Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-83/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 46 nömrəli mənzilinin sahibidir. Mənzilin Texniki Pasportu xx.xx.2012-ci ildə tərtib edilib.Texniki Pasport Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilib.O 23 ildən çox Azərbaycan Respublikasının Silahlı Qüvvələrində vətənə xidmət etmiş “44 günlük Vətən Müharibəsində” torpaqların azad olunmasında Daşaltıya qədər düşmənə qarşı döyüşmüşdür. Ali Baş Komandan tərəfindən Şuşa və Fuzuli rayonların azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. xx.xx.2020-ci ildə Daşaltı əməliyyatında partlayış zamanı Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması almışdır. 2019-cu ilin sonlarından başlayaraq ona məxsus mənzili bir mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus mənzildən dəfələrlə kanalizasiya sularının axması nətiçəsində su basıb. Nəticədə evin dəhlizinə, hamam-tualet və mətbəxinə ciddi ziyanlıq dəyib. X1 allerqik xəstədir. Bununla bağlı dəfələrlə vətəndaş Cavabdeh məlmat versə də, su sızmanın qarşısı alınmayıb və oğlunun xəstəliyi daha da kəskinləşib. Bununla bağlı xx.xx.2021-ci il tarxində 50 saylı Mənzil Komunal İstismar Sahəsinin məlumat vermişdir, gəlib mənzilə baxış keçirdib akt tərtib ediblər. Su sızma hadisələri dəfələrlə təkrarlandığı üçün xx.xx.2022-ci il tarixində 50 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi Cehun Əliyevə məlumat vermiş və o da gəlib mənzilə baxış keçirmiş, müvafiq akt tərtib edilmişdir.Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus mənzil yararsız vəziyyətə düşüb.Cavabdehin təqsirli hərəkətləri nəticəsində təmirçi ustanın tərtib etdiyi smetaya əsasən 877.4 AZN təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Otuz illik düşmənə qarşı savaşda qalib gəlsə də, artiq 3 (üç) ildir ki, cavabdehin mənzilindən gələn kanalizasiyaya görə ailəsi ilə aciz qalıb mənəvi sarsıntılar keçirir. Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 877.4 manat maddi ziyannın və 5000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, onun mənzilindən su axmır.Üst qonşudan su axaraq onun mənzilinə tökülüb, ordan da alt qonşunun mənzilinə tökülüb. MİS-nin işçiləri qəlib həyətdə olan luklardakı nasazlığı aradan qaldırdıqdan sonra onun mənzilindən su çəkilib, kanalizasiya boruları tutulmuşdu. Ekspert qələn zaman da ona izah etdi ki, mənzilindən su axmır, günü bu gün də, gedib su axıdılsa, onun trapına, aşağı mərtəbəyə su sızsa iddiaçını haqlı hesab edər. Ekspert rəyi ilə tanış olmuşdur. Lakin rəylə razı deyil.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktların məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 46 nömrəli mənzilinə həmin binanın 49 mənzilindən su axma nəticəsində 46 saylı mənzilə ziyan dəymişdir. DƏDRX-dən verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 46 nömrəli mənzilin mülkiyyətçisi İddiaçıdur. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 49 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh oğludur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki,iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 46 nömrəli mənzilinin binanın birinci mərtəbəsində, cavabdehə məxsus 49 nömrəli mənzilin isə 2-ci mərtəbədə həmin mənzilin üstündə yerləşdiyi, 49 nömrəli mənzilin dəhliz,mətbəx,tikililərində və sanitar qovşağında qüsurlar əmələ gəldiyi, həmin qüsurların susızmaya aid olması,eləcə də 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktların məlumatları nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin 46 nömrəli mənzilinə həmin binanın 2-ci mərtəbəsində yerləşən 49 nömrəli mənzilindən su axıdıldığı, nəticədə 46 nömrəli mənzilin tikililərinə ziyan dəydiyi müəyyən olunmuşdur.Mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli işlərin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 900.0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 6 nömrəli evin, 46 nömrəli mənzilinə həmin binanın 2 mərtəbəsində cavabdehə məxsus 49 nömrəli mənzildən su axıdılmış,bunun nəticəsində iddiaçıya təqribən 900 manat maddi ziyan dəymişdir. İddiaçıya dəymiş ziyanın məhz cavabdehə məxsus mənzilin sanitar qovşağında olan qüsurlarla əlaqədar yaranması 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktlarla, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2023-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapır. İddiaçı maddi ziyana görə 877.4 manat tələb etdiyindən məhkəmə maddi ziyan hissəsində iddianı əsaslı hesab edir. 5000 manat mənəvi zərərin tələb olunması hissəsində iddiaya qiymət verərkən məhkəmə belə nəticəyə gəlir ki,iddiaçıya mənəvi zərərin dəyməsi işin mübahisə doğurmayan hallarından biridir.Belə ki, 2021ci ilin əvvəllərindən başlayaraq dəfələrlə onun evinə cavabdehin təqsirli hərəkətləri nəticəsində çirkab sularının axıdılması heç şübhəsiz onda mənəvi sarsıntılar,əsəb gərginliyi və digər neqativ halların yaranmasına səbəb olmuşdur.Məhkəmə bunun üçün əlavə sübutların tələb olunmasında zərurət görmür.Bunula yanaşı dəymiş mənəvi ziyanı 200 manat dəyərində qiymətləndirir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 877.4 manat, mənəvi ziyana görə 200 manat, cəmi 977.4 manat tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədiqatının dəyəri olan 100 manat , Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 877.4 manat, mənəvi ziyana görə 200 manat, cəmi 977.4 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-83/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-83/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver