Məhkəmə qərarları › İş №2(007)-816/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-816/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-816/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Kərı̇ mov Azad Mədət oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Bakı şəhəri 52 saylı Notariat ofisindən 25000 (iyirmi beş min) manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 balıqçılıqla məşğul olmaq üçün İddiaçı 23500 manat məbləğində porc pul almışdır. Pulu götürərkən girov kimi cavabdehin arvadına məxsus mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdırlar. Sonradan məlum olmuşdur ki, mənzilin mülkiyyətçisi tərəfindən alqı-satqısı üçün verilmiş, digər cavabdeh Bakı şəhəri 52 Notariat ofisində təsdiq edilmiş etibarnamə saxtadır. Daha sonra isə Nizami rayon Məhkəməsinin 2(007)-585/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə, həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər İddiaçı ilə X4 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinin diqqətsizliyi və işində buraxdığı səhvi ucbatından İddiaçı 25000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinin notariusu işində daha diqqətli olsaydı, onun tərəfindən əsl mülkiyyətçinin əvəzinə digər şəxs etibarnamə verməyə müvəfəq olmasaydı iddiaçı həmin məbləğdə pulu Cavabdeh2 verməzdi və nəticədə ona zərər vurulmazdı. Həmin səbəbdən də iddiaçı Cavabdeh2 olan 25000 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Qeyd etdilkəri və Cavabdeh2 iddiaçıdan 25000 manat məbləğində borcu olması faktı Nizami rayon Məhkəməsinin 2(007)-585/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, o, cavabdehlərdən 25000 manatın tutularaq ona ödənilməsini istəyir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iş üzrə hər bir şey aşkardır. Keçən məhkəmə iclasında Cavabdeh2 yalan ifadələr vermişdir. O, digər cavabdeh 52 saylı Notariat ofisinə münasibətdə bildirdi ki, cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinin diqqətsizliyi ucbatından İddiaçı 25000 manat məbləğində ziyan dəymişdir. Əgər Cavabdeh1 işində daha diqqətli olsaydı onun tərəfindən əsl mülkiyyətçinin əvəzinə digər şəxs etibarnamə verməyə müvəffəq olmasaydı iddiaçı həmin məbləğdə pulu Cavabdeh2 verməzdi və nəticədə ona zərər vurulmazdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddianı, 25000 manat borcu qəbul etmədiyini, iddiaçıdan 20000 manat pul götürdüyünü bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Azaddan pulu bir nəfər dostu ilə sələmə götürmüş, onunla Azadın başqa bir tanışı olmuş, pulu ondan almışlar, hansı ki, onun dostu ilə iş görüşmüşlər. O, Azadla 20000 manata görə ayda 5 faizlə, ayda 1000 manat olaraq razılaşmış, hesablamasına görə həmin məbləğdən 16-17 min manat ödəniş etmiş, onun 3000 manat borcu qalmışdır. Lakin Azad ona ödədiyi 16-17 min manat borcun faiz olduğunu demişdir. O, borcu götürdüyü gündən alqı-satqı edənə qədər borc məbləğindən 1000 manat olmaqla 1 il ərzində 12000 manat ödəniş etmiş, kartı Azadda girovda olduğundan ödənişi əmək haqqı kartından çıxarmışdır. Düzdür kartı ona verməklə bağlı onun heç bir sənəd və sübutu yoxdur. Lakin, o, özü Bakı qeydiyyatındadır, həmin pullar isə rayondan bankomatdan çıxardılmışdır. Belə ki, o, əlbəəl bir dəfə iş yoldaşına pulu verərək Azada 1000 manat ödəniş etmişdir. Daha sonra o, alqı-satqıdan sonra aliment ödədiyi, evində söz-söhbət olduğu üçün pulu ödəyə bilməmişdir. Qeyd olunan pulları Azada ödəməyi barədə sübut olaraq bank hesabından çıxarışlar mövcuddur. Sonra Azad kömək edəcəyini, bankdan pul götürməsini demiş, Azad bankdan pul götürmüşdür. Pulu aldığı adamlar ona hədə-qorxu gəlirdilər. O, həmçinin qeyd etmişdir ki, onun evin alqı-satqısından xəbəri olmamış, o, Azada 3 illik etibarnamə vermiş, alqı-satqı barədə məhkəmədə bilmişdir. Ona Azad demişdir ki, evi banka qoyub pul götürəcəkdir, ona görə də o, etibarnaməyə qol çəkmişdir. Bankdan pulu götürəndə o, Azada, min-iki min manat artıq pul çıxartmasını demiş, yoldaşının kartına atılan min–iki min manat pul da həmin puldur. O bilmirdi ki, söhbət belə bir səviyyəyə gəlib çıxa bilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh 52 saylı Notariat ofisinin vəkili Nümayəndə iddianı ümumiyyətlə qəbul etmədiklərini bildirmiş ə iddianın onlara münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X2 cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, İddiaçı, X3 qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə dair aparılmış qeydin ləğv edilməsi” tələbinə dair mülki iş ilə məhkəməyə müraciət etmiş, Nizami rayon Məhkəməsinin 2(007)-585/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə, həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər İddiaçı ilə X4 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin əqd əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilinin X1 adına aparılmış mülkiyyət hüququna dair qeydi ləğv edilmişdir. Həmin qətnamənin təsviri hisəsində üzrə qeyd edilmişdir ki, məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 onun 70000 manat borcu olmasını, pandemiya düşən zaman işinin alınmadığını, müflis olduğunu, Azad müəllimdən 25000 manat borc aldığını, Azad müəllimin bir il olar ki, borcunu qaytara bilmədiyini, onun aliment və başqa borcu da olduğundan Azad müəllimin pulunu verə bilmədiyini bildirmişdir. Eyni zamanda İddiaçı da xx.xx.2022-ci il tarixli qətnamədə izahat verərək bildirmişdir ki, Natiq biznes qurmaq istədiyi üçün küllü miqdarda pul götürmüşdür, iş nəticəsində əldə olan qazancla borcunu qaytaracaqdı, sonra pandemiya düşdüyündən Natiqin işləri və borcu qaytarması alınmamışdır. Natiqin ona 23400 manat borcu var. Onun şəxsi təsərüfatı var idi və ona pul lazım olmuşdur. O da Natiqə evi girova qoymasını, pulunu verməsini demişdir. Sonra Natiqə qızına ev almaq isətəyən bir adam olduğunu bildirmişdir. Həmin vaxt Əzizənin atası Əlibaba müəllim qızına Xaçmaz rezidentdən ev almaq istəyirdi. O da Natiqə bu adamın 34000 manat ödəməli olduğunu, Əlibaba müəllimin 34000 manat əvəzinə 25000 manat pulu ona verməsini, Natiqin də 3 il ərzində bu pulu 960 manat olaraq Əlibaba müəllimə ödəməsini demiş, Natiq də bununla razılaşmışdır. Həmin 25000 manat puldan 23500 manatla öz borcunu bağlamış və yerdə qalan 1500 manat pulu Elnurənin kartına göndərmişdir. Həmin kartın kodu ona verilmişdir ki, o, pulu həmin karta göndərsin. Karta pul vurandan sonra Natiqə bildirmiş, o da karta pul çatdığını demişdir. Məhkəmə həmçinin bildirmişdir ki, cavabdeh İddiaçı Cavabdeh2 ona olan borc məbləğinin qaytarılması üçün ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq qeyd olunan 25000 manat pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh2 və Bakı şəhəri 52 saylı Notariat ofisindən 25000 (iyirmi beş min) manat pul tutulması” hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı 25000 manat borcu Cavabdeh2 borc verdiyindən, ona Nuhbalayeva Elnurənin adından etibarnamə tərəflər arasında yaranmış borc münasibətlərindən sonra rəsmiləşdirildiyindən hazırki iddia tələbi üzrə tələb edilən məbləğin Bakı şəhəri 52 saylı Notariat ofisindən tələb edilməsi əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 25000 (iyirmi beş min) manat məbləğində borc vermiş, həmin borc məbləği qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında borc məbləğindən 16-17000 manat ödəniş etdiyini, iddiaçıdan 20000 manat pul götürdüyünü, Azada ödəməyi barədə sübut olaraq bank hesabından çıxarışların mövcud olmasını bildirsə də, həmin məbləğlərin məhz iddiaçı tərəfindən çıxarılması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, Cavabdeh2 iddiaçının xeyrinə 25000 manat pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nuhbalayev Natı̇ q İslam oğlundan Kərı̇ mov Azad Mədət oğlunun xeyrinə 25000 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən iddiaçının ödədiyi 170 manat dövlət rüsumu Cavabdeh2 onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Nuhbalayev Natı̇ q İslam oğlundan Kərı̇ mov Azad Mədət oğlunun xeyrinə 25000 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Kərı̇ mov Azad Mədət oğlu tərəfindən ödənilmiş 170 manat dövlət rüsumu cavabdeh Nuhbalayev Natı̇ q İslam oğlundan tutularaq Kərı̇ mov Azad Mədət oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar