Məhkəmə qərarları › İş №2(007)-856/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-856/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-856/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunan Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37100 ABŞ dolları (63070 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyədən Respublikaya aspiratir elektrik cihazı gətirmək məqsədilə gömrük rəsmiləşdirilməsi işini bilən şəxs axtararkən Nəcəfli Azərlə məsləhətləşmiş, Azər ona belə bir tanışının olmasını bildirmişdir. Nəcəfli Azər adlı şəxs onu və onunla bu işdə əməkdaşlıq edən X4 Cavabdeh1 ilə tanış etmişdir. Daha sonra, X9 ilə birlikdə Cavabdeh1 Xətai rayonu ərazisində yerləşən “Ağa center” biznes mərkəzində yerləşən ofisinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında Cavabdeh1la tanış olaraq malların gətirilməsi ilə əlaqədar sifariş vermişlər. Ayrıayrı vaxtlarda Anar 20000 ABŞ dolları və 18000 ABŞ dolları məbləğində ödəniş edərək, Cavabdeh1 vasitəsilə Azərbaycana malların gətirilməsini təmin etmişdir. Üçüncü dəfə Anar və İlham gömrüklə bağlı işlərini ona həvalə etdiyi zaman cavabdeh əminliklə birlidrmişdir ki, əvvəllər olduğu kimi işi vaxtı-vaxtında, həmçinin köçürmələri də vaxtında edəcəyini və mallrı rəsmiləşdirərək, təhvil verəcəyini vəd etmişdir. X9 13 avqust və 16 avqust 2020-ci il tarixlərdə “Ağa center” biznes mərkəzinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında müvafiq olaraq 20000 ABŞ dolları və 17100 ABŞ dolları olmaqla ümumilikdə 63000 manat olmaqla, gömrük rəmilədirilməsi üçün Cavabdeh1 ödəniş etmişdir. Həmin məbləği Günay mühasibi kimi özünü təqdim edən Ramilə adlı şəxsə vermişdir. Bununla yanaşı qeyd etmişdir ki, bütün bank köçürmələri Cavabdeh2 Rahil oğlunun Cavabdeh1 verdiyi etibarnamə əsasında edilmişdir. Həmin şəxslə əlaqə saxlandıqda isə həqiqətən Cavabdeh1 etibarnamə verdiyini təsdiqləmişdir. Cavabdeh1 pulu aldıqdan sonra ilkin olaraq bank köçürmələrində problemlər olduğunu bildirmiş, daha sonra telefon zənglərinə cavab verməyərək, atasının ölümünü əsas gətirərək məsələnin yaxın zamanda həll ediləcəyini bildirmişdir. Lakin onun bankla əlaqədar təqdim etdiyi sənədlərin saxta olması, ardıcıl olaraq yalan danışması və daha sonra bütün telefon nömrələrini söndürərək, ünsiyyətdən qaçması ciddi şübhələr yaratmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də Cavabdeh1 malların dəyərini ödəmək məqsədilə 37100 ABŞ dolları məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ödəniş tapşırığını icra etməmişdir. Bu səbəbdən məhkəmədən, Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37100 ABŞ dolları (63070 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh1 vəkili X2 iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun 12 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X1 Günay İslam qızına 37100 ABŞ dolları verməsi və pulun geri qaytarılmaması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Təhqiqat zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Kırğın Ankastri” şirkati ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən müqavilə şərtlərinə əsasən 2 futluq konteyner aspirator elektrik cihazlarının gətizdirilməsi məqsədilə Türk şirkətinin hesabına 37100 ABŞ dolları puı köçürülməli idi. Qeyd olunan məbləğdə pulu Ramilə adlı mühasibə verərək, fiziki şəxs Cavabdeh2 hesabına köçürmüşdür. Daha sonra qeyd olunan məbləğdə pulu Türk şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və pulu şirkətə köçürə bilməmişdir. Daha sonra Türkiyə şirkətinin nümayəndəsi ilə votsap sosial şəbəkəsi vasitəsilə danışaraq hesablaırn üzərində sərəncam olmasını və sərəncam ortadan qaldırılan kimi pulu hesaba köçürəcəyini bildirmişdir. Həmçinin xahiş etmişdir ki, pulu hesabda görməyənədək malları Azərbaycana göndərməsinlər. Buna baxmayaraq, Türk şirkəti aralarında olan müqavilədə əks olunan şərtlərə əsaslanaraq qeyd olunan 2 ədəd 20 futluq konteyner aspirator elektrik cihazını Azərbaycan Respublikasına göndərmişlər və İlhamla Anar həmin malları təhvil almışlar. Hal-hazırda fiziki şəxs Cavabdeh2 “Kırğın Akkastri” türk şirkəti qarşısında 37100 ABŞ dolları məbləğində ödəniş öhdəliyi mövcuddur. Qeyd olunan ödəniş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən hesab üzərində qoyulmuş sərəncam ortadan qaldırılarkən ödəniləcəkdir. Bu barədə Türk şirkətinə məlumat verilmişdir. Həmçinin12 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla X5 şikayət ərizəsi üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fiziki şəxs Cavabdeh2 Türkiyə Respublikasının Kaser şəhərində yerləşən “Kırğın Ankastri” fabriki ilə aralarında olan beynəlxalq müqavilə münasibətlərindən irəli gələn yaranmış 37100 ABŞ dolları borcu mülki qaydada mübahisələndirmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - “Girgin Ankastre sistemleri San. Dis Tic”.LTD STİ şirkətinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 il “Girin Ankastre” şirkəti arasında xx.xx.2020-ci il tarixdə bağlanmış saziş üzrə İddiaçı tərəfindən 37100 ABŞ dolları ödəniş edilməsi qeyd edulmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 808.1-ci maddəsinə görə komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, İddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkati ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh2 həmin müqavilə üzrə gətiriləcək mallara görə Türk şirkətinin hesabına 37100 ABŞ dolları pul köçürülməli olduğundan, həmin məbləğ İddiaçı tərərindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına ödənilmişdir. Daha sonra qeyd olunan məbləğdə pulu Türk şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və o bu pulu şirkətə köçürə bilməmişdir. Malın dəyəri sonradan İddiaçı tərəfindən “Girgin Ankastre (“Kırğın Ankastri” ) şirkatinə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh2 ödənilmiş pul vəsaitini tələb etməkdə haqlı olduğundan iddiaçının iddia tələbi ona münasibətdə təmin edilməli Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 37100 (otuz yeddi min yüz) ABŞ dollarının qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 37100 (otuz yeddi min yüz) ABŞ dolları qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar