Məhkəmə qərarları › İş №2(007)-955/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-955/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-955/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Əsgərova X6 Elmar Nadir oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 29350 (iyirmi doqquz min üç yüz əlli) manat pul vəsaitinin, həmçinin 178,45 (yüz yetmiş səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh və xx.xx.1985-ci il təvəllüdlü X7 iddiaçının qardaşlarıdır. İddiaçı və üçüncü şəxs ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmuş, iddiaçı anası X4 ilə birlikdə həmin mənzildə yaşamışdır. Qeyd edilən mənzil X3 xüsusi mülkiyyətində olmuşdur. X4 onun xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 48.30 kv.m sahəsi olan mənzili 4 saylı Bakı ‘‘ASAN xidmət” Mərkəzinin Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 4Ə-1001 reyestr nömrəli bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamış, həmin müqavilə əsasında iddiaçının mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Üçüncü şəxs bağışlanma ilə bağlı öz razılıq ərizələrini notariat orqanına təqdim etmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra cavabdeh iddiaçını və üçüncü şəxsi mütəmadi olaraq narahat etməyə başlamış, onun da vaxtilə analarının xüsusi mülkiyyətində olmuş, sonradan isə anası tərəfindən iddiaçıya bağışlanmış mənzildən pay almalı olduğunu bildirmişdir. İddiaçı və üçüncü şəxs ilkin mərhələdə bu təklifə qarşı çıxış etdiyindən məsələ ilə bağlı faktiki ailədaxili münaqişə yaranmışdır. Cavabdeh üçüncü şəxs barəsində həqiqəti əks etdirməyən məzmunda xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə yaşadığı Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinə və Azərbaycan Respublikasının digər dövlət qurumlarına müraciət etmişdir. Nəticə etibarilə özü də başqa bir ünvanda qeydiyyatda olmasına və faktiki olaraq ölkə xaricində yaşamasına baxmayaraq mənzilin yerləşdiyi ünvana qeydiyyata düşmüş və bundan sonra həmin mənzilin satılaraq əldə ediləcək vəsaitin aralarına bölünməsinə təkid etmişdir. Yaranmış vəziyyət davamlı mübahisələrə səbəb olduğundan iddiaçı ailədaxili münaqişənin qarşısının alınması məqsədilə cavabdeh tərəfindən irəli sürülmüş tələbə razılıq vermişdir. Bundan sonra cavabdeh mənzilin onun tərəfindən daha yüksək qiymətə və hüquqşünas cəlb edilməklə heç bir alıcı tərəfindən aldadılmadan satılması üçün mənzilin iddiaçı tərəfindən ona bağışlanmalı olduğunu, mənzil satıldıqdan sonra iddiaçının "xxxx" ASC-dən götürdüyü kreditin tam şəkildə ödəniləcəyini, əldə edilmiş pul vəsaitinin aralarında bölünəcəyini və iddiaçının ona çatacaq pulla başqa bir mənzil ala bilməyəcəyindən onun müvəqqəti olaraq analarından miras qalmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürüləcəyini bildirmişdir. İddiaçı bu təklifləri qəbul etmək məcburiyyətində qalaraq mənzilin cavabdehə bağışlanmasına razılıq bildirmişdir. İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 48,30 kv.m sahəsi olan mənzili ünvan 3əşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-237 reyestr nömrəli bağışlama müqaviləsi ilə cavabdehə bağışlamışdır. İddiaçı qeyd edilən mənzilin satılmasına dair Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 8İ-4889 reyestr nömrəli xx.xx.2022-ci il tarixli razılıq ərizəsi vermişdir. Cavabdeh iddiaçı ilə 2022-ci ilin avqust ayında əlaqə saxlayaraq mənzilin satılması üçün müştəri tapdığını, təcili surətdə evin iddiaçı və ailə üzvləri tərəfindən boşaldılaraq razılaşmalarına uyğun olaraq Abşeron rayonu, Məmmədli kəndinə köçməli olduqlarını bildirmiş, köçürməni təcili şəkildə təmin etmişdir (əşyaların daşınması üçün yük maşını təşkil etmiş və s.). Qısa bir müddət sonra cavabdeh iddiaçıya mənzilin satıldığını və razılaşmaya uyğun olaraq iddiaçının "xxxx" ASC-yə olan kredit borcunun tam şəkildə ödənilməsi üçün birlikdə banka getməyi təklif etmişdir. İddiaçı və cavabdeh birlikdə xx.xx.2022-ci il tarixdə banka getmiş, kredit borcunun 3000 (üç min) manat həcmində qalığı cavabdeh tərəfindən ödənmiş və müvafiq kredit müqaviləsinə əsasən verilmiş 4240 manat məbləğində gündəlik tələbat krediti üzrə borcun tam olaraq ödənməsinə dair arayış təqdim olunmuşdur. İddiaçı mənzilin satış məbləğindən ona ödənilməli olan vəsaiti də istəmiş, cavabdeh vəsaitin əsas hissəsinin bankda olduğunu, qısa müddət sonra bankdan çıxarıb iddiaçı ilə görüşəcəyini və ona çatmalı olan vəsaiti ödəyəcəyini bildirmişdir. Mənzilin hansı qiymətə satılması barədə heç bir məlumat verməmişdir. Lakin cavabdeh bundan sonra iddiaçıya heç bir vəsait ödəməmiş və indiyə qədər ödəməkdən faktiki olaraq imtina edir. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanından qeydiyyatdan çıxarıldığını yalnız 2024-cü ilin əvvəlində iş yerindən tibbi müayinədən keçirilərkən öyrənmiş, bundan sonra mənzilin satışından ona ödənilməli olan məbləğin cavabdeh tərəfindən ödənilməyəcəyini dəqiq bilmiş və müvafiq hüquqi addımların atılması üçün müraciət etmişdir. İddia ərizəsində istinad edilmiş sənədlərin əldə edilməsi 2024-cü ilin noyabrında yekunlaşdığından iddiaçı iddia tələbini əsaslı hesab edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-34/2- 661/02-2/2024 nömrəli məktubdan görünür ki, 2022-ci ilin İİİ rübündə Bakı şəhərinin Nizami rayonunda çoxmənzilli yaşayış binalarındakı təmirsiz mənzillərin 1 kvadrat metrinin orta satış qiyməti 1339.58 (min üç yüz otuz doqquz manat əlli səkkiz qəpik) manat təşkil etmişdir. Bu da ünvan 1 ünvanında yerləşən 48.30 kv.m sahəsi olan mənzilin cavabdeh tərəfindən ən azından 64700 (altmış dörd min yeddi yüz) manata satıldığını göstərir (1339,58x48.30=64700). Qeyd edilən məbləğin yarısından, yəni 32350 (otuz iki min iiç yüz əlli) manatdan cavabdehin iddiaçı tərəfindən götürülmüş gündəlik istehlak krediti üzrə qalıq 3000 (üç min) manat borcun ödənilməsi əlaqədar qeyd edilən məbləğ çıxılmalıdır. Beləliklə, iddia tələbini 29350 (iyirmi doqquz min üç yüz əlli) manat pul vəsaitinin iddiaçıya ödənməsi təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. AZ-İİ seriyalı, 430466 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 aprel 2021-ci il tarixdə Abşeron rayonunda ölmüşdür.

8. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə heç bir iddiası olmayacaq və müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

9. "xxxx" ASC-nin 27 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı borcu tam ödənilmişdir.

10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsininxx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2022-ci ilin İİİ rübündə Bakı şəhərinin Nizami rayonunda çoxmənzilli yaşayış binalarındakı təmirsiz mənzillərin 1 kv.m orta satış qiyməti 1339.58 manat, təmirli mənzillərin 1 kv.m orta satış qiyməti 1333,17 manat təşkil etmişdir.

11. 07 may 2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər daşınmaz əmlakı qiymətləndirmədilər qeyd olunmuşdur.

12. 21 avqust 2016-cı il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı bağışlamışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05101-093001 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

14. 4Ə-237 reyestr nömrəli notariat işindən görünür ki, X7 və X2 Sevinc Nadir qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına razıdırlar.

15. 12 may 2016-cı il tarixli ərizədən görünür ki, X7 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir, müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

16. 12 may 2016-cı il tarixli ərizədən görünür ki, X7 ünvan 1 ünvanında yerləşən mənzil satılarkən, bağışlanarkən, dəyişdirilərkən həmin mənzilə dair heç bir maddi və mənəvi tələbi olmayacaq və bunu gələcəkdə məhkəmədə mübahisələndiməyəcək.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının anası X4 ünvan 1 ünvanında yerləşən mənzili 21 avqust 2016-cı il tarixdə qızı İddiaçı bağışlamışdır. X4 14 aprel 2021-ci il tarixdə ölmüşdür. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 07 may 2022-ci il tarixdə qardaşı Cavabdeh bağışlamışdır. Cavabdeh mənzili satmış və həmin puldan iddiaçının "xxxx" ASC-yə olan 3000 manat borcunu ödəmişdir. Hazırda iddiaçı Cavabdeh İddiaçı xeyrinə 29350 manat pul vəsaitinin, həmçinin 178,45 manat dövlət rüsumu vəsaitinin tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1-ci, 324.2-ci, 324.4-cü və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən, bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: -hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

19. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı:

Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

Məhkəmənin mövqeyi:

21. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

22. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

23. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia əsaslı deyil. Belə ki, 07 may 2022-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər daşınmaz əmlakı qiymətləndirməmişlər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsində mənzilin satışından əldə olunan pul vəsaitinin yarı bölünməsi barədə şərt nəzərdə tutulmamışdır.

24. Bundan başqa qanunvericiliyin tələbinə əsasən Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini hədiyyə alanın hər hansı şərtlə və ya öhdəlik götürməklə bağlanmasını nəzərdə tutmayıb. Hazırki, halda da bağışlama müqaviləsində Cavabdeh İddiaçı mənzil satıldıqdan sonra 32350 manat pul vəsaitinin verəcəyi qeyd olunmamışdır. İddiaçının vəkili və nümayəndəsi tərəflər arasında şifahi razılaşma olduğunu bildirsə də, belə bir razılaşmanın olmasını sübut edəcək mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

25. Həmçini iş materiallarına əlavə olunmuş Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 8İ-4889 reyestr nömrəli xx.xx.2022-ci il tarixli razılıq ərizəsinə əsasən İddiaçı qeyd edilən mənzilin satılmasına etiraz etməmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

28. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

29. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar