Məhkəmə qərarları › İş №2(007)-815/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-815/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-815/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Nürəddin qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı ilkin ödəniş məbləğinin qaytarılmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Nürəddin qızı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 avqust 2019-cu il tarixdə “Chery Motors” (Cavabdeh1) MMC-dən 2019-cu il buraxılışlı ban nömrəsi LVVDB21B2LE002448 Chery Tiggo 2A13T markalı avtomaşını almış və qeyd edilən əmlaka dair Cavabdeh2 MMC ilə 17.08.2019-cu iil tarixdə lizinq müqaviləsi bağlamışdır. İlkin olaraq 8500 manat avans olaraq ödəmişdir. Bundan sonra 6 ay ödəniş etdikdən sonra 2020-ci ilin mart ayında dünyada baş verən pandemiya ilə əlaqədar 3 ay ödəniş edə bilməmişdir. Bu ilin iyul ayından razılığa əsasən, ödənişlərini davam etmişdir. Razılığa əsasən davam edən ödənişlərlə birlikdə ödəmədiyi borcları da hissə-hissə ödəmək barədə aralarında rəsmi razılıq olmuşdur. Bir neçə ay ödəniş etdikdən sonra, yəni həmin ilin avqust ayında maşının bəzi hissələrində (krılo, kaport, matorxana və ön hissədə) çürümə baş verməsini görmüşdür. Bu barədə cavabdeh təşkilata məlumat verdikdə cavabdeh təşkilat ona bildirmişdir ki, fakt barədə heç kimə məlumat və şikayət etmə və qeyd edilən maşını düzəldib başqa şəxsə satıb onun pulunu qaytaracaqlar. O da vəziyyəti nəzərə alaraq Chery Tigo 2A13T markalı **-PB-*** dövlət qeydiyyat nişanlı maşının açarını onlara təhvil vermişdir. Bu barədə cavabdeh təşkilat ilə aralarında iltizam imzalanmışdır. Bundan sonra Cavabdeh2 MMC mülkiyyətçi olduğu “Chery Motors” (Cavabdeh1) MMC-dən avtomaşını onun icazəsi olmadan götürmüşdür. O, “Chery Motors” (Cavabdeh1) MMC-nin nümayəndələrindən bu barədə soruşanda ilk öncə məsələni həll edəcəklərini bildirmişlər. O da onların yalanlarına inanaraq ilk öncə heç bir söz deməmişdi ancaq bir müddətdən sonra cavabdeh təşkilatın onu aldatdığını gördükdə onlara öz etirazlarını bildirmişdir. Bütün etirazlara baxmayaraq bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdeh təşkilat ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Məsələnin həll edilməsi və ödənişlərinin geri qaytarılması ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də heç bir müsbət nəticəsi olmamışdır. Bütün bu qanunsuzluqlara baxmayaraq o, aralarında yaranmış mübahisənin məhkəmə müstəvisindən kənarda həll olunması üçün cavabdeh təşkilatla danışıqlar aparsa da bu günədək cavabdeh tərəfindən ona hər hansı bir cavab verilməmişdir. Qeyd olunanlara əsasən, ilkin ödəniş şəklində ödədiyi 8500 manat məbləğində pulun, cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsələr də məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: İnternet Vergi İdarəsinin vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə məlumatdan görünür ki, Cavabdeh2 MMC-nin (VÖEN-**********) hüquqi ünvanı ünvan 1dəyiciləri barədə məlumatın verilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 MMCnin (VÖEN-**********) hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev prospekti-115-dir. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 17.08.2019-cu il tarixli X1 görünür ki, Cavabdeh2 MMC Chery Tiggo2 A13T markalı 2019-cu buraxılış ili olan 1 əd.ağ rəngli avtomobili 24800 manata İddiaçı lizinqə vermişdir.Lizinq obyekti 27%-lə 48 ay müddətinə hər ay 643 manat ödənilmək şərti ilə verilmişdir.İlkin olaraq 6000 manat avans ödənilmişdir.Cəmi ödənilməli məbləğ 37141 manat təşkil edir. 17.08.2019 cu il tarixli təhvil-təslim aktından görünür ki,həmin lizinq obyekti İddiaçı Nurəddin qızına verilmişdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 17.08.2019-cu il tarixli X3 bağlanmış Cavabdeh2 MMC Chery Tiggo2 A13T markalı 2019cu buraxılış ili olan 1 əd.ağ rəngli avtomobili 24800 manata İddiaçı Nurəddin qızına lizinqə vermişdir.Lizinq obyekti 27%-lə 48 ay müddətinə hər ay 643 manat ödənilmək şərti ilə verilmişdir.Cəmi ödənilməli məbləğ 37141 manat təşkil edir. İddiaçı ilkin olaraq 8500 manat avans ödədiyini,bir-neçə ay ödənişlər etdiyini,bundan sonra avtomobilin bəzi hissələrində çürümə başlandığını bildirmişdir.Halbuki işdə olan sənədlərdən görünür ki,avans cəmi 6000 manat ödənilmişdir.Aylıq ödənişlərin həyata keçirilməsinə dair isə məhkəməyə hər-hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı Nurəddin qızı tərəfindən imzalanmış 17.08.2019 tarixli iltizamda qeyd olunur ki, “Mən verirəm bu iltizamı ona görə ki, Cavabdeh2 MMC ilə mənim aramda olan 24/19 saylı X3nə əsasən lizinqə götürdüyüm lizinq obyekti lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir.Mən İddiaçı Nurəddin qızı(şəxsiyyət vəsiqəsi seriya AZE № ********,07.12.2017-ci il tarixində Asan Gəncə)lizinqə götürdüyüm lizinq obyektinin ildə 774 AZN olmaqla sığorta xərcini Cavabdeh2 MMC-yə ödəmək və sığorta polisinə müvafiq olaraq hər hansı sığorta halı baş verdikdə lazimi qaydada "xxxx"Sığorta Şirkətinə müraciət etməyi öhdəmə götürürəm” İddiaçı Nurəddin qızı ilə Cavabdeh2 MMC arasında tərtib olunmuş təhvil-təslim aktında qeyd olunur ki, “Mən İddiaçı Nurəddin qızı Cavabdeh2 MMC-dən lizinqə götürdüyümüz 27.19 nömrəli 17.08.2019-cu il tarixli ** RB *** dövlət qeydiyyat nişanlı avtomobili kaspian lizinq şirkətinə saz vəziyyətd təhvil verdim.Maşının istismar barəsində heç bir problem yoxdur” Göründüyü kimi cavabdeh iki dəfə maşının saz vəziyyətdə olmasını təsdiq etmiş,nə təhvil alanda,nə də təhvil verəndə avtomobildə hansısa bir nasazlığın,çürümə həllarının və s.qüsurların olmasını bildirməmişdir. İddiaçının izahatlarından,həm də işdə olan sənədlərdən görünür ki,iddiaçı avtomobili könüllü olaraq təhvil vermişdir. Lizinq obyektinin 17.08.2019 cu il tarixdə iddiaçıya təhvil verilməsi iş materialları ilə təsdiq olunur. Lakin avtomobilin lizinq təşkilatına qaytarılması barədə təhvil-təslim aktında tarix göstərilmədiyinən və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən qaytarılma tarixini müəyyən etmək mümkün olmamışdır. Lakin öz izahatında göstərmişdir ki, “17.08.2019-cu iil tarixdə lizinq müqaviləsi bağlamışdır. İlkin olaraq 8500 manat avans olaraq ödəmişdir. Bundan sonra 6 ay ödəniş etdikdən sonra 2020-ci ilin mart ayında dünyada baş verən pandemiya ilə əlaqədar 3 ay ödəniş edə bilməmişdir. Bu ilin iyul ayından razılığa əsasən, ödənişlərini davam etmişdir. Razılığa əsasən davam edən ödənişlərlə birlikdə ödəmədiyi borcları da hissə-hissə ödəmək barədə aralarında rəsmi razılıq olmuşdur. Bir neçə ay ödəniş etdikdən sonra, yəni həmin ilin avqust ayında maşının bəzi hissələrində (krılo, kaport, matorxana və ön hissədə) çürümə baş verməsini görmüşdür” Həmin izahatla müəyyən etmək olur ki,lizinq obyekti ən azı 12 ay iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Aylıq lizinq ödənişinin 643 manat olması nəzərə alınarsa bir ildə 6430 manat lizinq ödənişi edilməli idi. Yuxarıda qeyd olunduğu kimi ilkin olaraq 6000 manat ödənişdən başqa iş materiallarında ödəniş qəbzləri yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Nürəddin qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı ilkin ödəniş məbləğinin qaytarılmasına dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar