Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-988/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdehnə qarşı “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan sahəyə baxan və Cavabdehnə aid tikilinin pəncərəsindən qanunsuz açılan qapıların texniki normaya uyğun bağlanması və binanın uçma ehtimalının, qəzalı vəziyyətdə olmasının yoxlanılması, ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3854/2021 saylı, 26.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair iddiası üzrə 2(001)- 3854/2021 nömrəli mülki işin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “servitut yüklülüyünün qoyulması” tələbinə dair ilk, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(007)-537/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilib birgə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-3854/2021 saylı mülki iş 31.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(007)-988/2022 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “servitut yükünün qoyulması” tələbinə dair ilkin, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş 2(007)-58/2022 (2(007)-537/2021 höhnə nömrəsi) nömrəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. İş materiallarını araşdıraraq hesab edirəm ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər bir biri ilə əlaqəli olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdehnə qarşı “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair 2(007)-988/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “servitut yükünün qoyulması” tələbinə dair ilkin, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair 2(007)-58/2022 saylı mülki işlə birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-58/2022 nömrəsi saxlanılmaqla 2(007)-988/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-988/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-988/2022
08.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver