Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-970/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı qızının, CavabdehQSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qızının CavabdehQSC-nə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı CavabdehQSC-nə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini onunla əsaslandırdı ki, 12 sentyabr 2020-ci il tarixdə onlayn Maxi.az(İnteqral QSC VÖEN **********) internet səhifəsindən 149.90 AZN manata onlayn ödəniş etməklə qulaqcıqlar almışdır.Lakin həmin əşyanı istifadə edərkən ona məlum olmuşdur ki,əşyada istehsalat qüsurları mövcuddur.Belə ki,qulaqcıqlar həddən artıq zəif işləyir və onun tələbatını ödəmir.Əşyanın yenisi ilə əvəz olunması və ya ona ödədiyi pulun geri qaytarılması barədə etdiyi cəhdlər nəticə verməmişdir.Qeyd olunanlara əsasən Cavabdeh QSC-dən aldığı X5 True 2 White qulaqcıqlarına dair 77544 nömrəli 12 sentyabr 2020-ci il tarixli hesab-fakturanın ləğv olunması və ödədiyi 149.90 AZN pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən CavabdehQSC-nin nümayəndəsi Nümayəndə İddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddiaçıya verilmiş mal keyfiyyətli olmuşdur.Əgər həmin malda hər-hansı qüsur olsaydı,o,servisə müraciət edə bilərdi,bununla bağlı müvafiq araşdırma aparılmalıydı.Lakin iddiaçı malı servisə verməkdən imtina etmişdir.Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan 12 sentyabr 2020-ci il tarixli,77544 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı qızı CavabdehQSC-dən 149.90 manata X5 True 2 White adlı mal almışdır. İş materiallarında olan ünvan 1 ünvandakı TEXNOSERVİS-dən verilmiş 05.11.2020-ci il tarixli rəydən görünür ki, İddiaçı qızı tərəfindən təqdim olunmuş Xiaomi markalı “cihazda qüsur aşkar olunmadı,test olundu,normal işləyir” Həmin rəy iddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki,iddiaçı 05.11.2020-ci il tarixdə TEXNOSERVİS-ə müraciət etmiş,həmin servisdən verilmiş 05.11.2020-ci il tarixli rəydə qeyd olunmuşdur ki, İddiaçı qızı tərəfindən təqdim olunmuş Xiaomi markalı “cihazda qüsur aşkar olunmadı,test olundu,normal işləyir” Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı CavabdehQSC-nə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ AZ 1096, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 24 Tel: (012) ***-**-** www.nizamicourt.gov.az Faks: (012) ***- **-** 2(007)-4073/2018 12 noyabr 2018-ci il X1 Bakı şəhəri, Yasamal ray., 2-ci Alatava, ev 101V X2 Bakı şəhəri, babək prospekti, ev 95, mənzil 87 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(007)- 4073/2018 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-970/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-970/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver