Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-929/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 il ərzində ona və ailə büdcələrinə dəymiş ziyan ayı 500 manat olmaqla, bir il üçün 6000 manat, 8 il üçün 48000 (qırx səkkiz min) manat pul təzminatının ödəməsi uçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 2(007)-1505/2021) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 2(010)-1318/2022) qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 2(103)-8411/2022) qərardadında X3nun erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli uğrunda gedən döyüşlərdə 14.02.,1994-cü ildə şəhid olması ilə əlaqədar Nizami rayon İH-nın Başçısının xx.xx.2011-ci il tarixli 15 №-li sərəncamına əsasən şəhid ailəsi kimi onlara Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 m2 olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Qardaşı Cavabdeh, arvadı X10, oğlu X23 anasının və onun razılığı olmadan və iradələrinin əksinə zidd olaraq artıq 8 ilə yaxındır ki, mənzildə təmir işi aparacağı adı ilə mənzili zəbt etmiş, sonradan mənzilin qapısını bağlayaraq anasını və onu mənzilə buraxmamışdır. O da evli olduğu üçün (xx.xx.2019-cu ildən) və otağın birində yaşamaqlarına imkan vermədikləri üçün bir ildən artıq ayı 300 manata kirayədə yaşamış, ailə büdcələrinə böyük maddi ziyan dəymiş, cavabdehin hərəkəti nəticəsində onların bir neçə illər ərzində yaşamaq hüquqları qanunla təsbit edildiyi halda şüurlu surətdə cavabdeh və ailəsi tərəfindən pozulmuş, külli miqdarda maddi ziyan çəkmiş, bu maddi ziyan bu gün də artmaqda davam edir, bu da onun və ailəsinin maddi, mənəvi və psixoloji gərginlik keçirməsinə səbəb olmuşdur, onun və ailəsinin dövlət tərəfindən tanınmış hüquqlarının pozulmasına bilərəkdən və şüurlu surətdə rəvac vermişlər, bu hal yenədə davam edir. Belə ki, qeyd etdiyi kimi Nizami Rayon Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin qətnamələrində onun və azyaşlı övladı X27 məlum mübahisəli mənzilə köçürülməsi qət edilmiş və qanuni qüvvəyə minmiş qətnamənin icrası Suraxanı rayon icra şöbəsi tərəfindən 15 noyabr 2022-ci il tarixdə yerinə yetirilərək ona və azyaşlı övladı X33 mübahisəli mənzilin bir otağına köçürülmüş, mənzilin ümumi giriş açarı ona təqdim edilmiş, cavabdeh tərəf heç bir maneəçiliyin olmayacağını bildirmişdir, yaşayış üçün ev əşyalarını mənzilə aparmış, bir neçə dəfə mənzilə daxil ola bilmişdir, sonradan 24 yanvar 2023-cü il tarixdə yenidən ona aid yaşayış sahəsinə gedərkən ümumi giriş qapısının arxadan-yəni içəridən açarla bağlı olduğunu görmüş, mənzilin qapısını döymüş, mənzildə adam olsa da, qapını açan olmamışdır. Ona görə də o, Suraxanı rayon 30-cu polis bölməsinin sahə müvəkkilinə və icra məmuru Rüfət Maqsudova məlumat vermiş, Cavabdehlə telefon əlaqəsi saxlanmış, cavabdeh yalandan mənzildə heç kəsin olmadığını bildirmişdir, həmişə qapının kilidini açan açar arxadan açar taxıldığı üçün yarıya qədər açdığı hissəyə yerləşirdi, bir mənalı şəkildə yalandır, cavabdeh tərəf və ailəsi məhkəmələrin Azərbaycan Respublikası adından çıxardığı qətnamə və qərardadların hətta icrasının yerinə yetirdiyi halda hörmətsizlik edir. Bu da cavabdehin bildiyi halda məhkəmənin qərarı hamı üçün məcburidir və yerinə yetirilməlidir. Lakin yerinə yetirilmir, çünki burada bir qorxusuzluq prezumpsiyası var. Həmçinin Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin 3-cü səhifəsində şəhid ailəsinə verilən 11000 manat məbləğində pulun ona verilərək borcunu ödəməsi və Ləhic bağlarında atalarına verilən torpağı da sataraq pulunu xərcləməsi, ümumiyyətlə anaları sağlığında borc-xərc edib ancaq cavabdehin borcunu ödəməklə məşğul olmuşdur. Lazım gəlsə bank borcları haqqında sənədləri və başqa sənədləri məhkəməyə təqdim edə bilər, çünki bu onun və ailəsinin haqqıdır. Heç kəs yaşadığı və ona aid olan mənzildən məhrum edilə bilməz, əgər edilibsə cavabdeh tərəf həmin ziyanı ödəməyə birmənalı şəkildə borcludur. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının ailəsi ilə birlikdə kirayədə yaşaması tamamilə əsassızdır. Belə ki, iddiaçı ailəsi ilə birlikdə anası tərəfindən onlara bağışlanmış və həmin bağışlamaya rəsmi razılıq verdiyi və hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23, mənzil 405-də yaşayırlar. İddiaçı iddia ərizəsində də qeydiyyatda olduğu və yaşadığı həmin ünvanı qeyd edir. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011ci il tarixli, 15 saylı Sərəncamına əsasən Bakı şəhər Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı 23 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu X24, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü, şəhid ailəsi anası X4 adına rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(007)-1505/2021 saylı qətnaməsinə əsasən Bakı şəhər Nizami Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1505/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla “mənzilə köçürülmə” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)4318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə köçürülmüş, iddia qalan hissədə təmin edilməmişdir. Buna görə iddiaçının iddia ərizəsində istinad etdiyi Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4505/2021 saylı qətnaməsi ləğv edildiyindən həmin qətnaməyə əsaslanması qeyri-qanunidir. İddiaçı 2013-cü ildən indiyə kimi mübahisəli mənzildə qonaq olmuş və həmin mənzildə ona daimi yaşamaq istəyinin olmasını bildirməmişdir. O, 2019-cu ildə ailə həyatı qurduqdan sonra da mübahisəli mənzildə iki dəfə qonaq olmuş və həmin vaxtlarda da ona mübahisəli mənzildə yaşamaq istəyinin olmasını bildirməmişdir. Bir sözlə, o və ailəsi heç vaxt iddiaçının və ailəsinin mübahisəli mənzildə yaşamalarına mane olmamışlar, məhkəmə qətnaməsinə qədər onlar qeyd etdiyi kimi onun mənzilində daimi yaşamaq istəklərinin olmasını bildirməmişlər və həmin mənzilə daimi yaşamaq üçün gəlməmişlər. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi Suraxanı rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə yerinə yetirilərək iddiaçı və azyaşlı övladı X33 mübahisəli mənzilin bir otağına köçürülmüş, mənzilin ümumi giriş qapısının açarı ona təqdim edilmişdir. Bundan sonra da onlar iddiaçıya yaşayış sahəsinə girib-çıxması üçün hər hansı bir maneə törətməmişlər. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına hər hansı bir maneçilik halı Suraxanı rayon İcra Şöbəsində qeydə alınmamışdır. xx.xx.2023-cü ildə o, həyat yoldaşım X7 və oğlum X17 Qızıldaşda olan qohumlarının toyuna aparmış və xx.xx.2023-cü ildə onları Razindəki şadlıq sarayından axşam evə gətirmişdir. Özü də həmin vaxt hər gün səhər tezdən evdən çıxıb axşam saat 10-11 radələrində evə qayıtmışdır. Buna görə xx.xx.2023-cü ildə iddiaçı mübahisəli mənzilə gələrkən o və ailə üzvləri həmin mənzildə olmamışlar. Bundan bir neçə gün sonra iddiaçı Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin əməkdaşları ilə mübahisəli mənzilə gəlmiş və iddiaçı bildirmişdir ki, mübahisəli mənzilin zamokunu dəyişib, lakin polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı məlum olmuşdur ki, mənzilin giriş qapısındakı zamok dəyişdirilməyib, polis əməkdaşları köhnə zamokla mübahisəli mənzilin giriş qapısını açıb mənzilə daxil olmuş və bilə-bilə yalan məlumat verdiyinə görə iddiaçını şifahi xəbərdarlıq formasında tənbeh etmişlər. İddiaçı Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinə istinadən qeyd edir ki, şəhid ailələrinə verilən 11000 manat məbləğində pul ona verilərək guya borcunu ödəmiş və Ləhiş bağlarında atalarına verilən torpağı sataraq pulunu xərcləmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin 2-3-cü səhifələrində isə yuxarıda qeyd edilən cümlələr İddiaçı verdiyi izahatı əsasında qeyd edilmişdir. Bununla əlaqədar bildirir ki, 11000 manat məbləğində pulu anası X1 özü alıb, onun bundan 2 ay sonra xəbəri olmuşdur və həmin pul ona verilməmişdir. Eyni zamanda atasına məxsus Ləhiş bağlarında olan 12 sot torpaq sahəsini də anası sağlığında satıb öz istəyi ilə xərcləmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, anası sağlığında iddiaçının toyu üçün X5 aldığı 3000 manat məbləğində borca görə hazırda o, cavabdeh qismində Nizami Rayon Məhkəməsində həmin işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsinin 2-ci səhifəsində kirayə haqqını ayda 300 manat qeyd etsə də, sonuncu 3-cü səhifədə kirayə haqqını ayda 500 manatdan hesablayaraq 8 il üçün ondan 48000 manat məbləğində maddi təzminat tələb edir. Digər tərəfdən əgər iddiaçının həqiqətdən də 8 il bundan əvvəl hüququ pozulmuş olsaydı onda iddia ərizəsini 8 il bundan əvvəl vermiş olardı. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar hər hansı bir sənədlə sübut edilmədiyindən ona qarşı məhkəməyə verdiyi “dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi” ilə əlaqədar iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə onun evə köçürülməsi qət edilmiş, o da evə köçürülmüşdür. Bunu qəbul edir. Lakin həmin vaxta kimi cavabdeh uzun illər onun evdən istifadəsini məhdudlaşdırmışdır. Həmin dövrlər üçün ona dəymiş ziyanın ödənilməsi istəyir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı mübahisəli mənzilə bir neçə saatlıq gəlir, amma həmin mənzildə qalmır. İddiaçı onların ailəvi mənzildən köçmələrini istəyir. İddiaçının yaşadığı mənzil var, həmin sənədli mənzili şəxsən onun razılığı ilə iddiaçının adına rəsmiləşdirmişlər. Məhkəmədəki digər iş iddiaçının əcnəbilərə bir otağı ayı 500 manatdan 8 ilə vurulmaq şərti ilə kirayə vermək tələbi olmuşdur. İddiaçı hazırda mübahisəli evdə yaşamır. Onun tərəfidən ididaçının mənzildə yaşaması ilə bağlı maneə yaradılmır. İddiaçıya məxsus əşyalar hələ də evdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011 ci il tarixli, 15 saylı sərəncamından arxiv çıxarışının surətindən görünür ki, Yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış mənzillərin onların adına rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 oktyabr 2009-cu il tarixli 11/30-515 saylı, 02 dekabr 2009cu il tarixli 11/30-606 saylı, 25 yanvar 2011-ci il tarixli 11/30-43 saylı məktubları ilə daxil olmuş əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin bölgüsünü həyata keçirən komissiyanın 2009-cu il 10 oktyabr, 4 noyabr və 2010-cu il 15 fevral tarixli qərarlarına əsasən Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş yaşayış binalarından Nizami rayonu üzrə ayrılmış mənzillərin sənədləşdirilməsinə dair Nizami rayonu İcra hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın xx.xx.2011-ci il tarixli iclasının 1№-li protokolu ilə rəsmiləşdirilmiş təklifini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin xx.xx.2011-ci il tarixli xx/xx/5080-12/18 №-li dərkənarı ilə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci iltarixli 3/75-R59№-li rəyinə əsaslanaraq Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasmov küçəsi 14a №-li binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m., yaşayış sahəsi 41, 29 kv.m. olan 2 otaqlı 23 saylı mənzil -3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2021ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dğvlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 129 saylı arayışındna görünür ki, X4 vəfat etmiş həyat yoldaşı X12 Azərbaycan Respublikasının ərazi bütövküyü uğrunda erməni qəsbkarlarına qarşı əməliyyatlar zamanı Fizuli rayonundan xx.xx.1994-cü ildə şəhid olmuşdur. - AZ seriyalı № 129307 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il 13b nömrəsi ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı № 129477 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il 951 nömrəsi ilə qeyd edilmişdir. - Xİİİ-JQ seriyalı № 344462 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci il tarixdə doğulmuşdur. X3, anası X8r. - AZ-İİ seriyalı № 377061 saylı nikah haqqında şahədətnamənin surətindən görünür ki, İddiaçı ilə X18 arasında nikah 23 noyabr 2019-cu ildə bağlanmış və bu barədə akt qeydləri kitabında həmin tarixdə 4741 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əfəndiyev,arvada Əfəndiyeva soyadı verilmişdir. - AZ-İV seriyalı № 616450 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 28 iyun 2021-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X13r. - 103 saylı MKİS-in xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu İcra Hakimiyyətinə ünvanladığı məktubun surətindən görünür ki, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a mənzil 23-də Azərbavcan Respublikası Nizami rayonu İcra Hakimiyyətinin 21 fevral 2011ci il tarixli 15 saylı Sərəncamına əsasən yuxarıda göstərilən ünvan X6 adınadır. Həmin sərəncamda adları qeyd olunan Cavabdeh 1984-cü il təvəllüdlü və İddiaçı 1988-ci il təvəllüdlü övladlarıdır. Azərbavcan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı arayışa əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, ev 23, mənzil 405-də pasport qeydiyyatındadır. E.Qasımov küçəsi, ev 14a, mənzil 23-də pasport qeydiyyatında heç kəs yoxdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X27 ünvan 5 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qət edilmişdir. - “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzilin yerləşdiyi ərazidə 1 otaqlı mənzilin qiymətlədirmə tarixinə olan aylıq kirayə haqqı 220 AZN təşkil edir. - Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tələbkarın ərizəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Mülki iş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ataları X16 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı hərbi əməliyyatlar zamanı 14 fevral 1994-cü il tarixdə Füzuli rayonunda şəhid olmuşdur, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2011-ci il tarixli 15 nömrəli Sərəncamına əsasən Nizami rayonu üzrə ayrılmış mənzillərin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin adlarına rəsmiləşdirilməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra adlarına mənzil rəsmiləşdirilmiş şəxslərlə sosial kirayə müqaviləsinin bağlanılmasının aidiyyəti MKİS-lərə həvalə edilməsi qərara alınmışdır: Siyahı üzrə 1.9-cu sırada Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 saylı mənzilin - 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X11 qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Həmçinin onlar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında iddiaçı və azyaşlı uşağı həmin ünvana qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun və ailəsinin mənzildən məhrum edilməsi səbəbindən hər ayı 500 manat olmaqla, 8 il üçün ümumilikdə 48000 manat pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, İddiaçı Raqif oğlu və Cavabdeh Raqif oğlu qardaşdır. Onların atası X16 xx.xx.1994-cü il tarixfdə X14 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 m2, yaşayış sahəsi 41,29 m2 olan 2 otaqlı 23 saylı mənzil üç nəfər ailə tərkibi ilə birlikdə hazırkı iş üzrə tərəflərin anası X4 adına rəsmiləşdirilmişdir. Həmin ailə tərkibi hazırkı iş üzrə tərəflər və anaları X2 ibarət olmuşdur. Lakin bu mənzildə cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. X11 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. ünvan 5 ünvanında yerləşən mənzil şəhid ailəsi kimi tərəflərin anasının adına rəsmiləşdirilmiş, bu zaman hazırkı iş üzrə iddiaçı və cavabdehin də adı ailə üzvü kimi qeyd edilmişdir. Yəni iddiaçı və cavabdehin hər ikisi bu mənzilə münasibətdə bərabərsosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü statusundadır. Onlardan birinin digərinə münasibətdə mənzil üzərində daha üstün hüququ yoxdur. Hər ikisi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin uşaqları olmaqla bu mənzildən istifadə etmək, mənzil də yaşamaq hüququna eyni dərəcədə malikdir və biri digərinin bu hüququnu məhdudlaşdıra bilməz. Bu baxımdan Cavabdeh İddiaçı həmin mənzilə köçürülməsinə razılıq verməməsi qanunsuzdur və cavabdehin mənzil toxunulmazlığı hüququ ilə izah edilə bilməz. Əksinə, mənzil üzərində özü ilə bərabər hüquqa malik olmasına baxmayaraq, İddiaçı tozunun həmin mənzildən istifadəsinə mane olunması iddiaçının mənzil toxunulmazlığı hüququnun pozuntusudur. Məhkəmə qətnaməsinə əsasən İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönədilmiş, bundan sonra iddiaçı və azyaşlı övladı X33 adıçəkilən mənzilə köçürülmüş və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədinin icrası təmin edildiyindən icraata xitam verilmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən uzun illər mənzilə buraxılmadığını, kirayədə yaşadığını, mənzildən məhrum edildiyini və bununla ona maddi və mənəvi ziyan dəydiyini qeyd edərək hazırkı iddiasını əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ilə xx.xx.2021ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, elə həmin vaxt mənzildə yaşamaqla bağlı istəyini ifadə etmişdir. İddiaçı və onun azyaşlı övladının mənzilə köçürülməsi təmin edildikdən sonra onlar mənzilə köçürülmüş və onun ərizəsinə əsasən icra sənədinin icrasına xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən yaradılan maenələr səbəbindən mənzildə yaşaya bilmədiyini qeyd etsə də, o, bununla bağlı hüquqlarını müdafiə etmək üçün məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, məhkəmə qərarı ilə evə köçürüldükdən sonra isə eyni hallarla bağlı aidiyyəti orqanlara müraicət etməmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı rayon icra şöbəsindən icra işinin materiallarının alınması təmin edilmiş, müəyyən edilmişdir ki, iddiaçı icra işinin icraatına xitam verildikdən sonra mənzilə yaşaması ilə bağlı qeyd etdiyi manelərin olması halında heç bir tədbir görməmişdir. Həmin qərarı mübahisələndirməmişdir. Həmçinin, iddiaçı 8 il üçün hər ay 500 manat olmaqla, ümumilikdə 48000 manat pul tələb etsə də, onun 8 il ərzində mənzildən məhrum olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırda kirayədə yaşadığını və aylıq 300 manat kirayə haqqı ödədiyini qeyd etsə də, məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi məhrumiyyətlər çəkməsinə, cavabdeh tərəfindən mənzildə yaşamasına (mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi çıxarılmadan öncəki səkkiz il ərzində və hazırda) maneələr yaradılmasına, hazırda kirayədə yaşamasına dair iddia tələbində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən adıçəkilən mənzilə qeydiyyata alınmadan öncə ünvan 9 ünvanında qeydiyyatda olmuş (əsas: 6 saylı ASAN, xx.xx.2022-ci il tarixli arayış) və hazırda qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə iddiaçının Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi təmin edilmiş, lakin bundan sonra cavabdeh tərəfindən iddiaçıya mənzildə yaşamaqla bağlı maenələrin yaradılması müəyyən edilməmiş, iddiaçı məhkəmə qətnaməsinin icrası üçün zəruri tədbirlərin görülməsini tələb etməmişdir. İddiaçı 8 il ərzində mənzildə yaşamaqla bağlı cavabdeh tərəfindən manelərin yaradıldığını qeyd etsə də, o, hüquqlarının müdafiəsi üçün 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmçinin mənzilə köçürlmə ilə bağlı məhkəmə qətnaməsinin icrası mərhələsində cavabdeh barəsində hər hansı bir məcburi icra tədbirləri həyata keçirilməməmiş, məhkəmə qətnaməsi maneəsiz icra edilmişdir. Ümumiyyətlə məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması, mənzildə yaşamaq hüququndan məhrum olması, ona maddi ziyanın cavabdeh tərəfindən vurulması, kirayədə yaşaması (iddiaçı iddia tələbində 300 manat kirayə haqqı ödədiyini qeyd etsə də, tələbdə 500 manat qeyd etmişdir) hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Nizam rayon İvra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən 23 saylı mənzil üç nəfər ailə tərkibi ilə birlikdə hazırkı iş üzrə tərəflərin anası X4 adına rəsmiləşdirilmişdir. Lakin hazırda mənzillə bağlı başqa şəxslərlə kirayə müqaviləsi bağlanması müəyyən edilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “8 il ərzində ona və ailə büdcələrinə dəymiş ziyan ayı 500 manat olmaqla, bir il üçün 6000 manat, 8 il üçün 48000 (qırx səkkiz min) manat pul təzminatının ödəməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tərəflərinhər ikisi şəhid ailəsi olmaqla dövlət rüsumunundan ödənilməsindən azad olduqlarından dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “8 il ərzində ona və ailə büdcələrinə dəymiş ziyan ayı 500 manat olmaqla, bir il üçün 6000 manat, 8 il üçün 48000 (qırx səkkiz min) manat pul təzminatının ödəməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-929/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-929/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver