Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-931/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1150 (min yüz əlli) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərində fəaliyyət göstərən plastik qapı-pəncərə sistemləri sexinin sahibidir. X3 2022-ci ilin sentyabr ayının axırlarında ona müraciət edərək plastik qapı-pəncərə lazım olduğunu bildirmişdir. Qonşuluqda olan digər bir qapı-pəncərə sistemləri sexinin rənbərliyinə müraciət edərək işçilərindən birini ölçmə işləri aparmaq üçün X3nun evinə getməyi xahiş etmiş, o da ona Cavabdeh adlı şəxsi məsləhət bilmişdir. Onun göstərişi əsasında cavabdeh Asif Əliyevin yaşadığı ünvana getmişdir. O, Cavabdeh müraciət edən şəxsin ünvanına göndərərək ona ölçü işləri görülməsini tapşırmışdır. Azər Sumqayıt şəhəri, Dəniz kənarı ünvanda olan müştərinin evinə gələrək ölçmə işləri aparmış, ev sahibindən yerinə yetirəcəyi işlərə görə 1650 (min altı yüz əlli) manat beh alaraq çıxıb getmişdir. O, müştəriyə özünü onun oğlu kimi təqdim etmişdir. Müştərinin evindən qayıtdıqdan sonra Azər ona götürdüyü sifarişə görə 500 (beş yüz) manat pul vermişdir. Azər ona bildirmişdir ki, müştəri ilə görülən işlərə görə 2300 (iki min üç yüz) manata danışmışdır. O, 10 gün müddətinə Azərin dediyi predmetləri düzəldərək həmin əşyaları müştərinin evinə yerləşdirmişdir. Bu zaman müştəri ona sifariş verdiyi 3-cü əşyanı gətirmədiyini bildirmişdir. O da müştəriyə bildirmişdir ki, nahaq ustaya pul vermişdir ona zəng etsə idi, predmetlərin qiymətini bildirərdi. Cavabında o, ona qeyd etmişdir ki, əşyaların sifarişinə görə Azərə 1650 (min altı yüz əlli) manat ödəniş etmişdir. İşin dəyərini isə 2300 (iki min üç yüz) manata danışmışlar. Sonradan ona məlum oldu ki, Azər Məhərrəmov onu oğlu olması adı ilə müştərini aldatmışdır. O, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər 3-cii Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Cavabdeh müştərini aldadaraq ondan götürdüyü sifarişə görə 2150 manata razılaşdığını, ev sahibindən 1650 manat ödəniş etdiyini, 500 manatını isə ona ödəniş etdiyini bildirmişdir. Qalan 1150 manat pulu isə cavabdeh mənimsəmişdir. Hal-hazırda cavabdehin ona 1150 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 1650 manat məbləğdən 500 manat ona verilmişdir. Bu məsələ ilə bağlı Asif Əliyev polisə şikayət etmiş, cavabdeh orada ödəniş üçün 10 gün vaxt istəmişdir. Cavabdehin məhkəmə prosesindən məlumatı vardır və aralarında barışıq yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X8 şahid qismində ifadə verərək göstrəmişdir ki, onun tərəflərlə heç bir qohumluq münasibəti yoxdur. O, Ramiz ustaya sifariş vermək üçün yaxınlaşmış və sifarişlərini vermişdir. Sonra iddiaçı ölçü götürmək üçün Cavabdeh göndərmiş, Azər də sifarişlər üçün ondan 1650 manat pul almışdır. Ramiz usta işlə onun pulunu bağlamış, yerdə qalan pul digər şkafın 300 manat behidir və həmin məbləğ 1650 manat vəsaitə daxildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhərində fəaliyyət göstərən plastik qapı-pəncərə sistemləri sexinin sahibidir. X3 2022-ci ilin sentyabr ayının axırlarında ona müraciət edərək plastik qapı-pəncərə lazım olduğunu bildirmişdir. Daha sonra iddiaçı tərəfindən göndərilən Cavabdeh X5 evinə gedərək 03 ədəd şkaf, 05 ədəd setka və 05 ədəd setka üçün ümumi 2200 manata razılaşmış, X8 qabaqcadan Cavabdeh 1650 manat pulu vermiş və pulun qalanını iş təhvil verildikdən sonra ödəyəcəyini bildirmişdir. Daha sonra X1 Azər Xalıqverdi oğlu tərəfindən aldadıldığını bilmiş və xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək 2022-ci ilin sentyabr ayının axırlarında razılaşdığı özünü qapı-pəncərə sexi işçisi kimi təqdim edən Azər adlı şəxsin ondan görülmüş iş üçün 1650 manat pul aldığını, lakin, daha sonra Azərin sexin müdiri Ramizə 500 manatı verdiyini, Azər adlı şəxsin onun 1150 manat pulunu mənimsədiyini bildirmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh Sumqayıt şəhəri 17-ci mikrorayon, Daş bazarı ərazisində plastik qapı-pəncərə sexi işlədən İddiaçı Məhərəm oğlunun sexinə pəncərə ölçüləri götürmək üçün getdiyi dəniz qırağında yerləşən ünvanda ev yeyəsindən 2150 manat qiymətilə razılaşdığını, ev sahibindən beh verilməsini istədiyini, ev sahibinin ona 1650 manat ödəniş etdiyini, həmin məbləğdən 500 manat Ramizə ödəniş etdiyini, yerdə qalan məbləğin 1150 manatını mənimsədiyini, ona görə də ona mənimsədiyi 1150 manat pulun ödəməyi üçün 10 gün vaxt verilməsini xahiş etmiş, yazılanları özü yazdığını və heç kimin onu məcbur etmədiyini bidirmişdir. Qeyd olunan hallar qərarda öz əksini tapmaqla toplanmış təhqiqat materialında cinayət hadisəsinin əlamətlərinin olması öz təsdiqini tapmadığından Sumqayıt şəhər 3-cii Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə cinayət işinin başlanması rədd edilmiş və X7 mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş əlyazmadan görünür ki, cavabdeh 1150 manat məbləği ödəmək üçün 10 gün vaxt verilməsini xahiş etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qaytarılmamış 1150 manat vəsaitin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. qeyd olunan hallar polis bölməsinə şikayət verən şahid X5 ifadəsində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə 1650 manat vəsaitin cavabdeh tərəfindən 03 ədəd şkaf və 05 ədəd setkanın quraşdırmaq məqəsdilə alındığı, həmin məbləğin 500 manatı iddiaçıya qaytarıldığı, yerdə qalan vəsait cavabdeh tərəfindən qaytarılacağı bildirilsə də qaytarılmadığı, həmin məbləğin onun tərəfindən mənimsədildiyinin etiraf edildiyi müəyyən olmuşdur. Beləliklə, məhkəmə eyni zamanda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, 1150 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1150 (bir min yüz əlli) manat vəsaitin əvəzi tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi təmin edildiyindən, iddiaçı tərəf dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan Cavabdeh 31,50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1150 (bir min yüz əlli) vəsaitin əvəzi tutulsun. Cavabdeh 31,50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-931/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-931/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver