Məhkəmə qərarları › İş №2(007)-990/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-990/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-990/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İbrahim oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı İbrahim oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı İbrahim oğlunun mülkiyyətində olan “Volkswagen Tıguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu İddiaçı İbrahim oğlunun mülkiyyətində olan ** NU *** dövlət qeydiyyat nişanlı, Volkswagen Tuguan markalı minik avtomobilinin cavabdeh X2 qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayon Məhkəməsinə iddia verilmişdir. Lakin məhkəmə sorğusu əsasında məlum olmuşdur ki, cavabdeh X5 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ** NU *** dövlət qeydiyyat nişanlı, Volkswagen Tuguan markalı minik avtomobili barədə etibarnamə vermişdir. Hal-hazırda isə Cavabdeh etibarnamənin müddəti bitməsinə baxmayaraq avtomobili qanunsuz idarə etməklə onun qanunsuz sahibliyindədir. Məhkəmə oğlunun xüsusi mülkiyyətində olan əmlakı qanunsuz sahiblikdən geri qaytara bilər.

İş materialları :

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin Nümayəndə ünvanlandırdığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı adında qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyatimtahan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş arayışa əsasən müəyyən olunur ki, “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində X1 dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə ilə verilmişdir.

5. Naxçıvan MR Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-615/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı İbrahim oğlunun cavabdeh X3 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddia tələbi rədd edilmişdir.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İbrahim oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

7. Məhkəmə iclasında iştirak edən İddiaçı İbrahim oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

9. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı İbrahim oğlunun mülkiyyətində olan “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında Gassanov Afət tərəfindən xx.xx.2020-ci il tarixdə 1 il müddətinə, xx.xx.2021-ci il tarixədək Musayev Nofələ verilmişdir. Daha sonra həmin əmlaka dair sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə verilmişdir.Mübahisəli nəqliyyat vasitəsinə verilmiş etibarnamənin nmüddəti bitdiyi üçün qüvvədən düşmüşdür. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, İddiaçı İbrahim oğlu Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbini Cavabdeh “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş etibarnamənin müddətinin bitməsinə baxmayaraq cavabdehin avtomobili geri qaytarmaması, avtomobili qanunsuz idarə etməsi ilə əsaslandırmışdır.

17. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

20. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

21. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Gassanov Afətin mülkiyyətində olan “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sonuncu olaraq Cavabdeh etibarnamə verilmişdir və verilmiş etibarnamənin müddəti qurtarmış, lakin cavabdeh avtomobili qaytamamışdır.

22. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

23. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

24. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır

25. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

27. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

28. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə qeyd edilən normanın dispozisiya şərtlərinin hər biri mövcuddur.

Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

29. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş arayışa əsasən müəyyən olunmuşdur ki, “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı xx.xx.2020-ci il tarixdə AD87930 nömrəli şəhadətnamə verilmişdir.

Əmlakın cavabdehin sahibliyində olması:

31. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair İddiaçı İbrahim oğlu tərəfindən X4 etibarnamə verilmiş, lakin onun iradəsindən kənar həmin əmlaka dair sonuncu dəfə Cavabdeh etibarnamə verilmişdir.

32. Belə ki, Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-615/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, “Volkswagen Tıguan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında Gassanov Afət tərəfindən xx.xx.2020-ci il tarixdə 1 il müddətinə, xx.xx.2021-ci il tarixədək Musayev Nofələ verilmişdir. Daha sonra həmin əmlaka dair sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə verilmişdir.

33. Mülki prosessual qanunvericiliyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3 m).

34. Qeyd edilən qətnamənin mübahisələndirilməsi və ləğv edilməsi ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

35. Məhkəmə qeyd edir ki, mübahisəili əmlakın cavabdehin sahibliyində olması həmçinin onunla təsdiqini tapır ki, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya qarşı qarşılıqlı iddiası olduğunu, qarşılıqlı iddia verdiyini bildirməklə iddiaya cavab verməli olan şəxs olduğunu dolayısı ilə etiraf etmişdir.

36. Məhkəmə çəkişmə prinsipinin tələblərinə uyğun olaraq cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək, iddia tələbinə münasibətini müəyyən etmək, ona öz hüquq və mənafelərini müdafiə etmək imkanını təmin etmək üçün bir neçə dəfə məhkəmə hazırlıq iclası təxirə salınmış, lakin cavabdeh mübahisəyə lazımı prosessual maraq göstərməmiş, məhkəmə iclasında iştirak etməmişdir.

37. Hətta elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya qarşı qarşılıqlı iddia verdiyini bildirdiyi üçün məhkəmə baxış iclası müvafiq sübutun məhkəməyə təqdim edilməsi üçün təxirə salınmış, lakin işin aradırılan hallarına əsasən qarşılıqlı iddia verilmədiyi müəyyən edilmişdir.

Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:

38. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, cavabdehə verilmiş etibarnamənin qüvvədə olma müddəti bitmişdir. Yəni cavabdehin həmin əmlaka sahiblik və istifadə hüquq yoxdur. Cavabdehin nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onun sahibliyində olmasının qanuni əsası mövcud deyil.

39. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu xüsusda etibarnamə mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil. Mülki Məcəllənin 365.1.1-ci maddəsinə görə də etibarnamənin müddətinin bitməsi etibarnamənin qüvvəsinə xitam verir.

40. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

41. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz

42. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomobilin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.

Nəticə :

43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı İbrahim oğlunun mülkiyyətində olan “Volkswagen Tıguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı İbrahim oğlunun mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı İbrahim oğluna qaytarılsın. İddiaçı İbrahim oğlunun nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar