Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-745/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fərmayıl qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fərmayıl qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еtmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, Cavabdeh Fərmayıl qızı ilə aralarında razılığa gəldiklərini bildirdi və iddiadan imtina etdiyini və ərizəsinin ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Fərmayıl qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddiaçının iddiasından imtina etməsi barədə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qanuni olduğundan, cavabdehin mənafeyinə toxunmadığından, qəbul edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, onun Cavabdeh Fərmayıl qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 129 manat dövlət rüsumu ödənilmişdir ("xxxx" ASC, VÖEN: **********, terminal nömrəsi- K0103013, Qəbzin nömrəsi: 12489, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, 10:30). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh Fərmayıl qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 129 manat dövlət rüsumu İddiaçı büdcədən geri qaytarılsın ("xxxx" ASC, VÖEN: **********, terminal nömrəsi- K0103013, Qəbzin nömrəsi: 12489, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, 10:30). Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-745/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-745/2023
09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver