Məhkəmə qərarları › İş №2(007)-770/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-770/2021

03.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-770/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 157 000 (yüz əlli yeddi min) manat, 18 800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları və mənəvi zərər qismində 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. Onun əsas iş yeri Rusiya Federasiyasında olduğuna görə o, daimi Rusiyaya gedib-gəlir, Bakı şəhərində çox qısa müddətdə olur, Bakı şəhərinə gələndə qızının evində qalırdı. 2005-ci ildə o, Rusiya Federasiyasında olduğu zaman cavabdeh ona Sabunçu Bələdiyyəsi tərəfindən Anaşkin küçəsində torpaq sahələrinin satılmasını bildirmiş və ona həmin ərazidə özləri üçün torpaq sahəsi almalarını demişdir. O, o zaman onun da torpaq almaq istədiyini bildirmiş və onun üçün də torpaq almasını tapşırmışdı. Cavabdeh bu məqsədlə Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamı ilə onun üçün öz adına 4 sot torpaq sahəsi almış və həmin torpaq sahəsinin bir sotuna görə ondan 4700 ABŞ dolları, ümumilikdə 18 800 ABŞ dolları almışdır. O, həmin torpaq sahəsi üçün 18 800 ABŞ dolları pul vəsaitini cavabdehə ödəmiş, bundan sonra cavabdeh həmin torpaq sahəsinə dair Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamını və ayrıca aktını ona təqdim etmişdir. Həmin sənədlər ona təqdim edildikdən sonra o, həmin torpaq ərazisini mişar daşı ilə hasara aldırmış, həyətdə bir qaraj tikdirmiş, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirərək, həyətdə hamam, ayaqyolu və mətbəx tikdirmişdir. Qaz, su və işıq çəkdirərək kirayə vermişdir. 2012-ci ildə o, həmin torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş və həmin ildə də orada iki mərtəbəli, ümumi sahəsi 270 kv.m olan bir fərdi yaşayış evi inşa etdirmişdir. Həmin dövrdə o, Rusiya Federasiyasında olduğu üçün burada onun tikinti işlərini onun tapşırığı ilə qohumu X8 həyata keçirmişdir. X8 onun bütün işlərini Bakı şəhərində yerinə yetirmiş, evi tikdirib başa çatdırmış, təmir etdirmiş, yaşayış üçün yararlı hala gətirmişdir. Ümumilikdə torpaq sahəsi üzərində hasar çəkilmiş, darvaza qoyulmuş, həyətdə qaraj, hamam-tualet, mətbəx və iki mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, bu tikinti işlərinin aparılması üçün isə onun 150 000 manat xərci çıxmışdır. Həmin ev inşa edilib başa çatdıqdan sonra o, 7000 manata ev üçün bütün zəruri mebel dəstlərini almış, evi mebellə təchiz etmişdir. Həmin ev hazır olsa da, o, həmin evdə yaşamadığına görə 2016-cı ildə evi satmaq qərarına gəlmişdir. Həmin dövrdə o, Rusiya Federasiyasında yaşadığına görə, cavabdeh Moskva şəhərinə gəlib həmin torpaq sahəsinə dair 30 may 2016-cı il tarixdə ona 40 illik etibarnamə vermişdir. Bundan sonra o, həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə aldırmaq istəsə də, bu mümkün olmamış, həmin sərəncamla torpaq sahələrinin reyestrdə qeydə alınmamasını ona bildirilmişdir. Həmin dövrlərdə 2017-2019-cu il tarixlərdə o, Bakı şəhərinə gələ bilməmiş, torpaq sahəsinin sənədlərini İlqar adlı tanışına verib, torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını ona tapşırmışdır. Cavabdeh torpaq sahəsinin sənədlərinin İlqarda olmasını bilib, 2017-ci ilin payızında ondan sənədləri almış, torpaq sahəsi üçün Çıxarış almaqda ona kömək edəcəyini İlqara demişdir. Bundan sonra isə cavabdeh onun xəbəri olmadan torpaq sahəsini və evi satmışdır. 2020-ci ilin mart ayında o, Bakı şəhərinə gəlib öz evinə getmək istədikdə isə həmin evdə başqa şəxsin yaşamasını görmüş, evdə yaşayan şəxslərə evin ona məxsus olmasını bildirmişdir. Lakin həmin şəxslər ona evi İlham adlı şəxsdən 53 000 manata almasını bildirib, evi tərk etməkdən imtina etdilər. O, bu barədə cavabdehdən soruşduqda cavabdeh ona həmin evi satdığını, borcu olduğu üçün pulu xərclədiyini bildirmişdir. Cavabdehin atası X11 da bilirdi ki, həmin torpaq sahəsi və ev ona məxsusdur. Bu barədə soruşduqda ona dedi ki, Raulun borcu olduğuna görə evi satıb borcunu ödəyib. O, cavabdehdən evdə olan mebellərin ona qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirib, həmin mebellərin hansısa qarajda yığılmasını ona bildirdi, lakin həmin mebelləri də ona qaytarmadı. O, pulu tələb etsə də, cavabdeh pulu ona verməkdən imtina etdiyinə görə o, ilk dəfə onun barəsində şikayət etmək üçün Sabunçu rayon məhkəməsinə getdi, lakin həmin zamanlar karantin rejimi ilə əlaqədar məhkəmlər işləmədiyinə görə ondan ərizəni qəbul etmədilər. Bundan sonra isə o, Raul barəsində Polis Şöbəsinə müraciət etmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin 20 avqust 2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi onun, cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150 000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7000 manat, torpaq sahəsinin alınması üçün isə 18 800 ABŞ dolları məbləğində xərci çıxmışdır ki, cavabdeh öz əməlləri ilə ona həmin məbləğdə zərər vurmuşdur. Bu səbəbdən də o, Cavabdeh qarşı ona dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, 2005-ci ildə Moskvada işləmişdir. Qardaşı oğlu Raul ona demişdir ki, Sabunçu rayonun, Anaşkin küçəsində torpaq almışlar istəsə, ona da alarlar. O, həmin vaxt Moskvadan gələ bilmədiyinə görə, övladlarının yaşı çatmadığına görə 18 800 ABŞ dolları göndərmiş və xahiş etmişdir ki, qardaşı oğlu Raulun adına ona da torpaq alsınlar. Bir neçə aydan sonra o, Bakıya gəlmiş həmin torpağa hasar çəkmiş, su çəkmiş və kirayə vermək üçün ev tikmiş və evi kirayə vermişdir. Evi 2012-ci ildə tikilməyə başlamışdır. Əvvələr tikintiyə bacısı oğlu Nurlan rəhbərlik etmiş, sonradan tikintinin davamını Bəhram adlı şəxs davam etdirmişdir. Ona evin tikintisi üçün həftədə 5-6 min göndərmiş, 2017-ci ildə Raulun qardaşı Tural ona zəng edərək onun atasının 4500 dollar borcu olduğunu deyib evi satmaq istədiklərini bildirmişlər. Qardaşı Rauf onun sklatından İran xiyarını öz oğlu Raula vermiş, Raul isə malı satmış pulunu ona verməmişdir. Xiyarın pulundan ona 8000 dollar borcu var idi və o da ona olan əmək haqqı borcunu həmin pulla əvəzləşdirmişdir. O, Turala dəfələrlə evi satmamaqlarını bildirmiş və hətta onun axırıncı evi olduğunu bildirmiş, o ölsə onu hardan götürəcəklərini desə də, Tural ona qardaşı Raulun borcu olduğunu və borc sahiblərinin gəlib pulu istədiklərini və buna görə atasının infakt keçirəcəyini, evi satacağını bildirmiş və telefonu bağlamışdır. O, sonradan xəbər tutmuşdur ki, evi satmışlar və evinin əşyalarını çölə tökmüşlər. O vaxt torpağın sənədlərini onların ümumi tanışları İlqara vermişdi ki, evə sənəd alsın, Raul İlqarla sövdələşməyə girmiş evin sənədini götürüb evi satmışlar. Həmin vaxt onun İlqara 8000 ABŞ dolları (15600 manat) borcu var idi. Raul evi satıb 8000 dollar İlqara vermiş və əlavə olaraq İlqarın özünün dediyinə görə 1000 manat da sövdələşmək üçün ona pul vermişlər. Raul evi ona 47000 manata satdığını desə də, sonradan o, evin 53000 manata satıldığını öyrənmişdir. Tural ona deyəndə ki, evi satsın, o, Turala o evin qiymətinin 200000 manat olmasını bildirmişdir. Qardaşı Raufun da ona borcu var idi. Belə ki, 6 ton xiyarı götürüb oğluna satması üçün vermiş, oğlu da satdığı xiyarın pulundan ona heç nə verməmişdir. Qardaşı Rauf onun heç bir mal borcunu verməmişdir. O, özünün iki maşınını satıb borcunu ödəmişdir. Turalın dediyinə görə 4000 manat maklerə verilib, makler evin dəyərindən bir-iki faiz alır, 4000 manat makler pulu olmur. Tural ona aid olmayan evi satmışdır. Turala belə bir haqq verilməyib ki, atasına olan borca görə onun evini satsın. Onun Moskvadakı borcunu özü ödəmişdir. Evin qaytarılmasını hal-hazırda istəmir, evi alan adam torpağın yarısını satmışdır. Orada torpağı sotunun qiyməti 10-12 min manatdır. İş üzrə İlqar və İlham maraqlı şəxs olduqlarından və evin satılmasından pul götürdüklərindən onların şahid kimi ifadələri qəbul olunmamalıdır. İlqar evin satılmasına görə 1200 manatdan artıq vasitəçilik pulu da götürmüşdür. Evin pulundan 15600 manat İlqara borclu olmuşdur, onu qəbul edir. Bacısı oğlu Nurlanın ifadəsi qəbul olunmamalıdır. Nurlan həmin vaxt başqa şəhərdə yaşamış və onunla heç bir münasibəti olmamışdır. yox idi. Həmin evdə həm onun, həm də qaynının əşyaları olmuşdur. Qaynı özünə ev alandan sonra öz əşyalarını götürməyə gələndə əşyaların olmamasını aşkar etmişdir. Bununla bağlı o, Raufdan soruşmuşdur ki, bəs əşyalar hanı o, da demişdir ki, İlqardan soruşsun. O, heç kəsə evini satmasını deməmişdir. Rauf oğlunun 10000 dollar borcu olmasını və evi satmasını ona bildirmişdir. Əliyullaha adlı şəxlə onun əvəllər münasibətinin olmasını onunla2015-ci ildən artıq halallaşmasını, heç bir şəxsin vasitəsi ilə ona 7600 manat pul göndərilməmişdir. O, İlqara deməmişdir ki, Əliyullaha pul versin. Ev satıldıqdan 10 ay sonra İlqarla Moskvada görüşmüş, ondan əmanətini nə üçün Raula verməsini soruşmuş, İlqar da Raulun ona “onsuzda 500 manat verib dublikat çıxardıb satacağam, sənə 1000 manat verdim, sənədi ver” deməsini bildirmişdir. Sonra bunlar sövdələşmiş, İlqar Rauldan 1000 manat almış və sənədi Raula vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili X12 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X14 iddia tələbini qəbul etmədiklərini bildirdi və izahat verərək göstərdi ki, əmisi qardaşının adına torpaq almışdır. Atası əmisinin yanında işləmiş və əmisinin atasına 12000 manat əmək haqqı borcu olmuşdur. Atası bazardan mal almış əmisinə vermiş, həmin malın pulunu onlar əmisinin xəbəri olmaqla borclarına çıxmışlar. Atası şəkər xəstəsi olduğu üçün Bakıya qayıtmış, əmisinin də qeyd etdiyi kimi onların ortaq tanışları İlqar adlı şəxs əmisi ilə danışıb sonra da ona zəng eləmiş ki, əmisi deyir evi satın. O, sonra əmisinə zang etmiş ki, bəs İlqar deyir evi satsınlar. Əmisi “evi satın sizə aid olan borcu götürün” demişdir. O, əmisinə evin 53000 manata satılması barədə məlumat vermişdir. İlqarla evi satandan sonra onlara olan borcu 25800 manatı götürmüşlər. Həmin məbləğə Atasının əmək haqqını və atasına olan malın pulunu götürmüşlər. Sonra qalan puldan İlqar özünə aid olanı götürmüş, yerdə qalan pulu əmisi İlqara demiş ki, kiməsə ver gətirsin. Onların İlqarla sövdələşmələri olmamışdır. Evi alan şəxsin dediyinə görə əmisinin qızı və baldızı gəlib o əşyaları aparmışlar. Onlar əmilərinə demişdilər ki, ev 53000 satılıb. Ev makler vasitəsi ilə satılmış ordan əmisinin atasına olan 25800 manat mal və əmək haqqı borcunu götürmüşlər, maklerə isə 4000 manat pul verilmişdir. Əmisinin bazarda hamıya borcu olmuş heç kəs ona mal verməmiş, ona görə də atası əmisinin əvəzindən mal görürmüşdür. Əmisinin İlqara 8000 ABŞ dollar borcu olmuş, İlqar əmisinə evin pulundan Əliqulu adlı şəxsin vasitəsi ilə 7600 manat pul vermişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh nümayəndəsi X14 əmisinin atasına 12 min ABŞ dollar əmək haqqı borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək bildirmişdir ki, o, evin indiki sahibidir və evi 53000 manata almışdır. O, evi alanda evdə əşyalar (paltaryuyan, taxt, divan dəsti və digər) olmuş, əşyalarını çıxarılmasına görə dəfələrlə İlqargillə telefon əlaqəsi saxlamış, telefona cavab vermədiklərinə görə o, əşyaları maşına yığdırmış və öz qızının qaynatasıgilin Ramanadakı evlərinə boşaltdırmışdır. Sonradan İlqar ona zəng edərək evin əşyalarının ev yiyəsinin qızının götürəcəyini bildirmişdir. Əşyalar 3 ay Ramanada qalmışdır. Elxanın qızı bir qadınla gəlmiş açarı onda götürmüşlər. Sonradan onlar Ramanaya gedərək əşyaları götürmüşlər. Onun açarını da ona qayrarmamışlar. Ev yarım tikili olmuş, evdə hamamda kafel olmamış, Elxan ona zəng etmişdir. O isə Elxana bildirmişdir ki, evin pulunu versələr o evi qaytarar. Sonra onlardan xəbər çıxmamış o, evi tamamlamış və 15-20 min xərc çəkərək evi satmışdır. Həmçinin 2 sot torpağı isə təxminən on iki minə satmışdır. Məhkəmə iclasında X11 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı İlqara demişdir ki, evi satsınlar. Elxanın ona borcu olub. Bazardan mal alınması ilə bağlı 8500 manat. O, Elxanın işçisi olmuşdur. Onun yanında 3 il işləmiş, qardaşının ona 12000 manat əmək haqqı borcu olub, evin satışından onlar borc pullarını götürmüşlər. Evin satılması ilə bağlı o, Elxanla danışmamışdır. Elxanla İlqar və Tural arasında danışıq olmuşdur. Elxanın özünə demişlər ki, evi satırıq borcu götürək. Elxanın evin 53000 manata satılmasından xəbəri olmuşdur. Elxan İlqara 9000 manat verməli idi. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək bildirmişdir ki, Elxan onun bibisi nəvəsidi. Elxanın onun oğlunun evinin yanında Anaşkində torpağı olmuş, Elxan onu çağırmışdır ki, oğlu Elmara evin tikilişində ustaları gətirməkdə köməklik göstərsin. Elxan tikinti üçün pul oğluna göndərir, o, isə pul işinə qarışmırdı və o, da oğlu ilə bərabər lazım olan ustanı gətirirdi. Sonra Raufun oğlu gəldi ki, buranın açarı səndədir ver, o da demişdir ki, əmisinə zəng vursun sonra açarı versin. Sonra Elxan ona zəng eədərək açarı verməsini bildirmişdir. Həmçinin demişdir ki, o, özü gəlib məsələni aydınlaşdıracaqdır. O açarı verəndə evdə ev əşyaları, mebellər kondisioner olmuşdur. Sonradan o eşitmişdir ki, həmin ev satılmışdır. O, ev tikiləndə orda olmamışdır. O, sadəcə son işlərində, suvax işlərində iştirak etmişdir. Dəqiq deyə bilmir, həmin vaxt təqribən evin qiyməti 60-70 min olardı. Həmin vaxt orda torpağın sotu təxminən 10 min olardı. Onun yanında evin alqı-satqısı ilə bağlı Elxanla bunlar arasında söhbət olmamışdır. Məhkəmə iclasında X13 şahid qismində ifadə verərək bildirmişdir ki, onun İddiaçıla qohumluğu yoxdur, Elxanın bacısı oğlu Nurlanın vasitəsi ilə onu tanımışdır. Elxanla onun heç bir problemi olmayıb. Həmin evin sənədlərini Elxan ona etibar etdiyi üçün sənədlər onda olub. Tural və qardaşı Raul əmisinin onlara borcu olmasını evin satılmalı olduğunu bildirmişlər. O da Elxanla telefon əlaqəsi saxlamış, Elxana, hətta ona olan borcunu da elə ordan götürəcəyini bildirmişdir. Elxan ona demişdir ki, öz qardaşının uşaqlarına etibar edir. Evin alqı-satqısında onlar da iştirak etsinlər. Evin 53000 manata satılmasından Elxanın məlumatı olmuşdur. Alqı-satqıdan sonra Diaqnostikanın yanında 218 nömrəli qara çeşka markalı maşında pulun 25-26 minini Elxanın qardaşının uşaqları Raulla Tural götürmüş, o, 15600 mant ona olan borcunu götürmüş, 4000 manat maklere verilmiş, 4000 manatın 1200 manatı vasitəçiliyə görə o götürmüş, yerdə qalan 7600 manat pulu Elxanla danışdıqdan sonra onun göstərişi ilə Əliyulla adlı Zirə kəndində yaşayan şəxsə vermişdir. Həmin vəsait o da çay evində həmin adama vermişdir. Sonradan Elxan evin ucuz satıldığını ona bildirmiş. O, da evi alan İlhamla danışarq nəsə narahatçılıq olduğunu bildirmişdir. Elxan özü telefonda İlhamla danışmış, evin ucuz satıldığını və evi qaytarması üçün pulu verəcəyini bildirmişdir. Onların Elxanla evin satılması barədə danışıqları olmuş və Tural bu danışıqlarda iştirak etmişdir. Elxanla onun arasında evin satılmasına razılıq verilməsi ilə bağlı danışıq olmasaydı o, sənədi Turalgilə verməzdi. Evin 53000 manata satılmasından Elxanın xəbəri olmuşdur. Əgər Elxan deməsəydi yerdə qalan pulu ver Əliyullaha o, həmin pulu özündə saxlayacaqdı. Makler pulu 2-3 nəfər arasında bölünmüşdür. Etiraf edir ki, makler pulundan ona da 1200 manat ona çatmışdı. Elxanın bundan xəbəri var idi və o, Elxandan halallıq almışdı. İlham ona evdən mebellərin götürülməsini demiş, o da bunu Turala bildirmişdir. Sonra İlham ona əşyaları başqa evə aparıb yığmasını bildirmişdir. Sonra isə onlar əşyaların götürülməsini Elxanın qaynı Məğrura demişlər. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu Rayonu Polis İdarəsinin İddiaçı Məmməd oğluna ünvanlanmış 20.08.2020-ci il tarixli məktubunun surətindən görünür ki, onun 10.08.2020-ci il tarixli evinin satılması ilə bağlı müraciətinin xüsusatları mülki mübahisə predmeti olduğundan bu kimi xüsusatlar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. -Torpaq alqı-satqısı haqqında 20.06.2005-ci il tarixli aktın sürətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində Cavabdeh Bakı şəhəri Sabunçu qəsəbə bələdiyyəsi tərəfindən 0,04 h torpaq sahəsi ******* manata satılmışdır. -77AВ ******* seriyalı etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində yerləşən əmlakına dair İddiaçı Məmməd oğluna baş etibarnamə vermişdir. -iş materiallarında olan X2 tərəfindən verilmiş və notarius tərəfindən təsdiq edilmiş 11.06.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində evin tikintisinə görə İddiaçı 1800 manat almışdır. Həmin vəsait evin bünövrəsinə xərclənmişdir. Sonra Elxan onunla halallaşıb tikintinin davam etdirilməsi üçün qohumu Bəhramla görüşmüşdür. Bundan sonra o, Moskvaya getmişdir. Sonra da o Elxandan öyrənmişdir ki, Hacıyev İlqar və X10 rayonu Anaşkin küçəsində evin satılması ilə məşğul olmalarını istəmişdir. Ev 53.000 manata satılmış, bu puldan 9000 dollar İlqara, Raufa isə olan 25000 manat borcunu ödəmiş məbləğin qalanını o, Moskvada almışdır. Bütün bu vaxt ərzində o, Moskvada olmuşdur. -13.09.2017-ci il tarixli 18 saylı notariat kontorunda verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 h torpaq sahəsini və həmin torpaqda tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini 53000 manat X1 bildirmişdir. -İş materiallarında olan 20.10.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Əmək Məcəllsini 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəllsini 178-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, 20.06.2005-ci il tarixdə İddiaçı 3.520.000 manata (təzə pulla (3520000:5000) 704) qardaşı oğlu Cavabdeh adına rəsmiləşdirilməklə Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 h torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində onun vəsaiti ilə 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Evin tikintisi tam başa çatmamışdır. Həmçinin iş üzrə tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq olunur ki, İddiaçı evin 53000 manata satılmasından xəbərdar olmuş, evlə birlikdə torpaq sahəsi də ümumilikdə 53000 manata satılmışdır. Həmin vəsaitin 15600 manat hissəsi iddiaçının da etiraf etdiyi kimi İlqara olan borcunun ödənilməsinə, 4000 manat hissəsi evin satılması ilə bağlı vasitəçilərə (maklerə), o cümlədən 1200 manatı İlqara, 7600 manat hissəsi isə Elxanın göstərişi ilə İlqar tərəfindən əliyullah adlı şəxsə verilmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Əkbərov Rauf qardaşı İddiaçı yanında işçisi kimi çalışmış və ondan məvacib almışdır. Hazırki halda ona əmək haqqının ödənilməsini sübutetmə yükü İddiaçı üzərinə düşdüyü üçün əmək haqqının ödənilməsini sübut etmək onun üzərinə düşür. Məhkəmə iclasında iddiaçı qardaşına olan əmək haqqını ödəməsini bildirsə də, buna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Ödəmənin aparılması sübut olunmamasına görə evin satılmasından 12000 manat vəsaitin X7 verilməsi əsaslı olmuşdur. Digər tərəfdən evin satılması nəticəsində əldə qalmış 13800 manat vəsaitin həqiqətən cavabdeh tərəfin iddiaçının ayrı-ayrı şəxslərə olan borclarına görə ödəmələrini sübut etmək yükü cavabdehin üzərinə düşdüyü üçün və onlar tərəfindən həmin ödəmənin aparılması məhkəmədə sübut edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 13800 manat İddiaçı oğlunun xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının evin əşyalarına görə iddiaçıya qarşı 7000 manat vəsaitin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iş üzrə şahidlərinin ifadələri ilə təsdiq olunur ki, həqiqətən iddiaçının qohumları tərəfindən həmin əşyalar götürülmüşdür. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “25.000 manat mənəvi zərərə görə kompensasiya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13800 manat vəsait İddiaçı oğlunun xeyrinə tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13800 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Məmməd oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar