Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-89/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin həcmini artırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "FVS- İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2016-c il tarixli payın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev 46 və R.Rüstəmov 23 ünvanda yerləşən Cavabdeh tikməkdə olduğu binanın B-girişindəki yerdən 9-cu mərtəbəsində 41 N-li, 3 otaqlı 128 kv.m mənzili ona 1 kv. m-in dəyəri 1070 manat olmaqla hesablanıb satılıb. O,həmin 128 kvadrata uyğun hesablanan mənzilin dəyərini tam olaraq ödəyib. Lakin mənzil istismara qəbul edilkdən və ona təhvil verildikdən sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri ərazi İdarəsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışda həmin mənzilin sahəsi 106 kv.m. göstərilib. Belə ki, DƏDRX-nin mütəxəssislərinin apardıqları ölçünün nəticəsi ilə cavabdehin ona müqavilədə qeyd etdiyi sahə ölçüsü arasında 22 kv.m fərq yaranır. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən 22 kv.m sahənin pulu artıq ödənilib.lakin iş üzrə ekspertiza keçirildikdən sonra müəyyən olunmuşdur ki, mənzilin sahəsi cəmi 102.8 kv.mdir.Ona görə də iddianın həcmini artırmış və cavbdehdən onun xeyrinə 25894 manat zərərin və 10000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna baxmayaraq məhkəmə qəbul etdiyi 16 iyun 2022-ci il tarixli qətnamədə həmin ərizəyə qiymət verməmiş, onun dəymiş ziyana görə 23540 manat tələb etdiyini qeyd etmişdir.Qeyd olunanlara əsasən iş üzrə əlavə qətnamə çıxarılması və tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh ərizəyə baxılması ilə əlaqədar qanunla müəyyən olunan qaydada xəbərdar edisə də nümayəndəsini məhkəmə iclasına göndərməmişdir.Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ilə "FVS-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2016-c il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev 46 və R.Rüstəmov 23 ünvanda yerləşən Cavabdeh tikməkdə olduğu binanın B-girişindəki yerdən 9-cu mərtəbəsində 41 N-li, 3 otaqlı sahəsi 128 kv.m olan mənzil İddiaçı 1 kv. m-in dəyəri 1070 manat olmaqla hesablanıb satılıb. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 124 saylı evin 41 saylı mənzilin sahəsi 106,40 kv.m təşkil edir.Mənzilə xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1268 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 46 və R.Rüstəmov 23 ünvanda yerləşən binanın 9-cu mərtəbəsində 41 N-li, 3 otaqlı mənzilin sahəsi 102.8 kv.m (106,05-3,25) təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, İddiaçı ilə "FVS-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2016-c il tarixli payın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev 46 və R.Rüstəmov 23 ünvanda yerləşən Cavabdeh tikməkdə olduğu binanın B-girişindəki yerdən 9-cu mərtəbəsində 41 N-li, 3 otaqlı 128 kv.m mənzili İddiaçı 1 kv. m-in dəyəri 1070 manat olmaqla hesablanıb satılıb. Lakin payçı həmin mənzilə mülkiyyət hüququ əldə edərkən müəyyən olunub ki, mənzilin sahəsi 128 kv.m deyil, 106,40 kv.m təşkil edir. Ekspertiza rəyi ilə isə müəyyən olunmuşdur ki,mənzilin sahəsi 102.8 kv.m-dir. Göründüyü kimi, iddiaçı 128 kv.m mənzil sahəsinə gərə hər kv.m üçün 1070 manat olmaqla 136960 manat pul ödədiyi halda, ona cəmi 102.8 kv.m sahəsi olan mənzil verilmişdir. Mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 25.2 kv.m kiçikdir. 1 kv.m sahənin dəyəri 1070 manat olduğundan və mənzilin dəyəri tam ödənildiyindən (cavabdeh tərəf bunu mübahisələndirmir) iddiaçıya dəymiş ziyan 26964 manat təşkil edir. İddiaçı isə dəymiş maddi ziyana görə 25984 manat tələb edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 iş üzrə qəbul etdiyi 16 iyun 2022-ci il tarixli 1ətnamə ilə iddianın qismən təmin olunması, Cavabdehndən vurulmuş maddi ziyana görə 23540 manat İddiaçı xeyrinə tutulması,qalan hissədə iddianın təmin olunmaması,E kspertiza tədqiqatının dəyəri olan 150 manat pulun"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Göründüyü kimi,iddiaçı son dəqiqləşdirmə ərizəsində maddi ziyana görə 25894 manat tələb etdiyi və ekspert rəyinə əsasən dəymiş ziyanın 26964 manat müəyyən olunduğu halda məhkəmə iddiaçının dəymiş ziyana görə 23540 manat tələb etdiyini qeyd etmiş və dəymiş maddi ziyan hissəsində iddianı həmin məbləğdə təmin etmişdir. Beləliklə iddiaçıya dəymiş maddi ziyana görə 2354 manat az məbləğin tutulması qət olunmuş və qətnamədə bu hal əsaslandırılmamışdır. Ona görə də əlavə qətnamənin çıxarılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki,iş üzrə əlavə qətnamə çıxarılmaqla Cavabdehndən vurulmuş maddi ziyana görə 2354 manat manat İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci,229, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "FVS-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş maddi ziyana görə 2354 manat İddiaçı xeyrinə tutulsun. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-89/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(007)-89/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver