Məhkəmə qərarları › İş №2(007)-764/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-764/2021

07.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-764/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Ağdam rayonu Qasımlı kəndində anadan olmuş Ərizəçi doğumu haqında Ağdam rayonu Qasımlı kənd Soveti tərəfindən qeydə alınmış doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsini və doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək ad qrafasında “Akif” əvəzinə “Aqif” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1960-cı ildə Ağdam rayonu Qasımlı kəndində anadan olmuşdur. X5, anası X6 olmuş, lakin aralarında rəsmi nikah olmadığından, onun soyadı anasının soyadına uyğun qeyd olunmuşdur. Onun doğumu Ağdam rayonu Qasımlı kənd soveti tərəfindən verilmiş və doğum haqqında şəhadətnamədə adı Ərizəçi qeyd olunmuşdur. Lakin ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün Nizami rayon Qeydiyyaş Şöbəsinə və Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsinə müraciət etsə də qeydiyyat şöbəsi doğum haqqında akt qeydində adının Aqif əvəzinə Akif kimi göstərildiyini bildirmişdir. Lakin ona məxsus bütün sənədlərdə adı Ərizəçi kimi qeyd olunmuşdur. Həmin düzəlişin edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilimşdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Ailədə 3 uşaqdırlar. Anasının adı Ayna, atasının adı Əyyubdur. Qardaşı ondan 2 yaş kiçikdir. Onu həmişə Aqif kimi çağırmışlar. Aqifin adı kənd soveti tərəfindən verilmiş sənəddə səhvən Aqif əvəzinə Akif kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır. Ərizəçi onun kürəkəni, yəni bacısı Adilənin həyat yoldaşıdır. Onların üç uşaqları vardır. Ərizəçinin anasının adı Ayna, atasının adı Əyyubdur. Ərizəçini Aqif kimi tanımışdır. Onu Akif kimi tanımır və onu bu adla çağırmırlar. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 21.11.1979-cu il tarixdə verilmiş НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, Hərbi bilet Ağdam rayon hərbi komisarlığı tərəfindən Ağdam rayonu, Qasımlı kəndində 1960-cı ildə anadan olmuş, Azərbaycanlı Ərizəçi verilmiş və onun özü tərəfindən imzalanmışdır. - Bakı şəhəri, Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 02.11.1989-cu il tаriхdə vеrilmiş V-ЖГ № 303528 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Ağdam rayonunda anadan olmuş Ərizəçi ilə 23.09.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 08.01.1984-cü il tarixdə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08.01.1984cü il tarixdə 21 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İmaməliyev, arvada isə İmaməliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 27.10.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis idarəsinin 15.03.2021-ci il və 16.04.2021-ci il tarixli 087-6433-1221 və 087-9591-1221 nömrəli məktubları ilə göndərilmiş xx.xx.1960-cı ildə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuş Ərizəçi adına olan fərdi uçot kartoçkasının təsdiq olunmuş surətlərindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Ailəlidir- arvadı 23.09.1961-ci il tarixdə anadan olmuş X1r. Nikahın bağlandığı tarix 08.01.1984-cü il, Nikahın bağlandığı orqan isə Bakı şəhəri Nərimanov rayon VVAQ. Atası – X12, anası X3r. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və miqrasiya idarəsinin 12.03.2021-ci il tarixli, 018-3102-1221 nömrəli məktubu ilə göndərilmiş vətəndaş Ərizəçi Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Ailəlidir- arvadı 23.09.1961-ci il tarixdə anadan olmuş X1r. Nikahın bağlandığı tarix 08.01.1984-cü il, Nikahın bağlandığı orqan isə Bakı şəhəri Nərimanov rayon VVAQ. Atası – X12, anası X3r. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 16.03.2021-ci il tarixli, 05/2-2193/13 nömrəli məktubu ilə göndərilmiş Ərizəçi ilə X4 nikahlarının bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-cı ildə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuş Ərizəçi (Azərbaycanlı) ilə 23.09.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 (Azərbaycanlı) arasında nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 08.01.1984-cü il tarixdə 21 № ilə qeyd alınmışdır. Məktubda həmçinin qeyd edilmişdir ki,nikahın qeydə alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti 5 il olduğundan məhv edilmişdir, bu səbəbdən həmin sənədlərin surətinin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 24.04.2021-ci il tarixli, 05/2-3495/13 nömrəli məktubundan görünür ki, X2 övladı olan xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğumu 08.09.1960-cı ildə nikahda olmayan ananın ərizəsi əsasında Ağdam rayonunun Qasımlı icra nümayəndəliyində qeydə alınmışdır (həmin akt qeydində onun adı “Akif” kimi yazılmışdır). Ərizəçi 08.01.1984-cü ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində Abışova (İmaməliyeva) Adilə Səxavət qızı ilə nikaha daxil olmuş və bu nikahdan doğulmuş 14.11.1984-cü il təvəllüdlü Xəyyam İmaməliyevin doğumu 05.12.1984-cü ildə, 04.08.1989-cu il təvəllüdlü Rəşad İmaməliyevin doğumu 23.08.1989-cu ildə,16.01.1994-cü il təvəllüdlü Rəmzi İmaməliyevin doğumu 01.02.1994-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin 12.03.2021-ci il tarixli, 306 nömrəli məktubu ilə göndərilmiş sıravi kimi hərbi qeydiyyatda olmuş 1960-cı il təvəllüdlü Ərizəçi dair uçot kartoçkasının təsdiq edilmiş kserosurətindən görünür ki, 1960-cı ildə Ağdam rayonunun Qasımlı kəndində anadan olmuş Ərizəçi hərbi biletinin seriya və nömrəsi HЗ № 4256128-dir. Hərbi rütbəsi sıravi əsgərdir. Hərbi xidmətə 21.11.1971-ci il tarixdə çağırılmış, 09.12.1981-ci il tarixdə tərxis olunmuşdur. Bundan başqa məktubda qeyd edilmişdir ki, 1960-cı il təvəllüdlü Ərizəçi məxsus HЗ № ******* nömrəli hərbi bilet 21.11.1979-cu il tarixdə keçmiş Ağdam rayon Hərbi Komissarlığı tərəfindən verildiyi üçün hərbi biletin verilməsinə dair əsasverici sənədlərin göndərilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 27.10.2020-ci il tarixli, 05q-1324/15 nömrəli məktubundan görünür ki, Ərizəçi Nizami rayon qeydiyyat şöbəsinə daxil olmuş doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizəsi ilə müraciət etmiş, lakin zəruri sənədlər şöbəyə təqdim olunmadığına görə ərizənin icrası imkan xaricindədir. Qeyd edilənləri nəzərə alaraq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1960-cı ildə Ağdam rayonu Qasımlı kəndində anadan olmuşdur. X5, anası X6 olmuş, lakin aralarında rəsmi nikah olmadığından, onun soyadı anasının soyadına uyğun qeyd olunmuşdur. Onun doğumu 08.09.1960-cı ildə Ağdam rayonu Qasımlı icra nümayəndəliyində qeydə alınmış və həmin akt qeydində adı “Aqif” əvəzinə “Akif” kimi qeyd olunmuşdur. Lakin ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün müraciət etsə də qeydiyyat şöbəsi doğum haqqında akt qeydində adının Aqif əvəzinə Akif kimi göstərildiyini bildirmişdir. Lakin ona məxsus bütün sənədlərdə adı Ərizəçi kimi qeyd olunmuşdur. Həmin düzəlişin edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilimşdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X2 övladı xx.xx.1960cı il il təvəllüdlü Ərizəçi doğumu nikahda olmayan ananın ərizəsi əsasında 08.09.1960-cı ildə Ağdam rayonunun Qasımlı icra nümayəndəliyində qeydə alınmış, lakin həmin akt qeydində onun adı “Aqif” əvəzinə səhvən “Akif” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Ərizəçi xx.xx.1960-cı ildə Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. X5, anası X3r. Onun doğumu 08.09.1960-cı ildə nikahda olmayan ananın (X2) ərizəsi əsasında Ağdam rayonunun Qasımlı icra nümayəndəliyində qeydə alınsada, həmin akt qeydində onun adı “Aqif” əvəzinə səhvən “Akif” kimi yazılmışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, X2 ərizəsi əsasında 08.09.1960-cı ildə Ağdam rayonunun Qasımlı icra nümayəndəliyində İmaməliyev “Akif” Əyyub oğlunun adına qeydə alınmış akt qeydinin İmaməliyev “Aqif” Əyyub oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 ərizəsi əsasında 08.09.1960-cı ildə Ağdam rayonunun Qasımlı icra nümayəndəliyində İmaməliyev “Akif” Əyyub oğlunun adına qeydə alınmış akt qeydinin İmaməliyev “Aqif” Əyyub oğluna məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar