Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-77/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddialarının təmin edilməsini, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 4285 manat maddi ziyan, hər ay 300 manat kirayə haqqı, hər ayı 600 manat əldən çıxmış gəlir, 1000 manat isə mənəvi ziyanla birlikdə, cəmi 6117 manatın alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı1 heç bir yerdə işləmir, həyat yoldaşı xəstədir, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 24/49 saylı evdə yaşayır. Ailəsinin yaxın qohumu X4 şəxsi 2014-cü il istehsalı CHEVROLET AVEO markalı ağ sedan AZ ** BO *** dövlət nömrə nişanlı minik avtomaşını “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, ƏN İİİ № 927131 saylı etibarnamə əsasında istifadə edərək taksi fəaliyyəti ilə məşğul olur. Gündəlik 20-30 manat əldə etməklə, ayda 300 manat kirayə haqqı ödəyərək çox çətinliklə ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə səhər saat 08:30-da Bakı şəhəri, Q.Qarayev prospekti ilə B.Nuruyev küçəsinin kəsişməsində, yolun ehtiyat hissəsində, taksilər durduğu sırada saxlamışdır. Maşının içərisində idi. Qəflətən maşının arxa hissəsindən yanında olan avtomaşının dəyən zərbindən təşvişlə avtomaşından düşdü. QAZ-5327 yük avtomaşınının ikinci dərəcəli yoldan B.Nuriyev küçəsindən ağır yük altında Q.Qarayev prospekti magistral yola çıxarkən qəflətən sol tərəfdən sürətlə hərəkət edən vətəndaş Cavabdeh2 AZ **-VC-*** dövlət nömrə nişanlı Mersedes-Benz markalı avtomaşınla manevr edərək QAZ-5327 yük avtomaşını ilə toqquşması nəticəsində maşın sürətlə fırlanaraq yanındakı digər maşına çırpılması təsirindən onun maşınını dəyib əzib-deşib tam yararsız hala salmışdır. Nəticədə maşınının arxa stopu (sağ-sol), arxa krılosu (sağ-sol) arxa baqajı, arxa buferi, buferin alnıinium hissəsi (ebanit), arxa panel, baqajın içərisi (qazan), iki ədəd saloçkalar (buferi bərkitmək) vurulması nəticəsində hamısı sıradan çıxmışdır. Qeyd edilənləri yanaşı dayandıqları AZ **-MP-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X13 (050) ***-**-** oğlu və hadisəni şahidi olmuş X20 (050) ***-**-** oğlu da təsdiq edə bilərlər. Çağırışla hadisə yeribə gələn Nizami rayon X22 şöbəsinin əməkdaşı polis kapitanı X11 tərəfindən (X19 İXP 4571633) nömrəli protokol tərtib edərək QAZ-5327 yük avtomaşınının sürücüsü X12 tərəfindən maşınının göstərilən hissələrinin tam yararsız hala düşmə faktını aşkar etmiş, hadisə yerinin sxemasını çəkmiş, sürücünün etiraf edici izahatı alınaraq barəsində (xətalarla) bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP 49622199 saylı elektron qərar tərtib edərək, sürücü X7 AR İXM-nin 327.2 və 469.1-ci maddələri ilə məsuliyyətə cəlb etmişdir. Bunu Mersedes-Benz markalı avtomobilinin sürücüsü X8 da təsdiq edə bilər (Həmin sənədlərin sürətləri iddia ərizəsinə əlavə edilmişdir). Bununla əlaqədar avtomaşın “CHEVROLET AVEO” markalı ağ sedan AZ **-BO-*** dövlət nömrə nişanlı minik avtomaşını Bakı şəhəri, "xxxx" MMC-də mütəxəsisslər tərəfindən texniki baxış keçirilərək “qiymətləndirmə aktı” tələb etmiş, lakin vurulmuş ziyanın qiymətləndirilməsi üçün ondan yekun məbləğinin 10% nağd pul tələb etdiyindən, bu pulu ödəmək imkanı olmadığı üçün ona qiymətləndirmə aktı verilməmişdir. Bu fakt məhkəmə avto-texniki və əmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilməlidir. "xxxx" servisdə sıradan çıxmış bu ehtiyat hissələri: Stop arxa 628 manat (2 ədəd), Krılo sağ-sol 528 manat (2 ədəd), Kapot arxa - 754 manat (1 ədəd), Bufer arxa-154 manat (1 ədəd), Buferin alminium hissəsi (ebanit)-121 manat (1 ədəd), Arxa panel-250 manat (1 ədəd), Baqajın içi (qazan) bütöv -618 manat, Salaçkalar buferə bərkitmək -32 manat (2 ədəd), Dəmirçi işi (əlmuzdu) usta-800 manat, Rəngsaz işi (əlmuzdu) usta 400 manat, cəmi 4285 manat. Göstərilən təqsibedilməz sübutlara əsasən cavabdeblər X3 və Cavabdeh2 vurulmuş maddi və mənəvi ziyanla birlikdə cəmi 6117 AZN müştərək qaydada tələb edilməlidir. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi ona qarşı olan hissədə tamamilə qanunsuz və əsassızıdır. Məhz bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İddia tələbinə etirazı aşağıdakı məzmundadır. İddiaçılar iddia tələbini bununla əsaslandırmışlar ki, 2014-cü il istehsal tarixli, ağ rəngli, Chevrolet Aveo markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Qeyd edilən nəqliyyat vasitəsini “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” 04.11 2016-cı il tarixli etibarnamə əsasında İddiaçı1 idarə edir, avtomobildən taksi fəaliyyəti üçün istifadə edir. xx.xx.2022-ci il tarixində, saat 08:30 radələrində Bakı şəhəri, Q.Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsinə, yolun ehtiyyat hissəsində, taksilər durduğu sırada idarə etdiyi avtomobili saxlamış, hadisə baş verən zaman avtomobilin içində olmuşdur. Qəflətən avtomobilin arxa hissəsinə dəyən zərbə səbəbindən təşvişə düşərək avtomobildən düşmüşdür. Eyni zamanda bildirir ki, QAZ-5327 yük maşını ikinci dərəcəli yoldan Bəhruz Nuriyev küçəsindən ağır yük altında Qara Qarayev prospekti magistral yola çıxarkən qəflətən sol tərəfdən hərəkət edən Mercedes-Benz markalı avtomobillə toqquşmuş, zərbə nəticəsində Mercedes-Benz markalı avtomobil onun istifadəsində olan Chevrolet Aveo markalı avtomobilə dəymiş, nəticədə idarə etdiyi avtomobilə zərər dəymişdir, avtomobil yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə gələn Nizami rayon X21 şöbəsinin polis kapitanı X11 tərəfindən hadisə yerinə baxış keçirilmiş, QAZ-5327 markalı yük avtomaşının sürücüsü X12 tərəfindən maşının iddia ərizəsində göstərilən hissələri yararsız hala düşməsi faktı aşkar edilmiş, X5 etirafedici izahatı alınmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı icraat başlanmış, xx.xx.2022-ci il tarixli TP 49622199 saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixində səhər vaxtı Nizami rayonu ərazisində Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinə çıxan yolun kəsişməsində hərəkət edən zaman sağ tərəfdən gələn QAZ-5327 markalı yük avtomaşının sürücüsü hərəkət etdiyi yol istiqaməti üçün nəzərdə “Stop” (2.5.Dayanmadan keçmək qadağandır) yol nişanının tələbini pozaraq hərəkət etmiş, nəticədə onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Maşınına dəyən mexaniki zərbənin təsirindən idarə etdiyi avtomobil svetoforda dayanmış Chevrolet Aveo markalı avtomobilə dəymiş, həm onun avtomobili, həm də Chevrolet Aveo markalı avtomobil əzilmişdir. Yəni onun tərəfimdən hər hansı qayda pozuntusu törədilməmişdir. Hadisə yerinə DYP əməkdaşları gəlmiş, hadisənin baş vermə mexanizmini araşdırmış və müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar QAZ-5327 markalı yük avtomaşının sürücüsü X9r. Hadisənin törədilməsində təqsirkar olmamağına və ona da maddi zərər dəyməsinə baxmayaraq məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı1 ondan avtomobilə dəyən zərəri tələb etmək hüququ, yəni subyektiv hüququ yoxdur. O, avtomobili etibarnamə əsasında idarə edir və onun avtomobilə dair heç bir mülkiyyət hüququ yoxdur. Belə olduğu halda avtomobilə dəyən zərəri X3 tələb etmək hüququ ona deyil, avtomobilin sahibi və mülkiyyətçisi İddiaçı2 məxsusdur. Məhkəmənin nəzərinə çatdırır ki, X5 hərəkət etdiyi istiqamətdə sütun üzərində aşağıdan yuxarı 4.1.4 məcburi hərəkət nişanı ( Düzünə və ya sağa hərəkət), yuxarısında 2.5 yol nişanı (Dayanmadan keçmək qadağandır), yuxarısında 5.6 yol nişanı (birtərəfli yolun qurtaracağı) nişanı quraşdırılmışdır. Yol nişanlarının tələbindən görünür ki, QAZ-5327 markalı yük avtomaşının sürücüsü üçün bitərəfli yol bitir, onun üçün dayanmadan keçmək qadağandır və o ancaq düzünə və sağa hərəkət edə bilər. Lakin QAZ-5327 markalı yük avtomaşının sürücüsü 2.5 yol nişanının tələbini pozaraq hərəkət etmiş və qəza törətmişdir. Cavabdeh2 hərəkət etdiyi istiqamətdə sütun üzərində 4.1.5 yol nişanı (düzünə və sola hərəkət), yuxarısında 2.1 (Baş yol) üstünlük nişanı quraşdırılmışdır. Bu o deməkdir ki, Cavabdeh2 idarə etdiyi avtomobillə baş yolda hərəkət edir. Yəni hərəkət istiqamətində üstünlüyə malikdir. Onu sağ stiqamətdən gələn avyomobillər gözləməlidirlər. İddiaçı1 idarə etdiyi avtomobili svetoforun yanında, yol hərəkəti iştirakçılarına maneə yaradacaq yerdə saxlamışdır. Bununla da baş verə biləcək qəza üçün şərait yaratmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sürücü nəqliyyat vasitəsini idarə edən zaman digər yol hərəkəti iştirakçılarına təhlükə şəraiti yaratmamalıdır. Lakin göründüyü kimi, iddiaçı avtomobili yolların kəsişdiyi ərazidə saxlamış, yolda sıxlıq yarada biləcək şəraitə səbəb olmuşdur. Yekun olaraq bildirir ki, ona qarşı iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı1 və İddiaçı2 “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddia ərizəsinin ona aid hissədə təmin edilməməsi və rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və X2 “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ’’iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 4285 (dörd min iki yüz səksən beş) manat maddi ziyanın, hər ay 300 (üç yüz) manat kirayə haqqının, hər ay 600 (altı yüz) manat əldən çıxmış gəlirin, 1000 (min) manat mənəvi zərərə görə kompensasiya olmaqla, cəmi 6117 (altı min yüz on yeddi) manat pulun müştərək qaydada ondan və Cavabdeh2 tutularaq iddiaçılara ödənilinəsi barədə qətnamə çıxarılmasını xaniş etmişlər. Hesab edir ki, iddia tələbi ona qarşı olan hissədə tamamilə qanunsuz və əsassızdır. Belə ki, 13.04. 2022-ci il tarixdə səhər saat 08:30 radədərində o, idarə etdiyi **- NM-*** dövlət qeydiyyat nişanlı QAZ- 5327 yük avtomaşını ilə Bəhruz Nuruyev küçəsi ilə hərəkət edərək məqsədi, Bəhruz Nuruyev küçəsindən Qara Qarayev prospektinə çıxıb sağa Xalqlar Dosluqu metrosu istiqamətində hərəkət etmək idi. O, metronun altında yerləşən yola 20-25 metr qalmış yerləşən (dayanmadan keçmək qadağandır) yol nişanının qarşısında dayanıb, yolun boş olduğuna əmin olduqdan sonra, həmin yolla yuxarıda nəzərda tutduğu istiqamətdə hərəkət etdiyi zamanı Qara Qarayev prospektinə paralel yolla onun sol tərəfindən surətlə hərəkət edən vətəndaş Cavabdeh2 AZ 90 VC404 dövlət nömrə nişanlı Mercedens-Benz markalı avtomobillə manevir edərək, o, idarə etdiyi 10- NM-643 dövlət qeydiyyat nişanlı QAZ-5327 yük avtomaşının qabaq hissəsindən dəyərək fırlanıb, ətrafda dayanan maşınlara dəymişdir. Lakin Nizami Rayon Dövlət Yol X1 bütün qanunları pozaraq, hadisənin baş verdiyi yeri arxaya çəkərək, onun barəsində qanunsuz protokol tərtib etmiş və nəticədə o, başa düşmədən yol hərəkət qaydalarını pozmuş Cavabdeh2 pul ödəmişdir. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, hadisə yerinin yaxınlığında yerləşən videokameradan göründüyü kimi heç də polis əməkdaşının bir üzündə öz xətti ilə yazdığı və digər tərəfdən öz əli ilə çəkdiyi yol nəqliyyat hadisəsinin sxemi ilə müqayisə edilsə, görünər ki, ona qarşı tərtib olunmuş protokol tam qanunsuzdur. Belə ki, dayanmadan keçmək qadağandır yol nişanı ilə ikinci dərəcəli yolun kəsişməsi ilə 20-25 metrlikdədir. Digər tərəfdən yolun sağ-sol hissəsində dayanacaq kimi maşınlar saxlanılır ki, həmin maşınların durduğu yerlə baş vermiş hadisənin yeri bir yerə düşür. Eyni zamanda iddiaçının və digər vətəndaşın maşınları orada yerləşən, yəni Qara Qarayev prospektinə çıxan işiqforun düz yanında dayanmışlar. Necə ola bilər ki, yolun bəri başında vurulmuş maşın bir o qedər məsafəni keçib, digər maşınlara dəymişdir. Bundan əlavə orada duran taksi sürücüləri də bu faktı təsdiq edə bilərlər. Buna əyani sübut iddiaçıların iddia ərizəsində göstərdikləri faktdır. Nəzərə çatdırır ki, necə ola bilər ki, üzü yuxarı hərəkət edərək, dayan dur nişanından sonra o dərəcədə surət yığa bilsin.Bütün bunlar əsas ver hesab edir ki, avtonəqliyyat ekspertizası keçirilməli, qeyd olunan şahidlər dindirilməli, iddiaçı tərəfindən təqdim olunmuş video baxış keçirilməli, hadisə yerinin baş verdiyi yerin 5 metrliyində olan dövlət tərəfindən kameraya baxış keçirilərək, həmin görüntülər oradan götürülüb ekspertizaya gönədərilməlidir. Bunun nəticəsinə iddiaçıların verdikləri iddia ərizəsi ilə cavabdeh olmayan şəxs Cavabdeh2 ilə əvəz edilməlidir. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nəcəfov Xaləddindən və Cavabdeh2 müştərək qaydada 4285 manat vurulmuş maddi ziyanın İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı İddiaçı1 iddiaçılar siyahısından çıxarılaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan avtomobilə ziyan vurulmuşdur. Ekspert rəyində göstərilən məbləğə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsində onun günahı yoxdur. “Dayanmadan keçmək qadağandır” yol hərəkəti nişanından 16 metr qabaqda olmuşdur. Hadisə zamanı yol polisi əməkdaşı “Mercedes” markalı avtomobilin sürücüsünün sənədlərini yoxlamamışdır. Ekspert rəyi ilə razı deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, iddia tələbini ona aid hissədə qəbul etmir. Onlar özləri zərərçəkən tərəfdir. Birmənalı olaraq “QAZ-5327” markalı yük avtomobilinin sürücüsü dayanma-durma qaydasını və “dayanmadan keçmək qadağandır” yol hərəkəti nişanının tələbini pozaraq həmçinin, hərəkətdə olduğu sürət ilə gələrək, onların avtomobili ilə toqquşmuş, eyni zamanda "xxxx" markalı avtomobilini də əzmişdir. Həmçinin, eyni zamanda bildirir ki, "xxxx" markalı avtomobil dayanma-durma qaydasını pozaraq, yolayrıcında, yol hərəkəti nişanının altında dayanmışdır. Həmin avtomobil qeyd etdiyi yerdə dayanmasa idi, avtomobil əzilməyəcəkdir. Onların avtomobilinə 2900 manat ziyan dəymişdir. Avtomobilin 2 qapısı, 2 krılosu və arxa hissəsi əzilmişdir. Qeyd edilənlərə əsasən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman maşını faktiki olaraq o idarə edirdi. Cavabdeh1 digər cavabdehon avtomobili ilə toqquşmuş və bu toqquşma nəticəsində iddaçınn mükiyyətində olan avtomobilə ziyan dəymişdir. Cavabdeh2 məxsus maşının təkcə 2 arxa krılosu əzilmiş, bufer hissəsi isə digər avtomobilə sürtülmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AB № 691295 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BO *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil İddiaçı2 mülkiyyətindədir. - AA № 628757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1988-ci il buraxılışlı, 10NM643 dövlət qeydiyyat nişanlı, “QAZ-5327 yük” markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - AC № 832520 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı, 90VC404 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C240” minik markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir. - İXP ******* saylı xx.xx.2022-ci il tarixli X19 protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:25-də “QAZ5327 yük” markalı 10NM643 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1, 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hadisə nəticəsində İddiaçı1 və Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. - TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 08:25-də “QAZ5327 yük” markalı 10NM643 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1, 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. - “SİNERJİ N-1”-nın xx.xx.2022-ci il tarixli Zərər aktından görünür ki, İddiaçı1 idarə etdiyi ** BO *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilin təmiri üçün 4285 manat tələb edilir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5621 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4285 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3085 manat; təmir- bərpa işlərinin qiyməti - 1200,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3475, manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2275 manat, təmir- bərpa işlərinin qiyməti - 1200 manat. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 10NM643 dövlət qeydiyyat nişanlı, “QAZ-5327 yük” markalı avtomobili idarə edən zaman Cavabdeh2 idarə etdiyi 90VC404 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C240” minik markalı avtomobil ilə toqquşmuş və zərbənin təsiri nəticəsində Cavabdeh2 idarə etdiyi avtomobil İddiaçı2 mülkiyyətində olan və həmin vaxt İddiaçı1 tərəfindən idarə edilən ** BO *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə zərər dəymişdir. Hazırda isə iddiaçı mülkiyyətində olan avtomobilə dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1, 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Nizami RPl-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1703/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə, həmin qərarından Cavabdeh1 tərəfindən qanunla müəyyən olunmuş prosessual müddət buraxmaqla verilmiş şikayətin geri qaytarılması, X19 iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ X10 izah edilmişdir. Qeyd olunan qərardan Cavabdeh1 apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 3(103)-2491/2022 saylı qərarı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh1 tərəfindən qanunla müəyyən olunmuş prosessual müddət buraxmaqla verilmiş şikayətin geri qaytarılmasına dair 27 iyul 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardad 20 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra isə cavabdeh Bakı şəhəri Nizami RPl-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisəndirməmişdir. Belə ki, Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh1 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı2 ödəməlidir. Məhkəmə iddianın Cavabdeh2 münasibətdə qeyd edir ki, məhkəmə təqdim edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və digər sübutlarla müəyyən olunur ki, Cavabdeh1 “QAZ-5327 yük” markalı 10NM643 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozmuş və Cavabdeh2 idarə etdiyi 90VC404 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C240” minik markalı avtomobil ilə toqquşmuşdur. Bundan sonra isə Cavabdeh2 idarə etdiyi avtomobil İddiaçı2 mülkiyyətində olan və həmin vaxt İddiaçı1 tərəfindən idarə edilən ** BO *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 da ziyan dəydiyi aydın olmuş, o, təqsirli şəxs kimi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçıya məxsus ** BO *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2022-ci il tarixli 9/5621 saylı rəyi ilə avtomobilin dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4285 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3475 manat müəyyən edilmişdir. İddiaçı2 dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən, maddi zərərin məbləğini 4285 manat kimi göstərmiş, həmin məbləğin ödənilməsini xahiş etmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3475 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ekspert rəyi ilə razılaşmışdır. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 3475 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, Cavabdeh1 iddiaçının xeyrinə 3475 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli 9/5621 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələb etmədiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 60 məbləğində pulun 11,35 manatı İddiaçı2 və 48,65 manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3475 manat məbləğində maddi ziyan tutularaq İddiaçı2 ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pulun 11,35 manatı İddiaçı2 və 48,65 manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X6, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3475 manat məbləğində maddi ziyan tutularaq İddiaçı2 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pulun 11,35 manatı İddiaçı2 və 48,65 manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X6, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-77/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-77/2023
02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver