Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-739/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı1 vəkili, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderinə əsasən Əmir Əkbərova, adları qeyd olunan ailə üzvləri - arvadı Cavabdeh, oğlu - Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. ilə birlikdə ünvan 1 ünvanda (indiki ünvan 2i almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Lenin (hazırki Nizami) rayon İcraiyyə Komitəsinin 27 aprel 1966-cı il tarixli, 99 nömrəli qərarı olmuşdur. İddiaçıların atası Əmir Əkbərov 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderində adları qeyd olunan icarəçinin arvadı, xx.xx.1923-cü il təvəllüdlü Cavabdeh 1988-1989-cu illərdə Azərbaycan Respublikasında baş vermiş məlum hadisələr zamanı yaşadığı mənzili tərk edərək, naməlum istiqamətdə getmişdir. Həmin vaxtdan bu günə qədər onun hara getməsi, harada olması barədə iddiaçılarda hər hansı məlumat yoxdur. 1988-1989-cu illərdə baş vermiş hadisələr zamanı Cavabdeh Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Halhazırda cavabdehin olduğu yer məlum deyil. 1989-cu ildən sonra cavabdeh ailə üzvlərin ilə hər hansı ünsiyyətdə olmamış, onlarla əlaqə saxlamamış, əlaqəni tamamilə qırmışdır. Orderdə adı qeyd olunan icarəçinin oğlu, xx.xx.1950-ci il təvəllüdlü X5 (orderdə soyadı “Vartanov” kimi qeyd olunmuşdur) xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Orderdə adı qeyd olunan icarəçinin qızı, hazırki iş üzrə iddiaçılardan biri - xx.xx.1956-cı il təvəllüdlü X6 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yaşayır. Orderdə adı qeyd olunan icarəçinin qızı, hazırki iş üzrə digər iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı1, mənzil ayrıldığı vaxtdan hal-hazıradək bu mənzildə yaşayır, mənzil bacısı Sevillə birlikdə onun sahiblik və istifadəsindədir. Mənzilin bütün kommunal xidmət haqları iddiaçılar İddiaçı1 və X6 tərəfindən ödənilir. Cavabdeh isə mənzildə 1989-cu ildən yaşamır, o, həmin mənzili könüllü olaraq tərk edib getmişdir və hazırda mənzildə cavabdehə aid heç bir əşya yoxdur. 1989-cu ildən bu günədək Cavabdeh iddiaçılar İddiaçı1 və Sevil Xəlilova ilə heç bir münasibət saxlamamışdır. Bu səbəbdən hesab edirlər ki, 34 ildən artıq müddədir ki, mənzili könüllü tərk edən və həmin müddətdə mənzildə yaşamayan xx.xx.1923-cü il təvəllüdlü (100 yaşında) Cavabdeh mənzilə olan istifadə hüququnu itirmişdir. Hesab edirlər ki, tərəflər arasındakı mülki mübahisə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər həmin Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
İş materialları :
3. Bakı şəhəri Şaumyan rayonu İcraiyyə Komitəsinin daxili işlər idarəsi tərəfindən verilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının İİİ-ЖГ seriyalı, 517387 nömrəli pasportun surətindən görünür ki, Cavabdeh xx.xx.1923-cü il tarixində Bakı şəhərində doğulmuş və milliyyəti erməni olmuşdur.
4. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı Şəhər İşçi Deputatlar Soveti İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və bölgüsü idarəsi tərəfindən verilmiş 32558 nömrəli, xx.xx.1966-cı il tarixli orderin surətindən görünür ki, vətəndaş Əkbərov Əmir və 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı üçün ona Bakı şəhəri 8-ci km qəsəbəsi, 811-ci məhəllə, ev 17, mənzil 69, blok 4, mərtəbə 5-də yerləşən 2 otaqlı, 31.22 kv.m sahəsi olan mənzil verilmiş və Əkbərov Əmir və onun ailə üzvlərinin həmin mənzilə dair hüquqları yaramışdır.
5. İV-ЖГ seriyalı, 383591 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əmir Əkbərov xx.xx.1993-cü il tarixində vəfat etmişdir.
6. AZ-İİ saylı, 063914 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixində vəfat etmiş və bu barədə 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ölüm baqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 160 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-1002 nömrəli arayışın surətindən görünür ki, X5 xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1950-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 842 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Əkbərov Əmir, anası Cavabdehdır. Həmin arayışda A.A.Əkbərovun Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 160 saylı akt qeydinə əsaən vəfat etdiyi bildirilmişdir.
8. AZ-T seriyalı, 158206 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.1956-cı ildə doğulmuş və bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 1668 nömrə ilə qeyd edilmişdir, anası Cavabdehdır.
9. Xİİİ-ЖГ seriyalı, 384626 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci ildə doğulmuş, atası Əkbərov Əmir, anası Cavabdehdır.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 23, mənzil 69-da yerləşən mənzilə qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur.
11. Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin ünvan 3 ünvanlandırdığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məktubda xx xxxxxx 1923-cü il tarixdə Bakı şəhərində adan olmuş, ünvan 4 ünvanında pasport qeydiyyatında olmuş X3 itkin düşmüş şəxs kimi və ya digər qaydada barəsində Nizam rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində axtarış işinin olmadığı bildirilmişdir.
12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvan 5 ünvanlandırdığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 23 saylı yaşayış binası və orada yerləşən 69 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nizami rayon Mənzil-X2 balansındadır.
13. Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 0392 nömrəli şəxsi hesabdan çıxarışın surətindən görünür ki, Əkbərov Əmir Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 23, mənzil 69-da yerləşən mənzili 32558 nömrəli, xx.xx.1966-cı il tarixli order əsasında əldə etmiş və İddiaçı1 isə həmin mənzildə 1978-ci ildən daimi olaraq yaşamışdır.
14. Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, bina İcra Hakimiyyətinə məxsus olmuş və mənzilin icarədarı vəfat etmişdir. Həmçinin arayışda İddiaçı1 Naxçıvanski küçəsindəki 23 nömrəli 5 mərtəbəli evin 5-ci mərtəbəsində 31.22 kv.m sahəsi olan 2 otaqlı 69 nömrəli mənzildə yaşadığı və İddiaçı1 1978-ci ildən həmin mənzilə qeydiyyata alındığı qeyd edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Cavabdeh ölümü haqqında məlumat aşkar edilməmişdir.
16. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 3-38-2/33-535/24 nömrəli məktubdan görünür ki, xx.xx.1923-cü il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
17. Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Əkbərova X1 23 saylı evin 69 nömrəli mənzilində yaşayır və anası Cavabdeh qeyd olunan ünvanda yaşamır, yaşadığı ünvan haqqında və nə vaxtdan yaşamaması barədə məlumat yoxdur.
18. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
19. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mənzil iddiaçıların atasının adına olan mənzildir. Cavabdeh 1988-ci il tarixində evdən çıxıb getmişdir. Hazırda evdə yaşamır. Evdən isitfadə etmir. Tərəflərində Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iddia tələbi rədd edilmişdir. Əvvəlki Mənzil Məcəlləsinə əsasən, 6 aydan artıq daimi əsaslarla şəxs mübahisə predmeti olan evdə yaşamır. Məhkəməyə şahid kimi cavabdehin dəvət edilməsinin səbəbi odur ki, binada köhnə sakinlər artıq yoxdurlar. Demək olar ki, bütün mülkiyyətçilər yenidirlər. Cavabdehin nəvəsi cavabdehin həqiqətən də 1988-ci ildən həmin evdə yaşamamasını təsdiq edəcəkdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
21. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri :
22. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirmişdir ki, o iddiaçıları tanıyır, iddiaçılar onun qonşularıdırlar, onlarla münasibətləri yaxşıdır. O iddiaçılar ilə eyni binada - ünvan 6 ünvanında yaşayır. O, ikinci mərtəbədə iddiaçılar isə 5-ci mərtəbədə yaşayırlar. O həmin ünvanında 1966-cı ildən. O Sevillə birlikdə böyümüşdür. O cavabdehi tanıyırdı, çox yaxşı insan olmuşdur. Cavabdeh Suraxanıda neft zavodunda işləmişdir. Onu 1988-ci ildən sonra görməmişdir. O iddiaçılardan soruşurdu ki, cavabdeh haradadır. Onlar deyirdilər ki, bilmirlər.
23. Məhkəmə iclasında iştirak edən Şahid2 izahat verərək bildirmişdir ki, o iddiaçılardan İddiaçı2 oğludur. ünvan 7 ünvanında yaşamışdır. O 1984-cü ildə doğulmuşdur. 1988-ci ildən onun nənəsi Cavabdeh getmiş, bir daha geri qayıtmamışdır. Hazırda həmin mənzildə anası və xalası yaşayır.
İşin faktiki halı :
24. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzilə dair Azərbaycan SSR Bakı Şəhər İşçi Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən iddiaçıların atası Əkbərov Əmirin adına 32558 nömrəli, xx.xx.1966-cı il tarixli order verilmişdir. Həmin orderə əsasən Əkbərov Əmirin ailə tərkibi 4 nəfərdən ibarət olmaqla, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, 69 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir : Cavabdeh (arvadı), Vartanov A. (oğlu), Xəlilova S. (qızı), Xəlilova T. (qızı)
25. Hazırda İddiaçı1 mübahisəli mənzili öz adına özəlləşdirmək istəyir. Qanunvericiliyin tələbinə əsasən isə mübahisəli mənzili özəlləşdirmək üçün Cavabdeh həmin mənzilin iddiaçının adına özəlləşdirməsinə dair razılıq ərizəsi tələb edilir. Cavabdeh isə yaşayış yeri barədə iddiaçılarda məlumat olmadığı üçün razılıq ərizəsinin alınması mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin :
299. Mənzilin verilmə qaydası: Mənzilin kirayəyə verilməsinə dair qərara əsasən yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa həmin mənzil üçün order verir.
299. Yaşayış sahəsini kirayə müqaviləsi: Dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsindən kirayədarla – mənzilistismar təşkilatı ilə (belə təşkilat olmadıqda isə müvafiq müəssisə idarə, təşkilatla) kirayəçi – adına order verilmiş vətəndaş arasında bağalanan yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir.
301. Müqavilənin bağlanması Evlər icarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Yerli xalq deputatları Sovetlərinin evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.
302. Müqavilənin predmeti: Yerli xalq deputatları Sovetlərinin, dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində kirayə müqaviləsinə görə ancaq bir və ya bir neçə otaqdan ibarət olan ayrıca mənzil kirayəyə verilə bilər.
305. Kirayəçinin ailə üzvlərini mənzilə köçürmək hüquq Kirayəçi, onunla bir evdə yaşayan öz ailəsinin bütün həddi-büluğa çatmış üzvlərinin yazılı razılığını almaqla, ərini (arvadını), uşaqlarını, valideynlərini, digər qohumlarını və himayəsində olanları məyyən edilmiş qayda ilə kirayəyə götürdüyü mənzilə köçürməyə haqlıdır. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin mənzilinə köçürülməsinə ailənin qalan üzvlərinin razılığı tələb olunmur.
306. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri Mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin həddi-büluğa çatmış ailə üzvləri həmin müqavilədən törəyən öhdəçiliklər üzrə onunla birlikdə birgə məsuliyyət daşıyırlar. Kirayəçinin ailə üzvləri-kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
307. Müvəqqəti olaraq başqa yerə gedənlərin mənzil sahəsinə olan hüquqlarının saxlanması Kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən vaxtın qurtardığı gündən altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzürlü səbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə tərəfindən uzadıla bilər. Kirayəçinin və ya müvafiq surətdə ailə üzvlərinin mənzildən istifadə hüququ həmçinin aşağıdakı hallarda saxlanılır: 1) müddətli hərbi qulluğa çağırıldıqda – müddətli hərbi qulluqqurtarana qədər; 2) işin şəraitinə və xarakterinə görə (gəmilərin ekipajı, axtarış qrupları, ekspedisiya işçiləri və s.), yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və s,) olaraq daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə həmin işin yerinə yetirilmə müddəti və ya təhsil ərzində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisələrinə yerləşdirildikdə, qohumlarına və ya qəyyumlarına verilən zaman ailənin qalan üzvləri həmin mənzildə yaşadıqda uşaqlarının həmin məssisələdə, qohumlarının və ya qəyyumlarının yanında olduqları bütün müddət ərzində; Uşaqlar gedəndən sonra ailənin qalan üzvləri həmin mənzildə yaşamırlarsa, uşaqların dövlət uşaq müəssisələrində olma müddəti qurtaran zaman onlar yerli xalq deputataları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilirlər; 4) müalicə üçün müalicə müəssisələrinə getdikdə, müalicədə olan bütün müddət ərzində; 5) həbs olunduqda – iş istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə. Altı aydan artıq müddətdə azadlıqdan məhrum edilməyə, sürgünə və ya köçürtməyə məhkum edilən halda isə mühakimə edilənin ailə üzvlərindən mənzildə yaşayan olmadıqda, mənzil kirayə müqaviləsi hökm icra edildiyi vaxtdan pozulmuş saylır.
308. Kirayəçi başqa yerə getdikdə ailə üzvlərinin mənzildən istifadə hüququ Həmin Məcəllənin 307-ci maddəsində göstərilən səbələrə görə, mənzildən müvəqqəti olaraq başqa yerə gedən kirayəçi ilə bir yerdə yaşayan ailə üzvləri, əvvəlki əsaslar üzrə kirayə götürülmüş mənzil sahəsindən tam istifadə etməyə haqlı olmaqla, həmin mənzilin kirayə müqaviləsinə görə bütün hüquqları və vəzifələri yerinə yetirirlər. Müvəqqəti başqa yerə gedən vətəndaşın istifadə hüququ mühafizə olunan mənzil sahəsi, artıq sahə hesab edilmir.
313. Müvəqqəti olaraq başqa yerə gedən kirayəçinin vəzifələri Ailə üzvlərinin həmin mənzildə yaşaması, habelə həmin Məcəllənin 309-cu maddəsində göstərilən hal istisna olmaqla, müvəqətti olaraq başqa yerə getmə kirayəçini mənzilin kirayə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir.
Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
30. Hazırda İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini Cavabdeh mənzili tərk edərək uzun müddətdir ki mübahisəli mənzildə yaşamaması ilə əsaslandırmışlar.
31. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
32. İşin faktiki hallarından görünür ki, dövlət mənzil fonduna aid olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzil iddiaçıların atası olan Əkbərov Əmirə 32558 nömrəli, xx.xx.1966-cı il tarixli order əsasında verilmişdir və həmin orderdə müvafiq sahəyə hüququ olan şəxslər siyahısında Əkbərov Əmirin həyat yoldaşı Cavabdeh, oğlu X5 (orderdə soyadı “Vartanov” kimi qeyd olunmuşdur), qızları İddiaçı1 və İddiaçı2 adları qeyd edilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından 28 dekabr 1999-cu il tarixənədək qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
33. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər və kirayəçinin ailə üzvləri-kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
34. Belə olan halda məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadəsi əsasında Cavabdeh mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşaması müəyyən edildiyi üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır.
35. Həmin Mülki Məcəllənin 307-ci maddəsinə əsasən isə kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən vaxtın qurtardığı gündən altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzürlü səbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə tərəfindən uzadıla bilər.
36. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 307-ci maddəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş müddətli hərbi qulluğa çağırılma, müalicə üçün müalicə müəssisələrinə getmə və s. kimi üzürlü səbəbləri olmadan 1988-1989-cu illərdə mübahisəli mənzili tərk edərək bir daha həmin mənzilə qayıtmamışdır.
37. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzili üzrsüz səbəbdən 6 aydan çox müddətə tərk etməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyi üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir.
Məhkəmə xərcləri :
38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
40. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, 69 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab olunmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva