Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-737/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda X3yə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. xx.xx.2013-cü ildə Cavabdeh2 əməkdaşları tərəfindən mənzilinin qaz xəttində quraşdırılmış sayğac üst qapağının sınması, plombun olmamasına görə xətdən çıxarılmış və bu müvafiq qaydada aktlaşdırılmışdır. xx.xx.2013cü il tarixli MSK No 1630 saylı aktla qaz sayğacının dəyərinin ödənilməsi tələbi üzərinə qoyulmuşdur. Lakin, bununla bağlı onun "Qaynar xətt" vasitəsi ilə İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə xx.xx.2014-cü il tarixli müraciəti əsasında məsələyə baxılmış və qaz sayğacındakı qüsurun ev sahibi tərəfindən törədilmədiyi müəyyən olunduğu üçün ondan qaz sayğacının dəyərinin ödənilməsi tələb olunmayıb. "Azəriqaz" İB-in xx.xx.2018-ci ildə qəbul etdiyi X3 qaydalarının pozulması haqqında ******* saylı Akta (bundan sonra - 2018-ci il Aktı, Qoşma 3) görə xx.xx.2023-cü il tarixində mənzilində təbii qazın uçotu və X3 Qaydalarına riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, sayğacın yivli birləşməsinə vurulan plomb aşkar olunmamışdır. 2018-ci il Aktında Bakı Regional Qazın Satışı Departamentinin üzərinə qaz sayğacına baxış keçirilərək sayğacın vurulması tələbi qoyulmuş, həmçinin itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. Nəticədə mənzilində sayğac dəyişdirilərək yenisi quraşdırılmış, lakin buna baxmayaraq, ona nə 2018-ci il Aktının surəti, nə də borcunun olmasını göstərən başqa sənəd və ya şifahi məlumat verilməmişdir. "Azəriqaz" İB-dən ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli Bildiriş - xəbərdarlığa (bundan sonra - Bildiriş, Qoşma 4) görə onun guya 5 sentyabr 2023-cü ildən 253.08 manat məbləğində borcu vardır. xx.xx.2023-ci il tarixli **********0 saylı Abonentin Saldosu (bundan sonra Abonentin Saldosu, Qoşma 5) sənədindən görsənir ki, 2018-ci il mart ayında hesabına 259.20 manat məbləğində borc yazılıb, lakin həmin borc 2018-ci il iyul ayında ödənilmiş kimi göstərilir. Abonentin Saldosunda 2023-cü ilə baxsaq görərik ki, 2023-cü ilin sentyabr ayından hesabında 253 manat borc görsənir. Onlayn müraciətinə də ona belə cavab verildi ki, xx.xx.2018-ci il tarixində 259.02 manat ona yazılan borc passivə atılıb, xx.xx.2023-cü il tarixdə isə yenidən sistemə borc kimi otuzdurulub. Deməli ki, Bildirişdə qeyd olunan borc 2018-ci il Aktına əsasən müəyyən olunmuş borcdur. Qaydaların verilmiş maddəsindən göründüyü kimi Akt onun tərəfindən də imzalanmalı idi, halbuki Aktda onun imzası yoxdur və imza yerinin qarşısında "imtina" yazılmışdır, halbuki ona Akt barədə ümumiyyətlə heç bir məlumat verilməyib və ona aktın məzmunu barəsində öz mülahizələrini belə təqdim etmək imkanı verilməyib. Bütün bunları nəzərə alaraq cavabdehin ondan 253.08 manat tələb etməsi tamamilə qanunsuzdur. Buna görə, Cavabdeh2 ondan tələb etdiyi 253.08 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, iddiaçı, ödənişləri vaxtında etmişdir. Sayğac çöldə yerləşir. Bu barədə sübutunu da məhkəməyə təqdim etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni sayğacın qayka birləşməsinə vurulan plombun yerində olmadığı aşkar olunmuşdur. Bu barədə xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. İddiaçı 259,20 manat ödənilməmiş borcunu ödəməmişdir. İddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 nümayəndələri tərəfindən tərtib olunmuş 30 mart 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçına məxsus ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə faktı, yəni sayğacın qayka birləşməsinə vurulan plombun yerində olmadığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. - Abonentin saldosundan görünür ki, ünvan 2 saylı evdə İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə ZENNER G4T MEXANİKİ markalı, **********0 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00770-dır. Abonentə 259,20 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 nümayəndələri tərəfindən tərtib olunmuş 30 mart 2018-ci il tarixli akta əsasən İddiaçına məxsus ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğaca müdaxilə faktı, yəni sayğacın qayka birləşməsinə vurulan plombun yerində olmadığı müəyyən edilib, akt tərtib edilmişdir. İddiaçıya itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 259,20 manat hesablanmışdır. İddiaçı həmin aktın ləğv edilməsi və 259,08 manat cərimənin silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh2 tərəfindən tərtib olunmuş 30 mart 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 253,08 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən tərtib olunmuş 30 mart 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 253,08 manat məbləğində cərimə borcu silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-737/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-737/2024
01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver