Məhkəmə qərarları › İş №2(007)-978/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-978/2021

04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-978/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı oğlunun və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən əsassız hesablanmış cərimə məbləğinin-159.27 (yüz əlli doqquz manat 27 qəpik) manat məbləğin siİinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Xəsili kəndində yerləşən evləri 1991-ci ildən tikilməyə başlamışdır. Lakin evin tikintisi zamanı bəzi səbəblərdən tikintisi yarımçıq qalmış və onlar 1996-ci il tarixində evlərinin tikintisi tam başa çatmamış Bakı şəhərinə köçərək yuxarıda qeyd olunan ünvanda yaşamağa başlamışlar. Keçən 24 il ərzində isə həmin evdə yaşayış olmamışdır. Son illərə qədər həmin ünvanda heç sayğac da olmamışdır. 2020-ci ilin mart ayında yarımçıq qalmış tikilini tam bərpa etmək üçün tikinti işlərinə başladıqlarından Azərişiq ASC tərəfindən mövcud sayğac şəbəkəyə qoşulmuşdur. 03.06.2020-ci il tarixdə 24 il ərzində yaşayış olmayan evə X6 tərəfindən “Məişət istehlakçılarında sayğacların dəyişdirilinəsi, yoxlanılması və quraşdırılması” haqqında ******* nömrəli protokolla İddiaçı məxsus Bərdə rayonu, Xəşili kəndində yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində quraşdırılmış ********** nömrəli DOS 26 tipli elektrik sayğacı istismar müddəti bitdiyi üçün Köhler-AEL.MF markalı ******* zavod nömrəli yeni elektron tipli sayğacla əvəz edilmişdir. Sökülmüş sayğac barədə tərtib olunan protokolla tanış olmamışlar və sayğacın dəyişdirilməsi protokolu onlara təqdim olunmamışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 04.11.2020-ci il tarixli AERA-22-461/20 nömrəli məktubunda qeyd olunmuşdur ki, çıxarılan sayğac qutuya qoyulub möhürlənmədən yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 06.07.2020-ci il tarixdə laboratoriyada vətəndaşın iştirakı olmadan sayğac yoxlanılmış və 185782 nömrəli protokol tərtib edilmişdir. Protokolca sayğacın zavod “A” möhürlərinə müdaxilə edildiyi və hesab mexanizmin rəqəmlərində müdaxilə cızıqlarının olduğu qeyd edilmişdir. Bu səbəbdən də laboratoriyanın protokoluna əsasən 365 günlük dövr üzrə hesabat aparılaraq 474,51 manat (5641kVts) vəsait vətəndaşın **********00143 nömrəli abonent hesabına yönəldilmişdir. Bundan əlavə abonentin enerji dövriyyəsindən görünür ki, Azərişiq ASC-nin fəaliyyəti dövrünədək yaranmış 78,10 manat borc abonent tərəfindən ödənilmişdir. Abonentin 02.10.2020-ci il tarixinə isə 476,75 manat borcu vardır. Həmin evdə 24 ildən artıq müddətdir yaşayış olmamış və yaşayış olmayan evdə ev sahibinin işıqdan istifadəsinə lüzum olmamışdır. Onların göstərdiyi səbəb əsassızdır və böhtan xarakterlidir. İstifadə edilmiyən eletrik enerjisinə görə isə onların həmin sayğaca hər-hansı müdaxilə etmələrinə ehtiyac olmamışdır. Həmçinin, ona yəni İddiaçı məxsus Bərdə rayonu, Xəşili kəndində yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində quraşdırılan sayğac qorunub işlək vəziyyətdə saxlanılması üçün onlar hər hansı məsuliyyət daşımırlar. Onların fərdi yaşayış evindən kənarda hasarın çöl hissəsində quraşdırılmış sayğaca görə onlar məsuliyyət daşıya bilməzlər. Qeyd olunan səbəblər ekspertiza rəyinin tamamilə uydurma olduğunu göstərir. Ümümiyyətlə apardığı müşahidələrə əsasən, "xxxx" ASC-nin ekspertiza rəylərindən çox sayda şikayətlər vardır. Belə ki, həmin əməkdaşlar sanki ekspeıtizaya göndərilən bütün sayğaclara birmənalı şəkildə sayğaca müdaxilə edilmişdir rəyi verirlər. Göründüyü kimi "xxxx" ASC-nin Bərdə rayon üzrə nümayəndələri 24 ildir yaşamadıqları evin sayğacını qanunsuz şəkildə sökmüş, sökülmüş sayğac barədə tərtib olunan aktda heç bir qeydiyyat aparmamış, lakin sonradan uydurma ekspertiza rəyi əsasında külli miqdarda cəza yazmışdırlar. Halbu ki, həmin sayğacı onlar heç bir gün belə istifadə etməmişlər və onların sayğaca hər-hansı müdaxilə etmələrinə gərək də olmamışdır. "xxxx" ASC tərəfindən haqsız yerə borcla yüklənməyi onun hüquqlarının pozulmasına səbəb olmuşdur bu səbəbdən də həmin məsələ ilə bağlı "xxxx" ASC-yə şikayət göndərmişdır. "xxxx" ASC-nin “Abonent Etirazları üzrə Mərkəzi Komissiya”da şikayətinə baxılmış və komissiyanın 14.10.2020-ci i tarixli XMİ 0139/18 Protokolu ilə borcdan 240.46 manat silinmişdir. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 04.11.2020-ci il tarixli AERA-22-461/20 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin 01992676 nömrəli 16.10.2020-ci il tarixli cavab məktublarında bildirilmişdir ki, vətəndaşın abonent hesabından 240,46 manat (2186 kVts) elektrik enerjisinin dəyəri silinmiş və "xxxx" ASC-nin fəaliyyəti dövründəki 78,00 manat borc isə 03.11.2020-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Daha sonra "xxxx" ASC-yə etdiyi müraciətlər nəticəsində borcundan 77.02 manat silinmiş və yekunda 159,27 manat borcu qalmışdır. Lakin, həmin ünvanda uzun müddət yaşamadıqları və işıqdan istifadə etmədikləri üçün qalıq məbləğin tam şəkildə ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirmişdir ki, sayğaç evin hasarının çöl hissəsində qurraşdırılmışdır. O Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji məsələlərini X1 filialı tərəfindən X5 göndərilmiş 04 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, 03.06.2020-ci il tarixdə X6 tərəfindən ******* nömrəli protokolla atası İddiaçı məxsus Bərdə rayonu, Xəşili kəndində yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində quraşdırılmış ********** nömrəli DDS 26 tipli elektrik sayğacı istismar müddəti bitdiyi üçün yeni elektron tipli sayğacla əvəz edilmişdir. Elektrik sayğacı dəyişdirilən zaman abonentin və ya onun nümayəndəsinin iştirakı təmin olunmamış və sayğac dəyişdirilməsi protokolu vətəndaşa təqdim edilməmişdir. Çıxarılan sayğac qutuya qoyulub möhürlənmədən yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 06.07.2020-ci il tarixdə laboratoryada vətəndaşın iştirakı olmadan sayğac yoxlanılmış və 185782 nömrəli protokol tərtib edilmişdir. Protokolda sayğacın zavod “A” möhürlərinə müdaxilə edildiyi və hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqlarının olduğu qeyd edilmişdir. Bu səbəbdən də laboratoriyanın protokoluna əsasən 365 günlük dövr üzrə hesabat aparılaraq 474,51 manat (5641 kVts) vəsait vətəndaşın **********00143 nömrəli abonent hesabına yönəldilmişdir. Bundan əlavə abonentin enerji dövriyyəsidən görünür ki, "xxxx" ASC-nin fəaliyyəti dövrünədək yaranmış 78,88 manat borc abonent tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin fəaliyyəti dövrünədək yaranmış borc məbləğinin araşdırılması, Elektrik enerjisindən istifadə Qaydalarının 7.6, 7.11, 8.16, 8.33cü bəndlərinin tələbləri pozulduğundan və pozuntunun digər sübutedici faktları olmadığından hesabata bu Qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun yenidən baxılması məqsədilə müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə X2 Agentliyinin Mingəçevir filialına rəsmi məlumat verilməsi üçün tərəfindən "xxxx" ASC-yə AERA-22- 416/20 nömrəli, 05.10.2020-ci il tarixli və AERA-22-453/20 nömrəli, 26.10.2020-ci il tarixli məktublarla müraciət olunmuşdur. "xxxx" ASC-nin 0199/2676 nömrəli, 16.10.2020-ci il tarixli və 0199/3031 nömrəli, 04.11.2020-ci il tarixli cavab məktublarında bildirilmişdir ki, vətəndaşın abonent hesabından 240,46 manat (2186 kVts) elektrik enerjisinin dəyəri silinmiş və "xxxx" ASC-nin fəaliyyəti dövrünədək yaranmış 78,00 manat borc isə 03.11.2020-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. İş materiallarında olan X8 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı oğluna göndərilmiş 20 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC-nin apardığı yenidənqurma işləri çərçivəsində Elektrik Şəbəkələrinin xidməti ərazilərində istismar müddəti başa çatmış elektrik hesabat sayğacları müasir tipli elektron sayğaclarla əvəz edilir. Bu səbəbdən evində quraşdırılmış DDS-26 markalı 061122 2440 zavod nömrəli sayğac da 03.06.2020-ci il tarixdə "Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması” haqqında ******* saylı protokolu ilə sərhəd nöqtəsinə çıxarılaraq Köhler- AEL.MF markalı 77081217 zavod nömrəli yeni, elektron tiali sayğacla əvəz edilmiş, möhürlənmiş və istifadənizə verilmişdir. Çıxarılan sayğac yoxlanıb rəy verilməsi üçün qablaşdırılaraq “Mərkəzi Aran” RETSl-nin Sayğac quraşdırma bölməsinə göndərilmiş, yoxlanılarkən sayğacın zavod “A” möhürlərinə və hesab mexanizminin rəqəmlərinə müdaxilə edildiyi, bununla da enerji uçotunun pozulduğu təsdiq olunmuş, bu barədə 06.07.2020-ci il tarixli 185782 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokou” tərtib edilərək muvafiq komissiya tərəfindən imzalanmışdır. 185782 saylı protokol əsasında hesablama aparılaraq 474 51 manat dəyərində itirilmiş elektrik enerjisinin miqdarı bərpa olunaraq abonent kodunuzun qarşısına yazılmışdır. Araşdirma zamanı, o da məlum oldu ki, "xxxx" ASC-nin “Abonent Etirazları üzrə Mərkəzi Komissiya”da şikayətinizə baxılmış və komissiyanın 14.10.2020-ci il tarixli XMİ 0139/18 Protokolu ilə borcunuzdan 240,46 manat silinmişdir. İş materiallarında olan 06 iyul 2020-ci il tarixli 185782 nömrəli sayğacların və cərəyan transformatorların yoxlanması protokolunun surətindən görünür ki, İddiaçı oğluna məxsus mənzildə olan sayğac yoxlanılmış və yoxlama zamanı aşkar olunmuşdur ki, sayğacın zavod “A” möhürləri müdaxiləlidir. Hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları var. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “elektirk sayğacında zədənin olması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda elektrik sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Bu zaman, sayğacda zədə aşkar edilmiş və abunəçiyə 159.27 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektirk sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh "xxxx" ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə elektirk sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 159.27 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bərdə rayonu, Xəsili kəndində İddiaçı oğluna məxsus mənzil (abonent kodu **********00143) üzrə "xxxx" ASC tərəfindən hesablanmış 159,27 (bir yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar