Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-865/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Babayev Bəxtı̇ yar İsmaı̇ l oğlunun nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə “sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh MMMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə “sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517/2518-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişin 1-ci mərtəbəsində yerləşən 50a saylı mənzilin altındakı ümumi sahəsi 60 kv.metr olan (yeni ünvan: ünvan 1 qeyriyaşayış sahəsi zirzəmisi üçün pay haqqının tam ödənildiyini təsdiq edən MMMC-nin maliyyə arayışının və həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarı (ümumi protokoldan çıxarışı), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış mərtəbəlik planı-cizginin (sahəsi ayrılmaqla) verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 329 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi Nizami rayonu, Q.Qarayev küçəsi 2517/18-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişinin 50 saylı mənzilinin altında yarımzirzəmisində 60 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 329 saylı sərəncamının icrası təmin olunaraq, Nizami rayonu, Q.Qarayev küçəsi 2517/18-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişinin 50 saylı mənzilinin altında yarımzirzəmisində 60 kv.metr qeyri-yaşayış sahəsi onun istifadəsinə və sahibliiyinə verilmişdir. Onun cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq ödənildiyindən həmin qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Omlakın Dövlət Reyestr Xidmətinə müraciət edən zaman, ümumi yiğincağın protokoldan çıxarış və maliyyə arayışı və razılaşdırılmış mərtəbəlik plan-cizginin verilməsi tələb olunduğundan, Cavabdeh MMMC-yə müraciət edərək, protokoldan çıxarışın verilməsini və maliyyə arayışının və razılaşdırılmış mərtəbəlik plan-cizginin verilməsi MMMC-nin möhürü ilə təsdiq edilərək, ona təqdim edilməsini tələb etmişdir. Lakin cavabdeh hal-hazırda həmin sənədlərin, yəni protokoldan çıxarış, maliyyə arayışının və razılaşdırılmış mərtəbəlik plan-cizginin verilməsindən əsassız olaraq imtina edir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə yazılı şəkildə müraciət edərək, qeyd olunan sənədlərin verilməsini tələb etməyinə baxmayaraq, müraciətinə ümumiyyətlə hər hansı formada cavab verilməmişdir. O, hesab edir ki, Cavabdeh MMMC inzibati orqan olmadığından, mənzil-tikinti kooperativi (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı inzibati akt olmadığından, hazırkı iddia tələbinə mahiyyəti üzrə cavabdehin yerləşdiyi hüquqi ünvan ünvan 2 olduğundan işə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh MMMC tərəfindən xx.xx.2024-cü il tarixdə etiraz verərək bildirmişdir ki, İddiaçı "xxxx" MTK ilə "xxxx" MMMC-nin səlahiyyətlərini və adlarını qarışdırmışdır. Belə ki, qeyd olunan təşkilatlar ayrı-ayrı hüquqi şəxslərdir. "xxxx" MTK yaşayış binasını tikmiş, sonradan isə bu binada yaşayan mənzil mülkiyyətçisi olan şəxslər mənzilləri idarə etmək üçün "xxxx" MMMC-ni təsis etmişlər. İddiaçının yaşadığı Bakı şəhəri, Q.Qarayev küçəsi 2517/18-ci məhəllədə yerləşən 2 saylı bina 2016-cı ildə "xxxx" MTK tərəfindən inşa edilmişdir. Sonradan mənzillər qanuni əsaslarla mənzil mülkiyyətçilərinin xüsusi mülkiyyətinə keçmişdir. Həmin mülkiyyətçilərdən biri də İddiaçıdir. Bakı İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 329 saylı sərəncamı ilə iddiaçının yaşadığı 50a saylı mənzilinin altında yerləşən zirzəmidən 60 kv.metr qeyri-yaşayış sahəsi ona ayrılmışdır. Bu sərəncamın verilməsi üçün 2006-cı ildə "xxxx" MTK tərəfindən iddiaçının adına protokol və maliyyə arayışı verilmişdir. Hazırda isə iddiaçı bu sənədləri yenidən tələb edir. İddiaçıya dəfələrlə bildirmişdir ki, tələb etdiyi sənədlər Bakı İcra Hakimiyyətində olduğu üçün oradan ala bilər. Lakin, iddiaçı bundan imtina edir. Buna baxmayaraq iddiaçıya kömək olunması üçün tərəflərindən 098 saylı, xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və müraciətlərinə əsasən iddiaçıya tələb etdiyi protokoldan çıxarışı və maliyə arayışı verilmişdir. Buna baxmayaraq iddiaçı yenidən, təkrar olaraq bu sənədləri onlardan tələb edir. Onlar iddaçıya kömək etməkdən imtina etmirlər, lakin onun tələblərini hazırda təmin etmək iqtidarında deyillər. Belə ki, kooperativin arxivi itmişdir və o, kooperativi təhvil alarkən arxiv və qeydiyyat kitabları ona təhvil verilməmişdir. Bu səbəbdən protokolun surətini və müvafiq kitablardan protokolun qeydiyyatı barədə məlumatları verə bilmirlər. Maliyə arayışını da eyni səbəbdən, yəni arxiv sənədləri itdiyinə görə verə bilmirlər. İddiaçı maliyə arayışının surətini və pulun hesaba ödənilməsi barədə qəbzi təqdim etdiyi təqdirdə ona yeni maliyyə arayışı verə bilərlər. Lakin, iddiaçı maliyyə arayışının surətini təqdim etsə də bank qəbzini təqdim edə bilmir. Bu səbəbdən yeni maliyə arayışı təqdim edə bilmirlər. Plan-cizgini də iddiaçıya təqdim etməkdən imtina etmirlər. Binanın zirzəmisinin ümumi planını və iddiaçının tələb etdiyi 60 kv. metr sahəyə cizgi-planı iddiçıya təqdim edirlər. İddiaçı isə deyir ki, zirzəminin ümumi planında müvafiq təşkilatın möhürü yoxdur və onlar ümumi plana möhür vurdurub ona təqdim etməlidirlər. Onlar isə ümumi plana hansı təşkilatın möhür vurmalı olduğunu bilmirlər və 2016-cı ildə təhvil verilmiş binanın zirzəmisinin planına hansı təşkilatı məcbur edə bilərlər? Qoy iddiaçı möhür vurmalı təşkilatı müəyyən etsin, həmin təşkilata ərizə ilə müraciət etsin, təşkilatdan rəsmi müraciət olunduğu təqdirdə ümumi planı həmin təşkilata möhür vurmaq üçün təqdim edə bilərlər. Onlar İddiaçı kömək etməkdən imtina etmirlər. Lakin, iddiaçı əlində protokol və maliyə arayışı ola-ola həmin sənədləri yenidən bizdən tələb edir və heç bir əsas olmadan onları təqsirli hesab edir. Odur ki, əsassız iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2006-cı il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina balansda olmadığına görə plan-cizgi verilməmiş, çıxarış olmamış, mənzillər təhvil verilməmiş, buna görə də həmin sənədlərdə qeyri-yaşayış sahəsi yarımzirzəmi kimi qeyd edilmişdir. ASAN xidmətdən aldığı maliyyə arayışı və protokoldan çıxarışda 2016-cı il tarixdə çıxarış və plan-cizgi verildiyi üçün yarımzirzəmi zirzəmi olaraq müəyyən edilmişdir. O, Asan Xidmətə getsə də ona cizginin surəti verilməmiş, lakin binadan 2016-cı ildə çıxarış alınandan sonra binaya çıxarışı olan şəxslərə maliyyə arayışı və protokoldan çıxarışı vermişlər. Hazırda o, dəfələrlə müraciətlər etmiş, ona təqdim etdiyi plan-cizgi köhnə variantda olduğu üçün yaramadığını, plan-cizginin MTK və MMMC tərəfindən verilməli olduğunu, bütün mərtəbənin planının olması, onların zirzəmisinin koordinatla göstərilməli olmasını, plan-cizgidə koordinatlar qeyd edilməklə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış formada ştamp və cavabdeh tərəfin möhürü olduğunu deyirlər. Eldar müəllimlə maliyyə arayışı və protokoldan çıxarışla bağlı razılaşmışlar. Yeni Sərəncama ehtiyac yoxdur. Köhnə formaların üzərində təzə formalı maliyyə arayışı və protokoldan çıxarışı qeyd edib təqdim edilməlidir və cizgidə koordinatlar göstərilməli Arxitektura Komitəsinin ştampı olmalıdır. O, sertifikatlaşdırılmış layihə çəkənlərlə danışmış, onlar bunun MTK-nın öhdəliyi olduğunu demişdir, Bakı Şəhərsalmanın çəkdiyi layihə ilə bir nöqtə üst-üstə düşməsə avtomatik imtina veriləcəkdir. Sənədlərin bir nüsxəsi qarşı tərəfdə də olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul etdiyini, ilk gündən iddiaçıya kömək etməyin təşəbbüskarı olduğunu, nə lazımdırsa kömək edəcəklərini, xırda düzəlişləri də həll edəcəklərini, Cəmiyyətin büdcəsi xırda məbləğlərlə formalaşdığı üçün bir az ləngiyə biləcəyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının qeyd etdiyi 60 kv.m sahə iddiaçıya məxsusdur və onlar bunu danmır, etiraz etmirlər. Onlardan əvvəl olan şəxslər onlara bununla bağlı sənəd veriblər. MMMC 2018 ci ilin sentyabr ayında yaranmışdır. O, Cavabdeh MMMC-ni təmsil etməzdən öncə "xxxx" MTK-nı təmsil edirdi. Hazırda iddiaçının qeyri-yaşayış sahəsi olan binanı MTK layihəsiz tikmiş, "xxxx" MTK 2015-ci il tarixdə binanı təhvil verəndə onlara layihəni təqdim etməmiş, lazım olan sənədlər kitab şəklində toplanıb verilmişdir. "xxxx" MTK ləğv edilməsə də, halhazırda fəaliyyətini dayandırmışdır. Bakı şəhər İcra Hakimiyyətindən və yerli icra hakimiyyətindən ona göstəriş gəlmişdir ki, MTK-lar binanı tikib, təhvil verib və satıb tamamladıqdan sonra çıxıb getməlidir, bundan sonra binanı idarə edən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya başqa binanı idarə edən qurum yaradılmalıdır. Bundan sonra Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmaq üçün sənədləri toplamiş, Ədliyyə Nazirliyinə təqdim etmiş, oradan qeydiyyatdan keçmişdir. "xxxx" MTK ilə Cavabdeh MMMC-nin nizamnamələrinin məzmununda bir az fərq var. Onlar binada halhazırda nə tikinti, nə də genişlənmə işləri aparmırlar. İddiaçı tərəfə maliyyə arayışı və protokoldan çıxarış onların köməkliyi ilə təqdim edilmiş, həmin sənədlərə əsasən də Bakı şəhər İcra Hakimiyyəti mənzilin altındakı 60 kv.m sahəsi olan yerin onların olması barədə sərəncam vermişdir. Tərəflərindən Kooperativdə olan plan-cizgi də təqdim edilmişdir. Maliyyə arayışı və protokoldan çıxarışı yeniləmək olar, iddiaçı o sənədlərin köhnəsini verər, onun əsasında yenisini təqdim edərlər. Təkcə eskiz layihəsi çəkilməsi qalmışdır. O, nöqtələri göstərmiş, cizgini də çəkib vermişdir. O, layihəni çəkib verdiyi halda iddiaçı tərəf yenidən məhkəməyə müraciət edə bilər ki, bu sənəd uyğun deyil və onu qəbul etmədilər. Bu layihəni mütəxəssislər çəkməlidir, əgər koordinatları qeyd etmək lazımdırsa bunu edə bilər. İddiaçının üzbəüz qonşusunun da 60 kv.m yeri var, həmin yeri özəlləşdirib, onun çıxarışı vardır, lakin çıxarışı nə vaxt aldığını deyə bilmər. Hər hansı bir sənəddə problem olsa, yəqin ki, ona da verməzdilər. Onlar bu ərazini pul verib alıblar, bu gün də sərəncama əsasən orda tikili işləri apara bilər. Heç kim onun qarşısını kəsə bilməz. Onlar binada çıxarışları sərəncamla alırlar. Bina 2016-cı ildə istismara qəbul olunarkən istismara icazədə yarımzirzəmilər zirzəmi kimi qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı Babayev Bəxtı̇ yar İsmaı̇ l oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, bütün sənədləri götürüb Əzizbəyova Daşınmaz Əmlaka getmiş, Asan Xidmətdən Daşınmaz Əmlak üzrə Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmiş, sənədlərə baxmışlar və şifahi şəkildə bu sənədlərin yararlı olmamasını demişlər. Sənədlərdə maliyyə arayışı və plan cizgidə problem vardır. Maliyyə arayışında nə problem olduğunu, hansı formada olmalı olduğunu bilmir, lakin plan-cizgidə olan problemlər sənədlərin yararlı olmadığına gətirib çıxarır. Zirzəminin cizgisinin yararsız olduğunu dedilər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin möhürü olmalı idi. Bundan sonra cavabdeh möhürü vurub, təsdiq edib verməli idi. Cavabdehlə bununla bağlı problem olmamışdır. Lakin ona maraqlıdır ki, sənəd qanunsuzdursa niyə möhür vurulur? Daşınmaz Əmlak üzrə Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi bizə şifahi cavab verib ki, sənədlər uyğun deyil. Onların binada bütün evlərin zirzəmilərin çıxarışı vardır, onların evin altı qalmışdır. O vaxt çertyojun üzünü çıxarmış və onu özündə saxlamalarını demişlər. Sonra o da xəstələnmiş, MMMC-nin əvvəlki sədri də dünyasını dəyişmişdir. Ondan sonra Eldar müəllim gəlmiş, onlar da onunla qarşılıqlı danışsalar da alınmamışdır. Zirzəmiyə çıxış açmaq üçün İcra Hakimiyyətindən icazə almaq lazımdır. Digər zirzəmilər özəlləşdirilmişdir. Əgər plan cizgilər yoxdursa, necə çıxarış alırlar? İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının 10B saylı, xx.xx.2006-cı il tarixli protokoluna əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 2517/18-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişin (50 saylı mənzilin altında) yarımzirzəmisində 60 kv.metr olan qeyri-yaşayış sahəsinin Babayev Bəxtı̇ yar İsmaı̇ l oğluna verilməsi barədə "xxxx" MTK-nın ümumi iclasının xx.xx.2006-cı il tarixli (9 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çıxarmışdır. Həmin protokol Bakı şəhər İcra Hakimiyyəti Başçısının 329 saylı, xx.xx.2006cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Yarımzirzəminin dəyərinin payçı Babayev Bəxtı̇ yar İsmaı̇ l oğlu tərəfindən tam ödənilməsi, MTK-ya borcunun olmaması barədə "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 mart 2016-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517/18-ci məhəllə, ev 37B, 50a saylı mənzili Babayev Bəxtı̇ yar İsmaı̇ l oğlunun adına 16 mart 2016cı il tarixdə qeydə alınmışdır. Babayev Bəxtı̇ yar İsmaı̇ l oğlu xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-nın sədri Nümayəndə1 qeyri-yaşayış sahəsi olan yarımzirzəmiyə çıxarışın alınması üçün tələb olunan maliyyə arayışı, protokol, plan cizginin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsi ilə razılaşdırılmış formada sənədlərin təqdim edilməsin istəmiş, "xxxx" MTK da xx.xx.2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə Babayev Bəxtı̇ yar İsmaı̇ l oğluna verilmiş sərəncama əsasən ayrılmış qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün sərəncamın verilməsi üçün təqdim edilən sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. Bundan sonra "xxxx" MTK xx.xx.2022-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün MTK tərəfindən verilmiş çizginin təsdiq edilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin idarə Heyətinə göndərmişdir. Həmçinin Cavabdeh MMMC-nin iddiaçıya ünvanlanılmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya ayrılmış 60 kv.m qeyri-yaşayış sahəsinin çizgisi əlavə edilməklə razılaşdırılmaq üçün kooperativ tərəfindən müraciət edilmiş, bundan əlavə ümumi binanın zirzəmisinin lahiyə-smeta sənədi olan plan-cizgisi tərəflərindən təqdim edilmişdir. Əgər qeyd olunan sənədlərdən zirzəmiyə aid olan cizgilər çıxarış almaq üçün yaramırsa, ona BŞİH-ti tərəfindən verilmiş 60 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi səlahiyyətli mütəxəssislə olan və Respublikada bu sahəyə nəzarət edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edilməsi tövsiyyə olunmuşdur. "xxxx" MTK-nın səlahiyyətləri xx.xx.2018-ci il tarixdə yaradılan Cavabdeh MMMC-yə keçmişdir. MMMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət bu nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Nizamnamənin 2.2.6-cı bəndinə əsasən yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi fəaliyyət növlərini, 3.1.1-ci bəndinə əsasən də hüquqi şəxs statusunu əldə etdiyi andan qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq kimi hüquq və öhdəliklərini həyata keçirir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 0035 saylı, xx.xx.2016-cı il tarixli icazədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517-2518-ci məhəllə, 37b ünvanında tikinti obyektinin əsas texniki göstəricilərinə mənzillərlə, əsa girişlər, mərtəbələrlə yanaşı, zirzəmi mərtəbəsinin də ümumi sahəsi qeyd edilmişdir. İşin mübahisəli halları: Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə çıxarış ala bilmədiyi üçün iddia qaldıraraq qeyri-yaşayış sahəsi zirzəmisi üçün pay haqqının tam ödənildiyini təsdiq edən MMMC-nin maliyyə arayışının və həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarının (ümumi protokoldan çıxarışı), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış mərtəbəlik planı-cizginin (sahəsi ayrılmaqla) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat da iddianı qismən qəbul etdiklərini, iddiaçının tələb etdiyi sənədləri təhvil verən MTK-nın yerinə MMMC-nin yaradıldığını,sənədlərin və plan- çizginin verilməsində onların imkanları daxilində iddiaçıya əllərindən gələn köməyi edəcəklərini, bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-cü, 112ci, 113-cü, 119.1-ci, 121-ci, 123.0.6-cı, 123.0.7-ci,123.0.8-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 2517/18-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişinin 50 saylı mənzili və həmin mənzilin altında yarımzirzəmisində 60 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı verilmiş və onun tərəfindən dəyəri tam şəkildə ödənilmişdir. İddiaçı mənzilə mülkiyyət hüququnun əldə edilməsi barədə çıxarış alsa da, qeyri-yaşayış sahəsinə əmlak komitəsi tərəfindən çıxarış verilməmişdir. İddiaçıya verilmiş mənzilin və qeyri-yaşayış sahəsinin yerləşdiyi 2018-ci ildə bina yaşayış sahəsinni mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən Cavabdeh MMMC-yə keçmişdir. İddiaçıya binanı tikən MTK tərəfindən lazımi sənədlər verilsə də, həmin sənədlər qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün kifayət etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri kimi göstərilmişdir. Həmçinin, MMMC-nin nizamnaməsində cavabdeh yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi fəaliyyət növlərini, hüquqi şəxs statusunu əldə etdiyi andan qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq kimi hüquq və öhdəliklərini həyata keçirməsi öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh tərəfindən həmin sənədlərin iddiaçıya verilməsinə heç bir maneə mövcud deyildir və bu vəzifənin yerinə yetirilməsi cavabdehə həvalə edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarını, cavabdeh cəmiyyətin nizamnaməsində qeyd olunan bəndləri, iddiaçıya verilmiş mənzilin və qeyri-yaşayış sahəsinin məxsus olduğu "xxxx" MTK-nın yerinə Cavabdeh MMMC-nin yaradılmasını, nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517/2518-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişin 1-ci mərtəbəsində yerləşən 50a saylı mənzilin altındakı ümumi sahəsi 60 kv.metr olan (yeni ünvan: ünvan 1 qeyri-yaşayış sahəsi- zirzəmisi üçün pay haqqının tam ödənildiyini təsdiq edən MMMC-nin maliyyə arayışının və həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMMCnin üzvlərinin ümumi yığıncağının qərarının (ümumi protokoldan çıxarışı), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış mərtəbəlik planı-cizginin (sahəsi ayrılmaqla) İddiaçı verilməsi verilməsi öhdəliyi cavabdeh "xxxx" MMMC-yə həvalə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517/2518-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişin 1-ci mərtəbəsində yerləşən 50a saylı mənzilin altındakı ümumi sahəsi 60 kv.metr olan (yeni ünvan: ünvan 1 qeyri-yaşayış sahəsi- zirzəmisi üçün pay haqqının tam ödənildiyini təsdiq edən MMMC-nin maliyyə arayışının və həmin qeyriyaşayış sahəsinə dair "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarının (ümumi protokoldan çıxarışı), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış mərtəbəlik planı-cizginin (sahəsi ayrılmaqla) İddiaçı verilməsi verilməsi öhdəliyi cavabdeh "xxxx" MMMC-yə həvalə edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-865/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-865/2024
23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver