Məhkəmə qərarları › İş №2(007)-800/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-800/2021

19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-800/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaşı İddiaçı Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ddia tələbini onunla əsaslandırdı ki, iddiaçı 2018-ci ilin yanvar ayında yeni aldığı mənzili təmir etmək qərarına gəlmişdir. İddiaçının qardaşının dostu mənzildəki mebel və qapıların quraşdırılması üçün Rüfət adlı mebel ustasını məsləhət görmüşdür. Bundan sonra iddiaçı Emin və Cəbrayıl ilə birlikdə cavabdehin sexinə getmişlər.İddiaçı nümunələrlə tanış olduqdan sonra sifarişləri vermək qərarına gəlmiş və bunun üçün evə getməli olduğunu bildirmişdir.Usta Rüfətlə birlikdə iddiaçıya məxsus mənzilə baxış keçirilmiş, ölçülər götürülmüş və tərəflər bütün işlərin görülməsi üçün 36520 manata razılığa gəlmişlər. Cavabdeh bütün işləri aprel ayında təhvil verəcəyinə söz vermişdir.Cavabdehə ümumilikdə 10 iyun 2018-ci il tarixədək 26000 manat pul ödənilib. Cavabdeh iyun ayında qapıları mənzilə gətirmiş,quraşdırdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, qapılar sifariş verilmiş qapılar deyil, onlardan qat-qat ucuz qapılardır, bundan əlavə qapılarla çərçivələrin rəngləri fərqlidir.Qapıların əl fırçası ilə boyanması müəyyən edilmişdir. İddiaçının iradlarından sonra cavabdeh həmin qapıları aparıb yeniləri ilə əvəz edəcəyini bildirmişdir.Bu minvalla 3 dəfə sifarişə uyğun olmayan qapılar gətiribaparmışdır.Mebellər isə heç hazırdanmamış və gətirilməmişdir. Tək bir televizor altlığı yarımçıq gətirilib qoyulub, sonradan onu da dəyişəcəyini bildirsə də, dəyişməmişdir. Bundan sonra iddiaçı onun verdiyi pulları geri tələb etsə də, bunun heç bir nəticəsi olmayıb. Buna görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdehdən 19.500 manat pulun,3900 manat əldən çıxmış faydanın.10000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsiniun izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunmasına dair Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi İlqar Həmidovun 23 may 2019-cu il tarixli qərarından görünür ki,icraatında olan vətəndaş İddiaçı ərizəsi əsasında Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin təhqiqiatçısı Mələk Məmmədova tərəfindən rədd edilmiş 04.03.2019-cu il tarixli rədd materialı üzrə müvafiq qərar qəbul etmişdir. Həmin qərarın məzmunundan görünür ki,araşdırma zamanı Cavabdeh oğlu dindirilmiş və verdiyi izahatında həqiqətən də İddiaçı 2018-ci ilin iyun ayında öz mənzilində yerləşdirmək üçün müxtəlif mebellər sifariş vermi,ilkin olaraq 2500 manat ödəmiş,sonra hissə-hissə 26000 manat pul vermişdir.O,12 ədəd qapını düzəldib sifarişçiyə təhvil vermiş,lakin Günay 10 gündən sonra gəlib qapıları bəyənmədiyini bildirmiş,və onları çıxarmağı tələb etmişdir.O da özü ilə usta aparıb qapıları çıxarıb öz sexinə gətirmişdir.Lakin TV stend və dəhliz mebeli hazırda da Günelin evindədir.Bundan başqa Günelin ona verdiyi 26000 manatın 3000 manatını sonuncuya qaytarmışdır.Hal-hazırda onun iddiaçıya 19500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1- Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1- Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun 765-Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, sifarişçi podratçıya öz mənzilində quraşdırmaq üçün müxtəlif çeşiddə mebellər sifariş vermişdir.Podratçı bunun müqabilində sifarişçidən 26000 manat məbləğində pul almış,lakin gördüyü işlər sifarişçinin xoşuna gəlmədiyi üçün onların arasında bağlanmış şifahi müqavilə pozulmuşdur. İddiaçı görülməyən işlərə görə ödədiyi 19.500 manat pulu tələb etməklə yanaşı cavabdehdən əldən çıxmış faydaya görə 3900 manat,vurulmuş mənəvi zərərə görə 10000 mant,cəmi 33.430 manat pul tələb etmişdir. Mübahisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı cavabdeh 19.500 manat borcunun olmasını etiraf etmişdir. Ona görə də məhkəmə 19.500 manat hissədə iddianın əsaslı olması qənaətinə gəlir və hesab edir ki həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın əldə çıxmış fayda və mənəvi ziyanla bağlı hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı həmin hissədə öz tələblərinin və əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh oğlundan İddiaçı xeyrinə 19.500 manat tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh oğlundan İddiaçı xeyrinə 19.500 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar