Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-864/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığıma vurulmuş zərərin əvəzi olaraq 19196 (on doqquz min yüz doxsan altı) manat məbləğində maddi ziyan və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən onun sağlamlığına zərər vurulmuş və nəticədə ona 19196 (on doqquz min yüz doxsan altı) manat məbləğində maddi ziyan və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan dəymişdir. İddia ərizəsinə əlavə eldiyi Xətai RPİ-nin baş təhqiqatçısı Teymur Ağamirovun 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh 27 iyun 2020-ci il tarixdə onu qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, sol almacıq sümüyünün yerdəyişən, sol maksilvar sinusun lateral divarının yerdəyişən, sol almacıq sümüyünün alın çıxıntısının xətli və almacıq qövsünün xətti sınıqlar kimi xəsarətlər almışdır. Belə ki, “X8" Klinikasında ödənilmiş qəbzlərdən görünür ki, 18300 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa "Lgc" Hospital klinikasında ödənilmiş qəbzdən görünür ki, 100 manat məbləğində ödəniş edilmişdir. Həmçinin “Lor" Hospitalda ödənilmiş qəbzdən görünür ki, 196 manat məbləğində ödəniş edilmişdir. Həmçinin “Avrasiya" Hospitalında ödənilmiş qəbzdən görünür ki, 100 və 500 manat məbləğində ödəniş həmin klinikaya ödənilmişdir. İddia ərizəsinə əlavə eldiyi Xətai RPİ-nin baş təhqiqatçısı Teymur Ağamirovun 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh 27 iyun 2020-ci il tarixdə onu qəsdən vuraraq ona sağlamlığın uzun müddələ pozulmasma səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh atası Adil Abdurəhmanov tərəfindən onun anasına 8500 manat məbləğində pulun ödənildiyini nəzərə alaraq iddia tələbimin həcmini ona görə azaldır. Belə ki, “X9” Klinikasında 16800 manat, “Ege" Hospital klinikasında 100 manat, “Lor’' Hospitalda, 196 manat "Avrasiya” Hospitalında 100 və 500 manat məbləğində ödəniş edilmiş və cəmi 17696 manat məbləğində xərcin çəkilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Ona görə də 17696 manatdan 8500 manatı çıxaraq Cavabdeh sağlamlığıma vurulmuş zərərin əvəzi olaraq 9196 (doqquz min yüz doxsun altı) manat məbləğində maddi ziyan və 30000 (otuz min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən iddiaçının anasına ödənilmiş 8500 manat pul çıxılmışdır. İddiaçının anansı cavabdehə qarşı heç bir tələbinin olmayacağı barədə müqavilə bağlamışdır, lakin həmin müqavilə bağlanan zaman iddiaçı xəstəxanada reanimasiyada olmuşdur və bundan sonra da onun digər xərcləri yaranmışdır. Onu da qeyd edir ki, iddiaçının anasının cavabdehlə bağlamış olduğu müqavilə onun iddiaçının adından bağlanmamışdır. Ümumiyyətlə iddiaçının anasının iddiaçının adında belə bir müqavilə bağlamaq səlahiyyəti olmamışdır, yəni iddiaçı cavabdehə qarşı heç bir tələbinin olmayacağı barədə öhdəlik götürməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddianı qəbul etmirlər, düşünürlər ki, iddia tələbi əsassızdır, belə ki, cinayət təqibi zamanı tərəflərindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Bu barədə Xətai rayon Məhkəməsinin qərarında və Xətai Rayon Polis İdarəsində toplanılmış materiallarda da qeyd edilmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 6(011)-81/2020 saylı qərarda qeyd edilmişdir ki, Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində toplanmış 512/20 nömrəli materiala əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 03 avqust 2020-ci il tarixli 794 nömrəli rəyindən görünür ki, İddiaçı bədəni üzərində çeynəmə hərəkətlərin qismən məhdudluğu və cuzi ağrı simptomu ilə qeyd olunan sol almacıq sümüyünün açıq yerdəyişməli və qəlpəli sınığı, sol intraorbital və yanaq nahiyyəsinin irinləmiş hematoması, boyunun dərin fleqmonası, yuxarı mediastenum və üzün sol yarısının fleqmonası ilə müşayət olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti 27 iyun 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İddiaçı 14 iyul 2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsi ilə əlaqədar barışdığını göstərərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Teymur Ağamirovun 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh ilə barışmasını nəzərə alaraq sonuncu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu hallar da təsdiq edir ki, iddia ərizəsinə verilmiş dəqiqləşmədə qeyd etdikləri kimi cavabdehin atası Adil Abdürəhmanovdan anası Kifayət Adıgözəlovanm aldığı 13 iyul 2020-ci il tarixdə aldığı 8500 manat pulun alınmasına dair müqaviləni qəbul edir, eyni zamanda cinayət təqibi zamanı 14 iyul 2020-ci il tarixdə vermiş olduğu ərizəsindən görünür ki, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsi ilə əlaqədar barışdığını göstərərək, araşdırmanın dayandırılmasını xahş etmişdir. Bütün bu hallar göstərir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının 29.06.2020-ci il tarixli İddiaçı kompyutertomoqrafiya müayinəsinin protokolundan görünür ki, Frontal sinusun ölçüsü və pnevmatizasiyası təbiidir. Sfenoidal sinusun və mastoidal hücrələrin pnevmatizasiyası pozulmamışdır. Nazal konxalar və burun keçəcəkləri açıqdır. Burun çəpəri təbiidir. Sol almacıq sümüyünün yerdəyişən, sol maksilyar sinusun lateral divarının yerdəyişən, sol almacıq sümüyünün alın çıxıntısının xətti və almacıq qövsünün xətti sınıqları aşkar olunur. Sol maksilyar sinusda və etmoidal hücrələrdə qanlı möhtəviyyat izlənilir - 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Cavabdeh ilə barışmasını nəzərə alaraq xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Nizami rayonu. Q.Qarayev küçəsi ev 47, mənzil 2-də yaşayan Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. - “Avrasiya Hospital”ın 06.08.2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 500 manat ödəniş edilmişdir. - “Avrasiya Hospital”ın 09.08.2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. - “X9”in 02.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir. - “X9”in 21.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. - “X9”in 07.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 3000 manat ödəniş edilmişdir. - “X9”in 21.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. - “X9”in 22.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 2300 manat ödəniş edilmişdir. - “X9”in 13.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir. - “Ege Hospital”ın 04.08.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. - “Lor Hospital”ın 02.07.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 196 manat ödəniş edilmişdir. - Cavabdeh ilə X5 arasında bağlanmış 13 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh tərəfindən 8500 manat məbləğində pul X3 ödənilmişdir, bununla əlaqədar X2 Cavabdeh qarşı heç bir şikayəti, iddia və tələbi olmayacaqdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 27 iyun 2020-ci il tarixdə iddiaçını qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Nəticədə, iddiaçı sol almacıq sümüyünün yerdəyişən, sol maksilvar sinusun lateral divarının yerdəyişən, sol almacıq sümüyünün alın çıxıntısının xətli və almacıq qövsünün xətti sınıqlar kimi xəsarətlər almışdır. İddiaçı aldığı xəsarətlərə görə sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün 17696 manat məbləğində pul xərcləmişdir. Həmin pulun 8500 manatı cavabdeh tərəfindən iddiaçı xəstəxanada olduğuna görə onun anasına verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh sağlamlığıma vurulmuş zərərin əvəzi olaraq 19196 (on doqquz min yüz doxsan altı) manat məbləğində maddi ziyan və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddianın həcmini azaltmış və cavabdeh tərəfindən iddiaçının anasına ödənilmiş 8500 manat məbləğində pulu iddia tələbindən çıxmışlar. Hazırda iddiaçı Cavabdeh sağlamlığıma vurulmuş zərərin əvəzi olaraq 9196 (doqquz min yüz doxsun altı) manat məbləğində maddi ziyan və 30000 (otuz min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində İddiaçı sağlamlığına ziyan dəymiş və o, sağlamlığının əvvəlki vəziyyətə qaytarılması üçün xərclər çəkmişdir. Cavabdeh Xətai rayon prokurorluğunda araşdırma aparılan zaman iddiaçıya zərər vurduğunu qəbul etmişdir. Hazırda cavabdeh tərəfin mübahisələndirdiyi hal odur ki, cavabdeh tərəfindən iddiaçının anası X3 13 iyul 2020-ci il tarixdə 8500 manat məbləğində pul ödənilmiş və tərəflər arasında bağlanmış müqaviləyə əsasən X1 Əlimurad Adil oğluna qarşı heç bir şikayəti, iddia və tələbi olmayacağını öhdəlik kimi öz üzərinə götürmüşdür. Ona görə də, cavabdeh tərəf iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı tərəf ona qarşı heç bir öhdəliyin olmayacağına dair müqavilə bağlamışlar. İddiaçı tərəf isə buna etiraz edərək qeyd etmişdir ki, iddiaçının anası X5 ilə Cavabdeh arasında müqavilə bağlanan zaman iddiaçı reanimasiyada olmuş və bu zamanda onun tərəfindən anasına onun adından müqavilə bağlamaq üçün heç bir səlahiyyət verilməmişdir. Buna baxmayaraq iddiaçı cavabdeh tərəfindən 8500 manat məbləğində pul ödənilməsi faktını qəbul edərək iddia tələbini azaltmışdır. İddiaçı tərəf onu da qeyd etmişdir ki, müqavilə bağlanan anda iddiaçı xəstəxanada olduğundan bundan sonra da onun xəstəxana xərcləri olmuşdur. Nəticədə, məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilmişdir ki, iddiaçı sağlamlığının əvvəlki vəziyyətə qaytarılması üçün “Avrasiya Hospital”ın, “X9”in, “Ege Hospital”ın, “Lor Hospital”ın hesabına ümumilikdə 19196 (on doqquz min yüz doxsan altı) manat məbləğində pul hesablansa da, endirimlə 17696 (on yeddi min altı yüz doxsan altı) manat məbləğində pul ödəmişdir. Həmin puldan 8500 (səkkiz min beş yüz) manatı cavabdeh tərəfindən iddiaçı tərəfə ödənilmiş, qalan 9196 (doqquz min yüz doxsan altı) manat maddi ziyan isə ödənilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh vurulmuş maddi ziyana görə 9196 (doqquz min yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 1000 manatın alınıb, iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 9196 (doqquz min yüz doxsan altı) manat, mənəvi ziyana görə 1000 (min) manat olmaqla, cəmi 10196 (on min yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab ki, iddia tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tələbi üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun 7,80 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 9196 (doqquz min yüz doxsan altı) manat, mənəvi ziyana görə 1000 (min) manat olmaqla, cəmi 10196 (on min yüz doxsan altı) manat və 7,80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22,2 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-864/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-864/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver