Məhkəmə qərarları › İş №2(007)-921/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-921/2022

18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-921/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Quqark kəndində anadan olmuşdur. Bu barədə Quqark kənd soveti tərəfindən XX-SL 084560 nömrəli doğum şəhadətnaməsi almışdır. Lakin həmin doğum şəhadətnaməsindəki yazılar pozulduğuna, şəhadətnamə yararsız hala düşdüyünə görə, onun bərpası üçün qeydiyyatda olduğu ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Lakin, tələb olunan sənədləri təqdim etmək mümkün olmadığına görə, oradan imtina edilmişdir. Bildiriblər ki, “doğum haqqında akt qeydinin bərpa edilməsinə dair zəruri sənədlər olmadığına görə, xahişiniz imkan xaricindədir”. Hal-hazırda doğum akt qeydini bərpa etdirib, yeni şəhadətnamə almaq istəyir. Buna görə də, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydinin bərpası barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi X1 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə nəzərə alınaraq, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa iş materiallarına əlavə edilmiş 27430 nömrəli qəbzdən görünür ki, iddiaçının vəkili və nümayəndəsi X1 hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (MPAY QSC: VÖEN **********, Qəbz nömrəsi- 27430, Terminal nömrəsi- 3439, Tarix: 21.01.2022, saat 12:24). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi X1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (MPAY QSC: VÖEN **********, Qəbz nömrəsi- 27430, Terminal nömrəsi- 3439, Tarix: 21.01.2022, saat 12:24) dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçının vəkili və nümayəndəsi X1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (MPAY QSC: VÖEN **********, Qəbz nömrəsi- 27430, Terminal nömrəsi- 3439, Tarix: 21.01.2022, saat 12:24) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar