Məhkəmə qərarları › İş №2(007)-975/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-975/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-975/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bəhmən qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəhmən qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 65 saylı evin, 45 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 261.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Bəhmən qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar