Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-942/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı mənzilə istilik sisteminin çəkilməsinə təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı mənzilə istilik sisteminin çəkilməsinə təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə vəkilinümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzili hüquqlarını müdafiə etdiyi şəxsin qızı,yetkinlik yaşına çatmayan İddiaçı xüsusi mülkiyyətindədir. Mənzilin yerləşdiyi bina istiliklə təmin olunur, lakin Cavabdeh təqsirindən mənzilin yerləşdiyi blokda 4-cü və 5-ci mərtəbədəki mənzillər, o cümlədən iddiaçıların mənzili istiliklə təmin olunmur. Buna səbəb cavabdehin, Bakı şəhəri,Bəhruz Nuriyev küçəsi, 26b saylı evin 120 saylı mənzilində istilik xətlərinin kəsilməsi və yuxarıda yerləşən mənzillərə istilik xəttinin çəkilməsi üçün xəttin həmin mənzildən keçməsinə icazə verməməsidir.Belə ki, mübahisəli mənzillər beş mərtəbəli binada yerləşir.İddiaçı həmin binanın dördüncü, cavabdeh isə üçüncü mərtəbəsində yaşayır.Həmin binanın birinci və ikinci mərtəbələri istilik sistemi ilə təmin olunub. Binanın üçüncü mərtəbəsindən dördüncü mərtəbəsinə istilik sistemi qalxmır.Buna səbəb üçüncü mərtəbədə yaşayış cavabdehin öz mənzilində olan istilik xəttlərinin tam kəsməsi və öz mənzilinə kombi sistemi çəkərək aşağı mərtəbədən gələn istilik xəttinin yuxarı mərtəbələrə ötürməyə qoymamasıdır.Aşağı mərtəbələrdən gələn xəttin üçüncü mərtəbədən yuxarı mərtəbələrə ötürülməsi üçün heç bir istilik xəttinin olmamasından iddiaçının mülkiyyətində olan mənzilində neçə illərdir ki, istilik yoxdur. Onu da qeyd edir ki, mənzili qızdırmaq üçün elektrik enerjisi və ya təbii qazdan istifadə etməyə məcbur olurlar. Elekrtirk enerjisindən istifadə iddiaçının ailəsinə baha başa gəlir və qış aylarında hər ay xeyli məbləğdə maliyyə vəsaitinin xərcləməyə məcbur olurlar.Təbii qazdan istifadə isə təhlükəsizlik cəhətdən təminatlı deyil. Belə ki, son zamanlar təbii qazdan mənzillərin qızdırılması üçün istifadə edilməsi Bakı şəhərində qəzalara və insan ölümlərinə səbəb olur. Cavabdehin təqsirinidən iddiaçı öz ailəsi ilə qızdırılmayan soyuq mənzildə yaşamağa məcburdur. Uşaqlar tez-tez soyuq mənzildə yaşadıqları üçün xəstələnirlər.Buna görə də hüquqlarını müdafiə etdiyii şəxs davamlı şəkildə əsəb sarsıntıları keçirdir.Çünki cavabdehdən hər dəfə istilik xətlərinin birləşdirilməsinə icazə istədikdə o, çox kobudluqla heç vaxt icazə verməyəcəyini bildirir. Qeyd olunanlara əsasən Cavabdeh üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26b saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə cavabdehin hesabına layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsinin qoyulması, Cavabdeh təqsiri üzündən onun məruz qaldığı mənəvi sarsıntıların əvəzi kimi 5000 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun Qanuni nümayəndə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə icasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli çıxarışın natorial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan ünvanlanmış 19.10.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2021-ci il tarixli 10/1590 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə istilik xətlərinin çəkilməsi Cavabdeh məxsus olan,həmin binanın 120-ci mənzilindən ötürülmədən mümkün deyil. Azərbaycan Respublikası 35.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, cavabdeh çoxmənzilli yaşayış binasının paylı mülkiyyətçisi olmaqla həmin binanın mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunmasına maneçilik törətdir və öz mənzildən iddiaçıya məxsus mənzilə istilik xəttinin çəkilməsinə imkan vermir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə istilik xətlərinin çəkilməsi Cavabdeh məxsus olan,həmin binanın 120-ci mənzilindən ötürülmədən mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə cavabdehin hesabına layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin üzərinə mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsinin qoyulması hissəsində,eləcə də ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tələb olunması hissəsində iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə cavabdehdən vurulmuş mənəvi zərərə 5000 manat tələb olunması hissəsində iddianı əsassız hesab edir.Belə ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmşdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutlaraı qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsi qoyulmalı, ödənilmiş dövlət rüsumuna görə 20 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh alınaraq Qanuni nümayəndə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-942/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-942/2021
24.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver