Məhkəmə qərarları › İş №2(007)-876/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-876/2021

17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-876/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Mollayeva Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Mollayeva Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki,hər iki cavabdehi bir ildir ki, tanıyır.Həmin şəxslər onun qızıl-zinyət alqı-satqı üzrə müştəriləridir. 2020-ci ilin fevral ayında hər iki cavabdeh pulunu ödəmədikləri üçün onlardan ödəniş istəmiş, cavab olaraq bildirmişlər ki, onlara yenidən qızıl verərsə əvvəlki ödənişlərlə birlikdə aylıq ödənişləri də edəcəklər. Züleyxa və Cavabdeh2 ondan aldıqları qızılları dəyər-dəyməzinə satdıqlarını anladığı üçün onlara qızıl satmaqdan imtina etmişdir. Nəticədə 2020-ci ilin fevral ayında alınan qızılların məbləği ödənilməmiş qalmışdır. Cavabdeh1 7200 manat,Mollayeva Cavabdeh2 isə 9500 manat borcu yaranıb, ümumilikdə hər iki qadın ona 16700 manat məbləğində borcunu hal-hazıradək qaytarmayıblar.O, bununla bağlı polis bölməsinə müraciət etmişdir və araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh1 7200 manat əsas borun və icranı gecikdirməyə görə 270 manat faiz borcunun,cəmi 7470 manat,X1 9500 manat əsas borcun və icranı gecikdirməyə görə 356 manat faiz borcunun,cəmi 9856 manat pulun və ödənilmiş 30 manat dövlət resumunun hər iki caqvabdehdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Mollayeva Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Nizami Rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis mayoru Pərvanə Əzizovanın cinayət işinin başlanmasının rədd olunmasına dair 06.10.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı faktla bağlı polis orqanına müraciət etmiş və araşdırma nəticəsində hər iki cavabdehin izahatları alınmışdır. Araşdırma zamanı Cavabdeh1 1000 manat, Mollayeva Cavabdeh2 isə 1700 manat İddiaçı borcunun olduqlarını etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməs

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır.İddiaçı həmin müqavilənin şərtlərinə əməl edərək malı cavabdehlərə versə də sonuncular öz öhdəliklərini tam və layiqincə icra etməmişlər.Nəticədə Cavabdeh1 İddiaçı 1000 manat, Mollayeva Cavabdeh2 isə 1700 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki,hər iki cavabdehdən əsas borc tələbinin qaytarılması hissəsində iddia qismən təmin olunmalı, Cavabdeh1 1000 manat, Mollayeva Cavabdeh2 isə 1700 manat İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın faiz borcunun tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır.Belə ki,iddiaçı malı cavabdehlərə verərkən borcun faizlə qaytarılmalı olması barədə sonuncularla razılaşması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1000 manat, Mollayeva Cavabdeh2 isə 1700 manat İddiaçı xeyrinə tutulmalıdır. Hər iki cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 1000 manat, Mollayeva Cavabdeh2 isə 1700 manat İddiaçı xeyrinə tutulsun. Hər iki cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar