ci il tarixdə 500 manat, 01.05.2018-ci il tarixdə 500 manat, 01.06.2018-ci il tarixdə 500 manat, 01.07.2018-ci il tarixdə 510 manat, 31.07.2018-ci il tarixdə 500 manat, 02.09.2018-ci il tarixdə 500 manat, 01.10.2018-ci il tarixdə 500 manat, 04.12.2018-ci il tarixdə 500 manat, 01.01.2019-cu il tarixdə 500 manat, 02.02.2019-cu il tarixdə 500 manat, 05.03.2019-cu il tarixdə 500 manat, 02.04.2019-cu il tarixdə 500 manat, 03.06.2019-cu il tarixdə 500 manat, 03.07.2019-cu il tarixdə 500 manat, 07.08.2019-cu il tarixdə 500 manat (qarşı tərəf imzalamamışdır) və 08.09.2019-cu il tarixdə 500 manat (qarşı tərəf imzalamamışdır) ödəniş edilmişdir. Qeydlərdə göstərilən ödənişlərin edilməsini iddiaçı öz imzası ilə təsdiq etsə də, 07.08.2019-cu il tarixdə və 08.09.2019-cu il tarixdə ümumlikdə 1000 manat ödənişin edilməsi digər qeydlərdə olduğu kimi iddiaçı tərəfindən onun imzası ilə təsdiq edilməmişdir. Cavabdeh isə qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, o, iddiaçıdan nə 30000 ABŞ dolları, nə də ki 26000 ABŞ dolları məbləğində pul götürməmişdir. İddiaçıdan hər dəfə 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları məbləğində pul götürsə də qaytarmış, iltizama isə məcburi şəkildə qol çəkmişdir. Lakin bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Həmçinin bildirmişdir ki, o, Nərimanov rayon polis bölməsinə ərizə ilə müraicət etmişdir və orada ayrı-ayrı şəxslərdən, o cümlədən iddiaçıdan götürmüş olduğu pulun məbləğini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə bildirir ki, cavabdeh onun tərəfindən imzalanmış iltizamın məcburi şəkildə, təzyiq altında çəkildiyini qeyd etsə də, bu barədə hüquq mühafizə orqanına müraciət etməmiş, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh Nərimanov rayon polis bölməsinə ərizə ilə müraciət etsə də, iddiaçının polis bölməsində izahatı alınmamışdır. Nəticədə, cavabdeh tərəfindən istinad olunan hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh yuxarıda göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızı İddiaçı 44200 manat (26000 ABŞ dolları) məbləğində pul almış və iş materiallarında olan iltizamın arxa tərəfində edilmiş qeydlərdən və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kitabçadan görünür ki, həmin puldan hazırkı vaxta qədər 8000 manat (4705 ABŞ dolları) ödəniş edilmişdir. Nəticədə, cavabdehin iddiaçıya 36200 manat (21295 ABŞ dolları) məbləğində ödənilməmiş borcu qalmışdır MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Qeyd edilənlərə əsasən, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızından 36200 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xidmət haqqına görə 200 (iki yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı şəhəri 4 saylı Vəkil Bürosuna ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi vəkilə ödənilmiş xidmət haqqına görə 200 (iki yüz) manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 1,72 manatı iddiaçıya, 28,28 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızından 36200 manat məbləğində pul, 200 manat vəkil xidmətinə görə ödənilmiş pul və ödənilmiş 28,28 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,72 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar