Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-922/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Samsung 124 sm (49 inches) Smart TV” markalı televizorun dəyəri kimi 1200 manat pul məbləğinin, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 200 manat və 50 (əlli) manat mediasiya xərci, cəmi 1450 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək bildirdi ki, hazıda televizorun dəyərini təşkil edən 500 manat iddiaçıya ödənilmişdir. Buna görə də, hazırki iddia tələbəindən imtina edir və mülki işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin iddiasından etməsi barədə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin mənafelərinə toxunmadığından, qəbul edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı nümayəndəsi və vəkili Vəkil iddiadan imtinası qəbul edilməli, iddiaçı X1 Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiadan imtinası qəbul edilsin. İddiaçı X1 Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-922/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-922/2022
30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver