Məhkəmə qərarları › İş №2(007)-966/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-966/2021

19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-966/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2010-cu ildən bu gunə kimi borcun ödənilməsi ilə əlagadar olaraq bizə x- bərdarlığın edilməməsi; Qanunverilicikdə müəyyən olunmuş iddia müddətinin üzürlü səbə olmaı an keçməsini; Qeyri ganuni olduğunu nəzərə alaraq 112 m 20 gəpik pulun silinməsinə lair Qətnamə çixarasınız. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı 06 fevral 2006cı il tarixdə Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanmış Müqaviləyə əsasən, ona Sabunçu rayonu Pirşağa qəsəbəsi 192 saylı bağ evində, 0.08 hektar torpaq sahəs verilmişdir. Bağ evinə quraşdırılmış sayğac 23 yanvar 2013-cü il tarixdə G4 markalı 1102AQ**********3 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur (cavab məktubunda 01.06.2012 ci il göstərilmişdir) və bu barədə 23.01.2013-cu il tarixdə AKT tərtib edilmişdir. AKT tətib olunan zaman onlar tərəfindən neçə manat borcun olunması və ödənilməsi barədə xəbərdarlıq edilməmişdir. 25 iyul 2020-ci il tarixdə bağ mənzillərində olan qaz sayağacı mexaniki qaz sayğacı ilə əvəz olunan zaman onların 146 manat 20 qəpik borcu olduğu və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Smartkart tipli qaz sayğacında olan 34 manat pul 145 manat 20 qəpikdən cixmaqla 112 manat 20 qəpiyin 13 noyabr 2020 il tarixinə ödənilməsi barədə xəbərdarliq edilmişdir. Onlara verilmiş 112 m 20 gəpik borcun qeyri qanuni olunması barədə 05 noyabr 2020- ci il tarixdə AZƏRİQAZ istehsalat Birliyinə ərizə ilə müraciət etmişlər, lakin onlarda borcun ödəniİməsi barədə 16.11.2020 ci il tarixdə cavab vermişdilər. Bu borc 2010-cu ilin iyun ayında 25.07.2020-ci il tarixinə kimi yaranmışdır. Bağ evində yaşayış olmamışdır lakin onlara 11 aprel 2020 ci il tarixdə verilmiş cədvəlindən görünürki 2010 cu ilin mart ayında 129 manat, aprel, may aylarında 129 və 145 manat; 2012 ci ilin sentyabr ayında 112 manat borc olmuşdur; halbuki yaşayış olmadıği halda bu borclar mexaniki olaraq yaradılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş göstəricisi səhvən qeydə alınan sayğacların əvəz olunması barədə tərtib edilmiş 23 yanvar 2013-cü il tarixli 001128 nömrəli AKTın surətindən görünür ki, Bakı şəhəri, Pirşağı kəndi 392 saylı bağ evinə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli SOCAR**********30560046X01784 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında istifadədə olmuş mexaniki G-4 markalı ******* nömrəli qaz sayğacı 01.06.2012-ci il tarixdə smart itron tipli G-4 markalı 1102AQ**********3 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Bildirilmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacı vasitəsi ilə mənzildə stifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən abonent hesabında 145.90 manat borc yaranmışdır. Ünvanda smartkart tipli qaz sayğacı quraşdırıldığından abonent hesabında yaranmış borcun hissə-hissə ödənilməsi üçün smart payment kartına yönləndirilmişdir. Smart itron tipli G-4 markalı 1102AQ**********3 nömrəli sayğac 25.07.2020-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq G-4 markalı **********9 nömrəli mexaniki qaz sayğcı ilə əvəzlənmişdir. Əvəzlənmiş smart tipli qaz sayğacının balansında olan istifadə edilməmiş 34.00 manat 11 avqust 2020-ci il tarixində abonent hesabına keçirilmişdir. Hazırda mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qaza görə 0.30 manat olmaqla, abonent hesabında ümumilikdə 146.20 manat borc yaranmışdır. Odur ki, 13.11,2020-ci il tarixinə abonent hesabında mövcud olan 112.20 manat borc məbləği ödənilməlidir. Beləliklə, məhkəmə iclasında ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Bundan sonra, abunəçiyə 145.9manat məbləğində borc hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa, 23 yanvar 2013-cü il tarixli 001128 nömrəli AKTın surətindən görünür ki, Bakı şəhəri, Pirşağı kəndi 392 saylı bağ evinə yeni sayğac quraşdırılmışdır. Bu zaman aliment tərəfindən ödənilməli olan borc məbləğinin qrafası boş qoyulmuş, yəni heç bir məbləğ göstərilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdək olduqda 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, 392 saylı bağ evi üzrə İddiaçı (abonent kodu **********00000) hesablanmış 112.20 (bir yüz on iki manat iyirmi qəpik) manat məbləğində borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar